Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-360/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" şirkətinin nümayəndəsi X1, iddiaçının vəkili Vəkil3 və üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 1.1694 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m ümumi, 947.8 kv.m əsas, 623.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə «İddiaçı»nin adına daşınmaz əmlakın dövlət reyestrində 20 iyun 2008-ci il tarixdə qeydiyyata alınmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Hazırki tələbində «İddiaçı», mülkiyyətində olan 1.1694 hektar torpaq sahəsinin 26.66 kv.m sahəsindən cavabdeh X3 qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş aptek binasının cavabdehin hesabına sökülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 1.1694 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m ümumi, 947.8 kv.m əsas, 623.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə «İddiaçı» nin mülkiyyətindədir. «İddiaçı» nin mülkiyyətində olan torpaq sahəsinin 26.66 kv.m ərazisində cavabdeh qanunsuz olaraq aptek binası tikdirərək orada dərman preparatlarının satışı ilə məşğul olur. Dəfələrlə cavabdehə torpaq sahəsindən istifadəsini dayandıraraq orada olan tikilinin sökülməsi bildirilsə də, bunun nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh X8 iddianı etiraf edərək izahatında göstərmişdir ki, «İddiaçı» nin mülkiyyətində olan 1.1694 hektar torpaq sahəsinin 26.66 kv.m sahəsində özbaşına aptek binası tikərək orada dərman preparatlarının satışını həyata keçirir. Tikintinin yerləşdiyi torpaq sahəsi «İddiaçı»nin mülkiyyətindədir və ona görə də «İddiaçı»nin rəhbərliyi tərəfindən ona qarşı torpaq sahəsindən istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş aptek binasının onun hesabına sökülməsi tələbinə dair məhkəmədə iddiasını qəbul edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abuşov), 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Şirkətinin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 20 iyun 2008-ci il tarixdə qeydiyyata alınmış MH ******* seriyalı çıxarışla «Araz-Şöhrət” Şirkətinin mülkiyyətində olan və Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən 1.1694 hektar torpaq sahəsinin 26.66 kv.m sahəsindən cavabdeh X3 qanunsuz istifadəsinin dayandırılması və onun torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi üzərində tikilmiş aptek binasının cavabdeh X3 hesabına sökülməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)79/2022 saylı 31 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Əsədov), üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2(055)-505/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5320/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə Şirvan Apellyasiya 31 may 2022-ci il tarixli Məhkəməsinin 2(106)79/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, Saatlı rayon XDS İK-nin 17 fevral 1992-ci il tarixli 34 saylıqərarı əsasında ona 5,4 x 4,6 metrölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Mərkəzi Kolxoz bazarınınərazisindən ticarət şəbəkələrinin tikintiləri altına ayrılan torpaq sahələri Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilmişdir. O, daha sonra qeyd edir ki, ayrılan torpaq sahəsi Saatlı rayon Kolxoz bazarının ərazisində boş sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədilə verilmiş və həmin ərazidə öz vəsaiti hesabına 5,4 x 4,6 metr ölçüdə ölçüdə aptek binası tikdirmişdir. Buna baxmayaraq «İddiaçı» yanlış olaraq 26,66 kvadrat metr sahədə inşa edilmiş aptek binasının X4 məxsus olmasını iddia edərək cavabdeh kimi sonuncunu göstərmişdir. Halbuki işin müəyyən edilən hallarına görə Maraqlı şəxs Güləli oğluna məxsus olan aptek, prosesə cavabdeh kimi cəlb edilmiş tikiliyə aidiyyəti olmayan X3 etirafı əsasında onun hesabına sökülməsi qərara alınmışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə tərəflərin etirazı daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Üçüncü şəxs Maraqlı şəxs apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" şirkətinin nümayəndəsi X7 apellyasiya icraatı zamanı üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsini üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 1,1694 hektar torpaq sahəsinin 26,66 kv.m sahəsində özbaşına aptek binası tikərək orada dərman preparatlarının satışı ilə məşğul olması nəticəsində iddiaçını mülkiyyətindən istifadə etməsini məhdudlaşdırılması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs Maraqlı şəxs pellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(106)79/2022 saylı qətnaməsi (sədrlik edən İ.Əsədov, hakimlər Samir Mayılov, Zaur Allahyarov) ilə, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5320/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(106)79/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli baxmamış, ilk növbədə qeyd olunur ki, birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsinə əsaslanaraq MPM-in 191.3-cü maddəsinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehin iddianı etiraf etməsinə dair prosessual qanuvericiliyin normalarına görə cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Prosesə cavabdeh kimi cəlb edilmiş X3 işdə olan ərizəsində iddianın etiraf edilməsinin nəticələri barədə aydın fikir yoxdur. Eyni zamanda, həmin ərizədən sonra keçirilmiş məhkəmə iclası zamanı da cavabdeh iddianı etiraf etməsi barədə izahat versə də, məhkəmə bunun prosessual nəticələrini izah etməmiş (mülki iş səhifə 29) və həmin iclasda yekun qətnamə çıxarılmışdır. Halbuki, hakim cavabdehin iddianı etiraf etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah etməlidir. Cavabdehin iddianı etiraf etməsi əsası ilə qətnamə qəbul edildikdən sonra həmin qətnamədən prosesə cəlb edilməyən və çıxarılan qətnamə maraqlarına toxunan şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, sökülməsi tələb olunan aptek ona məxsusdur, onun adına müvafiq sənədləşmə var və aptekin cavabdehə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayəti verən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. A pellyasiya şikayətinə əlavə olunmuş texniki pasportun surətindən göründüyü kimi, Saatlı rayon XDS İK-nin 17 fevral 1992-ci il tarixli 34 saylı qərarı əsasında Saatlı şəhər sakini Maraqlı şəxs Güləlı oğluna 5,4 x 4,6 metrölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Mərkəzi Kolxoz bazarınınərazisindən ticarət şəbəkələrinin tikintiləri altına ayrılan torpaq sahələri Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilmişdir. Apellyasiya şikayətində Maraqlı şəxs Güləli oğlu göstərmişdir ki, ayrılan torpaqsahəsi Saatlı rayon Kolxoz bazarının ərazisində boş sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədilə verilmiş və həmin ərazidə öz vəsaiti hesabına 31,49 kvadrat metr ölçüdə aptek binası tikdirmişdir. Buna baxmayaraq «İddiaçı» yanlış olaraq 26,66 kvadrat metr sahədə inşa edilmiş aptek binasının X5 məxsus olmasını iddia edərək cavabdeh kimi sonuncunu göstərmişdir. Bu səbəbdən də onun hüquqları pozularaq istifadəsində olan aptekin sökülməsi barədə qətnamə çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsi də, heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Həmçinin işə apellyasiya qaydasında baxılarkən cavabdehin əsl cavabdeh olubolmaması, onun etirafı əsasında iddianın təmin olunmasının qanuniliyi, cavabdehin əsl cavabdehlə əvəz edilib-edilməməsi, bunun həmin icraatda mümkün olub-olmaması iləbağlı hüquqi dəyərləndirmə aparılmamış və məhkəmə qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlamışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, mülkiyyətçi cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus olan Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 1.1694 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m ümumi, 947.8 kv.m əsas, 623.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə istifadəyə maneə yaradılmış və iddiaçı mülkiyyət hüququnun müdafiə bağlı məhkəmədə iddia qaldırmışdır. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 152.1,157.2,152.5,158.1,158.2,238,180.1, Torpaq məcəlləsinin 111-ci maddələri təşkil edir. İddiaçının iddia tələbini mahiyyətindən müəyyən edilir ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 1.1694 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m ümumi, 947.8 kv.m əsas, 623.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə «İddiaçı» nin mülkiyyətindədir. «İddiaçı» nin mülkiyyətində olan torpaq sahəsinin 26.66 kv.m ərazisində cavabdeh qanunsuz olaraq aptek binası tikdirərək orada dərman preparatlarının satışı ilə məşğul olur. Dəfələrlə cavabdehə torpaq sahəsindən istifadəsini dayandıraraq orada olan tikilinin sökülməsi bildirilsə də, bunun nəticəsi olmamışdır. Cavabdeh X3 iddiaya münasibətindən müəyyən edilir ki, o, «İddiaçı» nin mülkiyyətində olan 1.1694 hektar torpaq sahəsinin 26.66 kv.m sahəsində özbaşına aptek binası tikərək orada dərman preparatlarının satışını həyata keçirir. Tikintinin yerləşdiyi torpaq sahəsi «İddiaçı»nin mülkiyyətindədir və ona görə də «İddiaçı»nin rəhbərliyi tərəfindən ona qarşı torpaq sahəsindən istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş aptek binasının onun hesabına sökülməsi tələbinə dair məhkəmədə iddiasını qəbul edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı yoxdur. A pellyasiya şikayətinə əlavə olunmuş texniki pasportun surətindən göründüyü kimi, Saatlı rayon XDS İK-nin 17 fevral 1992-ci il tarixli 34 saylıqərarı əsasında Saatlı şəhər sakini Maraqlı şəxs Güləlı oğluna 5,4 x 4,6 metrölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Mərkəzi Kolxoz bazarınınərazisindən ticarət şəbəkələrinin tikintiləri altına ayrılan torpaq sahələri Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilmişdir. Üçüncü şəxs Maraqlı şəxs haqlı olaraq göstərmişdir ki, ayrılan torpaqsahəsi Saatlı rayon Kolxoz bazarının ərazisində boş sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədilə verilmiş və həmin ərazidə öz vəsaiti hesabına 5,4 x 4,6 metrölçüdə ölçüdə aptek binası tikdirmişdir. Buna baxmayaraq «İddiaçı» yanlış olaraq 26,66 kvadrat metr sahədə inşa edilmiş aptek binasının X4 məxsus olmasını iddia edərək cavabdeh kimi sonuncunu göstərmişdir. Halbuki işin müəyyən edilən hallarına görə Maraqlı şəxs Güləli oğluna məxsus olan aptek, prosesə cavabdeh kimi cəlb edilmiş tikiliyə aidiyyəti olmayan X3 etirafı əsasında onun hesabına sökülməsi qərara alınmışdır. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdəki tələb əslində Maraqlı şəxs Güləli oğluna yönələn tələbdir, X3 etirafı ilə həmin iddianın təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə aptekin sökülməsini qət edərkən yeganə əsası ondan ibarət olmuşdur ki, tikili iddiaçıya məxsus olan əmlak kompleksinin hüdudları daxilində yerləşir. Yuxarıda qeyd olunan normanın dispozisiya şərtləri nəzərə alındıqda, həmin halın mövcudluğu aptekin sökülməsi üçün əsaslar yaratmır. Aptekin onun sahibinin hesabına sökülməsindən o halda söhbət gedə bilərdi ki, tikili əmlak kompleksinin mülkiyyətçisinin razılığı alınmadan özbaşına olaraq inşa edilmiş olsun. Lakin, yuxarıda qeyd olunduğu kimi tikili iddiaçının mülkiyyətçi olmasından əvvəl müvafiq icra hakimiyyəti orqanlarının sərəncamı ilə inşa edilərək sənədləşdirilmiş və 20 ildən artıqdır ki, istifadə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçı tərəf tikilinin özbaşına tikiliolması, etibarlı sənədlər əsasında inşa edilməməsi halına istinad edirsə, həmin halı sübutetmə yükü onun üzərinə düşür. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılmış icraatın nəticələrindən müəyyən edilir ki, cavabdeh X3 iddiaya cavab verməli olmayan şəxs olmasını görmüş, lakin bu haldan xəbərdar olmasına baxmayaraq prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də əsl cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş iddia tələbini əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan iddiaçının xahişi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdehva yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, Cavabdehva qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı "xxxx" şirkətinin cavabdeh X6 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində olan aptekin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)505/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" şirkətinin cavabdeh X6 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində olan aptekin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-360/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-360/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver