Məhkəmə qərarları › İş №2(106)-363/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-363/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-363/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Yardımlı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(038)- 639/2024 saylı qətnaməsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları ******* №-li əmək kitabçasının surətindən görünür ki, X3 xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Yardımlı rayon İstilik İdarəsində işləmişdir. 0381650 №-li əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1986-cı ildən xx.xx.2001-ci ilə kimi Yardımlı rayon İstilik İdarəsində işləmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndli kimi yaxından tanıyır və onunla bir yerdə işləmişlər. Həmkəndlidirlər. O, Yardımlı rayon İstilik təsərüfat hesablı sahəsində işləmişdir. Yardımlı rayon İstilik idarəsində 1986-ci ildən işləmiş, Ali məktəbi bitirdikdən sonra ağac emalı kombinatında işləmişdir. Sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətindən qayıtdıqdan sonra Yardımlı rayon İstilik təsərüfat hesablı sahəsində mühəndis işləmişdir. Həmin idarədə 2001-ci ilin təxminən iyun ayına kimi çalışmışdır. Cəbrail Həsənovla bir yerdə işləmişlər. Cəbrail Həsənov həm çilingər, həm də kadrlar üzrə mütəxəssis vəzifəsini aparırdı. Onunla bərabər işləmişdir. İdarə ləğv olunandan sonra sənədlər itmiş, binanını isə sökmüşlər. Onların bir yerdə işləmələri beş on gün fərq etmişdir. Müəssisənin içində çayxana var idi. O, çayxananı idarə üçün onlar işlətmişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək, göstərmişdir ki, Ərizəçila 1986-1992-ci illərdə birlikdə işləmişlər. İstilik təsərüfatında belə bir sahə var idi, xəstəxanlara istilik verirdilər. O həmin idarədə anbardar işləmişdir. Bakıdan anbara materiallar gəlirdi, o da malları təhvil alırdı və lazım olan materialları müəssələrə verirdilər. Həsənov Cəbrail orada çilingər vəzifəsində işləyirdi. Şakir də həmin idarədə baş mühəndis işləyirdi. İdarə təzə yaranmışdı və hamısı bir ildə işləməyə başlamışdır. Cəbrayil həm də kadrlar üzrə mütəxəssis vəzifəsini aparmağına baxmayaraq çilngərin maaşını alırdı. O.1992-ci ildə işdən çıxmışdır. Müəssəsinin tərkibində çayçı olmuşdur. Hər biri o, çayxananı işlətmişlər, gəlirlərini idarəyə verirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində onun əmək fəaliyyətində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ciil tarixdə Yardımlı rayonun bozayran kəndində anadan olmuş və hazırda bozayran kəndində yaşayir.Yaşa görə əmək pensiyasının təyin edilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir, müraciyyətinə cavab olaraq qeyd edilmişdir ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ( qanunla nəzərdə tutulan 25 ildən) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən cəmi sığorta stajı 4 il 11 ay qeyd olunmuşdur və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik idarəsində fəaliyyət göstərmişdir.Fəaliyyətində olduğu müddət ərzində ona məxsus olan əmək kitabçasında qeydiyyata alınmışdır. O, cümlədən, həmin istilik idarəsində işləməyi barədə heç bir sənəd mühafizə olunmaq üçün Yardımlı rayon Dövlət Arxiv İdarəsinə Təhvil verilməmişdir. O əmək fəaliyyəti faktının müəyyən olunması əmək pensiyasının təyin dilməsinə mane olur.Onun yardımlı rayon İstilik İdarəsində əmək fəaliyyətində olmağını Yardımlı rayonunda hal-hazırda yaşayan vətəndaşlar, X4 və X5 öz əmək kitabçalarında aparılan qeydlərlə faktiki istilik İdarəsində fəaliyyət göstərdiyini sübut edə bilərlər. Əmək kitabçası işlədiyi dövrdə olub. O, həmçinin Bakıda maşınqayırma zavodunda da işləmişdir. Yardımlı rayon İstilik idarəsində işləyəndə yoldaşı xəstə olmuş, o çox xəstəxanalara getmiş və həyat yoldaşı Bakıda əməliyyat olmuşdur. Bir müddətdən sonra bilmişdir idarə ləğv olunmuş və əmək kitabçası itmişdir. Zavodda və uşaq baxçasında işlədiyi yerlərdən arayış almışdır. Yardımlı rayon İstilik idarəsindən sənəd ala bilməmişdir və Şəmsəddinlə və Şakirlə bir yerdə işləmişlər. Şəmsəddin tez işdən çıxmış, Şakir isə 2001-ci ilə kimi onunla birgə işləmişdir. Sənədləri üçün istilik təchizat idarəsinə kimi getmişdir, lakin ona demişlər ki, idarə fəaliyyət göstərib ancaq sənədlər arxivə verilməmişdir. Mərkəzi arxiv idarəsinə müraciət etmiş, oradan isə ona sənədlərin verilməməsini bildirmişlər. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu ərizəçinin tələbinə qarşı etiraz verərək, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, hazırkı iş üzrə maraqlı şəxs olan Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinin əsl maraqlı şəxs olan Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti mövcuddur. Belə ki, ərizəçi 1986-cı ildən başlayaraq 2001-ci ilə qədər Yardımlı rayon İstilik İdarəsində işlədiyini iddia edir. Ərizəçi güzəştli şərtləılə yaşa görə əmək pensiyasının təyin olunması uçun cavabdeh filiala müraciət etmiş lakin tələb olunan sosial sığorta stajının (25 ıl) olmaması səbəbindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi 1986-cı ildən başlayaraq 2001-cı ilə qədər Yardımlı rayon İstilik İdarəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. MPM-nin 308-cı maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kırm məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 91-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında' Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 06 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-cı maddəsində qeyd olunmuşdur ki işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədlərdən bərpa elmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sıgoıta stajı müəyyən edilir. Hazıda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədlər bərpa etmək mümkün olmadtqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-lı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-cı bəndinə əsasən də ış stajı barəda sənədlər olmadıqda və idarə təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan ış stajı ərizəçim bır idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan ıkı nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kımı iş stajının təsdiq olunması üçünə ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçi ilə birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar) Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edılməməsınə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçim birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Beləliklə, ərizəçi əmək kitabçasının ümumiyyətlə olmadığı halda həmin illəri məhkəmə qaydasında təsdiqlədə bilərdi. Əmək kitabçası olduğu halda isə sözügedən illərin qeydiyatının aparılmaması iddiaçının həmin müəssisədə işləməsini şübhə altına alır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 2(038)-639/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçilunun 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində çilingər vəzifəsində əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1, 307.2.11, 308, 310, 311, 9.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində çilingər işləmiş, lakin ərizəçi tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. 1986-cı ildən 2001-ci ilədək Yardımlı rayon İstilik İdarəsində Ərizəçilunun əmək fəaliyyətində olması faktı müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmələr tərəfindən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. İş materiallarına əsasən iş üzrə X3 və X5 şahid qismində məhkəməyə dəvət olunmuşdur. X2məhkəməyə izahatında ərizəçi ilə birlikdə xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Yardımlı rayon İstilik İdarəsində işlədiyini bildirmişdir. X1məhkəməyə izahatında ərizəçi ilə birlikdə xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Yardımlı rayon İstilik İdarəsində işlədiyini bildirmişdir. Beləliklə iş materiallarından göründüyü kimi məhkəməyə dəvət olunmuş şahidlərdən yalnız birinin (X7) işlədiyi dövr ərizəçinin tələb etdiyi dovrlə üst-üstə düşür. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədində məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. İş materiallarında göründüyü kimi məhkəməyə dəvət olunmuş şahidlərdən yalnız birinin (X6) işlədiyi dövr ərizəçinin tələb etdiyi dövrlə üst-üstə düşür. Normativ sənədinməzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Lakin hazırki iş üzrə şahidlərin hər ikisi 1986-cı il tarixdən 2001-ci il tarixədək sözügedən idarədə işləməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Şikayətdə qeyd edilmişdir ki, məhkəməyə dəvət olunmuş şahidlərdən yalnız birinin (X7) işlədiyi dövr ərizəçinin tələb etdiyi dövrlə üst-üstə düşür. İş materiallarında göründüyü kimi məhkəməyə dəvət olunmuş şahidlərdən yalnız birinin (X6) işlədiyi dövr ərizəçinin tələb etdiyi dövrlə üst-üstə düşür. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Lakin hazırki iş üzrə şahidlərin hər ikisi 1986-cı il tarixdən 2001-ci il tarixədək sözügedən idarədə işləməmişdir. Kollegiya qeyd edir ki, maraqlı şəxsin istinad etdiyi hallar formal xarakter daşıyır və işin mahiyyətini dəyişmir. Belə ki, istinad edlən hallar mahiyyət etibarilə normativ hüquqi aktın formal tələblərinə əsaslanır və az əhəmiyyətli prosessual məsələlər kateqoriyasına aiddir. Pensiya təyin edilməsi üçün iş stajının şahid ifadələri əsasında təsdiq olunması məsələsi əsasən subyektiv deyil, obyektiv hüquqi prinsiplərlə qiymətləndirilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə istinad edərək qeyd edir ki, şahidlərin hər ikisinin ərizəçinin tələb etdiyi dövrdə işləməməsi sübutetmə prosesini qeyri-mümkün edir. Lakin normativ aktların hüquqi interpretasiyası zamanı əsas məqsəd yalnız formal prosedurların icrasını yoxlamaq deyil, həm də normanın hüquq siyasəti baxımından hansı məqsədə xidmət etdiyini müəyyənləşdirməkdir. Əsasnamənin 17-ci bəndinin məqsədi – əmək stajını sübut etmək üçün alternativ sübut imkanları yaratmaqdır, yəni sənədlərlə təsdiq edilməyən, lakin faktiki mövcud olan əmək stajının şahid ifadələri vasitəsilə müəyyən olunmasına şərait yaratmaqdır. Bu kontekstdə şahidlərin ərizəçinin tələb etdiyi dövrdə tam şəkildə işləməməsi və ya işlədiyi dövrün bir qisminin fərqli olması, ümumiyyətlə, əmək stajının sübut olunması imkanlarını tam istisna etmir. Şahidlərin ifadələrinin hüquqi qüvvəsi və sübutetmə mexanizmi aspekti ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə əsasən, məhkəmə hər bir sübutu ayrıca və digər sübutlarla qarşılıqlı əlaqədə araşdırır. Bu, o deməkdir ki, şahid ifadələri ayrıca bir sübut kimi deyil, digər mövcud sübutlarla birlikdə qiymətləndirilməlidir. Burada maraqlı şəxsin arqumentini zəiflədən əsas məqam budur: -Şahidlərin tam şəkildə eyni dövrdə işləməsi mütləq tələb deyil. -Əsas olan odur ki, şahidlər ərizəçini birgə iş fəaliyyəti zamanı tanıyır və onun həmin iş yerində işlədiyini təsdiqləyə bilirlər. MPM-in 88-ci maddəsinin tələbləri baxımından, sübutların qiymətləndirilməsi zamanı məhkəmə onların etibarlılığını və inandırıcılığını nəzərə almalıdır. Bu halda şahidlərin ifadələri məntiqi ziddiyyətlər yaratmırsa, onların birinin tam şəkildə eyni dövrdə işləməməsi işin mahiyyətini dəyişmir. Maraqlı şəxsin mövqeyinə qarşı digər mühüm arqument prosessual pozuntuların işin nəticəsinə təsir etməməsi prinsipidir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız işin həllinə təsir göstərən və qərarın dəyişdirilməsini və ya ləğvini tələb edən hallar mövcud olduqda birinci instansiya məhkəməsinin qərarını dəyişdirə bilər. Bu halda isə maraqlı şəxsin istinad etdiyi hallar: 1.İşin nəticəsinə təsir edəcək qədər fundamental pozuntu kimi qiymətləndirilə bilməz. 2.Sübutetmə yükünü dəyişdirəcək və ya işin mahiyyətini tam dəyişəcək hallar yaratmır. 3.Əsasnamənin 17-ci bəndinin məqsədi şahidlərin iştirakı ilə sübutetmə imkanını genişləndirməkdirsə, burada şahidlərin fərqli dövrlərdə işləməsi formal tələb kimi qiymətləndirilməlidir. Bu kontekstdə, maraqlı şəxsin iddia etdiyi hallar yalnız az əhəmiyyətli prosessual məsələdir və işin mahiyyətini dəyişmədiyi üçün apellyasiya şikayətinin təmin olunması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)-639/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar