Məhkəmə qərarları › İş №2(106)-37/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-37/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-37/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar “Ataməli kəndli (fermer) təsərrüfatı” MMC-in təsisçiləri İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-37/2025 Açar sözlər : torpaq sahəsindən çıxarılma X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar “Ataməli kəndli (fermer) təsərrüfatı” MMC-in təsisçiləri İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(020)-81/2023 saylı (hakim R.Nurullayev) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, Kollegiya aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar “Ataməli kəndli (fermer) təsərrüfatı” MMC-in təsisçiləri İddiaçı3, İddiaçı2, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Flaqqında daşınmaz əmlakın RX0522080 seriyalı çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan hazırda təsisçisi və vərəsi olduqları 10,0 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar “Ataməli kəndli (fermer) təsərrüfatı”nın təsisçiləri İddiaçı3, İddiaçı2, İddiaçı1 məhkəmə iclasına gəlməmişlər, “Ataməli kəndli (fermer) təsərrüfatı”nın nümayəndəsi və vəkili Vəkil2 işə onların iştirakı olmadan baxılmasını, tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətinə verilmiş 10,0 ha torpaq sahəsi 2017-ci ildə hər ili üçün 1200 manatdan icarə haqqını əvvəlcədən Famil Mahmudova ödəməklə 2 illik icarəyə götürmüşdür. Famil Mahmudov öldükdən sonra onun qızı İddiaçı3 ilə razılaşaraq torpağı Kəmalədən 50000 manat ödəməklə almışdır. Lakin sənədləşmə işlərində problemlər olduğundan toprağı adına sənədləşdirməmişdir. İddiaçı3 ona məhkəmə yolu ilə sənədləri düzəldib onun adına sənədləşdirəcəyinə söz vermişdir. Lakin sonradan sözünə əməl etməmişdir. Ona görə də İddiaçı3 dələduzluq əməlləri barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(020)-81/2023 saylı qətnaməsi (hakim R.Nurullayev) ilə, iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan 10,0 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Məhkəməsi iddiaçı ilə onun arasında yaranmış mübahisənin obyektiv səbəblərini araşdırmamış, mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olmasını, həmin torpaq sahəsinin 2018-ci ildən iddia qaldırılan vaxtadək niyə onun istifadəsində olmasını, həmin vaxtadək iddiaçı ilə onun arasında danışıqların səbəbini araşdırmamış (həmin səs yazılarınını olduğu disk məhkəməyə təqdim edilmişdir), nəticədə onun həmin torpaq sahəsinə qanunsuz sahiblənməsi barədə səhv nəticəyə gəlmişdir, onun verdiyi 50000 manat isə yoxa çıxmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişlər. Onlar əlavə olaraq göstərmişlər ki, mübahisəli torpaq sahəsini 2017-ci ildən iddiaçıların atası Famildən icarəyə götürmüşdür. Lakin aralarında rəsmi müqavilə bağlanmamışdır. Qeyd edilən torpaq sahəsini sonradan iddiaçılardan biri olan İddiaçı3 50 000 manat müqabilində almışlar. İddiaçı həmin torpağa dair sənədləşdirmə işlərini cavabdehin adına rəsmləşdirməsinə söz versə də bunu etməmişdir. Aralarında narazılıq yarandığından iddiaçı hazırda onun torpaq sahəsindən çıxarmaq istəyir. Həmçinin göstərmişlər ki, onlar iddiaçılara aid olan torpaq sahəsindən tam olaraq istifadə etmirlər. Bununla bağlı birinci instansiya məhkəməsi hər hansı ekspertiza təyin etməyib. Hesab edirlər ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilməlidir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə elektron ərizə göndərərək işin təxirə salınması, mümkün olmadıqda təkrar tikinti-texniki ekspertiza təyin edilməsin xahiş etmişdir. İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil2 kollegiyanın iclasında apellyasiya şikayətini əsassız hesab etmiş, onu təmin etmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh əvvəl həmin torpaqdan icarə əsasında istifadə etmişdir. Lakin hazırda iddiaçılar cavabdehin torpaq sahəsini boşaldılmasını tələb edirlər. Cavabdehin mübahisəli torpağı 50000 manata alması ilə bağlı dedikləri böhtandır. Digər iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının 12 aprel 1997-ci il tarixli 35 nömrəli sərəncamından görünür ki, Beyləqan rayon torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN 288 nömrəli torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən X4 03 may 2004-cü il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla 10,0 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə AA003024 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. "xxxx" MMC-nin təsisçisi X4 02.11,2018-ci ildə ölmüşdür. “24 avqust 2022-ci il tarixdə "xxxx" MMC-nin nizamnaməsinə dəyişiklik edilmiş, İddiaçı3, İddiaçı2, İddiaçı1 cəmiyyətin təsisşiləri olmuşlar. Təsisçi kimi, hər birinə 33,33 faiz pay düşmüşdür. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor İddiaçı3 təyin edilmişdir. İddiaçı3, İddiaçı2, İddiaçı1 02.11,2018-ci ildə vəfat etmiş X2 qanun üzrə vərəsələri hesab edilməklə miras əmlakı hesab edilən "xxxx" MMC-dən hər birinin miras əmlakdan 1/3 hissədə irs almışlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci ildə ölmüşdür. Apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4073 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın RX ******* seriyalı qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin istifadəsində olan 10.0 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın RX ******* seriyalı qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin istifadəsində olan 10.0 ha torpaq sahəsinin 7.64 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Müəyyən edilir ki, iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edərək cavabdehi onlara məxsus olan 10 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və cavabdehin 10 ha torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh qeyd edir ki, mübahisəli torpaq sahəsini iddiaçılardan almışdır. Lakin cavabdeh torpağı iddiaçılardan alması ilə bağlı məhkəməyə hər haansı müqavilə və ya digər mötəbər sübut təqdim etməmişdir. Cavabdeh bildirir ki, mübahisəli torpağa görə iddiaçılara 50000 manat pul vermişdir. Göründüyü kimi cavabdeh torpağı iddiaçılardan almasını iddia edir, lakin bunu sübut edə bilmir. Belə olan halda cavabdeh iddiaçılara qarşı vermiş olduğu pulun geri tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Həmçinin cavabdeh apellyasiya şikayətinin digər dəlili kimi onun iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsinin müəyyən edilməməsini göstərmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, RX ******* seriyalı xx.xx.2014-cü il tarixli Çıxarışla "xxxx" MMC-nin istifadəsində olan 10.0 ha torpaq sahəsinin 7.64 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda şərh edilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)- 81/2023 saylı qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan 10,0 ha torpaq sahəsinin 7,64 ha hissəsindən çıxarılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-81/2023 saylı qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan 10,0 ha torpaq sahəsinin 7,64 ha hissəsindən çıxarılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar