Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-372/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, cehiz əmlakın çıxarılması və iddiaçının fərdi yaşayış evinə köçürülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1375/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onunla mübahisə predmeti olan fərdi yaşayış evində birlikdə yaşayan atası Cavabdeh2, anası Cavabdeh3, 9-10 yaşlı qardaşının oğlu X1 və qeyrilərinin iddiaçının mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və iddiaçının həmin evə köçürülməsi, eləcə də, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tələbədir. Atası 1977-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində astma xəstəliyindən vəfat etmişdir. Mərhum atasının 1-ci nikahı xx.xx.2000-ci il tarixdə onun anası X5 ilə olmuşdur. Həmin nikahdan iddiaçı dünyaya gəlmişdir. Həmin nikah Şirvan Şəhər Məhkəməsində xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş və nikahın pozulması Şirvan şəhər Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydində xx.xx.2018-ci ildə 58 nömrə ilə qeyd edilmişdir. Mərhum atası iş üzrə Cavabdeh1 ilə 2-ci nikaha 2018-ci ildə daxil olmuş, həmin nikahdan atasının uşağı olmamışdır. İddiaçının ata babası X6 uzun illər neft sənayesi sahəsində mühəndis vəzifəsində işləyərək aldığı məvaciblər, pul mükafatları, əmisi şəhid X4 verilən 11000 manat pul, pensiyaya gec çıxdığı üçün məhkəmə qərarı ilə 15000 manat kompensasiya və eləcə də, həyat yoldaşı və özünün aldıqları və yığdıqları pensiya hesabına ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 1 ünvanında (Bağ evləri massivi) 6 sot torpaq sahəsində 2012-ci ildə 1 mərtəbəli, ümumi sahəsi 102,9 kv.m olan fərdi yaşayış evini inşa etmiş, həmin evi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə ona hədiyyə etmiş və iddiaçı həmin evi öz adına bağışlama müqaviləsi əsasında dövlət qeydiyyatına aldıraraq, həmin evə texniki pasport və çıxarış almışdır. Hal-hazırda iddiaçı həmin evdən istifadə edə bilmir. Cavabdehlər həmin evdə yaşadıqlarından iddiaçı həmin evə daxil ola bilmir. İddiaçı dəfələrlə onlara evi tərk etmələrini bildirsə də, onlar evdən çıxmayacaqlarını və həmin evdə onların da zəhməti olduqlarını bildirmişlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 və onunla mübahisə predmeti olan fərdi yaşayış evində birlikdə yaşayan atası Cavabdeh2, anası Cavabdeh3 və 9-10 yaşlı qardaşının oğlu X1 və qeyrilərinin iddiaçının mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh1 cehiz əmlaklarının cavabdehin öz vəsaiti hesabına həmin evdən çıxarılması və iddiaçının həmin evə köçürülməsi, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus evdə Cavabdeh1 məxsus cehiz əmlakları da var. Cavabdehlər həmin evdən çıxarılacaqları təqdirdə, həmin cehiz əmlaklarının da cavabdehin öz vəsaiti hesabına evdən çıxarılması lazımdır. Bu səbəbdən iddia ərizəsinə əlavə etmək zərurəti yaranmışdır. İddiaçı sonradan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və onunla mübahisə predmeti olan fərdi yaşayış evində birlikdə yaşayan atası Cavabdeh2, anası Cavabdeh3, qardaşı Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh1 cehiz əmlaklarının cavabdehin öz vəsaiti hesabına həmin evdən çıxarılması, iddiaçının həmin evə köçürülməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1375/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Elçin Qurbanov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ərşalı oğlu, Cavabdeh3, Cavabdeh4 və uşağı X1 ünvan 3 saylı (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 1 evdən çıxarılmaları, Cavabdeh1 məxsus əşyaların həmin evdən çıxarılması, İddiaçı həmin evə köçürülməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ərşalı oğlu, Cavabdeh3, Cavabdeh4 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 2(032)-1375/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mərhum əri ilə birlikdə mübahisəli torpaqda ev tikməyə başlayanda orda heç bir tikili olmamış, sadəcə bağ-bostan olmuşdur. Qaynatası ev hazır olduqdan sonra evin sənədini Cavabdeh1 mərhum ərinin adına keçirəcəyinə söz vermişdir. Cavabdeh evin tikilməsində qaynatasının maddi dəstək olduğunu inkar etmir. Qaynatası öz təqaüdünü 6 ay müddətində onlara vermişdir. Sonradan mərhum əri ilə aralarında mübahisə yaranmış və kömək etməyəcəyini bildirmişdir. Onun mərhum əri Elsevər Səmədovun birinci nikahından iddiaçı doğulmuşdur. X7 yaşadığı 3 otaqlı mənzili iddiaçının adına keçirəcəyini deyirdi. Onların tikdirdiyi evi isə mərhum ərinin adına keçirəcəyinə söz vermişdi. Ev tikilib hazır olduqdan sonra mərhum əri evi adına keçirmək istəmiş, lakin qaynatası verdiyi sözü yerinə yetirməmişdir. Cavabdeh1 bu evin tikilməsində maddi dəstəyi olmuşdur. O, uşaq hazırlaşdırmış, banklardan pul götürmüş, həyətdə toyuq-cücə saxlayıb sataraq pula çevirmiş, evin tikintisinə maddi kömək olmuşdur. Onun mərhum əri rəhmətə getdikdən 8 ay sonra qaynatası X6 evi onun xəbəri olmadan iddiaçıya bağışlamışdır. Cavabdeh1 ilə mərhum X3 2018-ci ildə ailə qurmuş, bu, onların hər ikisinin ikinci evliliyi olmuşdur. Onlar ailə qurduqdan sonra X7a məxsus Şirvan şəhəri, Xəqani küçəsi, 54/1-də yaşamışlar. Ailə qurduqdan 6 ay sonra X7 özünə məxsus torpaq sahəsini onlara vermişdir. İşin halları birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 çıxış edərək bildirmişdir ki, o, Elsevər Səmədovla 2018-ci ildə ailə qurmuş, bir müddət Xəqani 54 ünvanında qaynatasıgilin yanında yaşamışlar. Qaynatasının bağ kimi istifadə etdiyi torpaq sahəsi olmuş, 6 aydan sonra onlardan həmin torpaq sahəsində ev tikib yaşamalarını istəmişdir. O özü də həmin vaxt məktəbdə işləmiş, aldığı maaşla yavaş-yavaş evi tikməyə başlamışlar. Qaynatası da evin tez tikilməsi üçün pensiya kartını onlara vermişdir. Sonradan mərhum əri ilə valideynləri arasında mübahisə yarandığından qaynatası pensiya kartını onlardan almışdır. Qaynatasının onlara verdiyi torpaq sahəsi əvvəllər boş olmuş, Cavabdeh1 və mərhum əri orada ev tikmişlər. Qonşuları da buna şahiddir. Vəkili olmadığına görə həmin evin sənədlərini mübahisələndirə bilməmişdir. O bildirdi ki, iddiaçı onun çəkdiyi 15000 manat xərci ödəyəcəyi təqdirdə, o, evi boşaltmağa hazırdır. Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini və onun xeyrinə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə çıxış edərək bildirmişdir ki, Cavabdeh1 məktəbdə işləyir və maksimum 250-300 manat maaş alır. O, həmin pulla evi tikə bilməzdi. Dolanışıqları da çətin olduğundan mərhum İnqilab Səmədov onlara yardım etmişdir. Mübahisəli ev iddiaçının mülkiyyətindədir və cavabdehin həmin evə dair hər hansı hüququ yoxdur. O, apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdehlərdən yalnız Cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, daşınmaz əmlakın reyestr nömrəsi **********21-11301 olan Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi tam mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdəki 20 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 102,9 kv.m olan bağ evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 tərəfindən İddiaçı hədiyyə edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, daşınmaz əmlakın reyestr nömrəsi **********21-11301 olan Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdəki Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 102,9 kv.m və reyestr nömrəsi **********21-11301 olan bağ evi üzərində hüququn subyekti İddiaçıdur və həmin bağ evi 2012-ci ildə tikilmişdir. İşdəki AZ-İİ 198877 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 iyul 2021-ci ildə ölmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi əvvəlcə tam mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 20 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 102,9 kv.m olan bağ evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 tərəfindən İddiaçı hədiyyə edilmişdir. Bundan sonra, 16 may 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mübahisəli bağ evi 2012-ci ildə tikilmişdir. Cavabdeh1 ilə iddiaçının mərhum atası Elsevər Səmədov 2018-ci ildə ailə qurmuşlar. X3 22 iyul 2021-ci ildə ölmüşdür. Cavabdeh1 apellyasiya şikayətində, eləcə də apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, qaynatası tərəfindən ona və X9 şəhəri, Energetik küçəsi, 265D ünvanında yerləşən 0,06 ha torpaq sahəsi yaşamaları üçün verildikdə həmin torpaq sahəsi boş olmuş, sonradan qaynatasının pensiya kartı, özünün aldığı maaş və digər gəlirlər sayəsində həmin torpaq sahəsində ev tikmişlər. Lakin iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evinə dair tərtib edilmiş texniki pasportla müəyyən edilir ki, həmin bağ evi 2012-ci ildə tikilmişdir. Bu isə onu göstərir ki, bağ evinin tikildiyi tarixdə mərhum Elsevər Səmədov ilə Cavabdeh1 arasında nikah münasibətləri olmamışdır. Belə olan halda isə Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 2018-ci ildə onlar ailə qurarkən boş olması və sonradan öz vəsaitləri hesabına həmin ərazidə bağ evi tikmələri barədə bildirdikləri işin hallarına uyğun deyil. Cavabdeh1 apellyasiya məhkəməsinin iclasında iddiaçının onun çəkdiyi xərcin əvəzi olaraq 15000 manatı ödəyəcəyi təqdirdə evi boşaltmağa hazır olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasları barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin çəkilmiş xərclərin əvəzi qismində iddiaçıdan tutulmaqla 15000 manatın ona ödənilməsi barədə qarşılıqlı iddia qaldırmamışdır. Bu səbəbdən də, həmin məsələ hal-hazırda apellyasiya baxışının predmetinə aid deyil. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-in 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin iş materialları ilə Cavabdeh1 mübahisəli evə 2018-ci ildə köçdükdən sonra evin əvvəlki mülkiyyətçisi olmuş X6 ilə evdən istifadə edilməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan və notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlaması müəyyən edilmir və cavabdehin özü də bu cür razılaşmanın olmasını bildirmir. Belə olan halda isə məhkəmə kollegiyasının mövqeyinə görə, Cavabdeh1 MM-in 228-ci maddəsinin tələbləri baxımından evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iş materialları ilə ünvan 5 (yeni qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 2 ünvanında yerləşən bağ evinin 2012-ci ildə inşa edildiyi təsdiq olunduğundan, həmin bağ evi üzərində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışla İddiaçı tam mülkiyyət hüququ müəyyən edildiyindən, mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməməsi hüququ olduğundan, Cavabdeh1 mübahisəli bağ evinə istifadə hüququ yaranmadığından, iddiaçının Cavabdeh1 mübahisəli bağ evindən çıxarılmasını və eləcə də onun cehiz əmlaklarının öz vəsaiti hesabına həmin evdən çıxarılmasını tələb etmək hüququ olduğundan, iddiaçının öz mülkiyyətində olan əmlakdan istifadə hüququna əsasən həmin əmlaka köçürülməsini tələb etməyə subyektiv hüququ olduğundan, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını pozmamış, onları düzgün tətbiq etmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Odur ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1375/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-372/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-372/2023
22.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver