Məhkəmə qərarları › İş №2(106)-378/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-378/2024

27.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-378/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(055)-10/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 iyul 2019cu il tarixli reyestr nömrəsi **********01-06301 olan çıxarışa əsasən mülkiyyətinə verilmiş Saatlı şəhəri H.Əliyev pr. 240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi və eləcə də DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə mərhum X2 məxsus olan və vəsiyyətnaməyə əsasən ona miras qalmış Saatlı şəhəri Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılması, həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən maneəsiz istifadəyə məhdudiyyətin aradan qaldırılması, giriş-çıxış yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Saatlı şəhəri H.Əliyev pr. 240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış əsasən mərhum X2 məxsus olmuş Saatlı şəhəri Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi İddiaçı miras əmlak kimi qalmışdır. Hazırda Saatlı şəhəri H.Əliyev pr. 240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binası “Səma” şadlıq sarayı kimi fəaliyyət göstərir. Lakin Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində, şadlıq sarayının mühafizə zolağında qanunsuz tikililər inşa etmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tikinti işlərini dayandırmamış və hazırda da həmin tikilidən qanunsuz olaraq istifadə edir. Cavabdehin tikdiyi tikililərin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Cavabdehin qanunsuz tikililər tikməsi nəticəsində şadlıq sarayı ərazisinə avtomobillərin giriş-çıxışı çətinləşmiş, maneələr yaranmışdır. Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(055)-10/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı ekspertiza xərcinə görə 50 manatın alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(055)-10/2023 saylı qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəitnə etiraz verərək iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı hazırkı işin məhkəmə aidiyyəti məsələsi onun tərəfindən mübahisələndirilmiş, lakin birinci instansiya məhkəməsi həmin məsələni araşdırmamışdır. Bu baxımdan, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsi barədə heç bir məlumat verəməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı və Cavabdeh vergi məlumatlarının Çıxarışlarından müəyyən etmişdir ki, iddiaçının VÖEN statusu “fəaliyyətini müvəqqəti dayandırmış”, cavabdehin isə VÖEN statusu “aktiv” kimi qeyd edilmişdir. Beləcə, tərəflər vergi ödəyici olan fiziki şəxslərdir və vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Bununla yanaşı, iş materiallarından aşkar görünür ki, hazırkı iş üzrə mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı nümayəndəsi Vəkilnun apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(055)-10/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar