Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-382/2023 25.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X25 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Birinci iş üzrə iddiaçı, həmçinin birinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri (övladı-qızı) İddiaçı3, iddiaçı, həmçinin İddiaçı7 nümayəndəsi İddiaçı5, iddiaçılar İddiaçı4 və İddiaçı6 (bundan sonra birinci iş üzrə iddiaçılar); Birinci iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 (bundan sonra birinci iş üzrə cavabdehlər); İkinci iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh4 (bundan sonra ikinci iş üzrə iddiaçılar); İkinci iş üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (övladı-qızı) İddiaçı3, ikinci iş üzrə cavabdeh, İddiaçı7 nümayəndəsi İddiaçı5, ikinci iş üzrə cavabdehlər İddiaçı4 və İddiaçı6 (bundan sonra ikinci iş üzrə cavabdehlər) iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1, X9, X13 və Cavabdeh4 qarşı torpaq sahəsindən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair mülki iş (bundan sonra birinci iş) üzrə Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(055)-1076/2022 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçılar Cavabdeh4, Cavabdeh1 və qeyrilərinin cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6 İddiaçı1 və İddiaçı7 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş (bundan sonra ikinci iş) üzrə Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-168/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci iş üzrə işin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, X15, X17 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsindən cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən və mübahisə predmeti olan 2.92 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Cavabdehlər və ailə üzvləri uzun müddətdir ki, qeyd etdikləri torpaq sahəsini istifadə edirlər və orada qanunsuz tikililər inşa etdirmişlər. Onlar da həmin torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını və orada tikilmiş tikililərin sökülməsini cavabdehlərdən tələb etmişlər. Lakin buna baxmayaraq cavabdehlər torpaq sahəsini qaytarmamış, yəni qanunsuz istifadəsini davam etdirmişlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişər. İkinci iş üzrə işin halları: İddiaçılar Cavabdeh4, Cavabdeh1, X16, X18 və X15 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı1 və İddiaçı7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-015A, ******* kod nömrəli Şəhadətnaməyə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların tələbi onunla əsaslandırılmışlar ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsi X10 İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin mərhum Şura İsmayılovadan 1997-ci il tarixdə əvvəlki Azərbaycan manatının məzənnəsi ilə 25 milyon manaq pul müqabilində almışlar. Həmin vaxt digər mülkiyyətçilər torpaq alqısatqısından xəbərdar olmuş, şifahi müqaviləyə razılaşaraq etiraz etməmişlər. Hüquqi savadlarının olmaması səbəbindən torpaq sahəsini rəsmi qaydada alqı-satqı etdirməmişlər. Sözügedən torpaq sahəsində 1990-ci ildə tikilmiş 3 otaqlı və 1 eyvandan ibarət fərdi yaşayış evi olmuş və həmin evdə təsərrüfat olaraq qeydə alınmışlar. Həmin vaxtdan hal-hazırkı vaxtadək həmin fərdi yaşayış evindən istifadə edirlər, torpaq sahəsini əkib-becərir, kommunal və vergi xərclərini ödəyirlər. Hazırda cavabdehlər onların mübahisə predmeti olan torpaq sahəsindən və evdən çıxmalarını tələb edirlər. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci iş üzrə: Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçıların iddia etdiyi 2.92 ha torpaq sahəsini torpaq sahəsinin digər mülkiyyətçilərindən olan mərhum X5 1997-ci ildə Azərbaycan manatının köhnə məzənnəsi ilə 25 000 000 manat qarşılığında almış, lakin həmin torpaq sahəsini rəsmi olaraq öz adlarına keçirməmişlər. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 digər Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X15 və X17 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(055)-1076/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X10, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş, Saatlı rayonu, Mircəlal kəndində yerləşən 2.92 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X6, X11, Cavabdeh4 və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi, iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı3 verilməsi qət edilmişdir. İkinci iş üzrə: Birinci instansiya məhkəməsində cavabdeh İddiaçı4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsi X19, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmişdir. İddiaçılar həmin torpaq sahəsini onların mərhum nənələri Şura İsmayılovadan 1997-ci il tarixdə əvvəlki Azərbaycan manatının məzənnəsi ilə 25 milyon manat pul müqabilində aldıqlarını bildirsələr də, sözügedən alqı-satqı müqaviləsindən məlumatları olmamışlar. Onların bildiyinə görə torpaq sahəsi iddiaçılara icarəyə verilmiş, alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı3 və cavabdeh İddiaçı7 nümayəndəsi İddiaçı5 cavabdeh İddiaçı4 ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh İddiaçı6 məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-168/2023 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh4, Cavabdeh1, X7, X12 və X6 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı1 və İddiaçı7 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli, 2(106)-1315/2023 saylı qərardadı ilə iddiaçılar Cavabdeh4, Cavabdeh1, X7, X12 və X6 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı1 və İddiaçı7 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair 2(106)-1315/2023 saylı mülki iş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin cavabdehlər Cavabdeh1, X9 və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair 2(106)-382/2023 saylı mülki işə birləşdirilmiş, mülki işin 2(106)-382/2023 nömrə ilə baxışının davam etdirilməsi qərara alınmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətlərinin dəlilləri: Birinci iş üzrə: Birinci iş üzrə Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıların razılığı əsasında torpağı əldə etmələrini, iddiaçıların mübahisəli torpağa dair 1997-ci il tarixli razılaşmadan xəbərdar olduqlarını etiraf edərək, hüquqlarının pozulduğunu bildirsələr də, bu müddətə ərzində məhkəmədə iddia qaldırmamalarının səbəbini əsaslandırmadıqlarını və həmin sahə üzərində yaranmış hüquqlarını nəzərə almamaqda ifadə olunur. Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Məhkəmə mülki işin faktiki hallarını araşdırarkən tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İkinci iş üzrə: İkinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin keçmiş mülkiyyətçilərindən qanuni əsaslarla razılaşma əsasında əldə etdiklərindən və bununla da, torpağın sahibi olaraq almış olduqları tarixdən istifadə edildiyindən və bununla bağlı heç bir şikayət və etiraz olmadığından həmin sahə mülkiyyətlərində olan əmlak kimi qəbul edilməlidir. Məhkəmənin qeyd olunmuş əsası nəzərə almaması torpaq sahəsi üzərində istifadə və gözənilən mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, cavabdehlər mübahisəli torpağa dair şifahi alqı-satqı müqaviləsinin bağlanılmasından xəbərdar olmuş və bu faktı etiraf edərək hüquqlarının pozulduğunu bildirsələr də, bu müddətə ərzində torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmamışlar və bu faktın səbəbini əsaslandırmamışlar. Eyni zamanda, məhkəmə cavabdehlərdən torpağın alınması zamanı verdikləri pul məbləğini yeni məzənnə ilə tələb etmək hüquqlarını nəzərə almamışdır. Qeyd olunmuş faktiki əsasa uyğun olaraq hesab edirlər ki, məhkəmə iddia tələbləri təmin olunmadığı halda, həmin torpaq sahəsinin alınmasına verdiyi əvvəlki məzənnə ilə 25.000.000 manat pul məbləğinin hazırkı məzənnə ilə cavabdehlərdən tələb etmək hüquqlarına da, münasibət bildirməmişdir. Məhkəmənin maddi hüquq normalarının pozuntusuna yol verməsi torpaq sahəsini cavabdehlərin razılığı əsasında əldə etmələrini, iddiaçıların mübahisəli torpağa dair 1997ci il tarixli razılaşmadan xəbərdar olduqlarını etiraf edərək, hüquqlarının pozulduğunu bildirsələr də, bu müddət ərzində məhkəmədə iddia qaldırmadıqlarının səbəbini əsaslandırmadıqlarını və həmin sahə üzərində yaranmış hüquqlarının mövcudluğunu nəzərə almamaqla ifadə olunur. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iiştirak edən ikinci iş üzrə iddiaçı (birinci iş üzrə də cavabdeh) Cavabdeh4 apellyasiya şikayətlərini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, Oqtay onun həyat yoldaşı, İlham qaynı, Sübhan və İsrayıl isə övladlarıdır. Sübhanla İsrayıl hazırda Şüşada xidmətdə olduqlarından məhkəmədə iştirak etmirlər. Bildirmişdir ki, Oqtayla ailə qurduqdan sonra Mircəlal kəndində qaynı İlhamgillə bir evdə yaşamışlar. Qaynı İlham kənddə ferdşel işləmişdir. Birinci iş üzrə iddiaçıları da kəndçiləri kimi yaxşı tanımışlar. Qaynı İlhamgilin evində yaşamaq darısqal olduğundan torpaq alıb ev tikmək istəmişlər. Təxminən 1997-ci ilin payız aylarında qaynı İlham onlara demişdir ki, kənddə Şuragil evlərini satmaq istəyirlər. Belə olub müəyyən danışıqlardan sonra həmin evi torpağı ilə birlikdə almaq qərarına gəlmişlər. Razılaşmaya əsasən əvvəlcə evin və torpağın alınması üçün X14 (birinci iş üzrə iddiaçıların bəzilərinin anası, bəzilərinin isə nənəsi) beh olaraq 6 000 500 (altı milyon beş yüz manat) pul vermişlər. X20 Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslinin onlara vermişdir. Şəhadətnamə verilən zaman pulun qalan hissəsini də ona ödəmişlər. Pulu ödədikdən sonra birinci iş üzrə iddiaçılar evdən çıxaraq Bakı şəhərində ev almış və həmin evə köçmüşlər. Onlar köçərkən belə köməklik etmişlər. JN-015A, KOD 90800048 saylı torpaq 2.92 ha olmuş üzərində 2 otaq və bir eyvandan ibarət ev olmuşdur. Həmin evi və torpaq sahəsini almaq üçün həyətlərində olan əksər heyvanlarını satmış və həmin pulu Şuraya vermişlər. Bir müddət həmin evdə yaşamışlar. Lakin sonradan həmin evi sökərək həyətdə 100 kv.m-lik yeni bir ev inşa etdirmişlər. Həmçinin evin yararsız olan torpaq sahəsini yararlı vəziyyətə gətirmişlər. Həmin torpaqda müxtəlif meyvə ağacları əkmiş, nar bağı salmış, müxtəlif tərəvəzlərin becərilməsi ilə məşğul olmuş, həmçinin həyətdə tövlə, çardaq, hamam, ayaqyolu və s, yardımçı tikililər inşa etdirmişlər. Bildirmişdir ki, birinci iş üzrə iddiaçıların kənddə qohumları var. Belə ki, onların bibisi, əmisigillər onlarla qonşudurlar. İddiaçıları hər dəfə kəndə ziyarətə gələndə onların evdə və həyətdə aparılan abadlıq işlərini görürdülər, hətta onların həyətinə də gəlirdilər. Evi alan zaman Raminin 13- 14, Nigarın 3-4, Arazın 2-3, Cavanşirin isə 20-21 yaşı olardı. Evlərində və həyətlərində aparılan təmir-tikinti, yaxşılaşdırma və s, işləri birinci iş üzrə iddiaçıların bir növ gözlərinin önündə baş vermişdir. Lakin onlar bütün bu işlərlə bağlı keçən 24 il ərzində onlara hər hansı etiraz etməmişlər. Lakin 2021-ci ildə Ramin kəndə gələndə onlara demişdir ki, adlarında torpaq olduğuna görə “sosial” ala bilmirlər. Dedi torpağı adımızdan çıxarın. Lakin çıxara bilməmişlər. Sonradan 6000 manat pul qarşılığında torpağı adlarından çıxarmağa razılaşdılar. Bundan sonra anaları Sara razılaşmadı ki, “nə 6000” hər birimizə “10000 manat almasam əl çəkən deyiləm”. Belə olub aralarında narazılıq yaranmışdır. Göstərmişdir ki, indiyədək evlərinin kommunal və icarə ödənişlərini özləri ödəyiblər. Onlar Şuradan torpağı icarəyə götürməyiblər. Əksinə torpağı ev qarışıq ondan almışlar. Məhkəmə kollegiyasının iclasında iiştirak edən ikinci iş üzrə iddiaçı (birinci iş üzrə də cavabdeh) Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş və Cavabdeh4 ilə oxşar olan eyni məzmunlu izahat vermişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, evin alqı-satqısı üzrə beh müqaviləsi Şura İsmayılova ilə qardaşı İlham Nuriyev arasında bağlansa da verilmiş 6 000 500 manat pul vəsaiti onun və ailəsinin olmuşdur. Belə ki, onlar həyətlərində olan əksər heyvanlarını satmış və həmin pulu Şuraya vermişlər. Evə və torpağa görə pulun qalan hissəsini JN-015A, KOD 90800048 saylı 2.92 ha torpağa dair şəhadətnamənin əslini Şura İsmayılovadan alandan sonra vermişlər. Həmin vaxtdan da qeyd edilən torpağa dair şəhadətnamə onlarda olmuş, hazırda da şəhadətnamənin əslini məhkəməyə özləri təqdim etmişlər. Göstərmişdir ki, qardaşı İlham kənddə ferdşel həkim işləyindən müəyyən vaxta Şuragilə gedərək onlarda sistem köçürmüşdür. Elə həmin vaxtda da onun evlərini və torpaqlarını satmaqlarını öyrənmişdir. Buna görə də beh müqaviləsi qardaşı İlhamla Şura arasında bağlanmışdır. Lakin beh üzrə pul, həmçinin sonrakı vaxtda qalan pullar onun özü tərəfindən Şura İsmayılovaya verilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ikinci iş üzrə iddiaçılar X16, X18 və X15 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə mübahisə tərəflərinin nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iiştirak edən birinci iş üzrə iddiaçı (ikinci iş üzrə də cavabdeh) İddiaçı7 nümayəndəsi İddiaçı5 göstərmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Mircəlal kəndində ona və ailə üzvlərinə 2.92 ha torpaq sahəsi verilmişdir. Həmçinin bildirmişdir ki, islahata əsasən qeyd olunan torpaq sahəsindən başqa həmin kənddə onlara 1.22 ha və 0.56 ha torpaq sahəsi də verilmişdir. Göstərmişdir ki, JN-015A, KOD 90800048 saylı şəhadətnaməyə əsasən onlara və ailə üzvlərinə verilmiş 2.92 ha torpaq sahəsi üzərində 1990-cı ildə inşa edilmiş 4 otaqlı evləri olmuşdur. Həmçinin həmin torpaqda üzüm çardaqları da olmuşdur. Göstərmişdir ki, 1997-ci ildə qeyd edilən 2.92 ha torpaq sahəsini anası Şura İsmayılova hazırkı birinci iş üzrə cavabdehlərə icarəyə vermişdir. Qeyd olunan torpağı icarəyə verdikdən sonra Bakı şəhərində Montin qəsəbəsindən 3500 dollara 2 otaqlı ev alaraq - anası Şura, bacısı Tamara, qardaşları Əbülfəz, Cavanşir, qardaşı arvadı Sara, qardaşı uşaqları Nigar və Arazla birlikdə Bakıya köçərək həmin evdə yaşamağa başlamışlar, hal hazırda da Bakıda yaşayırlar. Göstərmişdir ki, JN-015A, KOD 90800048 saylı Dövlət Aktı indiyədək onlarda olmayıb, harada olmasını isə bilməmişlər. Onun əslini cavabdehlər ikinci iş üzrə məhkəmə iclasında məhkəməyə təqdim etmişlər. Onlara ayrılmış digər 1.22 ha və 0.56 ha torpaq sahəsində hazırda heç kəs yaşamır. Həmin torpaqların sənədləri isə həmişə onlarda olmuşdur. Ona görə də qeyd edilən torpaq sahələrinə dair çıxarış da almışlar. Bildirmişdir ki, sahəsi 2.92 ha olan torpaq sahəsinə yaxın ərazidə əmisi uşaqları, bibisigil, həmçinin vəfat etmiş bacısıgil yaşamışlar. Demək olar ki, həmişə həmin kəndə gəlib getmişlər. Birinci iş üzrə cavabdehlərin onlara məxsus torpaqda və evdə həmişə icarə əsasında qaldıqlarını düşünmüşlər. Oqtaygil həmin torpaqda əlavə heç nə inşa etməmişlər. Yalnız 8-10 metr uzunluğunda tövlə və 1 ədəd hamam tikdirmişlər. Qeyd etmişdir ki, beh müqaviləsini birinci iş üzrə cavabdehlər yazaraq hazır gətirmişlər. Anası onu imzalamışdır. Lakin həmin beh üzrə o vaxtkı məzənnə ilə verilmiş 6 000 500 pul icarə müqaviləsi üzrə əvvəlcədən ödənilmiş məbləğ olmuşdur. Kollegiyanın iclasında iştirak edən İddiaçı6 göstərmişdir ki, Mircəlal kəndində olan 2.92 ha torpaq sahəsində 1990-cı ildə inşa edilmiş evləri olmuşdur. Həmin evdə 1995-ci ilədək yaşamışdır. Həmin vaxtdan sonra Bakıya köçmüşdür. Həmin zaman onun 20 yaşı olmuşdur. 2.92 ha torpaq sahəsinin ətrafında söyüd ağacları əkilmiş və onların arasına kol-koslar əkilməklə torpaq sahəsi çəpərə alınmışdır. Həmin torpaq sahəsi satılıb və ya icarə verilsə də hazırda sənəd onların adınadır, başqa heç nə onu maraqlandırmır. Buna görə də torpaqlarını tələb edirlər. Kollegiyanın iclasına iştirak edən Şalbuzova X8 Ramin Vəli oğlunun məhkəmə iclasında dedikləri ilə razı olduğunu bildirmişdir. Kollegiyanın iclasına iştirak edən İddiaçı4 İddiaçı5 məhkəmə iclasında dedikləri ilə razı olduğunu bildirmiş, lakin qeyd etmişdir ki, nənəsi ilə birinci iş üzrə cavabdehlər arasında hər hansı alqı-satqı və ya beh müqaviləsi imzalanmamışdır. Qeyd etmişdir ki, işə əlavə edilən beh müqaviləsindən o özü bir neçəsini düldib gətirə bilər. Həmin beh adi A4 kağızına yazılıb, o sənəd deyildir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci iş üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini, ikinci iş üzrə iddiaçılar isə birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etməklə, birinci instansiya məhkəmələrinin qətnamələrini tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin tərəflərin verdiyi apellyasiya şikayətləri əsasında tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işlərə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 335.1 və 335.2. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını, iş materiallarını tədqiq edərək hesab edir ki, birinci iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməli, ikinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Hər iki iş materiallarına əlavə edilmiş sənədlər: İşdə olan JN-015A, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş 2.92 hektar torpaq sahəsi X19, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 29 mart 2010-cu ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 239 nömrəli qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş (iş.v 102) xx.xx.1997-ci il tarixli yazıdan görünür ki, X2 İlham İsrayıl oğlundan altı milyon beş yuz min manat evinin behini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsaslıdır, birinci instansiya məhkəməsinin qətnamələri maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tərəflər arasında mövcud razılaşmanın onların həqiqi iradə ifadəsini tamamilə əks etdirib-etdirməməsini düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki;
1. Birinci iş üzrə cavabdehlər A,Nuriyeva və Cavabdeh1 birinci iş üzrə iddiaçılara məxsus olan Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş JN-015A, KOD 90800048 saylı 2.92 hektar torpaq sahəsini almışlar. Tərəflər qeyd edilən torpaq sahəsini öz aralarında notarial alqı-satqı etdirməsələr də işə əlavə edilmiş (iş.v 102) xx.xx.1997-ci il tarixli yazılı beh müqaviləsindən görünür ki, mülkiyyətçilərdən X2 İlham İsrayıl oğlundan evinin satılması ilə bağlı, manatın həmin dövrdəki məzənnəsinə uyğun olaraq altı milyon beş yuz min manat beh pulunu almışdır.
2. Cavabdehlər sonradan evin qalan pulunu da Şura İsmayılovaya ödəmiş və qarşılığında JN-015A, KOD 90800048 saylı şəhadətnamənin əslini ondan almışdır. Həmin vaxtdan da qeyd edilən şəhadətnamənin əsli cavabdeh tərəfdə qalmışdır. Bu səbəbdən də iddiaçılar islahat nəticəsində onlara ayrılmış 1.22 və 0.56 ha torpaq sahəsinə dair DƏDRXdən çıxarışlar ala bilsələr də 2.92 ha torpaq sahəsində dair çıxarış ala bilməmişlər.
3. İddiaçılar qeyd edilən mübahisəli torpaq sahəsinin cavabdehlərə icarəyə verdiklərini bildirsələr də həmin torpağın icarəyə verilməsi ilə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Əksinə cavabdeh tərəf bildirmişdir ki, Şura İsmayılova ilə onlar arasında icarə deyil, alqı-satqı müqaviləsi bağlanmasını qeyd etmiş və buna dair yazılı beh müqaviləsini məhkəməyə təqdim etmişlər. İddiaçılardan Ramin, Cavanşir və Nigar yazılı behin verilməsi ilə bağlı müqavilənin movcudluğunu inkar etməmişlər. Onlar həmin behin icarə üçün əvvəlcədən alınmış məbləğlər olmasını bildirmişlər. Məhkəmə kollegiyası iddiaçıların qeyd edilən fikirlərinə tənqidi yanaşmışdır. Belə ki, iddiaçılar cavabdehlər tərəfindən icarə üçün sonradan ödənişlər etmələri ilə də bağlı məhkəməyə hər hansısa bir fikir bildirməmiş və ya sübut təqdim etməmişlər.
4. Həmçinin tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, 1997-ci ildə ev və torpaq satıldıqdan sonra iddiaçılar Bakı şəhərindən ev alaraq ailəlikcə köçərək Bakıda yaşamağa başlamışlar, hal-hazırda da Bakıda yaşayırlar. Bu işin mübahisəsiz halıdır. Cavabdeh tərəf bildirmişdir ki, onların verdikləri 25 000 000 manat pulla iddiaçılar Bakıdan ev alıblar. İddiaçılar da qeyd etmişlər ki, 1997-ci ildə Bakıdan 3500 ABD dollarına 2 otaqlı ev almışlar. Bu bir daha ona dəlalət edir ki, iddiaçılar 1997-ci ildə 2.92 ha torpaq sahəsini cavabdehlərə satmışlar.
5. İşin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, cavabdehlər 1997-ci ildən 2.92 ha torpaq sahəsində istifadə etmişlər, həmçinin indi də edirlər və həmin torpaq onların faktiki sahibliyində olmuş, indi də onların sahibliyindədir. Bunu iş üzrə dindirilmiş şahidlər də təsdiq etmişdir.
6. Cavabdehlər torpaq sahəsini aldıqdan sonra həmin ərazidə yaxşılaşdırma işləri aparmış, müxtəlif növ bar verən və bar verməyən ağaclar əkmiş, sonradan həyətdə yeni bir ev və digər hamam, tualet, tövlə, çardaq və sair yardımçı tikililər inşa etdirmişlər. Keçən 24-25 il ərzində iddiaçılar həmin ərazidə yaşayan yaxın qohumlarını (əmisigil, bibisigil, və s.) ziyarət etmək üçün kəndə gəldikləri zaman cavabdehlər tərəfindən mübahisəli torpaqda aparılan təmir-tikinti, yaxşılaşdırma işlərini görmüş və ya kənddə olmadıqları vaxtlarda isə yaxın qohumları vasitəsilə cavabdehlərin gördükləri bütün işlərdən bir növ xəbərdar olmuşlar. Belə desək bütün bu işlər sanki iddiaçıların “gözünün önündə” baş vermişdir. Lakin iddiaçılar ötən bu müddət ərzində görülən işlərlə bağlı cavabdehlərə qarşı hər hansı etiraz etməmiş, onların bütün bu işlərini sükutla qarşılamaqla bir növ bu işlərə öz razılıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə istinad edərkən həmin maddə üzrə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Lakin kollegiyanın iclasında müəyyən edilir ki, mübahisəli torpaq sahəsi 1997-ci ildən etibarən hal-hazıradək Cavabdeh1 və onun ailəsinin faktiki istifadəsində və sahibliyində olmuş və həmin halın qanunsuz baş verməsi iş materialları üzrə təsdiqini tapmamışdır. Belə ki, həmin torpaq sahəsinin Cavabdeh1 və onun ailəsinin qanuni sahibliyinə verilməsi tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya qeyd edir ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Baxılan işdən aydın olmuşdur ki, hər iki iş üzrə tərəflər eyni yaşayış ünvanında, yəni eyni kənddə yaşaması baxımından birinci iş üzrə cavabdehlərin mübahisəli torpaqdan və evdən istifadə etmələrinə uzun illər sükut nümayiş etdirməsi, 24 il böyünca buna etiraz etməmələri birinci iş üzə iddiaçılar tərəfindən onlara göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, birinci iş üzrə cavabdehlərin mübahisəli evin həyətində müxtəlif növ ağaclar əkərək, nar bağı salaraq, həmin torpaqda ev və digər yardımçı tikililər inşa edərək həmin evdə yaşamaları onların qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Birinci iş üzrə iddiaçılar birinci iş üzrə cavabdehlərin mübahisəli torpaqdan 1997-ci ildən istifadə etdiklərini öz izahatları ilə təsdiq etmişlər. Habelə, iddiaçı, həmçinin birinci iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı3, iddiaçı, həmçinin İddiaçı7 nümayəndəsi İddiaçı5 və İddiaçı6 qeyd edilən evə görə “beh müqaviləsinin hazır olaraq yazılıb gətirildiyini və Şura İsmayılova tərəfindən imzalandığını” göstərmişlər. Qeyd edilən beh müqaviləsi üzrə ödənilmiş o vaxtı məzənnə ilə 6 000 500 manat pulun icarə müqaviləsi üzrə ilkin ödəniş olduğunu bildirmişlər. Lakin beh müqaviləsində behin ev üçün alınması açıq-aşkar bildirirlir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaq və evlə bağlı mövcud razılaşmanın (əqdin) onların (akt üzrə yetkinlik yaşına çatmış şəxslərin) iradəsi ilə əhatə edildiyini əks etdirir və tam sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-in 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. MM-in 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Saatlı rayonunun Mircəlalkəndi ərazisində yerləşən 2.92 ha mübahisəli həyətyanı torpaq sahəsi 1997-ci ildən birinci iş üzrə cavabdehlər Cavabdeh1 və onun ailəsinin faktiki istifadəsindədir. Cavabdeh1 həmin torpaq sahəsində özü və ailəsi üçün fərdi yaşayış evi, özləri və heyvanları üçün digər yardımçı tikililər tikdirmiş, torpaqda yaxşılaşdırma işləri aparmış, orada müxtəlif növ meyvə və digər ağaclar əkmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən 1997-ci il tarixindən etibarən etirazsız şəkildə onların sahibliyində və istifadəsindədir. Lakin birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, tərəflər arasındakı qarşılıqlı münasibəti onların müqavilə üzrə əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirmədən, yəni tərəflərin həqiqi iradə ifadələrinə uyğun şəkildə müqayisəli təhlil etməməyərək, işin faktiki hallarına qanunvericiliyin imperativ normalarını düzgün tətbiq etməməklə əsassız nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Qeyd edilməlidir ki, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bununla da, xx.xx.1997-ci tarixli beh müqaviləsinə əsasən 1997-ci il tarixindən birinci iş üzrə Cavabdeh1 və onun ailəsinin sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. Belə ki, onun bu sahibliyi tərəflər arasındakı müqavilə və ondan sonrakı uzun illər (25-26 il) ərzində hazırkı iş üzrə birinci iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilik normalarına əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X22 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə görə mübahisəli torpaq sahəsinə dair birinci iş üzrə iddiaçıların artıq heç bir subyektiv hüququ mövcud deyildir. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin satıldığı vaxt - 1997-ci ildə həmçinin birinci iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı4 yetkinlik yaşına çatmadığından yuxarıda qeyd edilən müqavilədə onların imzasına zərurət olmamışdır. Mülki Məcəllənin 335.2-ci maddəsi elə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda da bunu etməmələri həmin normaya əsaslanan tələbin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da İ.K.Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün: 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi; 2) məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; 3) əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması tələb edilir. Birinci instansiya məhkəməsi baxılan işdə həmin halları müəyyən edərək iddianı təmin etməmişdir. Lakin işlə müəyyən edilir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı beh müqaviləsi tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçisi onu imzalamışlar. Daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Sonradan ikinci iş üzrə iddiaçı notarial rəsmiləşdirməni satıcılardan tələb etmiş, bununlada ikinci iş üzrə iddiaçlar Aygün və Cavabdeh1alar alıcı olaraq iradəsini bəyan etmişdir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM, § 32-34). Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, "notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir”. Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, "qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.” Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (MM, § 27, 36- 38). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamələr qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə isə iddianın təmin edilməməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. İş materialları müəyyən olunmuşdur ki, 1997-ci ildə X18 və X15 yetkinlik yaşına çatmamışlar. Buna görə də məhkəmə hesab edir ki, ikinci iş üzrə iddia X18 və X9 münasibətdə təmin edilməməlidir. X1 beh müqaviləsi üzrə qardaşı Cavabdeh1 və onun ailəsinin mənafeyindən çıxış etmişdir. Buna görə də onun apellyasiya şikayəti də təmin edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(055)-1076/2022 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, X9, X13 və Cavabdeh4 qarşı torpaq sahəsindən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməməli; İkinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-168/2023 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Torpağa mülkiyyət hüququna dair JN-015A, ******* kod nömrəli Şəhadətnaməyə əsasən cavabdehlər X10, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi cavabdehlərlə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış hesab edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Birinci iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(055)-1076/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, X9, X13 və Cavabdeh4 qarşı torpaq sahəsindən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İkinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-168/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-015A, ******* kod nömrəli Şəhadətnaməyə əsasən cavabdehlər X10, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi cavabdehlərlə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.