Məhkəmə qərarları › İş №2(106)-387/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-387/2023

09.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-387/2023 09.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, İddiaçılar Bünyamin Zakir oğlu, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı «onlara məxsus olan pay torpaq sahəsinin və həmin pay torpaq sahəsində olan tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə çıxarılmış iş üzrə icraatın dayandırılması haqqında Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(049)-116/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi verərək, onlara məxsus xüsusi mülkiyyətlərinə aid pay torpağının (çıxarış № 584815) və həmin mülkiyyətdə tikilmiş çayxana tikilisinin Cavabdeh tərəfindən qanunsuz zəbt olunmasını nəzərə alıb, boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(049)-116/2022 saylı (hakim N.Ağabəyov) qərardadına əsasən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 ərizəsinin təmin edilməsi, iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbi” barədə 2(049)- 3395/2022 saylı mülki işə Lənkəran Rayon Məhkəməsində baxılana, həmin məsələ üzrə yekun məhkəmə aktı qəbul edilənə və qərar qanuni qüvvəsini alanadək Lənkəran Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı «onlara məxsus pay torpaq sahəsi və həmin pay torpaq sahəsində olan tikilinin zəbtdən azad olunması» tələbinə 2(049)-116/2022 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 şikayət vermişlər. Lənkəran Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(049)-613/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı «onlara məxsus pay torpaq sahəsi və həmin pay torpaq sahəsində olan tikilinin zəbtdən azad olunması» tələbinə dair mülki iş üzrə icraatın dayandırılması haqqında Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(049)-116/2022 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki iş üzrə icraatın dayandırılması haqqında Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(049)-116/2022 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayət ərizələrini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, mülki işə əlavə edilmiş iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbi”nə dair iddia ərizəsindən görünür ki, iddiaçılar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********83 və **********84 reyestr nörməli çıxarışlarla özünün, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X3 ümumi birgə mülkiyyətlərində olan və Lənkəran rayonunun Xarxatan kəndində yerləşən 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyətçilərin paylarının müəyyən edilməsi və həmin torpaq sahələrinin naturada bölünməsi, "xxxx" kiçik müəssisəsi MMC-yə məxsus çayxana, mağaza və avtoyuma məntəqəsinin qanuni sahibi olaraq atası Cavabdeh həmin tikililərin naturada bölünən və özünün payına düşən torpaq sahələrinə daxil edilməsinə etiraz etmədiyindən bu tikililərin onun mülkiyyətində olan torpaq sahələrinə daxil edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişlər. Həmin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 2-3395/2022 daxil olma nömrəsi ilə qeydə alınmışdır. Göründüyü kimi həmin 2(049)- 3395/2022 saylı iş üzrə çıxarılacaq qərarın hazırki 2(049)-116/2022 saylı (yeni 2(049)-613/2023 nömrəli) mülki işin nəticələrinə təsir edəcəyini nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək hesab etmişdir ki, icraatın dayandırlmasına əsas olan iddia tələbi üzrə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünüb-bölünməməsi müəyyən ediləcək, naturada paylara bölünmə mümkün olacağı halda isə mübahisəli tikilinin məhz hansı paylı mülkiyyətçinin payına düşən hissədə yerləşməsi müəyyən ediləcəkdir. Müəyyən edilsə ki, mübahisəli tikili iddiaçının payına düşən torpaq sahəsinin müvafiq hissəsinin hüdudları daxilində yerləşmir bu zaman iddiaçının hazırki tələb üzrə subyektiv hüququ aradan qalxmış olacaqdır. Bir sözlə yuxarıda göstərilən iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki işin icraatı dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(049)- 116/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(049)-116/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar