Məhkəmə qərarları › İş №2(106)-388/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-388/2025

29.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-388/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X20 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, birləşdirilmiş mülki işlər üzrə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, birləşdirilmiş mülki işlər üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X7, cavabdeh, eyni zamanda birləşdirilmiş mülki iş üzrə işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1, cavabdeh, eyni zamanda birləşdirilmiş mülki iş üzrə işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmiş X9 və X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən (hakim M.Aslanov) işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, birləşdirilmiş mülki iş üzrə İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsindən (hakim M.Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair işin halları: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.metrdən ibarət 29 saylı mənzilin, həmin blokda yerləşən 24 saylı mənzilin, həmin blokda yerləşən 19 saylı mənzilin təhvil təslim aktı ilə ona təhvil verilməsi və mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" Mənzil Tikinti Kooperativinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslanmışdır ki, “Cənub" Mənzil Tikinti Kooperativi (bundan sonra mətndə “Cənub" MTK) ilə İddiaçı arasında "Mənzil alqı-satqısı barədə" bağlanmış xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı müqavilə üzrə "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin l A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, "Mənzil alqı-satqısı barədə" bağlanmış xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı müqavilə üzrə "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, "Mənzil alqı-satqısı barədə" bağlanmış xx.xx.2021-ci il tarixli, AS- 27/21 saylı müqavilə üzrə "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilməklə ona satılmışdır. Ödənişlərin tam şəkildə ödənilməsinə dair maliyyə arayışları iş materiallarına əlavə edilir. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının müvafiq olaraq 60, 61, 62 saylı protokollarına əsasən İddiaçı kooperativə üzv qəbul edilsə də, mənzillərin açarları ona təhvil verilməmişdir. İddiaçı sözügedən mənzillərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDR Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən mənzillər üzərində qeydiyyat aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı səbəbindən, müraciətin icrası təmin olunmamışdır. Bundan sonra pretenziya qaydasında "xxxx" MTK-ya müraciət edərək, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasmın 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzilin 10 gün müddətində ona təhvil verilməsi və mənzillərə daxil olmağa yaradılan maneələrin aradan qaldırılmasını bildirmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh "xxxx" MTK pay hüququ əsasında İddiaçı məxsus olan mənzilləri təhvil verməkdən imtina edir və plan cizgi üzrə mənzilə daxil olmaq istədikdə isə buna süni maneələr yaradır. Qeyd olunan hüquqi əsaslar üzrə hesab edir ki, cavabdeh "xxxx" MTK-nın qanunsuz hərəkətlərinə son qoyulmalı və iddiaçıya məxsus mənzillər ona təhvil verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilin, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzilin təhvil-təslim aktı ilə İddiaçı təhvil verilməsi, “Cənub" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnaməsi hüquqlarına toxunur. Bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun olaraq şikayət vermək hüququndan istifadə edir. Məlum edir ki, sözügedən qətnamədə mübahisənin əsas predmeti kimi göstərilmiş Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Çıxarışa (Qeydiyyat tarixi: xx.xx.2022; Qeydiyyat nömrəsi: **********; Reyestr nömrəsi: **********36-05301-093060) əsasən onun xüsusi (Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 29; 100.2 kvm) mülkiyyətindədir. Davam edərək bildirir ki, yuxarıda qeyd olunan mülki işlə bağlı məhkəməyə təqdim edilmiş iddia ərizələrində (ilkin və qarşılıqlı) cavabdeh və ya digər şəxs kimi qeyd olunmamışdır, həmçinin məhkəmənin gedişatı zamanı da məhkəmə tərəfindən maraqlarına toxunan şəxs kimi işə cəlb olunmamışdır. Həmçinin həmin vaxt, yəni 2023-cü ilin iyul ayından etibarən artıq ABŞ-da idi və hal-hazırda da oradadır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən isə hal-hazırda Lənkəran Rayon Məhkəməsində hakim Muradağa Qasımovun icraatında olan e-2(049)-2793/2024 saylı İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs2 və "xxxx" MTK-ya qarşı qaldırmış olduğu “mənzil alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmçinin dövlət orqanları tərəfindən həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv olunması” tələbinə dair mülki işin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı məlumatlı olmuşdur. Bu səbəbdən də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verə bilmədikləri üçün xx.xx.2024-cü il tarixdə həmin qətnamənin rəsmi qaydada təqdim edilməsi ilə bağlı ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir (həmin ərizə apelyasiya şikayətinə əlavə edilir.) Mövcud mübahisənin mahiyyəti üzrə bildirir ki, sözügedən əmlakın əldə olunmasına görə vicdanlı alıcı sayılır. Ümid edir ki, qeyd olunan bütün məsələlər məhkəmə kollegiyası tərəfindən ədalətli şəkildə araşdırılmaqla, obyektiv qərar qəbul ediləcəkdir. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(049)-119/2023 qətnaməni qəbul edərkən qeyd olunan maddəyə istinad etsə də, lakin onun tələblərinə əməl etməmişdir. Çünki, sözügedən əmlak, yəni qeyd olunan iş üzrə mübahisənin əsas predmetini təşkil edən və iddia ərizəsində göstərilmiş Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil (Çıxarışda qeyd olunan-Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 29; 100.2 kvm) İddiaçı deyil, onun xüsusi mülkiyyətindədir və həmin əmlakla bağlı da məhz ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (Qeydiyyat tarixi: xx.xx.2022; Qeydiyyat nömrəsi: **********; Reyestr nömrəsi: **********36-05301-093060) verilmişdir. Yəni, İddiaçı adına iş üzrə mübahisə predmeti olan əmlakla-Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 29-la bağlı iş materiallarında belə bir hüquqi sənəd olmadan işə baxan məhkəmə onu mülkiyyətçi kimi qəbul etmiş və onun tələbi ilə bağlı da hazırki normaya istinad etmişdir. Hesab edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndi məhkəmə tətbiq edilməli idi. Çünki, sözügedən norma hər kəsin mülkiyyət hüququnun olmasını qeyd edir. Lakin, bu o demək deyil ki, qanuni əsaslarla mülkiyyətçi statusu olmayan hər hansı bir şəxsin mülkiyyət hüququ ola bilər. Yəni, sözügedən normada istənilən şəxsin istənilən əmlaka qanuni əsaslar olmadan, yəni müvafiq əmlaka dair mülkiyyət hüququnu müvafiq dövlət orqanında müəyyən edilmiş qaydalar çərçivəsində qeyd etdirmədən mülkiyyət əldə edə bilməsini qeyd etmir. Hesab edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsini məhkəmə tətbiq edilməli idi. Çünki, sözügedən norma daşınmaz əmlaka dair hüquqların qeydə alınmasının hansı qaydada və hansı dövlət orqanı tərəfindən həyata keçirildiyini təsbit etməkdədir. Yəni, məhkəmə sözügedən əmlaka münasibətdə iddiaçının mülkiyyət hüququnun olmasının təsdiq edilmədiyi halda, onu mülkiyyətçi kimi qəbul etməklə bu normanın da tələblərini pozmuşdur. Hesab edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, sözügedən mənzilin satış dəyəri tərəfindən tam həcmdə ödənildikdən sonra həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə tərəfindən tətbiq edilmiş bu maddə də məhz mülkiyyət hüququ ilə bağlı olduğundan, yuxarıda qeyd etdiyi kimi, sözügdən əmlaka münasibətdə iddiaçının dövlət tərəfindən tanınan mülkiyyət hüququ yoxdur ki, həmin hüquq da dövlət tərəfindən qorunmalı olsun. Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2 və 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə ona məlum olan faktlar əsasında baxmamış və iş üzrə mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən əmlaka-Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilə (Çıxarışda qeyd olunan-Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 29; 100.2kvm) dair mülkiyyət hüququnun pozulub-pozulmaması araşdırılmamış, nəticə etibarilə də hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. Həmçinin iddiaçı ilə "xxxx" MTK və ya onun rəhbərliyi arasında baş vermiş mübahisə olmuşsa, bundan xəbəri olmamışdır. Lakin, iddiaçının sözügedən mənzilin ona satılmasından əvvəlcədən məlumatı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı bu məsələlər bildirilsə də, lakin məhkəmə tərəfindən hazırki mübahisənin predmeti olan mənzillərin həqiqətən başqa şəxslərə satılıb-satılmaması araşdırılmamışdır. MPM-nin 14.2-ci maddəsinin tələbi pozulmuşdur. Yəni, işə baxan məhkəmə mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə toplanmış dəlillərə düzgün qiymət verməmişdir. Yəni, işə baxan məhkəmə iddianı təmin edərkən o əmlaka münasibətdə 3-cü şəxsin hüququnun pozulub-pozulmaması məsələsini araşdırmamışdır. Buna görə də hesab edir ki, məhkəmə mövcud sübutlara düzgün hüquqi qiymət verməmişdir. MPM-nin 57.1-ci maddəsinin tələbi pozulmuşdur. Yəni, işə baxan məhkəmə mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılb ədalətli yekun məhkəmə qərarının qəbul edilməsindən ötrü mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən əmlakın-Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin (Çıxarışda qeyd olunan-Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 29; 100.2 kvm) işə baxılan zaman kimin mülkiyyətində olması müəyyən etməmiş və iş üzrə 3-cü şəxs kimi işə cəlb etməmişdir. Bununla da məhkəmə toplanmış dəlillərə düzgün qiymət verməmişdir. MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbi pozulmuşdur. Belə ki, hazırki işlə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Çünki, işin həqiqi hallarını özündə əks etdirən sübutlar işdə yoxdur və ya təqdim edilməmişdir, yaxud da məhkəmə tərəfindən əldə olunmamışdır. Bu isə öz növbəsində mülkiyyətçi kimi hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Hesab edir ki, MPM-in 388-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin təmin olunması nəticəsinə gəlinərkən qətnamədə bu nəticə üçün mühüm əhəmiyyət kəsb edən hal, yəni iddiaçının münasibətdə mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququnun olmasını təsdiq edən hüquqi sənədin iş materiallarında olmadığı halda və hal-hazırda sözügedən əmlakın qanuni mülkiyyətçisi olduğu halda, bu ziddiyyətli faktı aydınlaşdırılmamış və hüquqi qiymət verməmişdir. MPMin 389-cu maddəsinin tələbləri pozulmuşdır. Belə ki, işə baxan məhkəmə xx.xx.2023-cü il tarixli, 2(049)-119/2023 saylı qətnamə ilə iddiaçının mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən əmlakın, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzilin (Çıxarışda qeyd olunan-Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 29; 100.2kvm) qanuni mülkiyyətçisi olması qənaətinə gəlsə də, lakin bu faktı təsdiq edən heç bir sübut iş materiallarında olmadığı halda, məhkəmə bu halı sübut edilmiş kimi qiymətləndirmiş, yəni iddiaçını mülkiyyətçi kimi qəbul edərək müvafiq maddi hüquq normalarına da istinad etməklə onun tələbini təmin etmişdir. MPM-in 390-cı maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən əmlakın onun qanuni mülkiyyətində olması barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyi halda, işə baxan məhkəmənin bu halı mülkiyyət hüququ ilə əlaqələndirməklə iddiaçını sözügedən əmlakın mülkiyyətçisi kimi qəbul etməsi işin hallarına qətiyyən uyğun deyildir. MPM-in 361.4-cü maddəsinə uyğun olaraq yeni sübut kimi mübahisənin əsas predmeti olmaqla xüsusi mülkiyyətində olan əmlaka dair Qeydiyyat tarixi: xx.xx.2022; Qeydiyyat nömrəsi: **********; Reyestr nömrəsi: **********36-05301- 093060 saylı Çıxarış apelyasiya şikayətinə əlavə edilməklə, məhkəməyə təqdim olunur. Qətnamədən işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MTK tərəfindən Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzilə aid hissədə mübahisələndirilərək, həmin mənzilin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Çıxarışa (Qeydiyyat tarixi: xx.xx.2021; Qeydiyyat nömrəsi: **********; Reyestr nömrəsi: **********36-05301-093058) əsasən xüsusi (Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 19; 100.5 kvm) mülkiyyətində olması vurğulanmış, şikayət Maraqlı şəxs1 apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. Qətnamədən həmçinin işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs3 apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MTK tərəfindən Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzilə aid hissədə mübahisələndirilərək, həmin mənzilin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********; Reyestr nömrəsi: **********36-05301-093057) əsasən xüsusi (Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/20A, mənzil 24; 101.1kv.m) mülkiyyətində olması vurğulanmış, şikayət Maraqlı şəxs1 apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2025-ci il tarixli 2(106)-388/2025 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və "xxxx" MTK-nə qarşı «alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi həmin müqavilələrə əsasən ƏMDX tərəfindən verilmiş Çıxarışların ləğvi» tələbinə dair Lənkəran Rayon Məhkəməsinin icraatında olan e-2(049)-42/2025 saylı mülki iş mahiyyəti üzrə baxılıb həll edilənədək, hazırki iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyaisya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 2(106)-962/2025 saylı qərardadı ilə İddiaçı Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Cavabdehnə qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən ƏMDX tərəfindən verilmiş “Çıxarış”ların ləğvi tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə 2(106)-962/2025 nömrəli mülki iş, iddiaçı X13 Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbində dair 2(106)-388/2025 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilərək, mülki işdə 2(106)-388/2025 nömrəsi saxlanılmışdır. Şirvan Apellyaisya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli 2(106)-388/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair 2(106)-388/2025 saylı mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Cavabdehnə qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən verilmiş çıxarışların ləğvi” tələbinə tələbinə dair birləşdirilmiş mülki işin halları: İddiaçı cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Cavabdehnə qarşı “alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən verilmiş çıxarışların ləğvi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən və 110 kv.metr sahədən ibarət 19 saylı mənzilin alqı-satqısı barədə X16 ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən və 110 kv.metr sahədən ibarət 24 saylı mənzilin alqısatqısı barədə Maraqlı şəxs3 il Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 29 saylı mənzilin alqı-satqısı barədə Maraqlı şəxs1 ilə ”Cənub Mənzil Tikinti” Kooperativi arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi barədə” iddia tələbi Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh tərəfindən Lənkəran şəhəri Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzillərin təhvil-təslim aktı ilə ona təhvil verilməsi və Cavabdeh tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "Cənub Mənzil Tikinti” Kooperativinə qadağan edilməsi qərara alınmışdır. Qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması Şirvan Apelyasiya Məhkəməsi tərəfindən mümkünsüz hesab edilmiş, eləcə də kassasiya şikayəti də təmin edilməmişdir. Qətnamənin icra olunması üçün Lənkəran Rayon Məhkəməsində icra vərəqəsi imzalanaraq Lənkəran rayon İcra və probasiya şöbəsinə xx.xx.2024 tarixində göndərilmişdir. Cavabdeh Lənkəran rayon İcra və probasiya şöbəsinə elektron kabinet vasitəsi ilə izahat və arayış təqdim edərək həmin mənzillərin ikinci dəfə başqa şəxslərə satıldığını əsas gətirib, qətnamənin icrasının mümkünsüz olduğunu bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdehnə verilmiş arayışdan aydın olur ki, qətnamə ilə təhvil-təslimi nəzərdə tutulan 19 saylı mənzil X10, 24 saylı mənzil Maraqlı şəxs3, 29 saylı mənzil Maraqlı şəxs1 adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdehnə qarşı iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı və vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırlmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş həmin rədd qərarına da obyektiv hüquqi qiymət verilməmişdir. Aşağıda ətraflı şəkildə qeyd ediləcək pozuntulara əsasən hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin qəbul etmiş olduğu qətnamə əsassızdır və ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Lənkəran Rayon Məhkəməsi çıxarmış olduğu qətnamə ilə iddiaçının mülkiyyət hüquqlarının kobud pozuntusuna səbəb olmuşdur. Belə ki, mübahisəli mənzillər ilkin olaraq iddiaçıya satılmış və buna dair müvafiq maliyyə arayışları verilmişdir. İddiaçıya satılmış mənzillərə o buraxılmamış və təsisçilərlə direktor arasında narazılıqlar başlamışdır. Bu narazılıqlar davam etdiyi müddətdə iddiaçı sözügedən mənzillərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən mənzillər üzərində qeydiyyat aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı səbəbindən, müraciətin icrası təmin olunmamışdır. Gördüyü kimi iddiaçı tərəfindən çıxarış alınması üçün müraciət edilən zaman həmin mənzillər üzərində heç bir şəxsin hüquqları qeydiyyata alınmamış, hər hansı digər alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhz bu qarışıqlıqdan istifadə edərək MTK-nın vəzifəli şəxsləri mənzili iddiaçıdan qaçırmaq üçün saxta protokol, saxta alqı-satqı müqaviləsi və saxta maliyyə arayışı tərtib etməklə cavabdehlərin adlarına rəsmiləşdirmiş və çıxarış alınmasına nail olmuşlar. İddiaçı da mənzilə buraxılmadığından həmin maneələrin aradan qaldırılmasına dair Lənkəran Rayon Məhkəməsində ilkin olaraq xx.xx.2022-ci il tarixdə iddia qaldırır. Həmin dövr "xxxx" MTK-nın direktoru olmuş Muxtar Quliyev məhkəməyə qarşılıqlı iddia ünvanlayır. Həmin qarşılıqlı iddiasında o iddiaçıya satılmış mənzillərin digər şəxslərə satılmasından bəhs etmir, əlaqəsiz şəxslərin alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmənin gedişində o direktor vəzifəsindən kənarlaşdırılır, idddiaçının iddiası təmin olunur. Məhkəmə aktı qanuni qüvvəyə minib icraya yönəldikdən sonra icra şöbəsində bəlli olur ki, sən demə iddiaçıya satılmış mənzillər saxta yollarla sonradan digər şəxslərə də satılmış və adlarına çıxarış alınmışdır. Sonradan iddiaçı Lənkəran Rayon Məhkəməsində bu dəfə cavabdehlərlə Cənub MTK arasında bağlanmış alqı-satqı müqavilələrinin, protokolların, maliyyə arayışlarının etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğvinə dair iddia qaldırır. Bu mülki işdə isə Muxtar Quliyev məhkəmə iclasında formal direktor olması, mənzillərin satılmasında özünün iştirak etmədiyini, yalnız Rəsulovun Emilə satılmış mənzillərin digər şəxslərə satılması prosesinin özünün apardığını, imza atdığını, İddiaçı mənzilin satılmadığını bildirmişdir. Nə təsadüfdürsə, Muxtar Quliyev o boyda MTK-nın direktor olduğu dövrdə yalnız 3 nəfərə satılan mənzilin özü tərəfindən həyata keçirildiyini və imzalandığını bildirir və nə təsadüfdürsə, həmin mənzillər də iddia qaldırmış İddiaçı aid mənzillər olur. Nə təsadüfdürsə, həmin mənzillərin özü tərəfindən cavabdehlərə satılmasını bildirən X30 Rəsulovun Lənkəran Rayon Məhkəməsində qaldırmış olduğu ilkin iddiada bu barədə bir kəlmə belə danışmamış, qarşılıqlı iddiada bu barədə tələb irəli sürməmişdir. Halbuki əgər İddiaçı alqı-satqı müqavilələri etibarsız idisə, qarşılıqlı iddiada buna aid tələbi niyə o zaman qaldırmamışdır? Qeyd edilənlər onu təsdiq edir ki, əslində mənzillərin 3 nəfər cavabdehə satılması, iclas protokolları, maliyyə arayışları etibarsızdır. Etibarsız sənədlər əsasında əldə edilən hüquq qoruna bilməz. Lakin Lənkəran Rayon Məhkəməsi əsassız olaraq cavabdehlərin adlarına rəsmiləşdirilmiş müqavilənin etibarlı olması qənaətinə gəlmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqlarının kobud pozuntusuna səbəb olmuşdur. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə qətnamənin 15-ci səhifəsində qeyd edir ki, “iddiaçı və fiziki şəxslər olan cavabdehlər Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə əsasən Cavabdeh ilə mübahisələndirlən mənzillərin alqı-satqısı müqavilələrini imzalayıb həmin mənzillərin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəmiş, İddiaçı istisna olmaqla, digər vicdanlı alıcılar aldıqları mənzilləri mülkiyyət hüququ əsasında DƏDRX-də adlarına rəsmiləşdirmişlər. Yuxarıda qeyd olunmuş mənzillərin alınması zamanı cavabdehlərin həmin mənzillərlə bağlı hər-hansı bir mübahisənin olmasından xəbərləri olmamışdır. Bunun əksini sübut etmə yükü iddiaçının üzərinə düşsə də, onun nümayəndəsi belə bir sübutu məhkəməyə təqdim etməmişdir”. Çox maraqlıdır ki, vicdanlı alıcı olaraq tanınmış cavabdehlərin heç biri heç bir məhkəmə iclasında iştirak etməmiş, Lənkəran RİH başçısının Lənkəran ərazi nümayəndəliyi tərəfindən məhkəmə sənədləri onların nə qeydiyyat ünvanında, nə də adlarına çıxarış aldıqları hazırki mübahisəli mənzillərdə yaşamadıqlarından onlara təqdim edilə bilməmişdir. İşin halları onu təsdiq edir ki, bu cavabdehlərin adına formal olaraq saxta yollarla müqavilə və digər sənədlər tərtib olunmuş və cinayətkar əməlləri törədən şəxslər həmin mənzilləri bu yolla özlərinə qalmasına çalışmaqdadır. Anlaşılmır ki, nə qeydiyyat ünvanında, nə də mübahisəli mənzildə yaşamayan cavabdehlər ümumiyyətlə belə bir mübahisədən necə xəbər tutmuşlar. Bu onu göstərir ki, qeyd edilən şəxslərin adları sadəcə formal olaraq müqaviləyə və sənədlərə daxil edilmişdir. Yalnız etibarlı əqd əsasında qeydə alınmış reyestr qeydinin həqiqliyi prezumpsiyası qüvvədədir. Lənkəran Rayon Məhkəməsi qeydin həqiqiliyi prezumpsiyasına toxunmaqla, guya cavabdehlərin alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edəcək sübutlar təqdim etmədiklərini vurğulamışdır. Halbuki iş üzrə dindirilmiş şəxslərin ifadələrindən belə çıxır ki, həmin MTK-da ümumiyyətlə etibarlı müqavilə bağlanmamışdır. Möhür bir şəxsdə, imza bir şəxsdə, idarəçilik bir şəxsdə olmaqla xaos hökm sürürmüş. İclas protokollarını ümumiyyətlə təsisçilərin hər birinin imzalamadığı aşkardır. Belə bir mühitdə iddiaçıya satılmış mənzildən 6 aydan çox müddət sonra başqa şəxslərə dair bağlanmış müqavilə və digər sənədlərin etibarlı olması qənaətinə gəlmək anlaşılan deyildir. Nəzərə alınmalıdır ki, həm ilkin olaraq işə baxmış Lənkəran Rayon Məhkəməsi, həm də hazırki iş zamanı cinayət əməllərinin araşdırılması üçün cinayət işi açılmışdır. Həm iddiaçı, həm də cavabdehlərin müqavilələrinin etibarlılıq şərtlərinə cavab vermədiyini qəbul etsək, burada hüquqları qorunmalı şəxs daha əvvəlki tarixdə adına müqavilə bağlanmış şəxs olmalıdır. Lənkəran Rayon Məhkəməsi cavabdehlərin adlarına çıxarış verildiyi əsasından çıxış etsə də, həmin çıxarışın verilməsinə səbəb olmuş sənədlər etibarsız olduğundan çıxarış ləğv edilməli idi. Qətnamənin 8-ci səhifəsində yer alan Muxtar Quliyevin ifadəsində qeyd edilmişdir ki, “O, formal direktor olmuşdur. O, əsasən alıcılara yalnız mənzilləri göstərmişdir. Müqavilələrə möhürləri təsisçilər Mübariz, Mehdi, Nizami vurmuşlar. Onun kassaya girişi olmamışdır. O yalnız üç mənzili qanuni olaraq fiziki şəxslər olan cavabdehlərə satmış, digər mənzillərin satışından xəbəri olmamışdır. Hazırda satılmış binanı heç kim idarə etmir. Binadakı mənzillər camaatındır. Orada onun da mənzili vardır. Belə ki, aylıq 500 manata işləyirdi. Onlar onun haqqını yedikləri üçün ona həmin mənzili vermişlər. O, 2015-ci ildən 2021-ci ilin dekabr ayınadək kooperativin sədri olmuşdur. İşlədiyi dövrdə təsisçilərin göstərişi ilə mənziləri satmışdır. Cavabdehlər Aynurə, Nərgiz və İradəni tanıyır. Ona təsisçilərdən elə bir təklif gəlməmişdir ki, mübahisəli mənzilləri satmasın. MTK-da həmin vaxt satılmış mənzillərdən başqa iki boş mənzil də olmuşdur”. Gördüyü kimi Muxtar Quliyev öz ifadəsində özünü təkzib etməkdədir. Gah təsisçilərin göstərişləri ilə mənzilləri satdığını qeyd edir, gah da 3 nəfər şəxsə özünün mənzili satdığını və təsisçilərin ona satmaması ilə bağlı heç bir təklif gəlmədiyini bildirmişdir. İfadədə qeyd edildiyi kimi möhürləri təsisçilər vururmuşsa, deməli cavabdehlərə satılmış mənzillərin etibarsız olmasını təsdiq edir. Muxtar Quliyev və Mehdi Muradovun ifadələrindən də açıq-aşkar görünür ki, onlar hüquqdan sui istifadə etməklə, bir-biri ilə uyğun gəlməyən, məntiqsiz açıqlamalar verməklə, guya yalnız 3 nəfər cavabdehin alqı-satqısının etibarlı olmasını bildirməklə birgə hərəkət edərək, yekunda mənzillərin özlərinə qalmalarına çalışmaqdadırlar. Təssüflər olsun ki, Lənkəran Rayon Məhkəməsi iş üzrə bu qədər pozuntulara göz yumaraq əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə qətnamənin 13-cü bəndində qeyd edir ki, “Göründüyü kimi, həm fiziki şəxslər olan cavabdehlər, həm də iddiaçı alqı-satqı müqavilələrinin şərtlərinə əsasən alıcı olaraq üzərilərinə düşən öhdəliklərini tam olaraq icra edib, mənzillərin dəyərini Cavabdehnə ödəmişlər. Lakin, sonuncu, fiziki şəxslər olan cavabdehlərə satdığı 03 mənzili eyni zamanda da, iddiaçıya satmışdır. Həm cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs3, həm də İddiaçı vicdanlı alıcılardırlar. Bu zaman məhkəmə hesab edir ki, mənzillərin kimə əvvəl, kimə isə sonra satılmasının heç bir əhəmiyyəti yoxdur”. Bu dediklərini əsaslandırmaq üçün məhkəmə Kostitusiya Məhkəməsinin bir sıra qərarlarına istinad etsə də, bu qərarların heç birində mənzilin kimə əvvəl, kimə sonra satılmasının heç bir əhəmiyyətinin olmaması barədə mövqe bildirilməmişdir. Həmin qərarlar ümumi olaraq vicdanlı alıcı barədə mövqeyi ifadə edir ki, həmin qərarları oxuyaraq yuxarıdakı nəticəyə gəlmək əsassızdır. Mülki Məcəllənin qeyd edilən normasından da göründüyü kimi qeydə əsaslanaraq əmlakı əldə etmiş üçüncü şəxsin hüquqlarının qorunmasından söhbət gedir. Hazırki işdə isə cavabdehlər qeydə əsaslanmaqla deyil, alqı-satqı müqaviləsi əsasında hüquqları qeydiyyata alınmışdır ki, bu əsassızdır və onların bu hüquqları qoruna bilməzdi. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ümumiyyətlə hazırki iş üzrə müəyyən edilməli bir çox hal daha əvvəl işə baxmış Lənkəran Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədə müəyyən edilmişdir. Hazırki mülki işdə Muxtar Quliyevin və Mehdi Muradovun fərqli ifadələr səsləndirməsi nəzərə alınmamalı, ilk iş üzrə müəyyən edilmiş və verilmiş ifadələri də nəzərə alınmalı idi. Hər nə qədər həmin mülki iş üzrə apellyasiya icraatında iş dayandırılsa da, tərəflərin bilrdikləri ifadələr hazırki mülki iş üçün xüsusi əhəmiyyət kəsb etməkdədir və məhkəmə tərəfindən nəzərə alınmalı idi. Belə ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-119/2023 saylı mülki işdə Mehdi Muradov və Muxtar Quliyev ziddiyyətli ifadələr vermişlər. Həmin iş üzrə verilmiş qarşılıqlı iddiada qeyd edilmişdir ki, X11, X4 və X2 tələbi ilə o (X9), sənədlərin mətninə baxmadan dəfələrlə müqavilələrə və maliyyə arayışlarına qol çəkmişdir. İddiaçı MTK-dan mənzil alması barədə müqavilədə ola bilər ki, həmin müqavilələrin içərisində olsun. Lakin hazırki mülki iş üzrə icraatda israrla həmin müqavilələr imza atmadığını bildirir və nə təsadüfdürsə, ancaq cavabdehlərə satılmış 3 mənzilə dair müqaviləyə özünün imza atdığını təsdiqləyir. Həmin iş üzrə qəbul edilmiş qətnamənin 8-ci səhifəsində Muxtar Quliyevin şahid ifadəsində qeyd edilmişdir ki, Cavabdeh direktoru vəzifəsinə işləmişdir. Həmin müddətdə möhür onda olmamışdır, möhür faktiki idarəçiliyi həyata keçirən X1 olmuşdur. Nizami Abdullayev Bakı şəhərində olmuş, əgər müqavilə bağlanacaqdısa onun tərəfindən sənədlər tərtib edilərək möhür vurulması üçün Bakı şəhərinə, Nizami Abdullayevə göndərilmişdir”. Nə təsadüfdür ki, Muxtar Quliyev cavabdehlərə satılmış 3 mənzilə dair müqavilə və digər sənədlərə vurulmuş möhürü onun özü tərəfindən vurulub vurulmadığını mübahisələndirmir. Onun dediklərinə inansaq, qalan bütün alqı-satqılar etibarsız olmalı idi. Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-119/2023 saylı mülki işdə Mehdi Muradov məhkəmə iclasında saxtakarlıq etdiyini, İddiaçı müqavilələrin saxta olduğunu bildirdiyindən məhkəmə xüsusi qərardad çıxararaq araşdırılması üçün prokurorluğa göndərmişdir. Prokurorluq tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda izahatları alınmış Mehdi Muradov və X30 Rəsulova satılmış mənzillərin qanuni yolla satıldığını, heç bir saxtalaşdırma olmadığını, pulun ödəndiyini təsdiq etmişlər. Bu səbəbdən də cinayət işinin başlanması rədd edilmişdir. Sonradan hazırki mülki işdə yenə saxta ifadələrdən istifadə edən zaman ona “prokurorluqda bu cür ifadə vermisən burda fərqli şey deyirsən?”,- deyə soruşduqda isə, o, “yaxşı edirəm, orda elə deyirəm, burda da belə”,-deyə cavab vermişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş həmin rədd qərarına da obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə tərəfindən işin obyektiv həlli üçün heç bir addım atılmamışdır. Cavabdehlərin adına çıxarışın verilməsi mənzilin hələ onlara təhvil verilməsi anlamına gəlməməkdədir. Məhkəmə işin obyektiv həli üçün mübahisəli mənzilə yerində baxış keçirərək, orada kimlərinsə yaşayıb-yaşamadığını, ümumiyyətlə orada hər hansı bir təmir işlərinin aparılıb-aparılmadığını müşahidə etməli idi. Çünki cavabdehlərin nümayəndələri də orada təmir işləri aparıldığını bildirmişlər. Nəzərə alınmalıdır ki, hər iclasdan öncə Lənkəran RİH başçısının Lənkəran ərazi dairəsi nümayəndəliyindən məhkəməyə məktub təqdim olunurdu ki, cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından onlara sənədin çatdırılması mümkün olmamışdır. Cavabdehlər nə mübahisəli mənzildə, nə də qeydiyyatda olduqları mənzildə yaşamırlarsa, onlar ümumiyyətlə harada olmuşdurlar, ölkə xaricindəmi? Məhkəmə ən azından yerində baxış keçirməli, mübahisəli mənzilin durumunu öyrənməli idi. Həmçinin cavabdehlərin ölkəyə giriş-çıxış vaxtlarına da məhkəmənin baxmaq imkanı var idi. Onlar da həmin şəxslərin uzun müddətdir ki, ölkədə olmadıqları barədə məlumat var idi və bu barədə fikrini məhkəmənin diqqətinə də çatdırmışlar. Bu barədə sorğu versələr də sorğuya cavab alına bilməmişdir. Digər bir məsələ isə ilkin olaraq Lənkəran Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl iddiaçının 10 saylı DƏDKR PHŞ 10 saylı Lənkəran ərazi dairəsinə çxıarış alınması ilə bağlı müraciət və bu zaman cavab olaraq ona həmin mənzillərə dair alqı-satqı müqaviləsi, çıxarışın mövcudluğu barədə heç bir məlumatın verilməməsi olmuşdur. Ərazi dairəsi imtina səbəbi kimi MTK tərəfindən əraziyə buraxılmadığını və baxış həyata keçirilə bilmədiyni qeyd etmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən 10 saylı ərazi dairəsinin əməkdaşı məhkəməyə çağırılaraq dindirilməli idi. Həmçinin maraqlıdır ki, iddiaçıya icazə verməyən MTK digər şəxsə çıxarış alınan zaman mütəxəssisə mane olmamışdır. Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Çox təəssüf ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən Mehdi Muradovun, Muxtar Quliyevin bildirdikləri tamamilə təhrif olunmuş şəkildə qətnaməyə köçürülmüşdür. İclas protokollarına qeyd vermək istəsələr də, protokolun hansı hisəsinə qeyd vermək barədə çətin bir dilemma qarşısında qalmışlar. Çünki iclas protokolları başdan-ayağa yanlış və şəxslərin məhkəmədə dediklərini əks etdirməyən formada köçürülmüşdür. Ən azından məhkəmə iclaslarının audio-video yazısının həyata keçirildiyinə güvənməklə, məhkəmə kollegiyasının həmin iclaslara baxacağını və adlarını qeyd etdiyi şəxslərin suallara cavablarını, ifadələrini aşkar şəkildə görəcəklərini ümid edir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə tərəfindən tərəflərin vermiş olduğu izahatlara, ifadələr nəinki əsaslandırılmamış, həmçinin həmin ifadələr təhrif olunmuş şəkildə qətnaməyə köçürülmüşdür. Birləşdirilmiş mülki işlər üzrə məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 birləşdirilmiş mülki iş üzrə qətnamədən verdikləri apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmədə cavabdeh, eyni zamanda birləşdirilmiş mülki iş üzrə işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər Maraqlı şəxs1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunman məzmunu iə oxşar məzmunda izahat verərək, təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmədə cavabdeh, eyni zamanda birləşdirilmiş mülki iş üzrə işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunman məzmunu iə oxşar məzmunda izahat verərək, təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmədə "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X7 apellyasiya şikayətlərinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmiş X9 bildirdi ki, mübahisəli mənzillər satılan dövrdə kooperativin sədri olmuşdur və mənzillər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 satılaraq faktiki onlara təhvil verilmiş, mənzillər sonuncuların faktiki sahiblik və istifadələrindədir, təmir işləri aparmışlar. Odur ki, onlar tərəfindən verilən apellyasiya şikayətinin təmin olunmasını, İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmiş X11 bildirdi ki, kooperativin təsisçilərindən biri olmuşdur. Mübahisəli mənzillər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 satılaraq faktiki onlara təhvil verilmiş, mənzillər sonuncuların faktiki sahiblik və istifadələrindədir, təmir işləri aparmışlar. İddiaçı kooperativin payçısı Nizami Abdullayevin qızının əridir Mübahisəli mənzillər İddiaçı satılmamış, təsisçilər arasında pay bölgüsündə yaranan mübahisə ilə bağlı adına müqavilələr bağlanmışdır. Odur ki, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilən apellyasiya şikayətinin təmin olunmasını, İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh, eyni zamanda birləşdirilmiş mülki iş üzrə işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs3 məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda biləşdirilmiş mülki işlər üzrə hər qətnamələrdən verilmiş apellyaisya şikayətlərində birinci instansiya məhkəməsinin qətnamələrinin ləğvi xahiş olunmaqla, qətnamələr tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsaslı, birləşdirilmiş mülki iş üzrə İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə əsassızdır. İş materiallarına əlavə edilmiş sənədlərdən tarix baxımından xronoloji ardıcıllıqla aşağıdakılar müəyyən olunur: Cavabdeh 25 sentyabr 2018-ci il tarixli nizamnaməsindən görünür ki, kooperativdə payl haqqları təsisçi X11 (Ş/V ;AA-0343094) -nizamnamə kapitalında pay haqqı- 8 pay, 20%; təsisçi X8 (AZE № ********) - nizamnamə kapitalında pay haqqı- 8 pay, 20%; təsisçi Muradlı (Cəbrayılova) Aytəkin Seyidağa qızı (AZE № ********)-nizamnamə kapitalında pay haqqı-8 pay, 20%; təsisçi X6 (AZE № AA0014198) - nizamnamə kapitalında pay haqqı- 10 pay, 25%; təsisçi X12 -4 pay, 10 %; təsisçi X17 -2 pay, 5 % təsis paylarına malikdirlər. xx.xx.2021-ci il tarixli, AS-25/21 saylı, xx.xx.2021-ci il tarixli, AS-21/21 saylı və xx.xx.2021-ci il tarixli, AS-27/21 saylı müqavilələrdən görünür ki, İddiaçı ilə Cənub" MTK arasında "Mənzil alqı-satqısı barədə" bağlanmış müqavilə üzrə müvafiq olaraq Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil, həmin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, həmin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzil İddiaçı satılmışdır. 18 yanvar 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı AS-25/21 saylı, AS-21/21 saylı, AS-27/21 saylı müqavilələr üzrə nağd ödənişlər etmişdir. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının müvafiq olaraq 60, 61 62 saylı protokollarına əsasən İddiaçı kooperativə üzv qəbul edilmiş və müvafiq olaraq ona İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil və İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzil ayrılmışdır. Lənkəran rayon prokurorluğundan tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-27/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 4-cü mərtəbəsində 19-cu mənzilində yerləşəcək 110 kv.metr olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isə həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 60 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 24 saylı mənzilin ayrılması qərara alınmışdır. Lənkəran rayon prokurorluğundan tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-21/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 5-ci mərtəbəsində 24-cü mənzilində yerləşəcək 110 kv.metr olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isə həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 24 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 61 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 29 saylı mənzilin ayrılması qərara alınmışdır. Lənkəran rayon prokurorluğundan tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-25/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 6-cı mərtəbəsində 29-cu mənzilində yerləşəcək 110 kv.metr olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isə həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olan və həmin binanın 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 29 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-26/21 nömrəli mənzil alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 4-cü mərtəbəsində 19-cu mənzilində yerləşəcək 110 kv.metr olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isəı həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış “Pul vəsaitlərinin qəbul olunması haqqında” xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X16 xx.xx.2021-ci il tarixli AS-26/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsi üzrə 55000 manat nağd ödəniş etmişdir. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri X16 tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəsi, **********36-05301-093058 reyestr nömrəsi və qeydiyyat tarixi xx.xx.2021-ci il olan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 19 saylı mənzili tam mülkiyyət hüququ əsasında X10 adına dövlət qeydiyyatına alınmışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 60 nömrəli protokolunun surətindən görünür ki, Maraqlı şəxs3 kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 24 saylı mənzilin ayrılması qərara alınmışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 24 saylı mənzilin pay dəyəri Maraqlı şəxs3 tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəsi, **********36-05301-093057 reyestr nömrəsi və qeydiyyat tarixi xx.xx.2021-ci il olan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 24 saylı mənzili tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs3 adına dövlət qeydiyyatına alınmışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 56 nömrəli protokolunun surətindən görünür ki, Maraqlı şəxs1 kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 29 saylı mənzilin ayrılması qərara alınmışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS- 25/21 nömrəli mənzil alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 6-cı mərtəbəsində 29-cu mənzilində yerləşəcək 110 kv.metr olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isə həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsusdur və həmin binanın 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı 29 saylı mənzilin pay dəyəri Maraqlı şəxs1 tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ********* qeydiyyat nömrəsi, **********36-05301-093060 reyestr nömrəsi və qeydiyyat tarixi xx.xx.2022-ci il olan, olan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 29 saylı mənzili tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh 03 oktyabr 2022-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarından görünür ki, X9 direktor vəzifəsindən azad edilmiş, X21 direktor vəzifəsinə təyin edilmişdir. "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Lənkəran rayon prokurorluğunun 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsi İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” haqqında ilkin iddia tələbinə və Cavabdeh “alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair iddiaya baxarkən MTK-nin sabiq icraçı direktoru X9 məhkəmə baxışı zamanı MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrdəki imzaların, habelə keçirilmiş iclas protokollarının saxta olmasını bildirdiyindən Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə cinayətin əlamətlərinin araşdırılıb hüquqi qiymət verilməsi üçün qərardad aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Lənkəran rayon prokurorluğunun qərarı ilə toplanmış material üzrə X9, X7, X4, X3 əməlində cinayət tərkibi olmadığından cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən başlanması rədd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfində Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 19 saylı mənzil X10, 24 saylı mənzil Maraqlı şəxs3 qıznın, 29 saylı mənzil Maraqlı şəxs1 adına dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan vətəndaşların adına 46/20A nömrəli binada digər mənzillərin qeydiyyatı aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1-ci Protokol 1-ci maddəsində göstərilir ki, hər bir fizikivə hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarında göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 8.0.5 Mənzil-tikinti kooperativində üzvlük mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsaslardan biridir. Maddə 112.1 mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113 Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri- yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşmmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 109.1 Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109.2 Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 109.10 Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydas, haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumı yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. Maddə 110.1 Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Maddə 111.1 Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Maddə 178.8 Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 324 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 389.1 Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə, kreditorun həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxdığından, yuxarıda sadalanan maddi hüquq normaları baxımından iddianı təmin etməyən birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri üzrə Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli 2(049)-42/2025 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibət bildirən kollegiya yuxarıda qeyd olunan mövqedən çıxış edərək bir daha vurğulayır ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə, kreditorun həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxdığından, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmiş, işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Kollegiya hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməklə qətnamə ləğv olunmalı və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.1, 384.0.2, 385.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi Lənkəran Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli e-2(049)-42/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, qətnamə dəyişdirilmədən saxlanılsın. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(049)-119/2023 saylı qətnaməsindən işdə iştirak edilməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin, qətnamə ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar