Məhkəmə qərarları › İş №2(106)-394/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-394/2023

02.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-394/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh, onun vəkili X3 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan otaqdan istifadə hüququnun tanınması və həmin otağa giriş çıxışa yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan otaqdan istifadə hüququnun tanınması və Cavabdeh tərəfindən ona həmin otağa giriş çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbində dəqiqləşdirmə apararaq, Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin otaqlarına Cavabdeh tərəfindən giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ümumi paylı mülkiyyətdə olan evin texniki sənədində olmadığı, layihədə nəzərdə tutulmadığı halda otağa küçədən qapı qoydurmuş, fərdi qaydada stomotoloji kabinet kimi fəaliyyət göstərir. O, həmin otağa müxtəlif avadanlıqlar yerləşdirmiş və həmin qapıdan yalnız özü istifadə edərək açarı da özündə saxlayır. Əgər qeyd edilən paylı mülkiyyətdirsə, onun razılığı və icazəsi olmadan cavabdeh hansı hüquqla belə hərəkətlərə yol verir. Necə ola bilir ki, o, paylı mülkiyyətdə olan həmin otağa girə bilir, lakin ona həmin otağa girməyə maneçilik yaradır, həmin otağı açarla bağlayır və açarları da özündə saxlayır. Hazırda cavabdeh şifahi olaraq ona bildirir ki, həmin otaqla əlaqədar olaraq guya rəsmi sənəd alaraq fəaliyyət göstərir. Lakin, belə bir sənədin varlığı ona məlum deyil və ona elə bir sənədi təqdim etməyib. Hər bir halda məhkəmə həmin sənədi qanun çərçivəsində tələb etməli və iş materiallarına əlavə etməlidir. Onu da qeyd etmək istəyir ki, həmin stomotoloji kabineti cavabdeh adi vətəndaş kimi qeydiyyata saldırsa da, o, orada qeyri-əhali kimi fəaliyyət göstərir. O, həmin otaqda qanunsuz olaraq işıq və su üçün sayğaclar qoydurmuşdur, həmin otağa münasibətdə eyni hüquqa malikdirlər. Cavabdeh illərdir ki, həmin kabinetdən qazanc əldə edir, əgər onlara münasibətdə həmin otaq paylı mülkiyyətdirsə, hansı səbəbdən o, həmin gəlirlərdən bəhərlənmir. Gələcəkdə maddi təzminatla əlaqədar məhkəməyə müraciət edəcəkdir. Bu səbəbdən də ümumi paylı mülkiyyətdə olan otaqdan istifadə hüququnun tanınması və ona həmin otağa Cavabdeh tərəfindən giriş çıxışa yaradılan maneənin aradan qaldırılması tələbinə dair hazırkı iddia ilə məhkəməyə müraciət edir. Onu da qeyd etmək istəyir ki, qardaşı Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasi Daşinmaz əmlakin Dövlət Reyestr Xidmətinin ******* sayli Çixarışı əsasında ümumi paylı mülkiyyətdə olan payın naturada ayrılması, onun tərəfindən payın ona aid hissəsində mülkiyyət huququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin iddia tələbində göstərmişdir ki, onların arasında umumi payli mülkiyyətində 0,049 ha torpaq sahəsində fərdi yaşayiş evi vardır. Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin ******* sayli qərarına əsasən verilən əmlakın texniki pasportunda Liter A işarəsi ilə göstərilən fərdi yaşayiş evinin 1/4 hissəsi ona 1/4 hissəsi isə ona məxsusdur. Çıxarışda 0,049 ha kimi qeyd edilən torpaq sahəsinin də dəqiq koordinatları qeyd olunmamış, texniki pasportda hər ikisinin mülkiyyətində olan əmlakın mərtəbələr uzrə planda qeyd olunan hissələr üzrə dəqiq payların ayrılmasi oz əksini tapmamışdır. Bu da onun tərəfindən özünə aid hissədə sərəncam vermək hüququnu məhdudlaşdırır. Hətta belə olan halda cavabdehə, yəni ona məxsus hissəyə bitişik olan əmlakın ona aid hissəsini sökmək, orada yeni tikinti işləri aparmaq üçün cavabdeh olaraq onun tərəfindən maneələrlə üzləşir. Belə olan vəziyyətdə onun mülkiyyət hüququndan sərbəst istifadə etmək, onun barəsində sərəncam vermək, ona sahiblik etmək imkanı məhdudlaşdırılmış və bu da nəticədə mülkiyyət hüququnun pozulmasına zəmin yaratmışdır. Cavabdeh elcə də ifadəsində göstərmişdir ki, həmin mübahisələndirilən əmlak köhnə tikilidir va onun hər zaman insan həyati üçün real təhlükə yaratmasi qaçılmazdir. Eləcə də o, ifadəsində göstərmişdir ki, həmin sözügedən evdə yaşamır, oradan aktiv istifadə etmir, lazımsiz əşyalarını orada saxlamaqla anbar kimi istifadə edir. Belə ki, onun həmin torpaq sahəsində 2 mərtəbəli geniş tipli yaşayiş evi olmaqla orada yaşayır. Həqiqətən də onunla qardaşı Cavabdeh arasında ümumi payli mülkiyyətdə 0,049 ha torpaq sahəsində fərdi yaşayış evi vardır. ******* saylı çıxarışa əsasən verilən Əmlakın texniki pasportunda Liter A işarəsi ilə göstərilən fərdi yaşayış evinin 3/4 hissəsi ona, 1/4 hissəsi isə Cavabdeh məxsusdur. Çıxarışda 0,049 ha kimi qeyd edilən torpaq sahəsinin dəqiq koordinatlari qeyd olunmamış, texniki pasportda hər ikisinin mülkiyyətində olan əmlakın mərtəbələr üzrə planda qeyd olunan hissələr üzrə dəqiq payların ayrılmasi oz əksini tapmamışdir. Cavabdeh göstərmişdir ki, bütün bunlar onun tərəfindən özünə aid hissədə sərəncam vermək hüququnu məhdudlaşdırır, ona məxsus hissəyə bitişik olan əmlakının ona aid hissəsini sökmək, orada yeni tikinti işləri aparmaq üçün onun tərəfindən maneələrlə üzləşir, guya o, qərəzli olaraq öz hissəsinə aid olan payı sökmür, orada tikinti işləri aparılmasına imkan yaratmır, onun mülkiyyətinə sərəncam verilməsinə maneçilik törədir. Həmin iddiada Cavabdeh özüdə etiraf etmişdir ki, paylı mülkiyyətdə yaşamırlar. Əgər bu ev insan həyati üçün təhlükəli və yararsiz haldadirsa buna icra Hakimiyyətinin müvafiq komissiyasının rəyi olduğu halda sökülməsi həyata keçirilməlidir. Onun formal mülahizələri qanunun normasi kimi qəbul edilsə belə, 0.049 ha kimi qeyd olunan torpaq sahəsinin dəqiq koordinatlari qeyd olunmamış, texniki pasportla hər ikisinin mülkiyyətində olan əmlakın mərtəbələr üzrə planda qeyd olunan hissələr üzrə dəqiq payların ayrılmasi oz əksini tapmamış, qərəzli olaraq oz hissəsinə aid olan payını sökmür kimi absurd tələbləri o, ona deyil, Dövlət Əmlak Komitəsi və rayon İcra Hakimiyyətinə yönləltməli idi. Huquqlarin Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyali Çıxarışdan görünür ki, ünvan 1 ünvaninda 0,049 ha torpaq sahəsində yerləşən 401.8 kv.m umumi sahəsi olan fərdi yaşayiş evi onun və qardaşı X2 umumi payli mülkiyyətindədir. Onu da qeyd etmək istəyir ki, sözügedən mülki işə baxılarkən verilmiş vəsatət əsasında ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 10/630 №-li, xx.xx.2021-ci il tarixli rəyindən gorünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayiş evinin (A literli fərdi yaşayiş evi) tərəflərin % və 3/4 paylarina uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının, inşaat Norma və Qaydalarının 2.08.01.89- nun 1.1, 2.1, 2.4, 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadıgı müəyyən edilir. Fərdi yaşayiş evinin həyətyani sahəsindən asfalt yolu bir giriş-çıxış qapısı mövcuddur. Həmin fərdi yaşayış evinin həyətyani sahəsindən bir neçə giriş-çıxış yollarının ayrılmasi uçun fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməlidir. Bundan əlavə qeyd olunur ki, fərdi yaşayiş evi üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə səki ilə əhatə olunmuşdur. Fərdi yaşayiş evinin tavan, döşəməsi, divarlari, qapı və pəncərə blokları, kommunal sahələri mövcuddur. Təmiri orta səviyyədədir. Qeyd olunur ki, fərdi yaşayiş evi yararlı vəziyyətdədir. Beləliklə sözügedən, məhkəmə araşdırmasi zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyati haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyali Cixarısla ünvan 1 ünvanında 0,049 ha torpaq sahəsində yerləşən 401.8 kv.m umumi sahəsi olan fərdi yaşayiş evi onun, yəni İddiaçı oglu və X2 ümumi paylı mulkiyyətindədir. İddiaçı fərdi yaşayış evinin oz payına mütənasib hissəsinin ayrılmasını xahiş etmiş, lakin keçirilmiş müvafiq ekspertiza rəyləri ilə yaşayış sahəsinin naturada bölünməsinin tikinti normaları baxımından bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Onu da bildirmək istəyir ki, Cavabdeh sonuncu məhkəmə iclasında paylı mülkiyyətdə olan evə köçürülməsini tələb etmişdir. Qeyd etmək istəyir ki, onunla birgə yaşamaq mümkün deyildir. Belə ki, o, təxribatçı, eləcə də oğrudur. Dediklərinin sübutu olaraq göstərir ki, Cavabdeh 2002-ci ildə bacısı X1 paylı mülkiyyətdə olan evindən oğurluq edərək qiymətli zinət əşyalarını və digər əşyaları oğurlamışdır. Bu barədə həmin vaxt şikayət də edilmişdir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh paylı mülkiyyətdə olan yardımçı tikilini qanunsuz özəllişdirərək açarlamış, orada evə aid əşyaları qəsb edib aparmış və yerində onların razılığı olmadan diş kabineti avadanlıqları yığmışdır. Belə olan halda həmin şəxslə hesab edir ki, birgə yaşamaq mümkün deyildir. Ona görə də, Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin otaqlarına Cavabdeh tərəfindən giriş çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 izahatına əlavəsinin olmadığını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı ədavət və düşmənçilik hissi keçirməklə ona nəyin bahasına olursa olsun, maddi cəhətdən cəzalandırmaq və ondan məlum olmayan səbəbdən qisas almaq niyyətindədir. Hesab edir ki, onun iddia ərizəsində qeyd etdiyi tələb heç bir əsaslı sübutlara söykənməyən, möhtəbərliyi müəyyən olunmayan absud və əsassız fərziyyələrdir. Bu fikrə gəlməyinin əsasını aşağıdakılarla sübut etmək niyyətindədir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum atasına məxsus olmuşdur. Hamı, yəni bütün övladlar həmin fərdi yaşayış evində dünyaya göz açmışlar və orada boya-başa çatmışlar. Atası vəfat etdikdən sonra həmin fərdi yaşayış evi vərəsəlik qaydasında onların adına qeydə alınmışdır. Belə ki, ünvan 3 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırda onun, yəni Cavabdeh və İddiaçı paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi onların birgə mülkiyyətində olsa da, iddiaçı onu birgə mülkiyyətində olan fərdi yaşayış evinə buraxmaq istəmir və eyni zamanda öz mülkiyyət hüququndan istifadə etməyə imkan vermir. Baxmayaraq ki, cavabdeh özü həmin evdə yaşamır, o. həmin torpaq sahəsində yerləşən özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Ona görə də o, ilk olaraq onların birgə mülkiyyətində olan fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, ekspert rəy vermişdir ki, birgə mülkiyyətdə olan fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi mümkün deyildir. Ona görə də onun iddia tələbi baxılmamış saxlanılmışdır. Bundan sonra o, məhkəmə tərəfindən iddiaçı ilə birgə mülkiyyətdə olan ünvan 3 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yenidən ekspertiza təyin etmişdir və ekspert rəyində birgə mülkiyyətdə olan fərdi yaşayış evinin paylara uyğun istifadə qaydalarını müəyyən etməyin mümkün olmadığını qeyd etmişdir. Buna görə də məhkəmə onun iddia tələbini qismən təmin etmiş, onunla oğlu X8 qeyd olunan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir. Bundan narazı qalan Zeynalov X6 rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin onun apellyasiya şikayəti təmin olunmamışdır. Hazırda həmin qətnamə qanuni qüvvəsini almadığı üçün icra edilməmişdir. Buradan sual olunur ki, hələ onların həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə icra olunmayıbsa və onlar həmin fərdi yaşayış evinə köçməmişlərsə, həmin fərdi yaşayış evinin açarları hazırda İddiaçıdırsa, o, onun otağına giriş çıxışına hansı maneəni törədə bilər. Bütün bunlar onu göstərir ki, iddiaçı əsassız iddia qaldırmış və onu maddi cəhətdən cəzalandırmaq istəyir. Ona qarşı qərəzli mövqedədir. Ona görə də, məhkəmədən tələbin rəddi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:T.Məmmədov), iddia tələbinin təmin edilməsi, Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin otaqlarına Cavabdeh tərəfindən İddiaçı giriş-çıxışına yaradılan maneənin aradan qaldırılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 213.1, 213.2, 213.8, 215.1, və 215.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən əsaslı olması nəticəsinə gəlməsini iddiaçının mülkiyyətçi olaraq mülkiyyətindən istifadə etməyə cavabdeh tərəfindən yaradılan maneənin olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən 401.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21289 №-li, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hisssində göstərilənlərə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (A literli fərdi yaşayış evi) tərəflərin ¼ və ¾ paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.4, 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/630 №-li, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hisssində göstərilənlərə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (A literli fərdi yaşayış evi) tərəflərin ¼ və ¾ paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.4, 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Fərdi yaşayış evinin həyətyanı sahəsindən asfalt yolu bir giriş-çıxış qapısı mövcuddur. Həmin fəri yaşayış evinin həyətyanı sahəsindən bir neçə giriş-çıxış yollarının açılması üçün fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməlidir. Bundan əlavə qeyd olunur ki, fərdi yaşayış evi üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə səki ilə əhatə olunmuşdur. Fərdi yaşayış evinin tavanı, döşəməsi, divarları, qapı və pəncərə blokları, kommunal sahələri mövcuddur. Təmiri orta səviyyədədir. Qeyd olunur ki, fərdi yaşayış evi yararlı vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli inventar nömrəsi 831 olan fərdi yaşayış evinin texniki pasportunun sürətindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olan ünvan 4–də yerləşən fərdi yaşayış evi **********15-10301 reyestr nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsi tərəfindən 19 may 2021-ci il tarixdə qəbul edilmiş 2(049)-38/2021 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «ümumi paylı mülkiyyətlərində olan payın naturada ayrılması, cavabdeh tərəfindən payın ona aid hissəsində mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın 1 nömrəli sahə İƏD nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh, X13, X5, X9, X10 hal-hazırda ünvan 3 ünvanında qeydiyyatda olsalar da, Fizuli küçəsi, ev 70-də yaşayırlar. İş materiallarında olan Lənkəran şəhər İHB-nın 1 nömrəli sahə İƏD nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zeynalov X4 şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında yaşayır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş 06 oktyabr 2022-ci il tarixli arxiv arayışından görünür ki, Lənkəran şəhəri, Mirmustafa xan küçəsindəki 70 №-li evdə yaşayan Cavabdeh həyətyanı torpağında 4x5=20 kv.m sahədə mağaza tikintisinə icazə verilmiş, ayrılmış sahələrin planı təsdiq edilmiş, obyektin layihəsinin memarlıq və tikinti şöbəsində razılaşdırıldıqdan sonra tikinti aparılmasına icazə verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mülkiyyət hüqunun müdafiəsi ilə bağlı hüquq münasibəti olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya paylar məlum olam paylı mülkiyyətçi kimi otağa giriş-çıxışa maneə yaradıldığından ona qarşı, giriş-çıxışa yaradılan maneənin aradan qaldırılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5.157.2, 213.1,213.2, 215.1,215.4-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlardan müəyyən edir ki, ünvan 1 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən 401.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/630 №-li, xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (A literli fərdi yaşayış evi) tərəflərin ¼ və ¾ paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.4, 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 1 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən iddiaçı və cavabdehin paylı mülkiyyətində olan 401.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində paylar müəyyən edilmədiyindən hər bir mülkiyyətçi əmlakdan istifadə etməkdə bərabər hüquqlara malikdirlər. Cavabdeh paylı mülkiyyətçi olan İddiaçı Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan otağa giriş-çıxışına maneə yaratmaqla onun mülkiyyət hüququnu pozur. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. İddiaçının iddia tələbi paylar məlum olan paylı mülkiyyətdə olan otağa giriş-çıxışa cavabdeh tərəfindən maneələr edilməklə həmin otaqdan istifadəsinə çətinlik yaratmasına görə iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması təşkil etməklə həmin halın aradan qaldırılmasına yönəlmişdir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (MM 157.4-cü maddəsi). Kollegiya işin mübahisəsiz halı kimi müəyyən edir ki, ünvan 1 ünvanında 0.049 ha torpaq sahəsində yerləşən 401.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ¾ hissədə və Cavabdeh ¼ hissədə ümumi paylı mülkiyyətindədir. Aralarında birgə yaşama barədə mübahisə olduğundan payların naturada ayrılmasını qərara gəlinmiş və bu barədə məhkəmədə iddia qaldırmışlar. Məhkəmə araşdırması zamanı iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/630 №-li, xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (A literli fərdi yaşayış evi) tərəflərin ¼ və ¾ paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.4, 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mübahisəli 0,049 ha torpaq sahəsində yerləşən iddiaçı və cavabdehin paylı mülkiyyətində olan 401.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində paylar müəyyən edilmədiyindən hər bir mülkiyyətçi əmlakdan həmin evdən bərabər istifadə etməkdə davam etmişlər. Sonradan Cavabdeh paylı mülkiyyətçi olan İddiaçı Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan otağa giriş-çıxışına maneə yaratmaqla onun mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, lahiyədə nəzərdə tutulmadığı halda otağa küçədən qapı qoydurmuş, qeyri-yaşayış sahəsi kimi fərdi qaydada stomotoloji kabinet kimi fəaliyyət göstərir, həmçinin həmin otağa müxtəlif avadanlıqlar yerləşdirmiş və həmin qapıdan yalnız özü istifadə edir, açarı da özündə saxlamaqla onun həmin otağa girişçıxışına maneə yaradır. Bu hal həm birinci instansiya həm də apellyasiya icraatı zamanı tərəflərin izahatları ilə də təsdiq olunmuşdur. Cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, onunla qardaşı iddiaçı arasında paylı mülkiyyətdən istifadə ilə bağlı mütəmadi mübahisə olmuş, bu səbəbdən də, o, Qasıma qarşı paylı mülkiyyətdən istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə barədə iddia qaldırmış, onun iddiası qismən, yəni istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin edilməmiş, evə köçürülmə hissəsində təmin edilmişdir. Hazırda həmin qətnamədən kassasiya şikayəti verilmiş iş kassasiya mərhələsindədir, qətnamə qanuni qüvvəsini almamış və qətnamə icra olunmamış, o, mübahisəli evə köçürülməmişdir. O, köçürülmədiyi halda necə ola bilər ki, iddiaçının evdən istifadəsinə maneə yarada bilsin. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, paylı mülkiyyətdən istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə barədə mülki iş üzrə qətnamənə qanuni qüvvəsini almasa da, cavabdehin iddiaçıya paylı mülkiyyətdə olan otaqlardan istifadəsinə maneə yaratmış və bu hal apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş inzibati tənbeh vermə barədə qərarla da, öz təsdiqini tapər. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh lisenziya almadan özəl tibbi fəaliyyətlə (stomatoloji) məşğul olması faktı aşkar edilmiş və nəticədə Səhiyyə Nazirliyinin 12 sentyabr 2022-ci il tarixli, MN ******* saylı qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətməkdə təqsirli bilinib barəsində 5000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan hallardan müəyyən edilir ki, evə köçürülmə ilə bağlı qətnamə qanuni qüvvəsini almasada cavabdeh evdən istifadə etməklə yanaşı iddiaçının otağa giriş-çıxışına maneə yaradır. Bunu əsas götürən kollegiya işdə olan sübutlarının məzmununu təkaralamağa zərurət görmür. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasyia şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası aparılmış dəyərləndirmə üzrə yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin “iddia tələbi təmin edilməli, Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 70-də yerləşməklə ümumi paylı mülkiyyətdə olan otağa Cavabdeh tərəfindən İddiaçı girişçıxışına yaradılan maneə aradan qaldırılmalıdır”. mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qərarda təkralamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)3332/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar