Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-395/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqdan və ümumi sahəsi 233 kvmdən ibarət fərdi yaşayış evi, 52BH018 qeydiyyat nişanlı TİKO-DX minik markalı avtomobil və mərhum X8 adına qeydə alınmış Salyan rayon Salyan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN0025 KOD 80901004 torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,50 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: atası X19 xx.xx.2022-ci ildə vəfat etmiş, özündən başqa mərhumun Aləddin, Rəna, Samirə adlı uşaqları vərəsə kimi qalmışlar. Atası 16 fevral 2020-ci ildə vəsiyyətnamə yazmış ünvan 3-də yerləşən ev və 0,02115 ha torpaq sahəsini və bütün əmlakını ona vəsiyyət etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh atasının xüsusi mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilmişdir. İki bacısı Samirə və Rəna paylarından onun xeyrinə imtina etmişlər. Mülkə dair yalnız Cavabdehlə arasında narazılıq vardır. Lakin Cavabdeh notariusda verdiyi 05 oktyabr 2022-ci il tarixli ərizəsində mübahisəli evdən, həyətyanı torpaq sahəsindən və 52BH018 qeydiyyat nişanlı avtomaşından ona çatası payından imtina etmişdir. Özü notariusa müraciət etmiş, notarius isə 07 iyun 2022-ci il tarixli, 10 saylı qərarı ilə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X18 25 may 2022-ci ildə, Ağayeva Samirə isə 22 may 2022-ci ildə miras əmlakdan payının müəyyən edilməsi üçün notariusa müraciət etmişdir. Eyni zamanda X10 və X14 məhkəməyə ünvanladıqları ərizələrində Cavabdeh miras əmlakdan pay almaq hüququndan məhrum edilməsi və öz paylarından onun xeyrinə imtina etmələrini qeyd etmişlər. Ona görə, verilmiş iddianın təmin olunaraq onun ünvan 1-də yerləşən 0,02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 233 kv.m-dən ibarət fərdi yaşayış evi, **-BH-*** qeydiyyat nişanlı TİKO-DX minik markalı avtomobil və mərhum X8 adına qeydə alınmış Salyan rayon Salyan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN0025 KOD 80901004 torpağa mülkiyyət hüququna dair dövlət aktında 0,50 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh bildirmişdir ki, vərəsə kimi mirası qəbul etmiş və bu barədə notariusa müraciət etmişdir. Vərəsə kimi atasından miras qalmış ev və maşından imtina edir. Qalan əmlakından payının müəyyən olunmasını tələb edir. Sonradan vəsiyyət üzrə evi və maşını alan Fərayət evi satdıqdan sonra ona payına düşən hissəsini verəcəkdir. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X10 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, miras qoyan X8 mülkiyyətində olmuş Salyan Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı ilə ona satılmış 0,50 ha torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh, 7/8 hissəsinə isə İddiaçı payı müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, X4 miras qalmış ünvan 1-də yerləşən, 0,02115 ha həyatyanı torpaq sahəsi olan fərdi yaşayış evinin və **-BH-*** qeydiyyat nişanlı TİKO-DX minik markalı avtomobili üzərində İddiaçı mülkiyyəti hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və xeyrinə qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi miras əmlakı aralarından düzgün bölməmiş, cavabdehin miras əmlaka payının alınıb ona verilməsi ilə bağlı araşdırma aparmamışdır. Şikayətə görə, məhkəmə onu atasından miras qalmış yaşayış evi və avtomobil üzrə məcburi paylardan məhrum etmişdir. İzahatlar,prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və miras əmlaklardan paylarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh izahatında torpaq sahəsi üzərində payının müəyyən edildiyini, lakin həyətyanı sahədə yerləşən evdən və avtomobildən payının müəyyən edilmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf izahatında cavabdehin notariusa ərizə verərək, fərdi yaşayış evindən, həyətyanı sahədən və avtomobildən ona düşən vərəsəlik payından imtina etdiyini bildirmişdir. Üçüncü şəxslər X5 və X11 müəyyən olunmuş qaydada məhkəmə bildirişi göndərilmiş, üçüncü şəxslər ayrı-ayrılıqda məhkəməyə məktub göndərərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən, məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. xx.xx.2022-ci ildə vəfat etmiş X8 ünvan 3-də, 0,02115 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 363,7 kv.m-dən ibarət fərdi yaşayış evi (xx.xx.2014-cü ildə ********** nömrə ilə qeydə alınmışdır); Salyan şəhərində 0,50 ha torpaq sahəsi və **-BH-*** qeydiyyat nişanlı TİKO-DX minik markalı avtomobil miras qalmışdır. X8 arvadı (iddiaçının və cavabdehin anası) Əliyeva Şirmayı 2005-ci ildən vəfat etmişdir. X8 hazırda birinci növbələri vərəsələri bunlardır: Fərayət, Aləddin, Rəna, Samirə. X1 şəhəri, 20 Yanvar küçəsi 3 saylı ünvanda yerləşən fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0,2115 ha torpaq sahəsini və bütün əmlakını övladı İddiaçı vəsiyyət etmiş, bu barədə 16 fevral 2020-ci il tarixli vəsiyyətnamə tərtib olunmuşdur. Dəfn xərclərinin çəkilməsini də sonuncuya vəsiyyət etmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət edilmiş, X6 vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. İddiaçı tələbində İddiaçı atasından miras qalmış ünvan 3 ünvanında, 0,02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqdan və ümumi sahəsi 233 kv.m-dən ibarət fərdi yaşayış evi, **- BH-*** qeydiyyat nişanlı TİKO-DX minik markalı avtomobili və 0,50 ha-dan ibarət torpaq sahəsinə vərəsəlik payının müəyyən edilməsini xahiş etmiş, məhkəmə torpaq sahəsinə dair iddiaçının 7/8 hissədə və cavabdehin 1/8 hissəsə payını tanımışdır. Məhkəmə ünvan 3 ünvanda yerləşən 4 otaqdan və ümumi sahəsi 233 kv.m-dən ibarət fərdi yaşayış evinə və **-BH-*** qeydiyyat nişanlı TİKO-DX minik markalı avtomobilinə bütövlükdə iddiaçının mülkiyyət hüququnu tanımışdır. Cavabdeh apellyasiya şikayətində qətnaməni atadan miras qalmış yaşayış evi və avtomobil üzrə payın müəyyən edilməsi hissədə mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, məruzəni, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya hazırkı halda işə apellyasiya şikayəti həddində baxır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Miras əmlak üzrə vəsiyyətnamənin mövcud olduğunu, əmlakın atası tərəfindən İddiaçı vəsiyyət edildiyini tərəflər mübahisələndirməmişlər. İddiaçı miras əmlakdan payının müəyyən edilməsini, mahiyyətcə həm də cavabdehin məcburi payının müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Əmlakın iddiaçıya vəsiyyət edilməsi və cavabdehin məcburi paya malik olması mübahisəsizdir. Birinci instansiya məhkəməsi torpaq sahəsi üzrə məcburi payı müəyyən etmiş, lakin miras qalmış yaşayış evi və avtomobilə dair hissədə məcburi payı müəyyən etməmiş və hesab etmişdir ki, bu hissədə digər vərəsələr və cavabdeh öz payından iddiaçının xeyrinə imtina etmişdir. İşin hallarından da müəyyən edilir ki, X10 və X9 məhkəməyə ünvanladığı ərizələrindən görünür ki, onlar miras əmlakdan paylarının üzərində mülkiyyət hüququnun tanınmasını, Cavabdeh pay almaq hüququndan məhrum olunmasını, iddianı qəbul etdiklərini, paylarından bacısı İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər. Məhkəmə hesab etmişdir ki, vərəsə Cavabdeh mirası qəbul etdiyi üçün onun miras əmlakdan məcburi payı müəyyən olunmalıdır. Lakin o, miras əmlak olan ev və avtomaşın hissəsindən imtina etdiyi üçün həmin əmlakdan ona pay verilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1196-cı maddəsinin tələbinə görə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Mülki Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Qanunun 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. İşin hallarından müəyyən edilir ki, iş üzrə öz paylarından məhkəmə zamanı imtina etdiklərini bildirsələr də digər vərəsələr ( o cümlədən hazırkı iş üzrə cavabdeh olan Cavabdeh) qanunla müəyyənləşdirilmiş müddət ərzində, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində, eləcə də imtina üçün Qanunda müəyyən edilən vaxt ərzində ondan müəyyən edilmiş qaydada imtina etməmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. X7 Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin mirasın bir hissəsini qəbul etdiyini müəyyən etmişdir. Bu hissədə qətnamə mübahisələndirilməmişdir. Məhkəmə nəticə etibarı ilə bir tərəfdən, mirasın bir hissəsinin cavabdeh tərəfindən qəbul edildiyi qənaətinə gəlmiş, digər tərəfdən, cavabdehi qalan hissədə məcburi paydan məhrum etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli və Cavabdeh əmlak üzərində məcburi payları tanınmalı, 18 yanvar 2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 3 ünvanda həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi üzrə- 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh; **-BH-*** qeydiyyat nişanlı, TİKO-DX minik markalı avtomobili üzərində- 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh vərəsəlik payları müəyyən edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı 50 manat alınıb Cavabdeh ödənilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, öz məcburi payını almış vərəsələr, müvafiq surətdə əmlak əldə etdikdən sonra öz payları üzərində digər şəxslərin xeyrinə sərəncam verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(057)-2135/2022 saylı qətnaməsi- yaşayış evi və avtomobildə miras payının müəyyən edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. 18 yanvar 2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanda həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi üzrə- 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh; **-BH-*** qeydiyyat nişanlı, TİKO-DX minik markalı avtomobili üzərində- 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh vərəsəlik payları müəyyən edilsin. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı 50 manat alınıb Cavabdeh ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-395/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-395/2023
11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver