Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-395/2024 12.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Abasova Aygün Faiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və başqalarının Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və ziyanın ödənilməsi tələbinə dair ilk iddia və Cavabdehlər İddiaçı1 və başqalarına qarşı pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia ilə məhkəməyə müraciət edərək birgə mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılmasını xahiş etmişlər. Sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması, 140.318 manat miqdarında dəymiş ziyanın Cavabdeh alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15.000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 5.000 manat xərcin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 alınıb ona verilməsi, həmçinin hər iki iddianın təmin ediləcəyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar tələbini aşağıdakı kimi əsaslandırmışlar: Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı vardır. Torpaq sahəsinin 4.42 ha hissəsini təxminən 20 ildir ki, Cavabdeh qanunsuz olaraq istifadə edir. Dəfələrlə Cavabdeh torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını tələb etsələr də nəticəsi olmamışdır. Onların hesablamalarına görə torpaq sahəsinin qanunsuz istifadəsi nəticəsində onlara 140318 manat ziyan dəymişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçılara məxsus 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsi onun tərəfindən pul müqabilində alınmışdır. Hazırda torpaq sahəsindən çıxmağa razıdır. Lakin iddianın 140318 manat dəymiş ziyanın ödənilməsi hissəsini qəbul etmir. Eyni zamanda, torpağın hazırki bazar qiyməti 15000 manat təşkil edir, bununla yanaşı həmin torpağın abadlaşdırılması üçün 5000 manat vəsait xərcləmişdir. Odur ki, 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pul, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkilmiş 5000 manat qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb ona verilməli, həmçinin hər iki iddia təmin ediləcəyi halda, ilkin iddia ilə qarşılıqlı iddia eyni vaxtda icra olunmalıdır. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddianı qəbul etməmiş, etirazlarını belə əsaslandırmışdır ki, Cavabdeh uzun müddət torpaqdan istifadəyə görə görə kifayət qədər gəlir əldə etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 30 mart 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı əsasında JN 105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X6, İddiaçı2, İddiaçı3, İddiaçı1, X8, İddiaçı4, İddiaçı5, X9, X7 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş 8.74 ha torpaq sahəsinin 4.42 ha hissəsindən ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadə dayandırılmaqala, sonuncunun həmin torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 530,32 manat dövlət rüsumunun 100 manatının ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı1 verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494 (dörd yüz doxsan dörd) manatın alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 30 manatının qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, Saatlı Rayon Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehlərin ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 8.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsini təxminən 23 il bundan əvvəl torpaq mülkiyyətçiləri ilə razılaşaraq dəyərini ödəməklə birdəfəlik olaraq almışdır. Həmin vaxt cavabdehlər torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də ona vermişlər. Bundan bir neçə il sonra isə torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün torpaq mülkiyyətçilərinə onunla birlikdə notariusa getmələrini bildirsə də torpaq mülkiyyətçiləri notariusa getməkdən yayındıqları üçün 2017-ci ildə torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli 2(055)-1595/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək torpaq mülkiyyətçiləri ilə arasında bağlanmış alqı-satqı müqaviləsi təsdiq edilmiş və JN-105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 105M sahəsində yerləşən 4,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Bundan sonra həmin qiyabi qətnamə ilə torpaq sahəsinə dair DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almışdır. Hazırda həmin torpaq sahəsindən uzun illərdir ki, heç bir maneə olmadan istifadə edir. Cavabdehlər bu müddət ərzində torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş və bu müddət ərzində torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Bundan əlavə, cavabdehlərlə arasında olan hüquq münasibətləri 2000-ci ildə yaranmışdır. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Analoji mübahisə ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarında ətraflı şərh verilmiş və həmin qərarda Plenum öz hüquqi mövqeyini açıqlamışdır. Bundan başqa, torpaq sahəsini aldıqdan sonra torpağı münbitləşdirmək üçün küllü miqdarda xərc çəkmişdir. Onun adına olan çıxarış iddiaçılar tərəfindən ümumiyyətlə mübahisləndirlməmiş və hazırda qüvvədədir. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı çıxarış ləğv edildikdən sonra hazırkı iddia ilkin iddiaçılar tərəfindən qaldırılmalı idi. Belə ki, hazırda qüvvədə olan DƏDRX-dən çıxarışa əsasən mülkiyyətimdə olan torpaq sahəsini cavabdehlərə qaytarması qanuni deyildir. Bundan başqa qarşılıqlı iddia tələbi ilə bağlı olan torpağın real bazar dəyərini və həmin torpağın abadlaşdırılmasına çəkdiyi xərcləri təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etsə də və yuxarıda göstərdiklərini məhkəmə baxışı zamanı qeyd etsə də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Qarşılıqlı iddia üzrə cavabdehlər hazırda torpağın bazar qiymətini, yəni 15000 manatı və həmin torpağın münbitləşdirilməsinə dair xərclədiyi 5000 manatı ona verərlərsə torpaq sahəsindən çıxmağına razıdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi bildirmişdir ki, mübahisəli torpaq sahəsi 23 ildir ki, cavabdehin istifadəsindədir. İddiaçı1 23 ildən sonra cavabdehə qarşı iddia vermişdir. Cavabdeh bu illər ərzində mübahisəli torpağa arx çəkdirmiş, zinakeşlər düzəltmiş, torpağı hamarlamış və s. işlər görmüşdür. Həmin torpaq sahəsinə dair çıxarış almış, torpağı adına rəsmiləşdirmişdir. İddiaçılar apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni Cavabdeh mübahisələndirmişdir. İddiaçılar qətnamədən şikayət verməmişlər. Kollegiya işə Cavabdeh apellyasiya şikayəti həddində baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir. Cavabdeh apellyasiya şikayətinin birinci hissəsində qətnaməni ilk iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Bu hissədə apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. İşin hallarından müəyyən edilir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə X6, İddiaçı2, İddiaçı3, İddiaçı1, X8, İddiaçı4, İddiaçı5, X9, X7 və İddiaçı7 ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsi verilmişdir. Müəyyən edilir ki, tərəflər arasında əvvəllər başqa məhkəmə mübahisəsi olmuşdur. Saatlı Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli 2(055)-1595/2017 saylı qiyabi qətnaməsi ilə Cavabdehlər X6, İddiaçı2, İddiaçı3, İddiaçı1, X8, İddiaçı4 Sahibəli oğlu, X5, İddiaçı6, X7 və İddiaçı7 qarşı iddiası təmin edilərək torpaq mülkiyyətçiləri ilə arasında bağlanmış alqı-satqı müqaviləsi təsdiq edilmiş və JN-105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 105M sahəsində yerləşən 4,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Sonra qiyabi qətnamə ləğv edilmiş, işə yenidən baxılmış, Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdehlər X6, İddiaçı2, İddiaçı3, İddiaçı1, X8, İddiaçı4 Sahibəli oğlu, X5, İddiaçı6, X7 və İddiaçı7 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbi təmin edilməmişdir. Beləliklə, ilk iddia üzrə iddiaçılara məxsus 8,74 ha torpaq sahəsinin 4,42 ha hissəsinə dair ilk iddia üzrə Cavabdeh mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə tanınsa da sonra həmin qətnamə ləğv edilmiş və tərəflər əvvəlki vəziyyətə qaytarılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçılar mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini iddia etməklə, Cavabdeh çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini, eləcə də vurulmuş ziyanın ödənilməsini xahiş etmişlər. Mübahisələndirilən hissədə ilk iddia qanunsuz sahiblikdən torpaq sahəsindən cavabdehin çıxarılması barədədir. Torpaq sahəsindən çıxarılma ilə bağlı iddiaçılar Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçıların tələbinin təmin edilməsi üçün, onlar iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli, iddia edilən torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi olmalıdır. Bu şərtlər ödənildiyi halda ilk iddia təmin edilməlidir. İddia edilən torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması, cavabdehin sahibliyinin qanunsuz olması şəksizdir. İddia edilən torpaq sahəsinin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşməsi də mübahisələndirilmir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçıların ümumi birgə mülkiyyətində olan 4,42 ha-dan ibarət torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. Ona görə bu hissədə iddia əsaslıdır. Kollegiya hesab edir ki, torpaq sahəsindən çıxarılmaya dair hissədə qətnamə qanuni və əsaslıdır, bu hissədə apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində cavabdeh həmçinin qətnaməni qarşılıqlı iddianın təmin edilməyən hissədə mübahisələndirmişdir. Cavabdeh qarşılıqlı iddia üzrə tələbində alqı-satqı olan torpaq sahəsini verməkdən imtina etdiyinə görə torpaq sahəsinin mülkiyyətçilərindən indiki real bazar qiymətləri nəzərə alınmaqla ona dəymiş zərərin ödənilməsini, torpağa sərf etdiyi zəruri məsrəflərin ödənilməsini, torpağı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin ödənilməsini tələb etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə məxsus kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 4.42 ha hissəsi 2000-ci ildə onun tərəfindən pul müqabilində alınmışdır. Hazırda torpaq sahəsindən çıxmağa razıdır. Lakin ona vurulan ziyntorpağın indiki real bazar dəyəri, eləcə də torpağın yaxşılaşdırılmasına çəkilən xərclər ödənilməlidir. Müəyyən edilir ki, əvvəllər tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə məhkəmə tərəfindən tanınmış, sonra isə həmin məhkəmə aktı qanunsuz sayılaraq ləğv edilmişdir. Hər bir halda işin halları onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi uzun müddət ərzində qarşlıqlı razılıq əsasında iddiaçı Cavabdeh sahibliyində olmuş, buna mülkiyyətçilərin etirazı olmamış, bununla belə, torpağın alqı-satqısı müəyyən edilmiş qaydada rəsmiləşdirilməmiş, sonradan torpaq sahəsinin mülkiyyətçiləri torpağı verməkdən imtina etmişlər. İşin hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı, tərəflər arasında alqı-satqı münasibətlərinin olduğunu, cavabdeh tərəfin torpaq sahəsini verməkdən imtina etdiyini, buna görə ona ziyan vurulduğunu, cavabdeh tərəf isə iddiaçının sözügedən torpaq sahəsini qanunsuz istifadə etdiyini, torpaq sahəsinə qanunsuz sahiblik etdiyini iddia etmişlər. Qarşılıqlı iddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 575.2-ci maddəsinə əsasən, satıcı fərdimüəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı həmin Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Mülki Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 157.6-cı maddəsinin tələbinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli torpaq sahəsinə görə ödədiyi pul vəsasitinin əvəzində torpaq sahəsinin indiki real bazar dəyəri olan 15000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 5000 manat xərcin cavabdehlərdən tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə torpaq sahəsinə görə iddiaçı Cavabdeh 2000-ci ildə ödədiyi pul vəsaitinin nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsini (denominasiyasını) nəzərə alaraq iddianı qismən təmin etmişdir. Məhkəmə Kollegiyası bu hissədə məhkəmənin qənaəti ilə razılaşmır və hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməlidir. Cavabdeh tərəfindən torpağın mülkiyyətçilərinə 2000-ci ildə müəyyən pul məbləğinin ödənilməsi ilə bağlı faktlar məhkəmə tərəfindən aydınlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş, (mülkiyyətçilərdən) İddiaçı3 adından verilmiş və Saatlı rayonu, Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli “izahat”dan görünür ki, İddiaçı3 0.68 ha torpaq sahəsini həmişəlik olaraq Cavabdeh köhnə məzənnə ilə 1.170.000 manata satmışdır. İş materiallarına əlavə edilmiş, (mülkiyyətçilərdən) Əliyeva (Məmmədova) Arzu Sahibəli qızının adından verilmiş və Saatlı rayonu, Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli “izahat”dan görünür ki, X9 0.68 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə 400.000 manata satmışdır. İş materiallarına əlavə edilmiş, (mülkiyyətçilərdən) X6 və İddiaçı2 adından verilmiş “izahat”dan görünür ki, X6 və İddiaçı2 2.0 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə 1.300.000 manata satmışlar. Yuxarıda göstərilən pul məbləğlərinin verilməsi faktını və miqdarını (nominal olaraq) qarşılıqlı iddia üzrə cavabdeh tərəf mübahisələndirməmişdir. İddia edilən torpaq sahəsində görülmüş işlərin, torpağa sərf edilən zəruri məsrəflərin müəyyən edilməsi istiqamətində də araşdırma aparılmışdır. İş materialların əlavə edilmiş, X19 İnkişaf Mərkəzi (DAİM) bitkiçilik sektorunun müdiri, mütəxəssis X1 rəyindən görünür ki, 2000-ci ildən hal-hazıradək olan müddətdə torpaq sahəsində yetişdirilən bitkilər, görülmüş abadlaşdırma işləri və digər tədbirlər barədə məlumatlar olmadığından və 2022-ci ildə həmin torpaq sahəsinə əkilmiş bitkilərin vegetasiya dövrü başa çatdığı üçün gəlir və digər işlərlə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, istifadəsində olduğu müddətdə torpağın istifadəçisi tərəfindən müəyyən yaxşılaşdırmalar olsa belə, bunlar istifadəçinin torpaq sahəsindən cari istismar və istifadə (əkilməsi, məhsul götürməsi və s.) ilə bağlı zəruri tədbirlər hesab oluna bilər. Bu cür zəruri tədbirlərə sərf olunan məsrəflər isə müvafiq torpaq sahəsindən müəyyən məhsul götürməyə yönəldilmiş işlərlə bağlıdır ki, torpağa sahiblik edən iddiaçı görülən işlərin müqabilində müəyyən məhsul da götürmüşdür. Belə məsrəflər nəticəsində torpaq istifadəçisinin yoxsullaşması, torpağın mülkiyyətçilərinin zənginləşməsi müəyyən edilmir. Beləliklə, iddia edilən torpaq sahəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən əkin işləri ilə bağlı cari tədbirlər görülsə belə, mülkiyyətçinin zənginləşməsinə səbəb olan əsaslı yaxşılaşdırmaların olduğu müəyyən edilmir. Bununla yanaşı, Kollegiya torpaq sahəsinə görə iddiaçı Cavabdeh 2000-ci ildə ödədiyi pul vəsaitinin yalnız nominal dəyərinin dəyişməsini (denominasiyasını) nəzərə alaraq iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 2000-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğramış, infilyasiya və digər iqtisadi təsirlərə məruz qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi haqqında məlumat təqdim edilmişdir. Həmin məlumata görə 2000-ci ildən sonra istehlak qiymətlərinin əvvəlki ilə nisbətən faizlə artımı müşahidə edilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2023-cü ildə 2000-ci ilə nisbətən istehlak qiymətləri indeksi 435,4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4,4 dəfə artmışdır. İşin faktiki hallarına görə, Cavabdeh mübahisəli torpaq sahəsini satın almaq məqsədilə 2000-ci ildə mülkiyyətçilərdən İddiaçı3 1.170.000 manat (234 manat), Əliyeva (Məmmədova) Arzu Sahibəli qızına 400.000 manat (80 manat), X6 və İddiaçı2 1.300.000 manat (260 manat) pul ödəmişdir. Bu faktı tərəflər mübahisələndirməmişlər. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin təqdim etdiyi 2000-ci ilə nisbətən 2023-cü il üzrə istehlak qiymətləri indeksi nəzərə alınaraq həmin məbləğlər müvafiq olaraq, 1029,60 manat (İddiaçı3), 352 manat (Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından) və 1144 manat (X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə tutulmaqla) olacaqdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməli, qarşılıqlı iddia üzrə cavabdehlər- İddiaçı3 1029,60 manat, Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 manat və X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1144 manatın tutularaq qarşılıqlı iddia üzrə Cavabdeh xeyrinə ödənilməsi təmin edilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 100 manat tutulub iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(055)-46/2023 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı3 1.029,60 (bir min iyirmi doqquz tam, 60) manat , Əliyeva (Məmmədova) Arzu Sahibəli qızından 352 (üç yüz əlli iki) manat və X2 vərəsələri olan cavabdehlərdən və İddiaçı2 birgə 1.144 (bir min yüz qırx dörd) manat (cəmi 2.525,60 manat) alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 birgə 100 (yüz) manat tutulub Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-395/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-395/2024
12.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver