Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-40/2023 12.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, Cavabdeh qızının iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qızına qarşı qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına və ona məxsus Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən 0.5 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 may 2003-cü il tarixli 05 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Ağcabədi rayonu Kəhrizli kəndi ərazisindən 5,33 ha torpaq sahəsi ayrılmış, torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 0114 kod 60810028 nömrəli Dövlət aktı verilmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsinin 0,5 ha hissəsini tutaraq istifadə edir. Torpaqdan çıxmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Cavabdeh onun istifadəsində olan torpağı özbaşına tutaraq istifadə edir, torpaq sahəsindən istifadəsinə maneələr yaradır. Birinci instansiya məhkəməsində Cavabdeh qızı iştirak etmədiyindən iddiaya dair mövqeyini müəyyən etmək mümkün olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hаkim E.Quliyev) 16 noyabr 2021-ci il tarixli qətnаməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qızı, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində yerləşən 5,33 ha torpaq sahəsinin JN 114B-4,0 ha olan hissəsində yerləşən 4,0 ha torpaq sahəsinin 0,41 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılması, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 341 manat məbləğində ekspertiza xərcinin Cavabdeh qızından alınaraq, Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071 VÖEN (bank) ********** Müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba köçürülməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh qızından alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh şikayətində göstərmişdir ki, ona Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 20 sentyabr tarixli 14 saylı qərarı ilə 3.33 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi Dövlət Aktı qeydiyyat kitabında 393 nömrə ilə 18 mart 1998-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə aktında istinad edilən 0.41 ha torpaq sahəsinin 0.34 ha sahəsi hələ 1995-ci ildə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarı ilə şəhid ailəsi kimi ona verilmiş və həmin vaxtdan da qeyd edilən və mülkiyyətində olan həmin torpaq sahəsindən müxtəlif təsərrüfat təyinatları üçün istifadə edir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, 1994-cü ildən yoldaşı şəhid olub. O, ata yurduna gəlmişdir. İddiaçının mövqeyinə görə, istifadə etdiyi torpaq sahəsi həddində onun pay torpağından çıxılıb. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, sonrakı apellyasiya baxışında iştirak etməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı hazırki tələbində cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını və ona məxsus Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən 0.5 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahənin iddiaçının qanuni mülkiyyətində (istifadəsinə) olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmaqla iddianı qismən təmin etmişdir. İş üzrə müvafiq mütəxəssis arayışına əsaslanan, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2055 nömrəli rəyinə görə, Dövlət aktına əsasən iddiaçının mülkiyyətdə olan Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində yerləşən 5,33 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün ölçmə işləri aparılmış, müəyyən olunmuşdur ki, mübahisəli ərazi 5,33 ha torpaq sahəsinin JN 114B 4,0 ha olan hissəsində yerləşir. Ona görə də qeyd olunan 114B 4,0 ha torpaq sahəsinin ərazisində ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılarkən müəyyən olunmuşdur ki, qeyd olunan ərazidə İddiaçı mülkiyyətində olan 4,0 ha torpaq sahəsinin 0,41 ha hissəsi Cavabdeh qızı tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh apellyasiya şikayətində Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 20 sentyabr tarixli 14 saylı qərarı ilə ona 3.33 ha torpaq sahəsi verildiyini, torpaq sahəsi Dövlət Aktı qeydiyyat kitabında 393 nömrə ilə 18 mart 1998-ci ildə qeydiyyata alındığını, məhkəmə aktında istinad edilən 0.41 ha torpaq sahəsinin 0.34 ha sahəsinin hələ 1995-ci ildə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarı ilə şəhid ailəsi kimi ona verildiyini və həmin vaxtdan da qeyd edilən və mülkiyyətində olan həmin torpaq sahəsindən müxtəlif təsərrüfat təyinatları üçün istifadə etdiyini göstərmişdir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsində iddiaçının torpaq sahəsinin koordinatları müəyyən edilsə də cavabdehə məxsus torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubu daxil olmuş, Şirvan Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 29 iyun 2022-ci il tarixli məktubu və mütəxəssis rəyinin verilməsi ilə bağlı xərclər smetası daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat müvafiq ekspert rəyi alınanadək dayandırılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınamz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili tərtib etdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən yenidən rəy alınmışdır. İş üzrə mühəndis-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli 10/2765 nömrəli rəyində göstərilir ki, Cavabdeh qızının xüsusi mülkiyyətində olan 3.33 ha (JN125A-3.33 ha) torpaq sahəsinin və istifadə etdiyi 0.41 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir; Rəyə görə, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh qızının xüsusi mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Eyni zamanda Cavabdeh qızının istifadə etdiyi 0.41 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan 5.33 ha torpaq sahəsinin 4.0 ha olan (JN:114B- 4.0ha) hissəsinin hüdudları daxilində yerləşir. Beləliklə, hər iki ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin 0,41 ha hissəsinin cavabdeh tərəfindən faktiki istifadə edildiyi müəyyən edilir. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək, qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh qızının apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(017)-57/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-40/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-40/2023
12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver