Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-400/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və ailəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və ailəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qəradadı ilə hazırkı iddia tələbi inzibati orqanın üzərinə öhdəlik qoyulmağı olduğundan tələbə mülki icraat qaydasında deyil inzibati icraat qaydasında baxılmalı olduğu üçün İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və 3-cü şəxs Mirzəhaqverdili Bələdiyyəsinə qarşı Dövlət reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək Ağcabədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qəradadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, şikayətini belə əsaslandırılmışdır ki, həmkəndlisi Cavabdeh2 və ailəsinə Dövlət Aktının və onun əsasında verilmiş çıxarışın deyil, bu çıxarışın cizgilərinin naturada torpaq sahəsinə köçürülməsini məhkəmədə mübahisələndirmiş və hesab edir ki, bu mübahisə üzrə iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Hazırkı işin xüsusi halının inzibati aktın özünün deyil, çıxarışın cizgilərinin naturada torpaq sahəsinə köçürülməsinin məhkəmədə mübahisələndirilməsi, həmçinin iş üzrə 5 aydan artıq (işə məhkəmədə baxılması üçün müəyyən olunmuş müddətdən artıq) aparılmış araşdırmaya baxmayaraq, məhkəmə əsassız olaraq iş üzrə icraata xitam vermişdir ki, bu da əsassız olmaqla, qanunsuzdur. Odur ki, qeyd olunan qərar ləğv olunmalıdır. Ağcabədi Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qəradadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qəradadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddia tələblərindən aydın olur ki, iddiaçı Mirzəhaqverdili Bələdiyyəsinin 25 sentyabr 2000-ci il tarixli, 12 saylı sərancamı və həmin bələdiyyə ilə bağladığı müqavilə əsasında Mirzəhaqverdili bələdiyyəsinin mülkiyyətində olan 3,5 hektar torpaq sahəsinin 25 il müddətinə ona icarəyə verilməsinə istinad etməklə, Cavabdeh2 və onun ailəsinə verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışən etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı göstərir ki, Cavabdeh2 və ailəsinə Dövlət Aktı əsasında verilmiş torpaq sahəsi tamamilə başqa ərazidə olmuşdur və hazırda da onun ailə üzvlərinin istifadəsindədir. Mübahisələndirdiyi çıxarış qeyri-qanuni yolla əldə edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehə verilmiş çıxarışın Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeyri-qanuni yolla verilməsini bildirmiş, eyni zamanda torpaq sahəsinin tamamilə başqa ərazidə olmasını qeyd etmişdir. Bu o deməkdir ki, inzibati orqan tərəfindən mülkiyyəti hüquqlaranın qeydə alınmasında səhvə yol verilməsi hazırkı iddia ərizəsi ilə mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə tənzimlənir. Mülki mühakimə icraatı isə mülki prosessual qanunvericiliyin normaları əsasında əsasında aparılır. Lakin iddia tələbinə hazırkı hissədə mülki prosessual qanunvericiliyin deyil, inzibati prosessual qanunvericiliyin normaları əsasında baxılaraq hüquqi qiymət verilməsini zəruri edir. Bu isə iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 4 saylı 10 aprel 2015-ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən hazırkı tələb üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması düzgün qiymətləndirilmiş, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, tələbə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəm xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə istinad etməklə, mülki iş üzrə icraata xitam verilməsində haqlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağcabədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qərardadı dəyişdirilmədən, İddiaçı tərəfindən verilmiş şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(017)-1492/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-400/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-400/2025
22.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver