Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-403/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 fevral 2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 07 iyun 2024-cü il tarixli 97 saylı əmrinin ləğv edilərək dərnək müəllimi vəzifəsinə qaytarılması və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildən Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbdə dərnək müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 07 iyun 2024-cü il tarixdə məktəbin direktor əvəzi Şahid əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 07 iyun 2024-cü il tarixli 97 saylı əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və o dərnək müəllimi kimi vəzifəsinə bərpa edilməlidir. Belə ki, əmrdə qeyd edilmişdir ki, guya o 6-7 iyun 2024-cü il tarixlərdə məşğələ keçməmişdir. Halbuki, həmin tarixlərdə o məşğələ keçmiş və jurnalda yazılmışdır. 6-7 iyun tarixlərdə məşğələlərdə şagirdlər iştirak etmişdir. O, həmişəki kimi məşğələ keçib dərsi bitirdikdən sonra başqa dərsləri olmadığı üçün evə getmişdir. Nə 06 iyun, nə də 07 iyun 2024-cü il tarixlərdə məktəb rəhbərliyi tərəfindən ona dərsdə olmamağı ilə bağlı heç bir xəbərdarlıq olmamışdır. Yalnız 10 iyun 2024-cü il tarixdə o dərsə başlayan zaman məktəbin direktor əvəzi otağa daxil olaraq 4 nəfər şagirdin gözü qarşısında onun işdən azad edildiyini bildirmiş və məktəbin təşkilatçısı Günay müəllimə tapşırıq vermişdir ki, proqram və jurnal dərhal ondan alınmış və o məktəbdən kənarlaşmışdır. O nə üçün işdən azad edildiyini soruşduqda ona heç bir məlumat verilməmiş və növbəti gün, yəni 11 iyun 2024-cü il tarixdə onunla başlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri təqdim etmişlər. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmrdə qeyd edilmişdir ki, guya Həmkarlar Təşkilatının 07 iyun 2024-cü il tarixdə guya iclası keçirilmiş və qərar qəbul edilmişdir. Halbuki, həmin tarixdə heç bir iclas keçirilməmişdir. Belə ki, o, günorta saatlarına qədər məktəbdə olmuş və yuxarıda qeyd etdiyi kimi ona heç bir söz deyilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2009-cu ildən həmin məktəbdə dram dərnəyinin müəllimi işləmiş, daha sonra məktəb rəhbərliyi ona şahmat və rəsm dərnəklərini həvalə etdiyindən orada dərnək müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Həmin dövr ərzində heç bir xəbərdarlıq almamışdır. Şirvan şəhəri 16 saylı tam orta məktəbdə dərnək müəllimi kimi əmək fəaliyyətinə başlamış və 2024-cü ilin iyun ayına qədər həmin məktəbdə işləmişdir. Cavabdeh tərəf onu 07 iyun 2024-cü ildə keçirilmiş dərnəkdə iştirak etmədiyi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, 6-7 iyun 2024-cü il tarixlərdə məktəbdə dərnək məşğələlərində iştirak etmiş və həmin vaxt jurnallarda öz qeydlərini aparmışdır. Onun yoxlamadan, həmkarlar ittifaqının iclasından xəbəri olmamışdır. Onun dərs saatını dəyişməsindən rəhbərliyin xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 2009-cu ildən həmin məktəbdə dərnək müəllimi işləyir. Həmin dövr ərzində heç bir qanun pozuntusu etməmiş və hər hansı intizamsızlığına görə xəbərdarlıq almamışdır. Lakin cavabdeh tərəf qanunsuz və əsassız olaraq onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Səbəb olaraq 07 iyun 2024-cü ildə məktəbdə keçirilmiş dərnək məşğələsində iştirak etməməsi qeyd olunmuşdur. Lakin həmin gündə iddiaçı ona həvalə edilmiş dərnək məşğələsini icra etmiş və bu barədə jurnallarda öz qeydini aparmışdır. Müəlim barəsində əmr verilərkən onun izahat vermək üçün gəlməsi gözlənilməmiş, həmkarlar ittifaqının rəyindən dərhal sonra əmr verilmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə əsaslı deyil. Belə ki, onlar müddətini ötürməmiş, ilkin olaraq vaxtında mediasiyaya müraciət etmişlər. Məhkəmə iclasında cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktoru X3 iddia etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı onun həmin məktəbin direktoru olduğu vaxt deyil, Şahid direktor vəzifəsini icra etdiyi zaman işdən çıxarılmışdır. O direktor olduğu vaxt müəyyən etmişdir ki, İddiaçı əmək kitabçasını məktəbdən götürməmişdir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəmədə iddia qaldırmamış və iddia tələbi üzrə müəyyən edilmiş müddəti ötürmüşdür. Bu barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadə verərək göstərdi ki, yoxlama zamanı dərnəkdə dörd nəfər şagird olardı və ya olmazdı, şagirdlərin 50 faizi dərsdə olmamış, lakin dərnək 8 nəfər şagirddən təşkil olunur. Əgər şagirdlərdən hər hansı biri gəlmirsə, müəllim rəhbərliyə məlumat verməli, dərnəyin fəaliyyəti dayandırılmalıdır. Araşdırma zamanı müəllim dəvət edilmiş, lakin o öz uşaqlarının xəstə olduğunu bildirmişdir. İddiaçı həmin günlərdə dərsə gəlmiş, lakin dərs cədvəlinə uyğun olaraq dərsi keçməmişdir. Rəhbərliyə məlumat verməmiş, özü dərsin saatını dəyişdirmiş, dediyinə görə saat 08.30-da dərnəkdə dərsini keçmişdir. Müəllim özü də etiraf etmişdir ki, dərsini dərs cədvəlindən qabağa çəkmişdir. Şagirdlərlə də söhbət zamanı müəyyən olunmuşdur ki, dərnəkdə şagirdlərin hamısı iştirak etməmiş, şagirdlər dərsə gəlməmişdir. Bundan başqa, müəllim özü etiraf etmişdir ki, onun şahmat üzrə biliyi yoxdur, sertifikat almamışdır. Müəllim ondan bilmədiyi bir fənnin tədrisi tələb olunan zaman özü etirazını bildirə bilərdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (X15) iddianın təmin edilməsi, cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 iyun 2024-cü il tarixli 97 saylı əmrinin ləğv edilməsi, İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin dərnək rəhbəri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbnin xx.xx.2009-cu il tarixli 100 saylı əmri ilə 0,5 stavka dərnək rəhbəri təyin edilmiş, məktəbin xx.xx.2024-cü il tarixli 97 saylı əmrinə əsasən xx.xx.2024-cü il tarixdən rəhbəri olduğu “Rəsm” dərnəyinin fəaliyyətinin dayandırılmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə görə “işçi özünün əmək funksiyasını və ya əmlak müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması " əsasına uyğun olaraq tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktəb rəhbərliyi tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, iddiaçının tədris etdiyi dərnəkdə məktəbin dörd nəfər şagirdi olmuş, şagirdlərin 50 faizi dərsdə olmamış, lakin dərnək 8 nəfər şagirddən təşkil olunmuşdur. Qanunvericiliyə əsasən əgər şagirdlərdən hər hansı biri gəlmirsə, müəllim rəhbərliyə məlumat verməli, dərnəyin fəaliyyəti dayandırılmalıdır. Araşdırma zamanı iddiaçı dəvət edilmiş, lakin o, öz uşaqlarının xəstə olduğunu bildirmişdir. İddiaçı həmin günlərdə dərsə gəlmiş, lakin dərs cədvəlinə uyğun olaraq dərsi keçməmişdir. İddiaçı özü də etiraf etmişdir ki, rəhbərliyə məlumat vermədən özü dərs saatının vaxtını dəyişdirmiş, saat 08.30-da dərnəkdə dərsini keçmiş, dərsini dərs cədvəlindən qabağa çəkmişdir. Şagirdlərlə də söhbət zamanı müəyyən olunmuşdur ki, dərnəkdə şagirdlərin hamısı iştirak etməmiş, şagirdlər dərsə gəlməmişdir. Bundan başqa, müəllim əlavə olaraq etiraf etmişdir ki, onun şahmat üzrə biliyi yoxdur, sertifikat almamışdır. Müəllim ondan bilmədiyi bir fənnin tədrisi tələb olunan zaman özü etirazını bildirə bilərdi. Əlavə olaraq bildirirəm ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə monitorinq aparılan zaman məktəbin rəsm üzrə dərnək rəhbəri - İddiaçı dərnəyi düzgün şəkildə təşkil etmədiyi aşkarlanmışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil apellyasiya icraatı zamanı verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X3, nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya icraatı zamanı verdikləri izahatlarında apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır.Həmin maddənin 2-ci bəndinə görə tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 57-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 71-ci maddənin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə məktəbə xx.xx.2009-cu il tarixli 100 saylı əmrlə 0,5 stavka dərnək rəhbəri təyin edilmişdir. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə monitorinq aparılan zaman məktəbin rəsm üzrə dərnək rəhbəri - İddiaçı dərnəyi düzgün şəkildə təşkil etmədiyi aşkarlanmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i Yaqut Əliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, monitorinq aparılan zaman məktəbin rəsm üzrə dərnək rəhbəri - İddiaçı xx.xx.2024-cü il tarixdə saat 0:15də dərnək otağının qapısının olduğunu, məşğələnin aparılmadığını müəyyən etmişlər. Bununla bağlı videoçəkiliş aparılmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:40; saat 16:08 iki dəfə İddiaçı müəllimə zəng edilmişdir. Bildirilmişdir ki, məktəbə gəlsin. Lakin müəllim gəlməkdən imtina etmişdir. Ya övladının xəstə olduğunu , ya da hazırlıqda olduğunu demişdir. Halbuki övladları İİ növbədə tədrisə davam etməli idi. İddiaçı əlaqə nömrəsi ***-***-**-**. Aktın doğruluğunu öz imzaları iə təsdiq etmişlər. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i Yaqut Əliyeva və Kəmalə Fərzəliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, həqiqətən İddiaçı apardığı rəsm dərnəyinin üzvləri ilə söhbət aparılmışdır. Söbhət videolentə yazılıb. Söhbət zamanı aşkar edilmişdir ki, Vİa sinif şagirdi-X5 tədris ilinin əvvəlində 2-3 həftə dərsə gəlsə də, tədris ili ərzində məşğələlərə davam etməyib. Vİa sinif şagirdləri -X12, X8 və X2 tədris ili ərzində həftənin İ-İV günlərində məşğələdə iştirak etməmişdir. 9 şagirddən 7 nəfəri xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində dərsdə iştirak etməmişdir. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsaslanaraq rəsm dərnəyinin rəhbəri İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməklə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün ATİAHİ-nin Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin həmkarlar komitəsinə müraciət etmişdir. İş materiallarında olan ATİAHİ-nin Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin həmkarlar komitəsinin 07 iyun 2024-cü il tarixli iclası 28 saylı protokoldan görünür ki, məktəbin dərnək rəhbəri İddiaçı apardığı “Rəsm” dərnəyinin fəaliyyəti tərəflərindən yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, 2024-cü ilin 06 iyun və 07 iyun tarixlərində dərnək məşğələsində cəmi iki dərnək üzvü iştirak etsə də İddiaçı məşğələni yarımçıq qoyaraq rəhbərliyə məlumat vermədən məktəbi tərk edib. “Rəsm” dərnəyinin üzvləri ilə söhbət aparılarkən müəyyən edilmişdir ki, 06 iyun və 07 iyun 2024-cü il tarixlərində 7 şagird məşğələdə iştirak etməmişdir. Bundan əlavə, 6 a sinif şagirdi X5 cari dərs ilinin əvvəlində yalnız 2-3 həftə dərs gəlib, sonra cari tədris ili ərzində məşğələyə davam etməmişdir. Digər dərnək üzvləri, o cümlədən, 6 a” sinif şagirdləri X12, X8 və X2 dərs cədvəli üzrə 1 və İV günlərində keçirilən məşğələlərdə ümumiyyətlə tədris ili ərzində iştirak etməyiblər. Monitorinq müəyyən etmişdir ki, 06 iyun və 07 iyun 2024-cü il tarixlərində 9 nəfər dərnək üzvlərindən 7 nəfəri məşğələrdə iştirak etməyiblər. Yoxlamanın nəticələrini elan etmək məqsədilə İddiaçı ilə telefon əlaqəsi (**********) saxlanılmış və məktəbə dəvət olunmuşdur. Lakin İddiaçı övladlarının hazırlıqda olduğunu, daha sonra isə xəstə olduqlarını bəhanə edərək gəlməkdən imtina etmişdir. İclas məlumat və çıxışları dinləyərək 1. məktəb həmkarla komitəsinin sədri Kəmalə Fərzəliyevanın məlumatı nəzərə alınması, 2. Məktəbin “rəsm” dərnəyin rəhbəri - İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməsini qərara almışdır. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə xx.xx.2024-cü il tarixli № 97 saylı əmrindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı rəhbəri olduğu “Rəsm” dərnəyinin fəaliyyətinin dayandırılması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi , baş mühasib Dünya Fərzəliyevaya İddiaçı son haqq hesabının hesablanmasının təmin edilməsi, əmrin icrasına nəzarətin baş mühasib Dünya Fərzəliyevaya həvalə edilməsi əmr edilmişdir. Əmr məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Şahid tərəfindən imzalanaraq möhürlənmişdir. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə xx.xx.2024-cü il tarixli № 97 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki , “B.M.Aslanov adına 16 nömrəli tam orta məktəb” bölməsində “dərnək rəhbəri” vəzifəsində işləyən İddiaçı Tofik qızı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” - işçi özünün əmək funksiyasını və ya əmlak müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşçinin xx.xx.2009-cuil tarixindən xx.xx.2024-cü il tarixə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İşçinin əmək kitabçasının lazımı qeydlər aparılaraq özünə təhvil verilməlidir. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə 2023/2024-cü tədris ilinin İ yarısı üçün dərnəklərin cədvəlindən görünür ki, rəsm dərnəyi üzrə dərnək rəhbəri X6r. Məşğuliyyətin keçirildiyi gün İ gün saat 9:00-11:15, İİ,İV,V günlər saat 9:45- 11:15 , otaq 4 müəyyən olunmuşdur. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor vəzifəsini icra edən Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin kargüzarı Kamalə Fərzəliyeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i X16 şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, məktəbin dərnək rəhbəri İddiaçı əmək kitabçasını götürməkdən imtina etmişdir. Aktın doğruluğunu öz imzaları iə təsdiq etmişdir. İş materiallarında olan cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktorunun iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçı iddiasının əsassız olduğundan iddianın rədd edilməsinin nəzərə alınmasını xahiş etdi. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi təşkil edir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İ İddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını 07 iyun 2024-cü il tarixli 97 saylı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir İddiaçı iddia edir ki, o, 2009-cu ildən Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbdə dərnək müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 07 iyun 2024-cü il tarixdə məktəbin direktor əvəzi Şahid əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 07 iyun 2024-cü il tarixli 97 saylı əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və o dərnək müəllimi kimi vəzifəsinə bərpa edilməlidir. Belə ki, əmrdə qeyd edilmişdir ki, guya o 6-7 iyun 2024-cü il tarixlərdə məşğələ keçməmişdir. Halbuki, həmin tarixlərdə o məşğələ keçmiş və jurnalda yazılmışdır. 6-7 iyun tarixlərdə məşğələlərdə şagirdlər iştirak etmişdir. O, həmişəki kimi məşğələ keçib dərsi bitirdikdən sonra başqa dərsləri olmadığı üçün evə getmişdir. Nə 06 iyun, nə də 07 iyun 2024-cü il tarixlərdə məktəb rəhbərliyi tərəfindən ona dərsdə olmamağı ilə bağlı heç bir xəbərdarlıq olmamışdır. Yalnız 10 iyun 2024-cü il tarixdə o dərsə başlayan zaman məktəbin direktor əvəzi otağa daxil olaraq 4 nəfər şagirdin gözü qarşısında onun işdən azad edildiyini bildirmiş və məktəbin təşkilatçısı Günay müəllimə tapşırıq vermişdir ki, proqram və jurnal dərhal ondan alınmış və o məktəbdən kənarlaşmışdır. O nə üçün işdən azad edildiyini soruşduqda ona heç bir məlumat verilməmiş və növbəti gün, yəni 11 iyun 2024-cü il tarixdə onunla başlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri təqdim etmişlər. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmrdə qeyd edilmişdir ki, guya Həmkarlar Təşkilatının 07 iyun 2024-cü il tarixdə guya iclası keçirilmiş və qərar qəbul edilmişdir. Halbuki, həmin tarixdə heç bir iclas keçirilməmişdir. Belə ki, o, günorta saatlarına qədər məktəbdə olmuş və yuxarıda qeyd etdiyi kimi ona heç bir söz deyilməmişdir. Cavabdehin nümayəndəsinin iddiaya etirazından, eyni zamanda apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbnin xx.xx.2009-cu il tarixli 100 saylı əmri ilə 0,5 stavka dərnək rəhbəri təyin edilmiş, məktəbin xx.xx.2024-cü il tarixli 97 saylı əmrinə əsasən xx.xx.2024-cü il tarixdən rəhbəri olduğu “Rəsm” dərnəyinin fəaliyyətinin dayandırılmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə görə “işçi özünün əmək funksiyasını və ya əmlak müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması " əsasına uyğun olaraq tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktəb rəhbərliyi tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, iddiaçının tədris etdiyi dərnəkdə məktəbin dörd nəfər şagirdi olmuş, şagirdlərin 50 faizi dərsdə olmamış, lakin dərnək 8 nəfər şagirddən təşkil olunmuşdur. Qanunvericiliyə əsasən əgər şagirdlərdən hər hansı biri gəlmirsə, müəllim rəhbərliyə məlumat verməli, dərnəyin fəaliyyəti dayandırılmalıdır. Araşdırma zamanı iddiaçı dəvət edilmiş, lakin o, öz uşaqlarının xəstə olduğunu bildirmişdir. İddiaçı həmin günlərdə dərsə gəlmiş, lakin dərs cədvəlinə uyğun olaraq dərsi keçməmişdir. İddiaçı özü də etiraf etmişdir ki, rəhbərliyə məlumat vermədən özü dərs saatının vaxtını dəyişdirmiş, saat 08.30-da dərnəkdə dərsini keçmiş, dərsini dərs cədvəlindən qabağa çəkmişdir. Şagirdlərlə də söhbət zamanı müəyyən olunmuşdur ki, dərnəkdə şagirdlərin hamısı iştirak etməmiş, şagirdlər dərsə gəlməmişdir. Bundan başqa, müəllim əlavə olaraq etiraf etmişdir ki, onun şahmat üzrə biliyi yoxdur, sertifikat almamışdır. Müəllim ondan bilmədiyi bir fənnin tədrisi tələb olunan zaman özü etirazını bildirə bilərdi. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə monitorinq aparılan zaman məktəbin rəsm üzrə dərnək rəhbəri - İddiaçı dərnəyi düzgün şəkildə təşkil etmədiyi aşkarlanmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri də-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddənin ç bəndi). 80-ci maddənin 1-ci və 2-ci hissələrində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Bu intizama riayət edilməməsi əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edir. İş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 07 iyun 2024-cü il tarixli iclası 28 saylı protokolundan müəyyən olunur ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin dərnək rəhbəri İddiaçı işə davamiyyəti olmadığından, “Rəsm” dərnəyinin üzvlərinin dərnək dərslərində iştirak etmədiyindən işdən azad edilməsi qanunauyğun hesab edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən məhz ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi, dərnək rəhbərinin həmin gün işdə olmadığı, məşğələ keçmədiyi, rəhbərliyə məlumat vermədən dərnək otağını və məktəbi tərk etməsi qeyd olunsa da, birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Şahid izahatında dərnək rəhbəri İddiaçı həmin gün məktəbdə olduğunu bildirmişdir. Bununla da cavabdeh tərəf ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. İş materiallarından görünür ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Şahid, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i Yaqut Əliyeva və Kəmalə Fərzəliyevanın iştirakı ilə şagirdlərin dindirilməsi ilə bağlı videoyazıya birinci instansiya məhkəməsində məhkəmə iclasında baxış keçirilmişdir. Kollegiya müəyyən şagirdlərin dərnəklərdə iştirak etməməsi səbəbindən dərnəklərin təşkil olunmaması və ya cədvəldə müəyyən edilmiş saatlardan fərqli saatlarda dərnəklərin təşkil edilməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əgər belə hallara yol verildiyi halda belə məktəb rəhbərliyi tərəfindən müəllimənin bu tip nöqsanlara yol verməsinə dair əvvəllər hər hansı tədbir görülməmiş və bu baxmdan məktəb rəhbərliyinin birbaşa tətbiq etdiyi intizam tənbeh tədbiri adekvat olmamış, ƏM-nin 186-cı maddəsi ilə müəyyən edilmiş alternativ tənbeh tədbirlərindən birinin tətbiqi halı nəzərə alınmamışdır. Bundan başqa kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh tərəf iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunması barədə əsaslı sübutları təqdim edə bilməmiş, yalnız iddiaçının şahmat və rəsm dərnəkləri sahəsində hər hansı uğur əldə etməməsini, şahmatla bağlı biliyinin olmamasını əsas götürmüşdür. Kollegiya qeyd edir ki, əvvəla iddiaçı məktəb tərəfindən dərnəyə rəhbər təyin edilərkən “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın 9-cu bəndinə zidd olaraq müəllimənin uzun müddət dram dərnəyindəki fəaliyyəti, bu sahədəki təcrübəsi nəzərə alınmamış, onun ixtisasına uyğun olmayan sahələrə aid dərnəklərin fəaliyyətini ona həvalə edilmişdir. Həmçinin əgər cavabdeh təşkilat işçinin şahmat və rəsm dərnəkləri sahəsində hər hansı uğur əldə etməməsi, şahmatla bağlı biliyinin olmaması əsası ilə işdən çıxarmaq istəyirdirsə, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə deyil, «c» bəndi ilə (yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilə bilərdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia təmin edilməli Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 iyun 2024-cü il tarixli 97 saylı əmri ləğv edilməli, İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin dərnək rəhbəri vəzifəsinə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1383/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.