Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-405/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, gözlənilən mülkiyyət, apellyasiya mərhələsində sübutların qəbul edilənliyi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Səmədova (Əhmədova) Ulduzə Mehdi qızının, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X5, X6 və X1) fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə köçürülməsi və həmin evdən (mənzildən) istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh1 keçmiş əri, digər Cavabdeh2 isə keçmiş qaynatasıdır. O, 23 avqust 2007-ci ildə Cavabdeh1lə dini nikahla ailə həyatı quraraq Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərək on altı il həmin mənzildə yaşamış, 11 sentyabr 2009-cu ildə Cavabdeh1 ilə aralarında rəsmi nikah qeydi bağlanmışdır. Həmin mənzildə yaşadığı müddətdə 09 iyul 2008-ci ildə Sevgi, 08 iyul 2009- cu ildə Yamur və 15 iyun 2011-ci ildə Sərvət adlı üç nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 evdə narazılıq, dava-dalaş salaraq onu 07 iyul 2023-cü il tarixdə yaşadığı ər evindən qovmuşdur. Bundan sonra cavabdehin tələbi əsasında 05 avqust 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. 16 il gəlin kimi yaşadığı mübahisəli mənzildə özünə və uşaqlarına aid əşyaları, cehiz əmlakları qalmış, cavabdehlər isə onu həmin mənzilə qayıdıb yaşamasına imkan vermirlər. Hazırda qeyd olunan əşyalar həmin mənzildədir. Cavabdehlərin bu hərəkəti qanunsuz və əsassızdır. Saatlı rayon Mustafabəyli kəndindəki daimi pasport qeydiyyatında olmaqla yaşadığı evə istifadə hüququnun tanınmış hesab edilməsi və yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin mənzilə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsi (hakim İ.Abuşov) ilə iddia qismən təmin edilmiş, İddiaçı və onun üç nəfər uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 25 (iyirmi beş) manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında təsərrüfat Cavabdeh2 məxsusdur. İddiaçı cavabdehin ailə üzvü kimi 2007-ci ildən etibarən cavabdehə məxsus olan Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə gəlin köçərkən cavabdehin heç bir qeyd-şərti olmadan iddiaçı on altı il yaşamışdır. İddiaçının 2023-cü ildə həmin mənzili tərk etməsinə səbəb əri-Cavabdeh1 ilə aralarında yaranmış münasibətlərin pozulması olmuş, hansı ki, sonda nikahın pozulması ilə nəticələnmişdir. İddiaçının mənzili tərk edərkən əşyalarını aparmaması isə iddiaçı tərəfdən mənzili tərk etmənin müvəqqəti xarakter daşıdığını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasındakı mübahisə Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrində ifadə olunmuş maddi hüquq normasına uyğun həll edilməlidir. Belə ki, həmin norma mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə görə bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə işin faktiki hallarına əsasən qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İddiaçının nikahı pozulmuş olsa da, iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq “icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın oğlunun keçmiş arvadı” sayılır. Bundan başqa, hazırda iddiaçı ilə birlikdə Bakı şəhərində yaşayan üç nəfər uşaqlar - 09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8 doğulduqları andan valideynləri ilə birlikdə iddiaçının mübahisələndirdiyi həmin fərdi yaşayış evində yaşamışdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır”. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhəkəmə hesab etmişdir ki, İddiaçı, üç nəfər uşaqları (09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8) ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülmələrini tələb etməkdə haqlıdır. Lakin iddia tələbinin mübahisəli yaşayış evindən istifadə hüququnun tanınması hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki halda isə mübahisəli yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buradan da görünür ki, iddiaçının mənzildən istifadə hüququnun tanınması barədə tələbi əsaslı deyildir. Ona görə də iddia qismən təmin edilməli, iddianın - İddiaçı və onun üç nəfər uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi hissəsi təmin edilməli, iddianın mənzildən istifadə hüququnun tanınması hissəsi təmin edilməməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 25 manat mediasiya xərci, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3, 27.2 maddələri, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80 və 217.4, 119.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsi, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Saatlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 0(055)- 1294/2024 saylı qətnaməsi ilə Konstitusiya ilə qorunan hüquqlarını kobudcasına pozulmuşdur. Saatlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 0(055)- 1294/2024 saylı qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə qətnaməsi ona 07 dekabr 2024-cü il tarixdə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin əsassız və qanunsuz olmasına dair kifayət qədər hüquqi əsaslar vardır. Məhkəmə qətnaməsi 04 dekabr 2024-cü il tarixdə çıxarılsada 2 gün sonra 06 dekabr 2024-cü il tarixdə poçta, 1 gün sonra isə yəni, xx.xx.2024-cü il tarixdə ona təqdim olunub. Qətnamənin çıxarılması ilə ona təqdim olunması arasındakı müddət 3 gün olmuşdur. Sanki Qətnamə əvvəlcədən hazır imiş, məhkəmə prosesi görüntü olaraq keçirilmişdir. Bu faktlar məhkəmə qətnaməsinin əsassız və qanunsuz olmasına əsas vermişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi uyğun deyildir. İddiaçı öz iddiasını hüquqi nöqteyi nəzərdən sübuta yetirə bilməmiş, məhkəmə isə qüvvədə olan mövcud qanunvericiliyin tələblərini kobudcasına pozaraq bir tərəfin formal mülahizələrinə əsas verərək birtərəfin xeyrinə nəticələnən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət,sahiblik, istifadə, sərəncam vermək hüquqları pozulmuşdur. (MM-nin 152- ci maddəsi) Məhkəmə qətnaməsi ilə iddiaçının ona məxsus evə köçürülməsi təmin edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İddiaçının onun evinə köçürülməsi, lakin oradan istifadə hüququ əldə etməməsi necə mümkün olmuşdur,şübhəlidir. Mənzilə köçürülən şəxs orada yaşamaq və istifadə etmək hüququ əldə edir. Bu da Mülki Məcəllənin 152- ci maddəsinin tələblərinin kobudcasına pozulmasına gətirib çıxarır. İddiaçı və onun uşaqları onun evində qeydiyyatda deyildirlər. Sözügedən fərdi yaşayış evi onun mərhum atası Məcid Fərzəliyev tərəfindən inşa edilib, həmin ev ona qalmışdır, daşınmaz əmlak üzərində hər hansı bir hüququn iddiaçıya verilməsi yol verilməzdir və qanunaziddir. İddiaçı yalnız birgə nikah dövründə əldə etdiyi daşınar və daşınmaz əmlaklara qarşı iddialı ola bilər. Onun fərdi yaşayış evi ilə iddiaçının heç bir hüquqi əlaqəsi və bağlantısı yoxdur. Məhkəmə qətnamə çıxararkən bu barədə heç bir araşdırma aparmamış, iddiaçının formal mülahizələrinə hüquqi əsaslar verməklə özgə mülkiyyəti üzərində qanunazidd və süni hüquqlar yaradan qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən AR Mənzil Məcəlləsinin 29-30-cu maddələrinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, iddiaçı onun yox onun oğlunun ailə üzvüdür. İddia tələbi ona qarşı yox digər cavabdehə (oğluna) qarşı olunmalı idi. Ona görə də məhkəmə qətnamə çıxararkən ciddi və kobud qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarı ilə ciddi qanun pozuntuları ilə çıxarıldığı üçün apellyasiya qaydasında ləğv edilməli, apellyasiya şikayəti təmin edilməklə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 0(055)- 1294/2024 saylı qətnaməsinin ləğv olunması barədə ədalətli qərar qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Səmədova (Əhmədova) Ulduzə Mehdi qızı izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə keçirilib və onun müvafiq Çıxarışı mövcuddur. Belə olan halda cavabdehin iddiaçını həmin evdə saxlamaq öhdəlikləri yaranmır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsinə razı deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X6 iddiaçının mübahisəli evə köçürülməsinə razı olmadıqlarını bildirmiş və ədalətli məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Apellyasiya şikayəti əsassızdır. 2007-ci ildə Cavabdeh1lə ailə həyatı qurmuş və 2023-cü ildə aralarında mübahisə yarandığından evdən çıxmışdır. 16 il həmin evdə yaşamışlar, 3 övladı orada dünyaya gəlmişdir. Uşaqların məktəbi həmin kənddədir və evə yaxındır. Hazırda başqa yaşayış yeri yoxdur və 3 övladla birlikdə həmin evə köçürülməsi zəruridir. Evin əvvəl heç bir sənədi olmamışdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi çıxarış qeyri-leqal yollarda əldə edilmişdir. Çıxarışda adı olan şəxslərdən ikisi orada uzun müddətdir ki, yaşamır. Hesab edir ki, evdə otaqlar genişdir və yaşayış üçün hər bir şərait mövcuddur. Evə köçürüləcəyi təqdirdə qarşı tərəfin maneçiliyi olmadan övladları ilə yaşaya biləcək. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 146.1--ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı: “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)- 1294/2024 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət,sahiblik, istifadə, sərəncam vermək hüquqları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə iddiaçının ona məxsus evə köçürülməsi təmin edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İddiaçının onun evinə köçürülməsi, lakin oradan istifadə hüququ əldə etməməsi necə mümkün olmuşdur,şübhəlidir. Mənzilə köçürülən şəxs orada yaşamaq və istifadə etmək hüququ əldə edir. Bu da Mülki Məcəllənin 152-ci maddəsinin tələblərinin kobudcasına pozulmasına gətirib çıxarır. İddiaçı və onun uşaqları onun evində qeydiyyatda deyildirlər. Sözügedən fərdi yaşayış evi onun mərhum atası Məcid Fərzəliyev tərəfindən inşa edilib, həmin ev ona qalmışdır, daşınmaz əmlak üzərində hər hansı bir hüququn iddiaçıya verilməsi yol verilməzdir və qanunaziddir. İddiaçı yalnız birgə nikah dövründə əldə etdiyi daşınar və daşınmaz əmlaklara qarşı iddialı ola bilər. Onun fərdi yaşayış evi ilə iddiaçının heç bir hüquqi əlaqəsi və bağlantısı yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İddiaçının nikahı pozulmuş olsa da, iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq “icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın oğlunun keçmiş arvadı” sayılır. Bundan başqa, hazırda iddiaçı ilə birlikdə Bakı şəhərində yaşayan üç nəfər uşaqlar - 09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8 doğulduqları andan valideynləri ilə birlikdə iddiaçının mübahisələndirdiyi həmin fərdi yaşayış evində yaşamışdırlar. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsinə münasibətdə gəldiyi həmin nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. •mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; •iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; İş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh İlvan Cavabdeh2 oğlu arasında 23 avqust 2007-ci ildə dini nikahla ailə həyatı qurmuş, 11 sentyabr 2009-cu ildə isə tərəflər arasında rəsmi nikah qeydə bağlanmışdır. Həmin mənzildə yaşadıqları müddətdə 09 iyul 2008-ci ildə Sevgi, 08 iyul 2009- cu ildə Yamur və 15 iyun 2011-ci ildə Sərvət adlı üç nəfər uşaqları anadan olmuşdur. Bundan sonra tərəflər arasında mübahisə olduğundan iddiaçı mübahisəli evi tərk etmişdir. Cavabdeh İlvan Cavabdeh2 oğlunun tələbi əsasında 05 avqust 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında olan tərərrüfat Cavabdeh2 məxsus olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, Cavabdeh2 məhkəmə mübahisəsi yaranana qədər yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Yuxarıda qeyd edilən fərmanla dövlət cavabdehin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəyə qədər Cavabdeh2 yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev təsərrüfatbaşına kitabda qeydiyyata alındığı üçün özbaşına tikili kimi qəbul edilə bilməzdi. Həmçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni qeyd edilən tikili üzərində Cavabdeh2 gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma olmamış, hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Daha sonra Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, apellyasiya mərhələsində məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 məhkəməyə mübahisəli fərdi yaşayış evinin onun mülkiyyətində olmasına dair çıxarış təqdim etmişdir. Həmin çıxarışın sübut kimi qəbul edilənliyi məsələsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında Apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; - yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; - yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; - apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qaqnunverici sübutların yalınız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin yekun aktı (qətnamə) xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət sənədini qətnamə qəbul edildikdən sonra almışdır. Yəni cavabdeh həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etmək imkanında olmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdehin apellyasiya mərhələsində təqdim etdiyi yuxarıda qeyd edilən sənəd sübut növü kimi qəbul edilə bilər. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəli ev Cavabdeh2 mülkiyyət hüququ ilə adına qeydə alınan zaman iddiaçı onun ailə üzvü olmamış, həmçinin iddiaçı Cavabdeh2 münasibətdə “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da daxil olmamışdır. Köçürülməsi arzu edilən ev üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə yarandığından, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, 2009-cu ilin oktyabr ayının 1-dən sonra qayınata ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqaisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvi (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 30.7-ci maddəsinin mənasından da görünür ki, qanunverici razılaşmanı hər hansı bir şərtlə (misal: yazılı və ya şifahi ola bilməsi ilə) əlaqələndirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçi ilə birgə yaşayan üç müxtəlif subyekt müəyyən edilmişdir: Mülkiyyətçinin ailə üzvləri; Digər qohumları; Vətandaş; Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Beləliklə məhkəmə tərkibi qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ mövcuddur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur və hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə tərkibi göstərilənlərə əsasən yekun qənaətə gəlir ki, İddiaçı Cavabdeh1 ilə ailə-nikah münasibətlərində olması və digər cavabdeh keçmiş qayınatası Cavabdeh2 ailə üzvü olmasına istinad edərək Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini tələb etməsi üçün heç bir maddi hüquqi əsası yoxdur. Yəni iddiaçının tələb hüququ yaranmamış, iddianın təmini üçün heç bir maddi hüquqi əsas yoxdur. Məhkəmə tərkibi iddia tələbinin azyaşlı uşaqların mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İddiaçının birgə yaşadıqları dövrdə üç uşaqlarının olması və uşaqları Sevgi və Yamurun həmin evdə qeydiyyatda olmaları əsası ilə onların evə köçürülməsini tələb etməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, mövcud qanunvericilikdə bu əsasla iddiaçının mübahisəli evə köçürülməsi üçün heç bir maddi hüquqi əsas yoxdur. İşin araşdırılan hallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş üç uşağı iddiaçının yanında qalmışdır. İddiaçının uşaqlarının qeydiyyatda olmasına istinad edərək evə köçürülməsini tələb etməsi qanunvericiliklə yolverilməzdir. Çünki uşaqların yaşayış yeri valideynin yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə tərkibi qeyd edilən maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının övladlarının birinin azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında aşaöıdakılar qeyd edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi qeydiyyatın məqsədi başqadır və hər hansı yaşayış sahəsində qeydiyyatın olması ilə həmin yaşayış sahəsinə istifadə hüququnun yaranıbyaranmamasını müəyyən etmək mümkün deyildir, başqa sözlə eyni mənzilə qeydiyyatın olması ilə istifadə hüququnun yaranması heç də bütün hallarda düz mütənasib olmur. Yəni iddia tələbi bu hissədə də əsassızdır. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin evə köçürülmə hissəsi ilə bağlı maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisəni mahiyyəti üzrə həll etməli maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsi qismən, “İddiaçı və onun üç azyaşlı uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi həmin hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsi qismən, “İddiaçı və onun üç azyaşlı uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X3, 08 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2011-ci il təvəllüdlü X8 ilə birlikdə Saatlı rayon İHBnın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-405/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-405/2025
06.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver