Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-406/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3469/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR ETSN Lənkəran X14 Mərkəzində “meşə gözətçisi” kimi işə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, habelə 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla orada yaşayır. Uzun müddət AR ETSN Lənkəran X14 Mərkəzində “meşə gözətçisi” və “meşəbəyi” vəzifələrində çalışmışdır. AR ETSN Meşələrin İnkişafı Xidmətinin əmrinə əsasən 27 sentyabr 2018-ci ildən Lerik meşəbəyliyinin 23a saylı meşə dolayında “meşə gözətçisi” vəzifəsinə təyin edilmişdir. Əsassız və qanunsuz olaraq “meşə gözətçisi” vəzifəsindən azad edildiyi üçün Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsi ilə AR ETSN Lənkəran RMTM-ə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı tələbinə dair” iddiası təmin edilmiş, Lənkəran X14 Mərkəzinin 23 saylı meşə dolayının “gözətçisi” İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Lənkəran RMTM-in direktorunun 02 aprel 2019-cu il tarixli, 80 saylı əmri ləğv edilmiş və 02 aprel 2019-cu ildən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. Daha sonra, qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)- 1844/2019 saylı icra sənədi icra olunsa da, daha sonra “meşəbəyi” vəzifəsində çalışan X10 işdən azad edilmiş və iddiaçı 03 fevral 2021-ci il tarixli, 34 saylı əmrlə həmin vəzifəyə təyin olunmuşdur. Lakin işdən azad olunma barədə əmrlə razı olmayan X10 məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə əmr ləğv edilərək onun “meşəbəyi” vəzifəsinə bərpası qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra, iddiaçının “meşəbəyi” vəzifəsindən azad edilməsi barədə əmr çıxarılmışdır. Lakin əvvəlki işinə hazırkı vaxtadək bərpa edilməmişdir. Hansı ki X10 əvvəlki işinə (“meşəbəyi” vəzifəsinə) bərpa edildikdən sonra Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı icra sənədi üzrə iddiaçı da əvvəlki işinə (“meşə gözətçisi” vəzifəsinə) bərpa edilməli olsa da, qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əvvəllər “meşəbəyi” vəzifəsində çalışan X1 Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(004)- 648/2021 saylı qətnaməsinin icrası məqsədilə həmin vəzifəyə bərpa edilsə də, iddiaçının əvvəlki vəzifəsinə, yəni “meşə gözətçisi” vəzifəsinə bərpa edilməsi təmin edilməmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinə “meşə gözətçisi” vəzifəsinə bərpa edilməsi üçün müraciət etsə də, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)- 1844/2019 saylı qətnaməsi icra edildiyi və icraatın təzələnməsi bu işlər üzrə qanunla mümkün olmadığı üçün yenidən icradan imtina edilmişdir. İddiaçı hesab edir ki, qanunsuz və əsassız olaraq Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)- 1844/2019 saylı icra sənədinin tələbləri pozulmuş və iddiaçının əvvəlki işinə bərpa edilməsi əvəzinə əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər və predmet eyni olsa da, əsaslar dəyişdiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. O, mediasiya prosesi barəsində təklifini xx.xx.2023-cü ildə Lənkəran X14 Mərkəzinə, mediasiyaya müraciətini isə bundan 10 gün sonra Lənkəran 1 saylı Mediasiya təşkilatına göndərmişdir. O, 50 manat məbləğində mediasiya xərcini ödəyib xx.xx.2023-cü ildə saat 11:15-də keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02310 saylı arayış Lənkəran 1 saylı Mediasiya təşkilatı tərəfindən iddiaçıya təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X14 Mərkəzi iddia ərizəsinə etiraz etmiş, etirazda iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran (hazırda 1 saylı) X14 Mərkəzinin Lerik ərazisi üzrə Razvandoband meşəbəyliyinin 23a saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə işə bərpa olunmuşdur. 03 fevral 2021-ci il tarixli, 015/k saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin əmri ilə Razvandoband meşəbəyliyinin meşəbəyi vəzifəsinə təyin olunaraq işlədiyi Gürdəsər meşəbəyliyinin 23a saylı meşə dolayı gözətçisi vəzifəsindən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “b” bəndinə əsasən işlədiyi Razvandoband meşəbəyliyinin meşəbəyi vəzifəsindən azad olunmuşdur. Razvandoband meşəbəyliyinin meşəbəyi vəzifəsində işlədiyi dövr ərzində 247 ədəd ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması və nəticədə X19 9608,7 manat ziyan vurulması faktı ilə Lerik Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(048)-58/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilərək, Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən İddiaçı 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(004)-2833/2022 saylı qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” iddiası rədd edilmişdir. Sözügedən qətnamədən görünür ki, iddiaçıya meşə gözətçisi vəzifəsi təklif olunsa da, o, bundan imtina etmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı qətnaməsinin 4-cü səhifəsinin son abzasında göstərilir: “Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, Orucov X13 Rayon Məhkəməsinin 2(049)-1844/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə Lənkəran X14 Mərkəzində işlədiyi gözətçisi vəzifəsinə bərpa edilmişdir. Lənkəran X14 Mərkəzinin direktorunun xx.xx.2019-cu il tarixli, 146 saylı əmri ilə məhkəmə qətnaməsi icra edilərək, Orucov X7 meşəbəliyinin 23a saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə bərpa edilmişdir. Lənkəran X14 Mərkəzinin direktorunun xx.xx.2021-ci il tarixli, 34 saylı əmri ilə İddiaçı öz xahişi və arzusu ilə Razvandoband meşəbəliyinə meşəbəyi vəzifəsinə təyin edilərək, həmin tarixdən meşə gözətçisi vəzifəsindən azad edilmişdir. Lənkəran X14 Mərkəzinin direktorunun xx.xx.2021ci il tarixli əmri ilə əvvəllər meşəbəyi vəzifəsində işləyən şəxsin həmin vəzifəyə (işə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə İddiaçı meşəbəyi vəzifəsindən azad edilmişdir, İddiaçı sözügedən xx.xx.2021-ci il tarixli əmri məhkəmədə mübahisələndirmiş, məhkəmənin qətnaməsi ilə onun bu barədə iddia tələbi təmin edilməmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı məhkəmə qətnaməsi əsasında bərpa edilərək işlədiyi Razvandoband meşəbəliyinin 23a saylı meşə dolayının meşə gözətçisi vəzifəsindən öz xahişi ilə meşəbəyi vəzifəsinə keçirildikdən sonra 10 ay 25 gün müddətdə həmin vəzifədə işləmiş və həmin vəzifəyə keçirilməsi barədə əmri mübahisələndirməmişdir”. İddiaçı qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı qətnaməsində yalnızca faktlar sadalanmış və iddianın hansı səbəbdən təmin edilməməsi əsaslandırılmamışdır. Üstəlik, iddiaçının işdən çıxarılması ilə bağlı xx.xx.2021-ci il tarixli əmri məhkəmədə mübahisələndirdiyi, məhkəmənin qətnaməsi ilə onun bu barədə iddia tələbinin təmin edilmədiyi və həmin qətnamənin qanuni qüvvəyə mindiyi qeyd edilmişdir. Hansı ki, həmin qətnamədə meşə gözətçisi vəzifəsinə deyil, meşəbəyi vəzifəsinə bərpa olunma barədə tələb irəli sürülmüşdü. Hazırkı mülki iş üzrə isə iddiaçı meşə gözətçisi vəzifəsinə bərpa edilmə barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, sənəd üzərində iddiaçının xx.xx.2021-ci il tarixində işdən azad edilməsi qeyd edilsə də, sistemdə bu tarix xx.xx.2023cü il olaraq göstərilmişdir (e-sosial sistemindən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Hansı ki, xx.xx.2023-cü il tarixində iddiaçı məzuniyyətdə olmuşdur. İşəgötürən isə iddiaçını məzuniyyətdə olduğu halda, qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Sistemdən çıxarışı yeni əldə etdiyi üçün onu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, qanunsuz və əsassız olaraq Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı icra sənədinin tələbləri pozulmuş və iddiaçının əvvəlki işinə bərpa edilməsi əvəzinə əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər və predmet eyni olsa da, əsaslar dəyişdiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı bildirir ki, o, X6 barəsində “meşəbəyi” vəzifəsinə bərpa olunma ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğundan işdən azad edilmişdir. Hansı ki, bu əsasla o, işdən azad edilməli deyil, əvvəlki işinə (meşə gözətçisi) bərpa edilməli idi. Ona görə də hesab edir ki, onun konstitusion hüquqları pozulmuşdur. Hazırkı vəziyyətdə hesab edir ki, işəgötürənin əmri qanuni və əsaslı deyildir. Belə ki, onun barəsində qanuni qüvvəyə minmiş qətnamə olduğundan iddiaçı işdən azad edilməli deyildi. Əvvəllər meşəbəyi vəzifəsini tutan şəxsin müvafiq qətnamə ilə işə bərpasından sonra iddiaçı da meşə gözətçisi vəzifəsinə bərpa edilməli idi. Çünki o, əvvəllər meşə gözətçisi vəzifəsində çalışmış, daha sonra X10 meşəbəyi vəzifəsinə bərpa edildiyi üçün iddiaçı da əvvəlki işinə bərpa edilməli idi. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsi ilə iddiaçı meşə gözətçisi vəzifəsinə bərpa edilmişdir. Belə olan halda onun işdən azad edilməsinin heç bir faktiki və hüquqi əsası olmamışdır. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmişdir. Bununla həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına da maneə yaradılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hesab edir ki, məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir ki, bu da həm MPM-in 88-ci maddəsinin təbiətinə, həm də hüququn prinsiplərinə ziddir. Normanın tələbi ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsində bu normanın da tələbləri pozulmuş və ədalətli qətnamə çıxarılmamışdır. Lənkəran Rayon Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar iddiaçıya sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və bununla da məhkəmə iddiaçıya münasibətdə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, Meşələrin İnkişafı Xidmətinin əmrinə əsasən 27 sentyabr 2018-ci ildən Lerik meşəbəyliyinin 23a saylı meşə dolayında “meşə gözətçisi” vəzifəsinə təyin edilmiş, lakin həmin vəzifədən əsassız olaraq azad edildiyi üçün Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, onun “meşə gözətçisi” vəzifəsindən azad edilməsi barədə əmr ləğv edilmiş və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. Daha sonra, qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı icra sənədi icra olunsa da, daha sonra “meşəbəyi” vəzifəsində çalışan Tərlan Qəribov işdən azad edilmiş və o, 03 fevral 2021-ci il tarixli, 34 saylı əmrlə həmin vəzifəyə təyin olunmuşdur. Lakin işdən azad olunma barədə əmrlə razı olmayan Tərlan Qəribov məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə əmr ləğv edilərək onun “meşəbəyi” vəzifəsinə bərpası qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əvvəllər “meşəbəyi” vəzifəsində çalışan X17 Rayon Məhkəməsinin qətnaməsinin icrası məqsədilə həmin vəzifəyə bərpa edilsə də, onun (iddiaçının) əvvəlki “meşə gözətçisi” vəzifəsinə bərpa edilməsi təmin edilməmişdir. Hesab edir ki, Tərlan Qəribov qətnamə əsasında öz əvvəlki vəzifəsinə bərpa edildiyindən, onunla olan əmək müqaviləsinə xitam verilməməli və o da öz əvvəlki “meşə gözətçisi” vəzifəsinə bərpa edilməli idi. Birinci instansiya məhkəməsi isə onun iddiasına düzgün qiymət verməmişdir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)- 1844/2019 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran X2rşı iddia qaldıraraq cavabdeh təşkilatın 02 aprel 2019-cu il tarixli, 60 saylı əmrinin ləğv edilib əvvəlki işinə bərpa edilməklə, işdən çıxarıldığı gündən qətnamə qanuni qüvvəsini alana kimi iş buraxmaya görə əmək haqqının hesablanmaqla ona verilməsi tələbini irəli sürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Lənkəran X14 Mərkəzinin 23a saylı meşə dolayının gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran X14 Mərkəzinin direktorunun 02 aprel 2019-cu il tarixli, 60 saylı əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Lənkəran X14 Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 02 aprel 2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Lənkəran X14 Mərkəzinin 04 sentyabr 2019-cu il tarixli, 146 nömrəli əmrindən görünür ki, həmin əmrlə Orucov X13 RMTM-in işlədiyi Lerik ərazisi üzrə Razvandoband meşəbəyliyinin 23a saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə bərpa edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Lənkəran X14 Mərkəzinin 03 fevral 2021-ci il tarixli, 34 nömrəli əmrindən görünür ki, həmin əmrlə Orucov X13 Regional Meşə X3 meşəbəyliyinə meşəbəyi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixindən Gürdəsər meşəbəyliyinin 23a saylı meşə dolay gözətçisi vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin xx.xx.2021-ci il tarixli, 015/K saylı əmri qeyd edilmişdir. İşdə surəti olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(004)-2833/2022 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 X5 meşəbəyliyinin meşəbəyi olduğu bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh təşkilatın 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, Lənkəran X14 Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(004)- 2833/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)-532/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(004)-2833/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli, 2(102)-1953/2023 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(103)-532/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə surəti olan Lerik Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 1(048)- 58/2022 saylı hökmündən görünür ki, həmin hökmlə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən İddiaçı 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilmiş, X19 vurulmuş 9608 manat ziyanın təqsirləndirilən şəxs İddiaçı tutularaq Lənkəran X14 Mərkəzinin fondunun hesabına köçürülməsi qərara alınmışdır. İşdəki 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsinin həmin iclasında iştirak edən İddiaçı ona verilmiş suala cavab verərkən bildirmişdir ki, meşəbəyi vəzifəsinə təyin edilərkən bu barədə rəsmi ərizə yazaraq imzalamış, yeni vəzifəyə təyin edilməsi səbəbi ilə meşə gözətçisi vəzifəsindən azad edilmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Lənkəran X14 Mərkəzinin 296 nömrəli, 15 dekabr 2021-ci il tarixli əmrindən görünür ki, həmin əmrlə Mərkəzin Razvandoband meşəbəyliyinin meşəbəyisi İddiaçı 15 dekabr 2021-ci ildən əmək qabiliyyətini itirdiyi üçün Razvandoband meşəbəyliyinin qorunub mühafizə olunmasından ötrü müvəqqəti olaraq baş aqronom X12 həvalə edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş “e-sosial” sistemindən çıxarışın surətindən görünür ki, onun əmək müqaviləsinə 30 dekabr 2021-ci ildə xitam verilmiş və əmək müqaviləsi həmin tarixdə qüvvədən düşmüşdür. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X2rşı yönəlmiş və tələb iddiaçının cavabdeh təşkilatda “meşə gözətçisi” işinə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlıdır. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsinin məzmunundan da görünür ki, həmin iş üzrə də iddiaçının tələbi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran X2rşı yönəlmiş və cavabdeh təşkilatın 02 aprel 2019-cu il tarixli, 60 saylı əmrinin ləğv edilib əvvəlki “meşə gözətçisi” işinə bərpa edilməklə, işdən çıxarıldığı gündən qətnamə qanuni qüvvəsini alana kimi iş buraxmaya görə əmək haqqının hesablanmaqla ona verilməsi ilə bağlı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış iş üzrə iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4rşı yönəlmiş, tələb isə X16 X5 meşəbəyliyinin meşəbəyi olması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh təşkilatın 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, Lənkəran X14 Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi və 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi ilə bağlı olmuşdur. Bu hal ilk baxışdan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin mövcud olması təəssüratını yaratsa da, belə deyil. Belə ki, həqiqətən də, hazırkı mübahisə əvvəllər Lənkəran Rayon Məhkəməsində olduğu kimi eyni tərəflər arasında və eyni predmet barəsində olsa da, eyni əsaslar üzrə deyil. Çünki iddiaçı əvvəllər mövcud olmuş mübahisə üzrə iddiasının əsası kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran X14 Mərkəzinin direktorunun 02 aprel 2019-cu il tarixli, 60 saylı əmrinin qanunsuz və əsassız olmasına istinad etmiş, hazırkı tələb üzrə isə iddiasının əsası kimi X6 barəsində “meşəbəyi” vəzifəsinə bərpa olunma ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğundan, bu əsasla işdən azad edilməli olmayıb əvvəlki işinə (meşə gözətçisi) bərpa edilməli olmasına istinad etmişdir. Göründüyü kimi, hər iki iş üzrə iddiaçının tələbinin əsası fərqli olmuşdur. Bundan başqa, hazırkı iş üzrə cavabdehlə Yasamal Rayon Məhkəməsində baxılmış iş üzrə cavabdeh fərqlənməklə yanaşı, Yasamal Rayon Məhkəməsində baxılmış iş üzrə iddianın predmeti və əsası da fərqlənmişdir. Belə ki, iddiaçı Yasamal Rayon Məhkəməsində baxılmış işdə həm də cavabdeh təşkilatın 28 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmiş, özünün işə bərpa tələbini də məhz həmin əmrin qanunsuz və əsassız olmasına istinad edərək əsaslandırmışdır. Göründüyü kimi, bu işlər arasında da iddia tələbinin irəli sürüldüyü cavabdeh fərqlənmiş və fərqli əsas mövcud olmuşdur. Həmçinin, hazırkı iş üzrə hər hansı əmr mübahisələndirilməmişdir. Bu səbəbdən də, hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas mövcud deyil. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Hazırda İddiaçı Tərlan Qəribov barəsində “meşəbəyi” vəzifəsinə bərpa olunma ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğundan, bu əsasla işdən azad edilməli olmayıb əvvəlki işinə (meşə gözətçisi) bərpa edilməli olduğunu və bu zaman Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsinin nəzərə alınmalı olduğunu bildirir. Məhkəmə kollegiyası bildirir ki, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsi ilə Lənkəran X14 Mərkəzinin 23a saylı meşə dolayının gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran X14 Mərkəzinin direktorunun 02 aprel 2019-cu il tarixli, 60 saylı əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Lənkəran X14 Mərkəzində işlədiyi meşə gözətçisi vəzifəsinə bərpa edilməsi qət edilmiş, həmin qətnamə sonradan icra olunaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Lənkəran X14 Mərkəzinin 04 sentyabr 2019-cu il tarixli, 146 nömrəli əmri ilə Orucov X13 RMTM-in işlədiyi Lerik ərazisi üzrə Razvandoband meşəbəyliyinin 23a saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə bərpa edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə əsasən, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Qeyd edilən normadan da göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(049)-1844/2019 saylı qətnaməsi icra olunmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Lənkəran X14 Mərkəzinin 04 sentyabr 2019-cu il tarixli, 146 nömrəli əmri ilə iddiaçı öz vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının öz vəzifəsinə bərpa olunmasından sonra artıq həmin qətnamə icra edilmiş hesab edilmiş olsa da, bu cür işə bərpa barədə qətnamənin mövcudluğu işçinin başqa əsasla işdən çıxarılması halında yenə də həmin qətnaməyə istinad edərək bərpa tələbi irəli sürülməsini istisna edir. İddiaçı bu zaman həm də MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsinin preyudisial əhəmiyyəti onun yenidən icra edilməsinin mümkünlüyü kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əmək Məcəlləsinin 59-cu maddəsinin məzmunundan da göründüyü kimi, işçinin başqa işə keçirilməsi onun öz razılığı ilə də şərtləşdirildiyindən və hazırda iddiaçı “meşə gözətçisi” vəzifəsindən “meşəbəyi” vəzifəsinə keçirilərkən bu barədə ərizə yazdığını bildirdiyindən, işin digər halları da nəzərə alındıqda yenidən iddiaçının “meşə gözətçisi” vəzifəsinə bərpa edilməsi mümkün deyil. Əks yanaşma, hüquqi müəyyənlik prinsipinin də tələblərinin pozulması ilə nəticələnə bilər. Belə ki, hər hansı bir müəssisədə bir şəxsin əmək müqaviləsinə üçüncü şəxsin həmin vəzifəyə bərpa edilməsi barədə qətnamənin qəbul edilməsi əsası ilə xitam verilməli olduqda, onun öz razılığı ilə azad edilərək başqa işə keçirildiyi əvvəlki vəzifəsinə bərpa edilməsi qeyri-müəyyən sayda işçilər üçün bənzər problemin yaranmasına gətirib çıxara və müəssisənin fəaliyyətini qeyri-mümkün edə bilər. İddiaçı Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi əsasında öz vəzifəsinə bərpa olunduqdan sonra həmin vəzifədə 1 ildən artıq müddətdə işləmiş, sonradan öz ərizəsi əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Lənkəran X14 Mərkəzinin 03 fevral 2021-ci il tarixli, 34 nömrəli əmri ilə X16 X3 meşəbəyliyinə meşəbəyi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixindən Gürdəsər meşəbəyliyinin 23a saylı meşə dolay gözətçisi vəzifəsindən azad edilmişdir. İddiaçı öz ərizəsinə əsasən digər vəzifəyə keçdiyinə görə isə onun hazırda məhz özünün daha əvvəlki “meşə gözətçisi” vəzifəsinə bərpa edilməli olmasına dair tələbi əsaslı hesab edilə bilməz. Bundan sonra, Tərlan Qəribovun əvvəlki işinə bərpa edilməsi haqqında qətnamə qəbul edilmiş, həmin qətnamə dərhal icra edilmiş və Tərlan Qəribov öz əvvəlki vəzifəsinə - “meşəbəyi” vəzifəsinə bərpa olunmuşdur. Həmin vaxt işə bərpa edilən Tərlan Qəribovun yerinə təyin edilmiş işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin 20 noyabr 2023-cü il tarixli iclasında da bildirmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməmişdən əvvəl onun yenidən “meşə gözətçisi” vəzifəsinə təyin edilməsi təklif olunsa da, o, bundan imtina etmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, sənəd üzərində iddiaçının xx.xx.2021-ci il tarixində işdən azad edilməsi qeyd edilsə də, sistemdə bu tarix xx.xx.2023cü il olaraq göstərilmişdir (e-sosial sistemindən çıxarış apellyasiya şikayətinə əlavə edilmişdir). Hansı ki, xx.xx.2023-cü il tarixində iddiaçı məzuniyyətdə olmuşdur. İşəgötürən isə iddiaçını məzuniyyətdə olduğu halda, qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, xx.xx.2021-ci il tarixli əmrin qanuniliyi məsələsinə artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(004)-2833/2022 saylı qətnaməsi ilə qiymət verildiyindən hazırda mübahisələndirilə bilməz. Bundan əlavə, müqavilənin qüvvədən düşmə tarixi iddiaçının qeyd etdiyi kimi xx.xx.2023-cü il olaraq deyil, xx.xx.2021ci il olaraq göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddiaçının işə bərpa tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının işə bərpa tələbi təmin edilmədiyindən, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinin də təmin edilməməsi düzgün olmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş 50 manat mediasiya xərcinin də tutulması hissəsində də tələbinin təmin edilməməsi doğru olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(049)-3469/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-406/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-406/2024
28.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver