Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-407/2024 20.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X16 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və İsmayıl Həmid oğlu Əhmədovdan ibarət tərkibdə, katib X13, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar X6, İddiaçı2 və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarma, qanunsuz salınmış körpünün sökülməsi və ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar X6, İddiaçı2 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlunun mülkiyyətlərində olan pay torpaq sahələrindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, qanunsuz salınmış körpünün sökülməsi, torpağın onların istifadəsinə verilməklə torpaq sahəsində olan toxumluq yonca sahəsini biçdirməklə vurulmuş 1800 manat ziyanın ödənilməsi, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilən 185 manatın və rüsum kimi ödənilmiş 40 manatın müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb onlara verilməsini xahiş etmişlər. İddiaçılar tələbini aşağıdakı kimi əsaslandırmışlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarla iddiaçıların hər birinə 1 ha, cəmi 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Orada əkinçiliklə məşğul olmaqla ailəsini dolandırırlar. Torpaq sahəsində yonca əkib biçib satırlar. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsi cavabdehlər tərəfindən zəbt edilərək mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdehlərdən dəfələrlə torpaqdan çıxmalarını tələb etsələr də, onlar çıxmaq istəmirlər və torpaq sahəsini zəbt etməkdə davam edirlər. Bundan əlavə cavabdehlərin iddiaçıların 3 ha yonca sahəsini mal-qaraya otazdırıb və biçdirməklə məhv edib ziyan vurmuşdur. Vurulmuş ziyanın miqdarı 1800 manat təşkil edir. Sonradan müəyyən etmişlər ki, həmin ziyanı onlara cavabdehlərdən X17 vurmuşdur. Belə ki, Elton Bəşirzadə öz mal qarasını onların yonca sahəsinə salıb otarmaqla yoncanı məhv etmiş və müəyyən hissəsini biçdirmişdir. Mütəxəssis tərəfindən dəymiş ziyanla bağlı rəy verilmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan Beyləqan rayon Kəbirli kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsindən çıxarılması, Cavabdeh2 toxumluq yonca sahəsinə vurduğu ziyana görə 1000 (min) manat, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilən 100 (yüz) manat və rüsumu kimi ödənilmiş 25 (iyirmi beş) manat məbləğində pulun alınıb iddiaçılar X6, İddiaçı2 və X5 verilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı Cavabdeh2, 25 (iyirmi beş) manat isə iddiaçılar X6, İddiaçı2 və X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyərini təşkil edən və iddiaçılar tərəfindən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MM-in (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilən 95 (doxsan beş) manat məbləğində pulun 50 (əlli) manatının Cavabdeh2 alınıb iddiaçılara verilməsi, qalan 45 (qırx beş) manatın isə iddiaçıların özlərinə aid edilməsi, dövlət rüsumu kimi ödənilmiş 15 (on beş) manat məbləğində pulun iddiaçıların özlərinə aid edilməsi, iddianın Cavabdeh1 qarşı hissədə və qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, qətnamənin qəbul edildiyi vaxtı mübahisəli hesab olunan ərazinin ona icarə qaydasında istifadə edilməsi üçün verilməsi halı araşdırılmamışdır. Belə ki, torpaq sahəsi ona icarəyə verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, iddiaçının torpağını tutmamışdır, torpaqdan istifadə etmir, o, başqa torpaq sahəsi istifadəyə götürmüşdür. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçılar X6, İddiaçı2 və X7 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirilmişdir. İddiaçılar qətnamədən şikayət verməmişlər. Kollegiya işə Cavabdeh2 apellyasiya şikayəti həddində baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçılar hər biri 1 ha-dan ibarət torpaq sahəsinin mülkiyyətçiləridirlər. Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********81 olan çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********80 olan çıxarışa əsasən İddiaçı2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********82 olan çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,83 ha kənd təsərrüfatlı torpaq sahəsi Cavabdeh2un, 4,99 ha kənd təsərrüfatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İddiaçılar mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehlərin çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini, eləcə də vurulmuş ziyanın ödənilməsini xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin onun icarəsinə verildiyini iddia etmişdir. İşə 24 avqust 2018-ci il tarixli şəxsi mülkiyyətində olan torpaq sahəsinin müddətli icarəyə verilməsinə dair müqavilənin surəti də əlavə edilmişdir ki, həmin müqaviləyə görə, X1 rayonun Kəbirli kəndində yerləşən 1,85 ha torpaq sahəsini yeddi il müddətinə X11 icarəyə verilmişdir. Torpaq sahəsindən çıxarılma ilə bağlı iddiaçılar Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçıların tələbinin təmin edilməsi üçün, onlar iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçıların iddia etdiyi sahənin məhz cavabdehlərin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. İddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. İş üzrə müvafiq mtəxəssis arayışı əsasında alınmış məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 10/3878 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Beyləqan rayonu Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********81 olan çıxarışa əsasən, X3 xüsusi mülkiyyətində olan 1.0 ha, reyestr nömrəsi **********80 olan çıxarışa əsasən, İddiaçı2 xüsusi mülkiyyətində olan 1.0 ha və reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahələrinin sərhədləri (cəmi: 3.0 ha) müəyyən edilmişdir. Rəyə görə, Cavabdeh2 tərəfindən yalnız Beyləqan rayon Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsi istifadə olunur. (Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi X12 xüsusi mülkiyyətində olan 1.85 ha (JN 323) torpaq sahəsi cavabdeh X18 tərəfindən icarə qaydası ilə istifadə olunur.) X3 reyestr nömrəsi **********81 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 1.0 ha və İddiaçı2 reyestr nömrəsi **********80 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh2 və Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə qonşuluqda olmadığına görə onlar tərəfindən istifadə olunması müəyyən olunmadı. Rəydə qeyd edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən biçilmiş yonca sahəsinə dəymiş ziyanın məbləği müəyyən edilməsi səlahiyyətimizə aid olmadığı üçün rəy vermək mümkün olmamışdır. Beyləqan rayonu Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri, Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 4.99 ha və reyestr nömrəsi **********62 olan çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan 1.83 ha torpaq sahələri X6, İddiaçı2 və ƏliX4 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşmür. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsinin yalnız Cavabdeh2 tərəfindən, X4 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsinin istifadə olunduğu müəyyən edilir. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, Cavabdeh2, X4 xüsusi mülkiyyətində olan Beyləqan rayon Kəbirli kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsindən çıxarılması hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi ikinci hissədə vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş mütəxəssis arayışlarına əsaslanaraq 3 ha-dan ibarət torpaq sahəsinə vurulmuş ziyanı ağlabatan miqdarda- 1000 manat məbləğində müəyyən etmişdir. Ziyanın ödənilməsi hissədə Cavabdeh2 apellyasiya şikayətində konkret dəlil irəli sürməmişdir, yalnız onu qeyd etmişdir ki, o, özünə məxsus (icarəyə götürdüyü) torpaq sahəsindən istifadə etmişdir. Cavabdeh2 iddiaçı Z.Əlisultanovaya məxsus torpaq sahəsindən istifadə etməsi müəyyən edilir. Digər mülkiyyətçilərə, heyvanların vurduğu zərər hissədə də qətnamə konkret mübahisələndirilməmişdir. Ona görə bu hissədə də qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(020)-46/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-407/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-407/2024
20.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver