Məhkəmə qərarları › İş №2(106)-410/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-410/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-410/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızının sədrliyi ilə, hakimlər Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Alıyev Zaməddin Fazil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(073)-1850/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2018-ci il təvəllüdlü X1 müalicəsi üçün yetkinlik yaşına çatana kimi Cavabdeh əlavə xərc kimi hər ay 150 manat məbləğində müalicə pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(073)-1850/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə, 13 iyun 2024-cü il tarixdən başlayaraq 01 noyabr 2018-ci il təvəllüdlü X1 müalicəsi üçün yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay 100 manat məbləğində əlavə xərcin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 32 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Mehtiyev X2 Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(073)- 1850/2024 saylı qətnaməsindən 27 dekabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-cü il tarixdə İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək tərəflər arasında barışıq əldə olunduğunu və iddia tələbindən imtina etdiyini bildirmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə rəhbər tutaraq barışıq razılaşmasının təsdiqini xahiş etmişdir. Eyni zamanda, həmin tarixdə Cavabdeh məhkəməyə teleqram ilə müraciət edərək apellyasiya şikayətlərindən imtina etdiyini bildirmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya icraatına xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən göndərilmiş teleqramda iddiadan imtina edilməsi barədə onun iradə ifadəsi aydın əks olunmadığından, məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə kollegiyası ona iddiadan imtinanın hüquqi nəticələrini izah etməmişdir. Odur ki, Kollegiya bu ərizəni iddiaçının iddiadan imtina kimi qiymətləndirmir. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(073)-1850/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Habelə qeyd edilməlidir ki, MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(073)-1850/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar