Məhkəmə qərarları › İş №2(106)-412/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-412/2023

15.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-412/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh2, İmişli rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “orderin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(036)-1382/2022 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı X2 cavabdehlər Cavabdeh2, İmişli rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “orderin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 7-də yerləşən yaşayış sahəsinə dair Cavabdeh2 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair 27 may 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin həcmini artıraraq yuxarıda qeyd olunan tələblər olduğu kimi qalmaqla, əlavə olaraq İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 7 ünvanında yaşayan Cavabdeh2 və ailə üzvlərinin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İmişli şəhəri, H.Əliyev prospekti (İmişli şəhəri, Kommunist küçəsi) ev 168-də yerləşən 7 nömrəli mənzil İmişli rayon X10 İcraiyyə Komitəsinin 27 iyul 1978-ci il tarixli 14 saylı qərarı ilə X5 verilmiş və yaşayış sahəsi həmin orqan tərəfindən verilmiş müvafiq order əsasında tutularaq uzun müddət ərzində X4 ailə üzvlərinin istifadəsində olunmuşdur. 1996-cı ildə X8 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş və həmin mənzili müvəqqəti olaraq yaşamaqdan ötrü qohumu Cavabdeh2 vermişdir. Cavabdeh2 həmin vaxtdan etibarən İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 74 nömrəli mənzildə qeydiyyatsız yaşamış və mənzil kirayə haqqını X4 adından ödəmişdir. X8 05 mart 1999-cu ildə vəfat etdikdən sonra həmin mənzillə bağlı kirayə münasibətləri mərhumun ailə üzvü X6 ilə davam etdirilmişdir. İmişli rayon İcra Hakimiyyətinin 19 may 2006-cı il tarixli 110 saylı sərəncamı ilə mübahisəli mənzil Cavabdeh2 verilmiş və yaşayış sahəsi 19 may 2006-cı il tarixli 686 saylı order əsasında sonuncunun ailə üzvləri tərəfindən tutulmuşdur. İmişli şəhəri H.Əliyev prospekti ev 168-də yerləşən 7 nömrəli mənzil göstərilən sənədlər əsasında Cavabdeh2 adına özəlləşdirilmiş və 27 may 2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmışdır. İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 nömrəli mənzilin X4 ailə üzvlərinin istifadəsinə verilməsi haqqında İmişli rayon X10 İcraiyyə Komitəsinin 27 iyul 1978-ci il tarixli 14 saylı qərarı və həmin orqan tərəfindən verilmiş müvafiq order ləğv edilmədiyindən, mənzil sahəsinin boş olmaması səbəbindən həmin ünvanda yerləşən mənzilin Cavabdeh2 ailə üzvlərinin istifadəsinə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyətinin 19 may 2006-cı il tarixli 110 saylı sərəncamı və yaşayış sahəsinin tutulması haqqında 19 may 2006-cı il tarixli 686 saylı orderı qanunsuz olmuşdur. İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(036)-1382/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil, dəgər nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edib, məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh2 məhkəmədə iştirak etməmiş, digər cavabdehlər İmişli rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 7-də yerləşən yaşayış sahəsinə dair Cavabdeh2 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair 27 may 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissədə tələb üzrə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Plenum Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Plenum Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Plenum Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 7-də yerləşən yaşayış sahəsinə dair Cavabdeh2 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi hissədə tələbi inzibati orqanın qəbul etdiyi aktın etibarsızlığının (qanunsuzluğunun) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin həmin mənzilə dair 27 may 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissədə də tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, belə ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmış və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(036)-1382/2022 saylı qətnaməsi iddianın təmin olunmayan İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 7-də yerləşən yaşayış sahəsinə dair Cavabdeh2 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair 27 may 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrdə ləğv olunsun. İddiaçı X2 cavabdehlər Cavabdeh2, İmişli rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 7-də yerləşən yaşayış sahəsinə dair Cavabdeh2 adına İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilə dair 27 may 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbləri üzrə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mübahisə predmeti üzrə müvafiq inzibati orqana, nəticəsindən asılı olaraq isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar