Məhkəmə qərarları › İş №2(106)-416/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-416/2024

11.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-416/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X30 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı Allahşükür oğlunun, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Barpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Allahşükür oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydanın tutulması" tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(073)-444/2022 saylı qətnaməsindən (hakim Q.Paşayev) İddiaçı Allahşükür oğlu və cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Allahşükür oğlu Cavabdeh1 qarşı "torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydanın tutulması" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 avqust 2016-cı ildə verilmiş RX ******* saylı çıxarışa əsasən ailə üzvlərinin mülkiyyətində olmaqla, Cəlilabad rayonu Moranlı kəndində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq, naturada ölçülüb qaytarılması və 50000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 əlavə cavabdehlər qismində cəlb edərək, eyni tələbi onlara qarşı da irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən ona və ailə üzvlərinə 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş və mülkiyyətçilərin adına JN-0096 (kod ********) saylı dövlət aktı tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 avqust 2016-cı il tarixli RX ******* saylı çıxarış verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi iki hissədən (5.60 ha və 2.64 ha) ibarətdir. Həmin torpaq sahəsinin 5.60 ha hissəsini cavabdehlər 1999-cu ildən hazırkı vaxta kimi zəbt edərək əkib-becərməklə onun və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozmuşlar. Bundan başqa cavabdehlər həmin müddət ərzində ona torpaq sahəsindən istifadə etməsinə imkan vermədiklərinə görə gəlir əldə edə və torpaqdan faydalana bilməmişdir. Belə ki, həmin torpaq sahəsindən biçənək kimi istifadə etmək və gəlir əldə etmək niyyətində olmuş, lakin cavabdehlər həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək, qalan hissəsindən isə istifadə etməsinə imkan verməyərək onu gəlir əldə etməkdən məhrum etmişlər. Cavabdehlərdən mülkiyyətində olan torpaq sahəsini zəbtdən azad etmələrini tələb etsə də, cavabdehlər torpaq sahəsinin onlara məxsus olduğunu bildirərək, torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Moranlı kəndində yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə həmin kəndin ərazisindən 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Dövlət aktı tərtib edilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmişdir. İddiaçıya və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsində tarixi abidə yerləşir və böyük ərazini əhatə edir. Tarixi abidənin yerləşdiyi torpaq sahəsi çəpərlənmiş və qorunması ona və ailə üzvlərinə həvalə edilmişdir. Həmin hissədə ancaq öz təsərrüfatlarında olan heyvanları otarır və abidəni qoruyurlar. Bu səbəbdən də iddanı özünə münasibətdə əsassız hesab edir. Birinci instansiya məhkəməsində Cavabdeh4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, Cavabdeh1 izahatı ilə oxşar məzmunda izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 Həsənxan oğlu iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Moranlı kəndində yaşayır və iddiaçı ilə həmkəndlidirlər. Özünə məxsus 1.63 ha pay torpaq sahəsi var və həmin torpaq sahəsindən istifadə edir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi arasında təxminən 500-600 metr məsafə vardır. Həmin torpaq sahələri arasında olan sahədə isə tarixi abidə yerləşir. Ekspert rəyi ilə onun (cavabdeh) tərəfindən istifadə edildiyi 0.37 ha torpaq sahəsi isə iddiaçıya məxsus deyildir. Həmin torpaq sahəsindən uzun müddət istifadə etmişdir. İddianı özünə münasibətdə əsassız hesab edir. Birinci instansiya məhkəməsində Cavabdeh5 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçnın və ailə üzvərinin mülkiyyətində olmasından məlumatı olmamışdır. Həmin torpaq sahəsinin bir hissəsindən otlaq sahəsi kimi istifadə etmişdir. Həmin ərazi kənd Bələdiyyəsi tərəfindən otlaq sahəsi kimi istifadə etmək üçün onlara verilmişdir. Buna görə də, ərazinin Bələdiyyə məxsus olduğunu fikirləşmişdir. Bir il həmin ərazidə mal-qara otarmışdır. Məhkəmədə işə baxılan zaman həmin mübahisəli ərazinin kənd Bələdiyyəsinə deyil, iddiaçıya məxsus olmasını bilmişdir. Həmin torpaq sahəsi otlaq sahəsidir və əkin üçün yararlı deyildir. İddiaçının həmin torpaq sahəsindən biçənək kimi istifadə etməsi və gəlir əldə etməsi mümkün deyildir. İddanı özünə münasibətdə əsassız hesab edir. Cəlilabad Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(073)-444/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 avqust 2016-cı il tarixli **********57 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmaqla Cəlilabad rayonunun Moranlı kəndində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, əldən çıxmış faydanın əvəzi olaraq cəmi 26359.2 (iyrmi altı min üç yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində pul və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı Allahşükür oğlu apellyasiya şikayəti verərək ləğv olunub, iddiasının tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərzizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinə göstərilən faktlar məhkəmə iclasında ekspert rəyi, şahid ifadələri, mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Torpaq sahəsinin zəbt edilməsi sübut olunmuşdur. Lakin məhkəmə 25 il torpaq sahəsinin zəbt altında olmasını nəzərə alsa da, həmin müddət ərzində əldən çıxmış faydadan qismən məhrum olması qənaətinə gəlmişdir ki, bu da əsaslı olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və hazırkı şikayətdə qeyd olunan dəlillər düzgün araşdırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. Qətnamədən həmçinin cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunub, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmırlar. Belə ki, iddiaçının tələb etdiyi və guya tərəflərindən zəbt olunmuş torpaq sahəsi əslində abidə ərazisidir və torpaq sahəsi iddiaçının yox dövlət mülkiyətindədir. Belə olan halda iddiaçı onlara qarşı əsassız iddia qaldırmış, məhkəmə də iddia tələbini əsassız olaraq təmin etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1, 0.37 ha hissəsi isə Cavabdeh3 istifadəsindədir. Həmçinin ekspert rəyində qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reystri Publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin mütəxəssis rəyində iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha torpaq sahəsində tarixi abidə yerləşib-yerləşəməsi məsələsinə münasibət bildirilmədiyindən və tarixi abidənin hansı kordinatlarda yerləşməsi göstərilmədiyindən, bu sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətində olan 3.57 ha torpaq sahəsi ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 5.60 ha torpaq sahəsinin həmsərhəd olmadığı müəyyən olunmuşdur. Maraqlıdır ki, ekspert rəyində qeyd olunub ki, iddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1 istifadəsindədir. Daha sonra qeyd olunub ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətində olan 3.57 ha torpaq sahəsi ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 5.60 ha torpaq sahəsinin həmsərhəd olmadığı müəyyən olunmuşdur. Torpaq sahələri həmsərhəd olmadığı halda Cavabdeh1 həmin torpaq sahəsini necə zəbt etmiş olur? Həmçinin həmin torpaq sahəsinin tarixi abidənin ərazisi olub-olmaması da müəyyən olunmayıb. Bu suala aydınlıq gəlmədiyi halda, məhkəmə əsassız qətnamə qəbul etmişdir. Ekspert rəyi ilə qəti şəkildə razı deyillər. Sual olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reystri Pubiik hüquqi şəxsi 8 saylı Ərazi İdarəsinin mütəxəssis rəyində iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha torpaq sahəsində tarixi abidə yerləşib-yerləşəməsi və tarixi abidənin hansı kordinatlarda yerləşməsi məsələsinə niyə münasibət bildirilməmişdir? İşdə olan mütəxəssis rəyi ilə də razı deyillər. Belə ki, iİddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha torpaq sahəsində tarixi abidə yerləşib-yerləşəməsi və tarixi abidənin hiansı kordinatlarda yerləşməsi məsələsinə mütəxəssis münasibət bildirməmiş və belə nəticəyə gəlmişdir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsinə icazə verilməyən hissəsi 3.63 ha təşkil edir. Ekspert isə belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1, 0.37 ha hissəsi isə Cavabdeh3 istifadəsindədir. Ekspert torpaq sahələrinin həmsərhəd olmaması barədə rəy versə də, mütəxxəsis hesab edir ki, iddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsinə icazə verilməyən hissəsi 3.63 ha təşkil edir. Göründüyü kimi ekspert və mütəxəssis rəyi ziddiyyətlidir. O üzdən də həmin rəylər mötəbər sübut kimi qəbul oluna bilməz və iş üzrə obyektiv araşdırma aparılmalıdır. Əldən çıxmış faydanın əvəzi olaraq cəmi 26359.2 manat pula gəlincə isə həmin hissədə də iddia tələbini qəbul etmirlər. İddiaçı iddia edir ki, həmin torpaq sahəsindən cavabdehlərə görə 1999-cu ildən istifadə edə bilmir. Məhkəmə isə bir nəfər şahid ifadəsi əsasında belə nəticəyə gəlib ki, iddiaçı 15 il ərzində cavabdehlərə görə öz əmlakından istifadə edə bilməyib və bunun nəticəsində 26359.2 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Məhkəmənin bu cür nəticəyə gəlməsi tamamilə qanunsuz, əsassız və məntiqsizdir. Onlar iddiaçının torpaq sahəsini zəb etməmişlər. Qeyd etdikləri kimi həmin torpaq sahəsi abidə ərazisidir. Sual olunur ki, iddia etdiyi müddətdən yəni 1999-cu ildən və 15 ildir iddiaçı hardaydı? Niyə iddia etdiyi torpaq torpaq sahəsinin zəbt olunması ilə bağlı bu günə kimi məhkəməyə müraciət etməyib? Ümumiyyətlə iddiaçının iddia etdiyi torpaq sahəsi onun olsaydı, o, həmin torpaq sahəsindən gəlir əldə etmək niyyətində olsaydı, çoxdan onlara qarşı iddia ilə məhkəməyə müraciət edərdi. Ümumiyyətlə hesab etsələr ki, həmin torpaq sahəsi iddiaçıya məxsusdur o, zaman necə əmin olmaq olardı iddaçı həmin torpaq sahəsindən gəlir əldə edəcək? Ümumiyyətlə o, istifadəsində olan torpaq sahəsindən gəlir əldə edibmi? Ümumiyyətlə həmin torpaq sahəsi əkin üçün yararlıdırmı? Məhkəmə bu hallara düzgün qiymət verməyib. İddiaçı onlara qarşı əsassız iddia qaldırmaqla əsassız varlanma niyyətindədir. Əgər bu qətnamə qüvvədə qalarsa, o zaman iddiaçı əsassız varlanmış olacaq (atalar demişkən: nə yoğurdun nə yaptın, hazırca kökə tapdın). Ona görə də hesab edirlər ki, qətnamə həmin hissədə də ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. İddiaçı hazırkı vəziyyətdə hüquqdan sui istifadə edir və onlara qarşı əsasız iddia qaldıraraq əsassız varlanmaq istəyir. Bir daha məhkəmə kollegiyasının nəzərinə çatdırırlar ki, mübahisəli torpaq sahəsi tarixi abidənin ərazisidir. Onların istifadəsində olan torpaq sahəsi isə özlərinə aiddir. Onlar iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı Allahşükür oğlu tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehlərin apellyasiya şikayətinin əsassız olmasından dolayı rədd edilməsini xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Barpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı. İzahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin bir hissəsində ölkə əhəmiyyətli arxeoloji abidənin yerləşməsi ekspert rəyinə əlavə olunan mübahisəli ərazinin yerquruluşu planında əksini tapır. Həmin abidə 911 inventar nömrəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüşdür. Abidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsi tərəfindən mühafizə olunur. 23 noyabr 2022-ci il tarixində Salyan Regional İdarəsinin əvvəlki rəisi X33 rayonu Moranlı kənd sakini Cavabdeh4la mühafizə müqaviləsi imzalayıb və abidənin ərazisindən otlaq sahəsi kimi istifadə etməsinə icazə verib. Cavabdeh4 bunu əsas gətirərək abidənin bir hissəsini zəbt edib və çəpərləyibdir. Abidənin yerləşdiyi ərazi vətəndaş Cavabdeh4 mülkiyyətində və istifadəsində olmadığı üçün onunla mühafizə müqaviləsi qeyri-qanuni bir müqavilədir və həmin müqavilənin hüquqi qüvvəsi yoxdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilir ki, ölkə əhəmiyyətli abidələr icarəyə, istifadəyə verilər, ancaq arxeoloji abidələr istisna olmaqla. Cəlilabad rayonu Moranlı kəndinin "Cinlitəpə" adlanan ərazisində yerləşən 911 inventar nömərli abidə arexoloji abidədir, ölkə əhəmiyyətli abidədir və heç bir halda icarəyə verilə bilməz, istifadə oluna bilməz. Özü həmin ərzidə olmuş, araşdırma aparmışdır. Moranlı kənd Bələdiyyəsinin sədri ilə görüşmüşdür. Bələdiyyə bildirir ki, həmin ərazini İddiaçı verməmişdir, həmçinin islahat komissiyası da bildirir ki, abidənin yerləşdiyi torpaq sahəsini onlar paylamamışdır. Mübahisə 5.6 hektar ərazidən gedir. Amma abidənin yeləşdiyi ərazi 1600 kv.metrdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər və onların vəkili, eyni zamanda nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etməklə qətnaməni qismən, cavabdehlər isə qətnamənin ləğv olunaraq iddianın bütövlülə rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlərlə həmkəndlidirlər və hər iki tərəflə münasibətləri yaxşı olmuşdur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi iki hissədən ibarətdir. İddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsinin müəyyən hissəsi Cavabdeh3 və Cavabdeh1 tərəfindən çəpərlənərək, istifadə edilir. Torpaq sahəsinin qalan hissəsi isə kənd sakinləri tərəfindən, həmçinin hazırkı iş üzrə cavabdehlər tərəfindən örüş sahəsi kimi istifadə edilir. Uzun müddətdir ki, İddiaçı həmin torpaq sahəsindən istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsindən istifadə etdiyini görməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi biçənək kimi istifadə edilməsi üçün çox əlverişlidir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlərlə həmkəndlidirlər və hər iki tərəflə münasibətləri yaxşı olmuşdur. Cavabdehlərdən Cavabdeh3 qonşusudur. Mübahisəli əraziyə mütəxəssislər tərəfindən baxış keçirilən zaman tərəflər arasında torpaqla bağlı mübahisə olduğunu bilmişdir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən cavabdehlərə istifadə edilməsi üçün verildiyini düşünsə də, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman cavabdehlərin torpaq sahəsini icazəsiz istifadə etdiyini öyrənmişdir. Həmin vaxta kimi iddiaçının mülkiyyətində olan 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər istifadə etmişlər. Qonşusu Cavabdeh3 mübahisəni iddiaçı ilə öz aralarında həll etmələrini məsləhət görsə də, Cavabdeh3 həmin torpaq sahəsinə sənədinin olduğunu bildirmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi biçənək kimi istifadə edilməsi üçün çox əlverişlidir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, İddiaçı dayısıdır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş və mülkiyyətçilərin adına JN-0096 (kod ********) saylı dövlət aktı tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair mülkiyyətçilərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixli, RX ******* saylı çıxarış verilmişdir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində olan həmin torpaq sahəsi iki hissədən (5.60 ha və 2.64 ha) ibarətdir. Həmin torpaq sahəsinin bir hissəsini uzun müddətdir ki, cavabdehlər otlaq sahəsi kimi istifadə edirlər, qalan hissəsini isə cavabdehlər çəpərləmişlər. Atıq 15 ildir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehər həmin torpaq sahəsinin kənd Bələdiyyəsi tərəfindən onlara otlaq sahəsi kimi verildiyini bildirərək, torpaq sahəsindən çıxmaqdan imtina edirlər. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəsatəti əsasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlərlə həmkəndlidirlər və hər iki tərəflə münasibətləri yaxşı olmuşdur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş və mülkiyyətçilərin adına dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi iki hissədən ibarət olmuşdur. İddiaçının mərhum atası sağlığında həmin torpaq sahəsinin təxminən 3 hektara yaxın olan hissəsini ona (şahidə) istifadəyə vermişdir. Həmin torpaq sahəsindən 2008- 2019-cu illərdə otlaq sahəsi kimi istifadə etmişdir. Torpaq sahəsi çaya yaxın olduğuna görə məhsuldar olmuş və yaxşı ot bitən ərazi olmuşdur. Həmin torpaq sahəsindən istifadə etməyin qarşılığında iddiaçının mərhum atasına müəyyən qədər pul ödəmişdir. Sonradan kənd Bələdiyyəsi həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, o da torpaq sahəsindən çıxmışdır. Həmin torpaq sahəsinin hazırda tərəflər arasında mübahisə doğuran torpaq sahəsi olub-olmadığını bilmir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Moranlı kəndində yaşayır. Cavabdehlərdən Cavabdeh2 onun (şahidin) oğludur. 1996-cı ildə islahat aparılan zaman digər kənd sakinləri kimi iddiaçı və iddiaçının ailə üzvlərinə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının mərhum atası Allaşükür İbişov həmin torpaq sahəsindən iki il istifadə etdikdən sonra bir hissəsini satmış, qalan hissəsini isə icarəyə vermişdir. Oğlu Cavabdeh2 iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt etməmiş və çəpərləməmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsində isə tarixi abidə yerləşir və böyük ərazini əhatə edir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi əkinçilk üçün yararlı sahə deyil və biçənək kimi istifadə edilməsi də mümkün deyildir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəsatəti əsasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, cavabdehlərdən Cavabdeh1 atası, Cavabdeh4 isə qardaşıdır. Özü ailə üzvləri ilə birlikdə Cəlilabad rayon Göytəpə şəhərində yaşayır. Təxminən 17 il əvvəl ididaçının atasından torpaq sahəsini icarəyə götürərək biçmişlər və hər hektarına görə iddiaçının atsına 20 şirvan, yəni hazırkı məzənnə ilə 40 (qırx) manat ödəmişlər. Hazırda torpaq sahəsinin hər hektarı il ərzində 150-200 manata icarəyə verilir. İddiaçı tələb etdiyi yer iddiaçıya deyil, ona (şahidə) və ailə üzvlərinə məxsusdur. Qalan hissə isə tarixi abidədir. İddiaçının mülkiyyətində olan 5.60 ha torpaq sahəsi hazırda başqa şəxs tərəfindən əkilib-becərilir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, iddiaçının onun (şihidin) dayısıdır. Həmin torpaq sahəsinin bir hissəsi uzun müddətdir ki, cavabdehlər tərəfindən otlaq sahəsi kimi istifadə edilir, qalan hissəsi isə cavabdehlər tərəfindən çəpərlənmişdir. Artıq 15 ildir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Torpağa mülkiyyət hüququna dair JN-0096 (kod ********) saylı Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon X17 xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə Cəlilabad rayonu Moranlı kənd sakinləri X12, X13, X26, X6, X14, X7, X8, X9 və İddiaçı ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Moranlı kəndinin ərazisindən, cizgidə göstərilən sərhəd daxilində 8.24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir (1-ci cild iş vərəqi 48-52); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 avqust 2016-cı ildə verilən **********57 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Moranlı kəndinin ərazisində yerləşən 5.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6, X10, X15, X20, X7, X8, İddiaçı, X26, X3 ümumi birgə mülkiyyətinədir (1-ci cild iş vərəqi 6); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən X2 göndərilən 24 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, doqquz nəfər ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri idarənin mütəxəsisi tərəfindən müraciət müəllifinin iştirakı ilə dəqiqləşdirilərək, mərz nişanları qoyulmuşdur (1-ci cild iş vərəqi 5); Torpağa mülkiyyət hüququna dair JN-0049 (kod ********) saylı Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayon X17 xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə Cəlilabad rayonu Moranlı kənd sakinləri Cavabdeh1, X40, X21, X32, X19 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Moranlı kəndi ərazisindən 3.57 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir(1-ci cild iş vərəqi 44-47); Torpağın mülkiyyətə verilməsinə dair JN-178A (kod ********) saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayon X17 xx.xx.2000-ci il tarixli 12 saylı qərarı ilə Cəlilabad rayonu Moranlı kənd sakinləri Cavabdeh1, X40, X21, X32, X19 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Moranlı kəndinin ərazisindən 0.82 ha həyatyanı təyinatlı torpaq sahəsi verilmişdir (1-ci cild iş vərəqi 53-57); Cəlilabad rayon X50 Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cəlilabad rayonunun torpaq-iqlim şəraitinə uyğun olaraq 1 ha dəmyə torpaq sahəsindən normal iqlim şəraitində biçənək üçün istifadə olunduqda 3000-3500 kq quru ot məhsulu götürmək olur. Bu isə preslənmiş halda 1 hektardan 150-170 ədəd quru ot kütləsi əldə etməyə imkan verir. Buna uyğun olaraq 5.60 ha biçənək sahəsindən orta hesabla 870 ədəd quru ot kütləsi əldə etməyə imkan verir. 2021-ci ilin ot biçin mövsümündə 1 ha biçənək sahəsində biçin aparılması üçün 40 manat, 1 ha biçənək sahəsində yığım aparılması üçün 25 manat, 1 ədəd preslənmə üçün 0.25 manat, 1 ədəd pres üçün fəhləyə ödənilən məbləğ 0.10 manat, 155 ədəd quru ot presinin daşınma xərci 32.75 manat hesablanmışdır. Buna uyğun olaraq 1 ha sahədə biçin xərci 152 (bir yüz əlli iki) manat hesablanmışdır. 5.60 ha biçənək üçün maya dəyəri 851.20 (səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat hesablanmışdır. 2021-ci ildə ot biçini mövsümündə ot presinin bazar qiyməti keyfiyyətindən asılı olaraq 3-5 manat olaraq qeydə alınmışdır. Təbii biçənək sahələrindən əldə edilən ot preslərinin orta qiymətinin 3 manat olması nəzərə alınarsa, 1 hektardan götürülən (orta hesabla) 155 ot presi üçün 465 (dörd yüz altmış beş) manat ümumi gəlir əldə etmək olar. 1 hektara çəkilən xərcin 151.20 (bir yüz əlli bir manat iyirmi qəpik) manat olması nəzərə alınsa 1 hektar üçün xalis gəlir 313.80 (üç yüz on üç manat səksən qəpik) manat olacaqdır. Müraciət olunan 5.60 ha biçənək üçün xalis gəlir (5.6 x313.80 ) 1757.28 (bir min yeddi yüz əlli yeddi manat iyirmi səkkiz qəpik) manat təşkil edir(1-ci cild iş vərəqi 26-28); Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6100 saylı rəydən görünür ki, Cəlilabad rayonu Moranlı kəndinin yer quruluşu layihəsinə əsasən JN 0096 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində verilmiş 5.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsinin Cavabdeh1, 0.37 ha hissəsinin Cavabdeh3 istifadəsində olduğu müəyyən edilmişdir. Cəlilabad rayonunun Moranlı kəndinin yer quruluşu layihəsinə əsasən JN 0096 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində verilmiş 5.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının dediyinə görə 3.63 ha hissəsindən istifadə etməyə cavabdehlər tərəfindən icazə verilmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi səxsi 8 saylı Ərazi idarəsinin mütəxəssis rəyində İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 5.60 ha torpaq sahəsində tarixi abidə yerləşib-yerləşməməsi məsələsinə münasibət bildirilmədiyindən və tarixi abidənin hansı koordinatlarda yerləşməsi göstərilmədiyindən, bu sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. JN-0049 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətində olan 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5.60 ha torpaq sahəsi həmsərhəd olmadığı müəyyən edilmişdir (1-ci cild iş vərəqi 79-82); Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional idarəsi X16 ilə Cavabdeh4 arasında 23 noyabr 2022-ci ildə bağlanmış “Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadəyə dair” mühafizə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli 132 nömrəli qərarına əsasən dövlət mühafizəsinə götürülmüş Cəlilabad rayonu Moranlı kəndində, “Cinlitəpə” yaşayış yerində yerləşən, eramızdan əvvəl İİ minilliyə aid, inventar nömrəsi 911 olan arxeoloji abidənin (kurqan) yerləşdiyi ərazi qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə olunması və qorunması məqsədilə sonuncunun mühafizəsinə verilmişdir. Müqavilənin etibarlılıq müddəti abidənin istifadəçinin sahibliyində olduğu müddətə görə müəyyən edilir (1-ci cild iş vərəqi 103-106); Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsi tərəfindən mübahisə ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə 5 aprel 2024-cü il tarixdə ünvanlanan məktubda bildirilir: Cəlilabad rayonu Moranlı kəndində yerləşən “Cinlitəpə” adlanan ərazi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə (911 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülmüşdür. Abidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsi tərəfindən mühafizə olunur. 23 noyabr 2022-ci il tarixdə Salyan Regional İdarəsinin sabiq rəisi X33 rayonu Moranlı kənd sakini Cavabdeh4la mühafizə müqaviləsi imzalayıb və abidənin ərazisindən otlaq sahəsi kimi istifadə etməsinə icazə vermişdir. Cavabdeh4 bunu əsas gətirərək abidənin bir hissəsini zəbt edib və çəpərləyibdir. Abidənin yerləşdiyi ərazi vətəndaş Cavabdeh4 mülkiyyətində və istifadəsində olmadığı üçün onunla mühafizə müqaviləsinin imzalanması qanuni deyil. Salyan Regional İdarəsi tərəfindən 9 aprel 2024-cü il tarixində Cavabdeh4 zəbt etdiyi ərazinin çəpərlərinin sökülməsi barədə bildiriş verilib və xəbərdarlıq edilib. Digər vətəndaş Cəlilabad rayonu Moranlı kənd sakini İddiaçı Allahşükür oğlu isə iddia edir ki, abidənin yerləşdiyi ərazi onun mülkiyyətindədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən ölkə əhəmiyyətli arxeoloji abidələr icarəyə verilə bilməz. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidəyə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər ()2-ci cild iş vərəqi 113); Apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7432 saylı ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-4167/2024 saylı mütəxəssis rəyinə əsasən, İddia tələbinə görə Cəlilabad rayonu Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 91) ölkə əhəmiyyətli arxeoloji abidəyə (kurqan) aid məkan göstəricilərini əks etdirən sənəd olmadığından, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Allahşükür oğlu və ailə üzvlərinə mülkiyyətə verilmiş 96 nömrəli 5.4286 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (ölçülər mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında göstərilmişdir). - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4167/2024 saylı mütəxəssis rəyinə əsasən, İddia tələbinə görə Cəlilabad rayonu Moranlı kəndində yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 911) ölkə əhəmiyyətli arxeoloji abidəyə (kurqana) aid məkan göstəricilərini əks etdirən sənəd olmadığından iddiaçının mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə müqayisəli tərzdə cavablandırmaq mümkün olmamışdır; - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4167/2024 saylı mütəxəssis rəyinə əsasən, İddia tələbinə görə Cəlilabad rayonu Moranlı kəndində yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 911) ölkə əhəmiyyətli arxeoloji abidəyə (kurqana) aid məkan göstəricilərini əks etdirən sənəd olmadığından cavabdehlərin fiziki sərhədlər daxilində faktiki istifadələrində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə müqayisəli tərzdə cavablandırmaq mümkün olmamışdır; - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4167/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı Allahşükür oğlu və ailə üzvlərinə mülkiyyətə verilmiş 96 nömrəli 5.4286 ha torpaq sahəsinin 0.7012 hektaradək hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 1.0260 hektaradək hissəsinin isə Cavabdeh3 fiziki sərhədlər daxilində faktiki istifadələrində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4167/2024 saylı mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, arxeoloji abidə kimi iddia olunan 2.57 ha ərazi, naturada yerləşmə vəziyyətinə görə İddiaçı Allahşükür oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, mübahisəli 5.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudlarındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.6-cı maddəsinə əsasən Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 10 aprel 1998-ci il tarixdə təsdiq edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə edməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən olunan hallarına əsasən Cəlilabad rayonunda aparılan aqrar islahatları zamanı iddiaçı və ailə üzvəlrinin ümumi birgə mülkiyyətinə Cəlilabad rayonu Moranlı kəndi ərazisindən 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ayrılan torpaq sahəsinin planı, cizgisinə əsasən torpaq 5.6 ha və 2.64 ha ölçülərdə olmaqla 2 hissədən ibarət olmuşdur (Dövlət Aktı JN-0096, kod ********). Hazırki mübahisənin obyektini ayrılan torpaq sahəsinin 5.6 ha hissəsi təşkil edir. Həmin torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 avqust 2016cı ildə dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin 2.57 ha hisəsində arxeoloji abidə (kurqan) yerləşir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə mülkiyyətində olan və mübahisəli ərazidə yerləşən 5.4286 ha torpaq sahəsinin 0.7012 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 1.0260 ha hissəsi isə Cavabdeh3 fiziki sərhədlər daxilində faktiki istifadələrindədir. Ümumi mülkiyyətin mülkiyyətçilərindən biri olaraq iddiaçı ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. İddiaçı mülkiyyətçi olaraq özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması hissədə iddia, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 5.4286 ha torpaq sahəsinin zəbt olunmuş 0.7012 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 1.0260 ha hissəsindən isə Cavabdeh3 çıxarılmaları hissədə qanuni və əsaslıdır. Digər cavabdehlərə münasibətdə torpaq sahəsinin zəbt faktı təsdiqini tapmadığından, iddia torpaqdan çıxarma hissədə təmin oluna bilməz. Mübahisəli torpaq sahəsindən cavabdehlərin 22 il müddətində qanunsuz istifadələri nəticəsində zərər kimi əldən çıxmış faydanın tutulması hissədə tələbi kollegiya əsassız hesab edir. Əvvəla ona görə ki, iddiaçı tərəfindən cavabdehlərin torpaq sahəsindən istifadələrinin dayandırılması üçün tədbirlərin görülməsinə, buna qarşı rəsmi şəkildə etiraz edilməsinə dair hər hansı bir sübut verilməmişdir. 28 fevral 2024-cü il tarixində keçirilən məhkəmə baxışı zamanı iddiaçı cavabdehlərin keçən dövr ərzində onun torpaq sahəsini zəbt etmələri barədə hər hansı dövlət orqanına şikayət etmədiyini bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən birgə mülkiyyətçilərdən olan X2 göndərilən 24 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, doqquz nəfər ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan 8.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri idarənin mütəxəsisi tərəfindən müraciət müəllifinin iştirakı ilə dəqiqləşdirilərək, mərz nişanları qoyulmuşdur (1-ci cild iş vərəqi 5). Dolayısı ilə aydın olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən 2021-ci ilin dekabr ayında iddiaçı və ailə üzvlərinin torpaq sahələrinin sərhədləri dəqiqləşdirilənədək, mərz nişanları qoyulanadək, iddiaçı mülkiyyətlərinə verilən torpaq sahəsinin sərhədlərini bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Allahşükür oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsası ilə ləğv olunaraq, iddia qismən təmin olunamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Kollegiya hesab edir ki, mülki iş üzrə iddiaçı müharibə veteranı olaraq dövlət rüsumunu ödəməkdən azad olduğundan iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu, həmçinin keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməlidir. Kollegiya daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin həqiqiliyi prezumpsiyasından çıxış edərək onu da qeyd etməyi zəruri hesab edir ki, respublikada aparılan aqrar islahatları zamanı iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tarixi arxeoloji abidənin yerləşməsi nəzərə alınmalı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X41, İnkişafı və Barpası üzrə Dövlət Xidməti abidənin yerləşdiyi torpaq sahəsinin ərazisindən istifadə qaydalarını mülkiyyətçilərlə müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Allahşükür oğlu tərəfndən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(073)-444/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Allahşükür oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydanın tutulması" tələbinə dair iddiası qismən təmin edilsin. Xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla Cəlilabad rayonunun Moranlı kəndində yerləşən olan 5.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunan 0.70 ha hissəsindən Cavabdeh1 və Cavabdeh4, 1.02 ha hissəsindən Cavabdeh3 çıxarılsınlar. İddia qalan hissələrdə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar