Məhkəmə qərarları › İş №2(106)-425/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-425/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-425/2023 01.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X6 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçı Səmədova (Səlimova) Miranə Mirsəməd qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Səmədova (Səlimova) Miranə Mirsəməd qızının Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X5) qarşı “evə köçürülmə və evdə yaşamağa törədilən maneçiliyin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə ünvan 2məsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səmədova (Səlimova) Miranə Mirsəməd qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və evdə yaşamasına maneçilik etməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.1992-ci il tarixində rəsmi nikah münasibətlərinə girərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.1993-cü il tarixində X12, xx.xx.1995-ci il tarixində X13, xx.xx.2006-cı il tarixində X14 adlı uşaqları doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(032)-1373/2019 saylı qətnaməsi ilə cavabdehlə arasında bağlanmış nikahın pozulması qət edilmişdir. O, cavabdehlə ailə qurduqdan sonra 2000-ci ilin may ayında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşlər. Nikah münasibətləri pozulana qədər iddiaçı qeyd edilən ünvanda yaşamışdır. Daha sonra cavabdeh onu evdən qovub çıxartmışdır. İddiaçının cehiz əmlakı da hal-hazırda Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evindədir və pasport qeydiyyatı da həmin ünvanadır. ünvan 2məsi ilə (sədrlik edən hakim Elçin Qurbanov) iddia qismən təmin edilmiş, İddiaçı Şirvan şəhəri, Şəhidlər küçəsi, 7 saylı evə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində ünvan 2məsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində mülkiyyətçinin özünə məxsus olan yaşayış evindən bəhs olunur. Qeyd edilən ev isə cavabdehin mərhum atasından miras qalmış və halhazırda anası X5 məxsusdur. Cavabdehin anası da həmin evdə qeydiyyatdadır və xx.xx.2019-cu ildən etibarən 1 gün belə həmin evdə yaşamayan iddiaçının həmin evin qeydiyyatından çıxarılmasını tələb edir. O, iddiaçını evdən qovub çıxartmamış, nikahları pozulan kimi iddiaçı özü evi tərk edib getmişdir. Sonradan cavabdeh iddiaçının sifarişi ilə nikah dövründə onun üçün aldığı geyim əşyalarını qırxdan çox çantaya yerləşdirib yola salmışdır. İşə əlavə olunmuş 15 aprel 1999-cu il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Bayramlı şəhəri, TİB-in reyestr kitabı №04-08, inventar işi №2288, 13 aprel 1999-cu il tarixli 120 saylı arayışına əsasən özünə məxsus Əli-Bayramlı şəhəri, Şəhidlər küçəsi, 7 saylı evi X2. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 fevral 2002-ci il tarixində Əli-Bayramlı şəhərində vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X5 qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5332/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1320/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası öz qərarında hüquqi mövqeyini onunla izah etmişdir ki, iş üzrə cavabdeh kimi Cavabdeh göstərilmişdir. Lakin Cavabdeh heç vaxt mübahisənin predmeti olan yaşayış evinin mülkiyyətçisi olmamış, iddiaçı ilə eyni hüquqi statusla mülkiyyətçilərin razılığı ilə 2000-ci ilin may ayında həmin evə köçürülmüş, iddiaya cavab verməli şəxs deyildir və iddia tələbi ona qarşı yönələ bilməzdi. İşə baxan apellyasiya məhkəməsi iddianı təmin etməyərkən bu halı nəzərə almamış, iddianın rədd olunması əsası kimi həmin halı göstərməmişdir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, bildirdi ki, mübahisəli evi mərhum atası almış, atası öldükdən sonra vərəsəlik qaydasında anasının mülkiyyətinə keçmişdir. Onun mübahisəli ev üzərində mülkiyyət hüququ mövcud deyil. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçı Səmədova (Səlimova) Miranə Mirsəməd qızı çıxış edərək, apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, mübahisəli ev qaynanasının adına olsa da, özünün həmin evdən istifadə hüququnun olduğunu hesab edir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında ifadə etdiyi məcburi göstərişləri nəzərə alıb, tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, ünvan 2məsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdəki 15 aprel 1999-cu il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Əli Bayramlı şəhəri, Şəhidlər küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi X7 tərəfindən X1. İşdəki 347755 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 fevral 2002-ci ildə ölmüşdür. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0729 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 128,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına xx.xx.2022ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əri olmuş cavabdeh və uşaqları ilə 2000-ci ilin may ayında mübahisəli evə köçmüş, mübahisəli yaşayış evinə köçmələri ümumi mülkiyyətçilər olan ər-arvad Qadir Səlimov və Lətafət Səlimovanın razılığı ilə baş vermişdir. Qadir Səlimov 14 fevral 2002-ci ildə vəfat etsə də, digər mülkiyyətçi Lətafət Səlimova hal-hazıra kimi həmin evdə yaşamaqda davam edir və yaşayış evi onun ayrıca mülkiyyəti kimi 14 iyun 2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Beləliklə, göründüyü kimi, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh heç vaxt mübahisə predmeti olan yaşayış evinin mülkiyyətçisi olmamış, iddiaçı ilə eyni hüquqi statusla mülkiyyətçilərin razılığı ilə 2000-ci ilin may ayında həmin evə köçmüşdür. Bu səbəbdən də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh iddiaya cavab verməli olan şəxs deyil və iddia tələbi ona qarşı yönələ bilməzdi. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında yoxlanılması zamanı müəyyən edilir ki, iddia tələbi iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı yönəlmiş, bununla bağlı, iddia tələbinə dəqiqləşdirmə verilməmiş və ya iddiaya cavab verməli olan X9 cavabdeh qismində işə cəlb edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qətnamə ləğv edilməli, iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. ünvan 2məsi ləğv edilsin. İddiaçı Səmədova (Səlimova) Miranə Mirsəməd qızının Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X5) qarşı “evə köçürülmə və evdə yaşamağa törədilən maneçiliyin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar