Məhkəmə qərarları › İş №2(106)-426/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-426/2024

29.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-426/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi Cavabdeh2 qarşı işə bərpa olunması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)1154/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu və cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək işə bərpa olunması barədə iddia ərizəsi verərək 16 iyul 2021-ci il tarixli bağlanmış əmək müqaviləsinin 20 fevral 2023-cü ildə 307 nömrəli əmrlə dəyişdirilməsi və xitam verilməsinə dair Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in 01 Mart 2023-ci il 375 nömrəli əmrləri ləğv edilərək onu Beyləqan rayon mərkəzi xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarasılmasını və eyni zamanda Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in direktorunun əməlində vəzifə səlahiyyətlərində sui-istifadə və vəzifə səlahiyyətlərini aşma hallarına yol verdiyi müəyyən edildiyində barələrində ayrı-ayrılıqda xüsusi qərardad çıxararaq baxılması üçün aidiyyəti prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)1154/2023 saylı qətnaməsi (hakim Seyfəli Seyfullayev) ilə, iddianın qismən təmin edilməsi, Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin İddiaçı barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmrinin ləğv edilməsi, İddiaçı Beyləqan rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi, 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu və cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 22 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)426/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 29 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)1154/2023 saylı qətnaməsindən iddiaçı “İddiaçı vəkili və nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İddiaçı vəkili və nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu uyğun olmadığını müəyyən etmişdir. Belə ki, MPM-in tələblərinə əsasən tərəfin yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququ ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olmaqla şəxsin Konstitusiya ilə təsbit edilmişdir hüququdur. Lakin bu hüquq qanunda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi halda realizəsi mümkün ola bilər. Belə ki, Mülki Prosessual Qanunvericilik tərəflərə onların aşağı instansiya məhkəməsi zamanı irəli sürdükləri tələblərin təmin olunmayan hissəsindən şikayət vermək hüquqları tanınmışdır. Məsələn iddiaçının iddiasının təmin olunmayan hissəsindən, cavabdeh qətnamənin onun hüquqlarını pozulduğunu hesab etdiyi hissəsindən və.s şikayət etmək hüquqları tanınmışdır. Bunun təsbiti kimi MPM-nin 361.1.4-cü maddəsində də şikayəti verən şəxsin tələbinin və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərməsi qeyd edilmişdir. İddiaçı iddia tələbində 16 iyul 2021-ci il tarixli bağlanmış əmək müqaviləsinin 20 fevral 2023-cü ildə 307 nömrəli əmrlə dəyişdirilməsi və xitam verilməsinə dair Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in 01 Mart 2023-ci il 375 nömrəli əmrləri ləğv edilərək onu Beyləqan rayon mərkəzi xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarasılmasını və eyni zamanda Beyləqan rayon mərkəzi xəstəxanası PHŞ-in direktorunun əməlində vəzifə səlahiyyətlərində sui-istifadə və vəzifə səlahiyyətlərini aşma hallarına yol verdiyi müəyyən edildiyində barələrində ayrı-ayrılıqda xüsusi qərardad çıxararaq baxılması üçün aidiyyəti prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsi, yəni Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin İddiaçı barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmrinin ləğv edilməsi, İddiaçı Beyləqan rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilməsi, 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb İddiaçı ödənilməsi nəticəsinə gəlmişdir. İddiaçının vəkili və nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə nəzər yetirdikdə görünür ki, iddiaçı tərəfindən Beyləqan rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktorunun əməlində vəzifə salahiyyətlərində sui-istifadə və vəzifə səlahiyyətlərini aşma hallarına yol verildiyinin müəyyən edildiyindən barələrində ayrı-ayrılıqda xüsusi qərardad çıxararaq baxılması üçün aidiyyatı prokurorluğa göndərilməsi barədə olan hissəsininin təmin edilmək şərtilə Beyləqan rayon məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli iş N-2(020)-1154/2023 saylı qətnaməsinin dəyişdirilməsi məsələsi mübahisələndirilmişdir. Kollegiya iddia tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı qeyd edir ki, Beyləqan rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktorunun barəsində xüsusi qərar çıxarılıbçıxarılmaması ilə bağlı məsələ iddia tələbinin təmin olunmayan hissəsi kimi başa düşülə bilməz. Belə ki, MPM-nin 265.4-cü maddəsinə əsasən hakimin xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi tərəfin vəsatəti və ya xahişi ilə deyil, məhz hakimin öz səlahiyyəti əsasında ona tanınan hüququdur. Hakim əgər proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunan maddənin tətbiqi hakimin vəzifəsi deyil, səlahiyyəti kimi müəyyən edildiyindən, tərəfin həmin maddə əsasında hakimə tanınan hüququn “həyata keçirilməsində” iştirak etməsinə əsas vermir. Ona görə də tərəfin istər iddia tələbinin, istərsə də apellyasiya şikayətinin əsasını hüquqla mübahisələndirilən bilən məsələ təşkil etməlidir. Hal-hazırki apellyasiya şikayətinin forma-məzmunu qeyd edilənlərə əsasən MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun verilmiş apellyasiya şikayəti kimi qəbul edilə bilməz. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı vəkili nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu və cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətləri bir-biri ilə əlaqəli olduğu üçün birgə baxılması obyektiv araşdırılmasına səbəb olacağından və hal hazırda apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından hər iki apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 361-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)1154/2023 saylı qətnaməsindən İddiaçı vəkili nümayəndəsi Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)1154/2023 saylı qətnaməsindən cavabdeh Beyləqan rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin Mülki iş materialı verilmiş apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar