Məhkəmə qərarları › İş №2(106)-428/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-428/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-428/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faizin tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.762 (on səkkiz min yeddi yüz altmış iki) ABŞ dollarının ödənilən gün Azərbaycan manatı məzənnəsi ilə pul və ödənilmiş 186 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(106)-389/2014 saylı qətnaməsinə əsasən borclu Cavabdeh 46442 ABŞ dolları alınıb İddiaçı ödənilməlidir. Buna baxmayaraq dəyəri 6000 manat qiymətləndirilmiş torpaq sahəsinin İddiaçı verilməsi istisna olmaqla (halbuki torpaq heç 6000 manat dəyərində deyildi), qalan məbləğlə bağlı öhdəlik bu günə kimi icra olunmamışdır. 6000 manat təxminən 3529 ABŞ dolları edir, bu məbləği 46442-dən çıxdıqda 42913 ABŞ dolları qalır. Belə olan halda pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh gecikdirdiyi vaxt üçün illik beş faiz pul tutulmalı və faiz məbləği 42913 ABŞ dollarına hesablanmalıdır. Gecikdirilmiş vaxt üçün faizlər aşağıdakı qaydada hesablanır: 42913 ABŞ dollarının illik beş faizi 2145 ABŞ dolları edir. Məhkəmə qətnaməsi üzrə gecikdirilən müddət xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (8 il 9 ay) hesablanır: -xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilə kimi 8 il; -xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 9 ay. -2145 ABŞ dolları 8 ilə 17160 ABŞ dolları edir (2145x8=17160). -2145 ABŞ dolları 9 aya 1602 ABŞ dolları edir (2145:12=178x9=1602). - 17160 ABŞ dolları ilə 1602 ABŞ dolları ilə toplandıqda 18762 ABŞ dolları edir (17160+1602=18762). Cəmi tələb olunan məbləğ 18762 ABŞ dolları təşkil edir. Beləliklə Cavabdeh borclu olduğu pulun ödənilməsində gecikdirdiyi vaxtlara görə bank uçot dərəcəsi üzrə hesablanmaqla 18762 ABŞ dolları pul tutulmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı oğlu “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı nəğd pul amamışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (X2), iddia tələbinin təmin edilməsi, Şivan Apellyasiya Məhkəməsinin 2(106)- 389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş, gecikdirilmiş borca dair (illik beş faiz məbləğində) Cavabdeh 18.762 (on səkikiz min yeddi yüz altmış iki) ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186 (yüz səksən altı) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ümumiyyətlə düzgün araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iclasda iştirak etməmiş, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və qətnamənin qüvvədə saxlanılması barədə ərizə ünvanlamış, cavabdeh isə xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7 maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarının nəticə hissəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faiz borcunun tutulması ilə bağlı işin faktiki hallarına düzgün qiymət versə də, həmin məbləğin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş və qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Şırvan Apellyasiya Məhkəməsinin 16 aprel 2014-cü il tarixli 2(106)-389/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2013-cü il tarixli, 2(049)-404/2013 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, Cavabdeh ümumilikdə 46.442 ABŞ dolları manata məzənnədə pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şırvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 2(106)-389/2014 saylı icra vərəqəsində Cavabdeh ümumilikdə 46.442 ABŞ dolları manata məzənnədə pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qeyd edilmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında alınmış Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 389/23 saylı arayışından görünür ki, Şivan Apellyasiya Məhkəməsinin 2(106)-389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş cari borc məbləği 42.912 ABŞ dollarının manata məzənnəsində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında olan mübahisə ondan ibarətdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-389/2014 saylı qətnaməsinə əsasən borclu Cavabdeh 46442 ABŞ dolları alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Buna baxmayaraq dəyəri 6000 manat qiymətləndirilmiş torpaq sahəsinin İddiaçı verilməsi istisna olmaqla, qalan məbləğlə bağlı öhdəlik bu günə kimi icra olunmamışdır. 6000 manat təxminən 3529 ABŞ dolları edir, bu məbləği 46442-dən çıxdıqda 42913 ABŞ dolları qalır. İddiaçı hesab etmişdir ki, belə olan halda pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh gecikdirdiyi vaxt üçün illik beş faiz pul tutulmalı və faiz məbləği 42913 ABŞ dollarına hesablanmalıdır. Gecikdirilmiş vaxt üçün faizlər aşağıdakı qaydada hesablanır: 42913 ABŞ dollarının illik beş faizi 2145 ABŞ dolları edir. Məhkəmə qətnaməsi üzrə gecikdirilən müddət xx.xx.2014-cü il tarixdən xx.xx.2023cü il tarixədək (8 il 9 ay) hesablanır: -xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilə kimi 8 il; -xx.xx.2022ci ildən xx.xx.2023-cü ilə kimi 9 ay. -2145 ABŞ dolları 8 ilə 17160 ABŞ dolları edir (2145x8=17160). -2145 ABŞ dolları 9 aya 1602 ABŞ dolları edir (2145:12=178x9=1602). - 17160 ABŞ dolları ilə 1602 ABŞ dolları ilə toplandıqda 18762 ABŞ dolları edir (17160+1602=18762). Cəmi tələb olunan məbləğ 18762 ABŞ dolları təşkil edir. Beləliklə Cavabdeh borclu olduğu pulun ödənilməsində gecikdirdiyi vaxtlara görə bank uçot dərəcəsi üzrə hesablanmaqla 18762 ABŞ dolları pul tutulmalıdır. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında Cavabdeh ümumilikdə 46.442 ABŞ dolları manata məzənnədə pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş və bu barədə 17 noyabr 2014-c il tarixdə icra sənədi tərtib edilmişdir. Həmin icra sənədinə əsasən, boclu tərəfindən tələbkara 42.912 ABŞ dollarının manata məzənnəsində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat ödənilməmiş qalmışdır. Tələbkar hazırda gecikdirilmiş dövrə dair 8 il 9 aya dair illik beş faiz olmaqla borcludan vəsait tələb edir. Borclu qeyd edilən məbəğdə ödənişi tələbkara ödəməyi ən azı 8 il 9 ay gecikdirmişdir. Ödəniş tarixi icra sənədinin tərtib edildiyi tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi 42912 ABŞ dollarına illik beş faizi şifahi qaydada hesablamaqla 8 il 9 aya dair bu məbləğ ümumilikdə 18.774 ABŞ dolları təşkil etdiyini müəyyən etmişdir. İşin apelyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/3515 saylı ekspert rəyindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-389/2014 saylı qətnaməsi əsasında 17 noyabr 2014-cü ildə verilmiş icra vərəqəsi üzrə gecikdirilmiş və ödənilməmiş qalan 46.422,00 ABŞ dolları məbləğində (AR Mərkəzi Bankının xx.xx.2014-cü il tarixə olan məzənnəsi ilə 36.408.77 manat) görə iddia ərizəsində qeyd edilən 01 avqust 2023-cü il tarixinə olan illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu 15.847,93 manat məbləğində müəyyən olunur. MPM-in 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kollegiya alınmış ekspert rəyini iş materialları ilə müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, ekspert tərəfindən faiz borcunun hesablanması zamanı tədqiqat düzgün aparılmamış və nəticədə rəydə müəyyən edilmiş qiymət işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər Göründüyü kimi ekspert tərəfindən faizin məbləği hazırkı vaxt üçün 2014-cü ilin uçot dərəcəsi əsas götürülməklə hesablanmışdır. Həmçinin ekspert faiz məbləğinin müəyyən edərkən iddiaçının tələbi üzrə 42913 ABŞ dollarının deyil 46442 ABŞ dollarına münasibətdə hesabat aparmışdır. Odur ki, kollegiya hesab edir ki, 42913 ABŞ dolları hazırkı bank uçot dərəcəsinə uyğun olaraq manata çevirilməli, bundan sonra həmin vəsaitə əsasən Cavabdeh gecikdirdiyi vaxt üçün illik beş faiz pul hesablanmalıdır. Belə olan halda kollegiya hesab edir ki, əlavə ekspert tədqiqatı aparılmadan icra vərəqəsinin verildiyi tarixə olan borc 42913 ABŞ dolları AR Mərkəzi Bankının hazırkı uçot dərəcəsi ilə təyin etdiyi 1.70 məzənnəsi ilə konvensiya edilməli, daha sonra faiz borcu müəyyən edilməlidir:

1. 42913 ABŞ dollarının AR Mərkəzi Bankının xx.xx.2024-cü il tarixə təyin etdiyi 1.70 məzənnəsi ilə konvensiya edilən məbləği= 72952,10 manat

2. 17 noyabr 2014-cü ildə verilmiş icra vərəqəsi üzrə gecikdirilmiş və ödənilməmiş qalan 72952,10 manata görə iddia ərizəsində qeyd edilən 01 avqust 2023-cü il tarixinə olan (cəmi 3134 gün) illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu=31308,66 manat Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni və əsaslı olması ilə bağlı, yəni cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-389/2014 saylı qətnaməsi əsasında 17 noyabr 2014-cü ildə verilmiş icra vərəqəsi üzrə gecikdirilmiş və ödənilməmiş faiz borcunun olması ilə bağlı düzgün nəticəyə gəlsə də, 17 noyabr 2014-cü ildən 01 avqust 2023-cü il tarixinə olan illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun manata münasibətdə deyil dollarla hesablaması zamanı düzgün nəticəyə gəlməmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən əsaslı hesab edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Şivan Apellyasiya Məhkəməsinin 2(106)- 389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş, gecikdirilmiş borca görə (illik beş faiz məbləğində) Cavabdeh İddiaçı ödənilməli olan borcu 31308,66 manat (otuz bir min üç yüz səkkiz manat altmış altı qəpik) müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Şivan Apellyasiya Məhkəməsinin 2(106)-389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş, gecikdirilmiş borca görə (illik beş faiz məbləğində) Cavabdeh İddiaçı ödənilməli olan borcu 31308,66 manat (otuz bir min üç yüz səkkiz manat altmış altı qəpik) müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392, 402.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3523/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Şivan Apellyasiya Məhkəməsinin 2(106)-389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş, gecikdirilmiş borca görə (illik beş faiz məbləğində) Cavabdeh İddiaçı ödənilməli olan borcu 31308,66 manat (otuz bir min üç yüz səkkiz manat altmış altı qəpik) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar