Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-429/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, gözlənilən mülkiyyət hüququ) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Məhbub qızı və onun nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İmişli şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X5 Cavabdeh qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyətnamə ilə ona məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş yaşayış evindən Cavabdeh çıxarılmasını və həmin yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası Babaşov Vəli Qəhrəman oğluna İmişli rayon X12 İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 saylı qərarı ilə ona 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Rayon X12 İcraiyyə Komitəsinin 26 sentyabr 1980cı tarixli 18 saylı qərarı ilə atası Vəli Babaşova ayrılmış 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İcazə əsasında atası həmin yerdə yaşayış evi tikdirmişdir. Hal hazırda həmin ünvan İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 126 kimi qeydiyyatdadır. Atası əvvəlcə xx.xx.1980-cı ildə çiy kərpicdən ev tikmiş, həmin evə xx.xx.1988-ci ildə Qeydiyyat vəsiqəsi verilərək mülkiyyət kimi sənədləşdirilmişdir. Çiy kərpicdən tikilən evə xx.xx.1990-cı ildə texniki pasport verilmişdir. Atası Babaşov X7 şəhəri, Pənah Həsənov küçəsi, 126 saylı ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsini və evini xx.xx.2005-ci ildə notarius vasitəsi ilə ona vəsiyyət etmişdir. Bu vəsiyyətnamənin verilməsinə bütün ailə üzvülərinin, o cümlədən mərhum qardaşı Babaşov Əyyamın razılığı ilə evi atası ona vəsiyyətnamə ilə bağışlamışdır. Sonradan çiy kərpicdən ev qəzalı vəziyyətə düşdüyünə görə 2011-ci ildə İmişli rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlara tərəfindən çiy kərpicdən olan evin qəzalı olduğu müəyyən edilmiş və onların köməyi ilə həmin həyətdə ikinci bir ev tikildi. Qardaşı Babaşov Əyyam Vəli oğlu əvvəlcə Babaşova Şərafət Səməd qızı ilə evli olmuş, onlar boşandıqdan sonra qardaşı İmişli rayonu, Murğuzallı kənd sakini Cavabdeh ilə tanış olduqdan sonra, sonuncu 2008-ci ildən gəlib atasının evinə girmiş və qardaşı ilə yaşamağa başlamışdır. Lakin, Zülfiyyə həmin evdə qalarkən həm atasını, həm də qardaşını döyüb işgəncə vermiş, bu münasibəti çox adam bilməsin deyə onları müxtəlif vaxtlarda yaşadığı Bəhrəmtəpə qəsəbəsinə gətirib öz evində saxlamışdır. Bundan əlavə qardaşını sonradan ağır xəstəliyə tutulduğuna görə öldüyü vaxta qədər iki il müddətində evində özü baxmışdır. Dəfn mərasimlərini də bacılarının köməyi ilə özü vermişdir. Onu da qeyd edir ki, qardaşı Əyyam xəstələndiyi vaxt və ondan əvvəldə Zülfiyyə vəsiyyətnamə ilə ona verilmiş evdə və torpaq sahəsində deyildir. Murğuzallı kəndində yaşamışdır. Nə də ki. Zülfiyyə qardaşı ilə yaşadığı dövrdə vəsiyyətnamə ilə ona verilmiş evdə heç vaxt qeydiyyatda olmamışdır. Anası Babaşova Güllübəyim Soltan qızı xx.xx.2003-cü ildə, qardaşı Babaşov Əyyam Vəli oğlu xx.xx.2020-ci ildə, atası Babaşov Vəli Qəhrəman oğlu isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, bütün kommunal xərcləri, o cümlədən 0,06 ha torpaq vergisini, işıq, su və qaz xərclərini də adına gələn qəbzlər əsasında özü ödəmişdir. Cavabdeh atasının vəfatından sonra həmin evdə heç kimin olmadığını görüb yaşayış evinin açarını dəyişdirib özbaşına olaraq atasının ona vəsiyyət etdiyi evdə uşağı ilə yaşamağa başlamışdır. Dəfələrlə onu zəbt etdiyi evdən çıxmağı tələb etsə də sonuncu buna heç bir əhəmiyyət verməmiş, qanunsuz hərəkətlərini davam etdirir. Bu səbəbdən o, Cavabdeh vəsiyyətnamə ilə ona verilmiş evdən çıxarılmasını tələb etsə də o, həmin evdən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin (hakim: O.Mahmud) xx.xx.2024-cü il tarixli, 2(036)- 1523/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş,xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsindən Cavabdeh çıxarılması və fərdi yaşayış evi və həyətyanı sahəsinin iddiaçı X8 təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı, tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, İmişli Şəhər XDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna dair çıxarışdan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna yaşayış sahəsi 60 kv.m yardımçı sahəsi 35 kv.m olmaqla fərdi yaşayış evi tiktirməsinə icazə verilmişdir, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evini həyətyanısı ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir. JN 1378A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən işdən görünür ki, İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi Babaşov Vəli Qəhrəman oğlu, Babaşova Güllübəyim Soltan qızı, Babaşov Əyyam Vəli oğlu, X9, Babaşova Fidan Əyyam qızı və Babaşov Saleh Əyyam oğlunun mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsinə heç bir subyektiv hüququ olmadığı üçün iddia təmin edilməlidir. Bunun əksinə olaraq iddiaçı İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsinə xx.xx.2005-ci il tarixli vəsiyyətnamə əsasında subyektiv hüquqlar əldə etmişdir. Belə ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində Babaşov Vəli Qəhrəman oğlunun İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarına və İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna əsasən mülkiyyət hüququ gözləntisi yaranmışdır. Həmçinin cavabdeh tərəfindən subyektiv hüququnun mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.8, 1133.1, 1133.2, 1134.2, 1182, 1243.1-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli № 439 saylı fərmanı ( həmçinin Həmin Fərman ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı), Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. O, iddiaçıya vəsiyyət edilmiş evdə yaşamır,həmin ev boşdur. O, övladı ilə birlikdə həmin həyətdə AR Fövqəlada Hallar Nazirliyi tərəfindən onların yaşamaqları üçün tikilmiş ikiotaqlı evdə yaşayır. O, 2006-cı ildə iddiaçının qardaşı Babaşov Əyyam Vəli oğlu ilə faktiki nikah münasibətinə girərək mübahisəli ünvana gəlin köçmüşdür. O, mübahisəli ünvana gəlin köçən vaxtı həmin ünvanda iki fərdi yaşayış evi vardı. Biri çiy kərpicdən biri isə mişar daşından. O, həyətdəki çiy kərpicdən olan evə gəlin köçərək həmin evdə yaşamışdır. Həmin evdə onunla birlikdə uşağı, mərhum həyat yoldaşı və mərhum qaynatası yaşamışdır.Onların yaşadıqları çiy kərpicdən olan ev qəzalı vəziyətdə olduğu üçün 2011-ci ildə AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib onların yaşadıqları evə baxış keçirmiş və onlara yeni evin tikilməsi qərarına gəlmişdirlər. Bundan sonra onların yaşadıqları çiy kərpicdən olan ev sökülmüş və onun yerində AR Fövqəlada Hallar Nazirliyi tərəfindən 2 otaq bir koridordan ibarət ev tikilib onlara təhvil verilmişdir. Fövqəlada Hallar Nazirliyi həmin evi dörd nəfərə, yəni ona mərhum həyat yoldaşına, mərhum qaynatasına və oğluna tikmişdir. Ona görə də İmişli Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(036)-1523/2024 saylı qətnaməsini ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi, o, iddiaçının qardaşı Əyyam Babaşovla 2006-cı ildə deyil, 2008-ci ildə rəsmi qaydada deyil, faktiki qaydada nikahda olmuş, cavabdeh iddiaçının qardaçı ilə atası tərəfindən İddiaçı vəsiyyət edilmiş evdə deyil, ayrı-ayrı yerlərdə kirayədə yaşamış, cavabdeh nə qardaşı Əyyamın, nə də ki atası Vəlinin yas mərasimlərində iştirak etməmiş, yas mərasimlərindən sonra ona vəsiyyət edilmiş torpaq sahəsi üzərində tikilmiş yaşayış evinin boş qalmasından cavabdeh istifdə edərək qapı açarlarını sındırıb həmin evdə özbaşına olaraq yaşamışdır. Buna baxmayaq həmin evə aid bütün kommunal xərcləri, 0.06 ha torpaq sahəsinin vergisini, işıq, su və qaz xərclərini də adına gələn qəbzlər əsasında özü ödəmişdir. Bu baxımdan apellyasiya şikayətində qətnamənin əsassız və qanunsuz olması barədə cavabdehin göstərdiyi xüsusatlar əsassız olmaqla öz təsdiqini tapmadığına görə rədd edilməlidir. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərmişdir ki, 19 ildir ki, 0.06 ha torpaq sahəsində çiy kərpicdən tikilmiş evdə, sonradan isə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş evdə yaşamış, övladı da həmin evdə dünyaya gəlmiş, ona görə də qətnaməni əsassız hesab etməsini heç bir sübut təqdim etmədən qanunsuz qətnamə çıxarılması qənaətinə gəlməsi onun subyektiv mülahizəsindən başqa bir şey deyildir. Belə ki, qətnamədən görünür ki, sözügedən torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış evi atası tərəfindən ona vəsiyyət edilmiş, cavabdeh əvvəlcə Əyyamın, sonra da Vəli Babaşıvun vəfatından sonra həmin evin boş qalmasının görüb yaşadığı İmişli rayonunun Murğuzallı kəndindən gələrək , yaşayış evinin açarlarını sıdnırıb oğlu ilə özbaşına olaraq həmin evdə yaşamağa başlamışdır. İddiaçının təqdim etdiyi sənədləri tam və hərtərəfli araşdırma aparan məhkəmənin qanuni və əsaslı gəldiyi nəticəni cavabdeh əsassız olaraq mübahisələndirmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna İmişli şəhərinin keçmiş “Şərq küçəsindəki torpağı hesabına 0.06 ha torpaq sahəsi olması barədə İmişli şəhər ZDS İK-in xx.xx.1977-ci il tarixli qərarı, eyni zamanda rayon XDS İK-in xx.xx.1980-ci il tarixli 18 nömrəli protokoluna əsasən həmin torpaq sahəsindən raydımçı sahəsi, 35 kv metr olmaqla fərdi yaşayış evinin tikilməsinə icazə verilmiş, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə İmişli rayonu, P.Həsənov küçəsi ev-126-da yerləşən yaşayış evi həyətyanı sahəsi ilə iddiaçıya vəsiyyət edilmişdir. Göründüyü kimi, cavabdeh həmin vaxtlar iddiaçının qardaşı ilə nə rəsmi, nə də faktiki nikah münasibətində olmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və həmin qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhbub qızı izahat verərək bildirmişdir ki, 2003-cü ildə mərhum həyat yoldaşı Əyyam birinci arvadından boşanmışdır. 2006-cı ildə onunla ailə münasibətlərinə daxil olaraq mübahisəli evdə yaşamağa başlamışdır. Fövqəladə Hallar Nazirliyi həmin həyətdə evi 2011-ci ildə onlar üçün tikmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, sözügedən torpaq sahəsindəki tikililər dövlət qeydiyyatına alınmamışdır. Mülkiyyət hüququnu təsdiq edən şəhadətnamədə də iddiaçının adı yoxdur. Qeyd edir ki, həmin torpaq sahəsində yerləşən evdə iddiaçı yaşamır. İddiaçı ailə üzvləri ilə birlikdə başqa bir ünvanda yaşayır. Həmin evdə cavabdeh oğlu Xəyyamla birlikdə yaşayır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Mövqelərini etiraz ərizəsində qeyd etmişdirlər. Cavabdeh hazırda FHN-nin tikdiyi evdə yaşayır. Cavabdeh həmin evə qayınatası Vəli kişi vəfat etdikdən sonra, yəni 2020-21-ci illərdə gələrək evi zəbt etmiş və evin açarlarını dəyişərək iddiaçını evə buraxmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bələdiyyənin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətli və qanunidir. Belə ki, iddiaçıya atası Vəli tərəfindən vəsiyyət edilmiş 0.06 ha torpaq sahəsində 2 ev mövcuddur. Köhnə ev 3 otaqlı olmuş və çiy kərpicdən tikilmişdir. Həmin evi Vəli kişi öz hesabına sökərək orada yeni bir fərdi yaşayış evi inşa etmişdir. Digər ev isə Vəlinin müraciəti əsasında FHN tərəfindən tikilmişdir. Qeyd edir ki, cavabdehin mərhum Əyyamla rəsmi yox, faktiki nikahları olmuş, Vəli kişi onu evə buraxmamışdır. Cavabdeh yalnız qayınatası Vəlinin vəfatından sonra, yəni 2021-ci ildən sonra həmin evə gəlmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirmişdir ki, sözügedən evdən cavabdehin çıxarılmasını istəyir. Onun həmin evdə heç bir əşyası yoxdur. Belə ki, həmin torpaq sahəsi və ev iddiaçıya ataları tərəfindən vəsiyyət olunmuşdur, onlar da buna razılıq vermişdirlər. Hələ atası və qardaşı sağ ikən onlara iddiaçı baxmışdır. Ədalətli məhkəmə qərarı çıxarılmasını xahiş edir. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarı. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı. Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsində yaşamaq üçün heç bir subyektiv hüquqa malik olmadığı üçün iddia təmin edilməlidir. Bunun əksinə olaraq iddiaçı İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsinə xx.xx.2005-ci il tarixli vəsiyyətnamə əsasında subyektiv hüquqlar əldə etmişdir. Belə ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində Babaşov Vəli Qəhrəman oğlunun İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarına və İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna əsasən mülkiyyət hüququ gözləntisi yaranmışdır. Həmçinin cavabdeh tərəfindən subyektiv hüququnun mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. •mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; •iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; Məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna dair çıxarışdan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna yaşayış sahəsi 60 kv.m yardımçı sahəsi 35 kv.m olmaqla fərdi yaşayış evi tiktirməsinə icazə verilmişdir, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evini həyətyanısı ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, vəsiyyət edən Babaşov Vəli Qəhrəman oğlunun mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuş, bundan sonra bu hüquq iddiaçı Babaşova İlhamə Vəli qızına keçmişdir. Yəni yuxarıda qeyd edilən fərman və qanunla dövlət iddiaçının yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X17 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X1rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. İşin hallarından göründüyü kimi Babaşov X7 rayonu, P.Həsənov küçə si, ev 126-da yerləşən yaşayış evini həyətyanı ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir. Babaşova İlhamə Vəli qızı mirası qəbul etmiş və İmişli rayonu, P.Həsənov küçəsi, ev 126da yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisinə çevrilmişdir. İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı X5 mərhum qardaşının həyat yoldaşıdır. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsası yoxdur. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən iki hüquq mənbəyi mövcuddur. Bunlardan biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər. Digər hüquq norması isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsidir. Həmin normada isə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Baxılan mübahisəyə bu normalardan hansının tətbiq edilməli olması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni məsələ ilə bağlı hüquq münasibətlərini tənzimləyən yuxarıdakı normalar arasında yaranan kolliziyanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında araşdıraraq bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi cavabdeh mübahisəli yaşayış sahəsinə 2007-ci ildə köçmüşdür. Həmin vaxt yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına baxmayaraq, fərdi yaşayış evi iddiaçının sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir. Bu halda iddianın maddi-hüquqi əsasını Mülki Məcəlləsinin 228.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarında isə izah etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində Babaşova İlhamə Vəli qızının gözlənilən mülkiyyət hüququ mövcuddur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur. Tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Yəni cavabdehin mübahisəli fərdi yaşayış evi ilə bağlı istifadə hüququ yaranmamış, iddianın rədd üçün heç bir maddi hüquqi əsas yoxdur. Şikayətin dəlili ondan ibarətdir ki, o, iddiaçıya vəsiyyət edilmiş evdə yaşamır,həmin ev boşdur. O, övladı ilə birlikdə həmin həyətdə AR Fövqəlada Hallar Nazirliyi tərəfindən onların yaşamaqları üçün tikilmiş ikiotaqlı evdə yaşayır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, İmişli Şəhər XDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir. Daha sonra İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna dair çıxarışa əsasən Babaşov Vəli Qəhrəman oğluna yaşayış sahəsi 60 kv.m yardımçı sahəsi 35 kv.m olmaqla fərdi yaşayış evi tiktirməsinə icazə verilmiş və burada fərdi yaşayış evi tikilmişdir. Çiy kərpicdən ev qəzalı vəziyyətə düşdüyünə görə 2011-ci ildə İmişli rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə həmin həyətdə ikinci bir ev tikilmişdir. İkinci evin tikilməsinin hüquqi əsasını vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2022-ci il tarixli 115 nömrəli çıxarış təşkil edir. Göründüyü kimi həmin həyətyanı torpaq sahəsi Babaşov Vəli Qəhrəman oğluna verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsin üzrə nümayəndəliyinin 05 mart 2025-ci il tarixli, 5-53-12-1/2-34/2025 saylı məktubunda bildirilmişdir ki, Cavabdeh Məhbub qızı 2006-cı ildən, oğlu X11 isə 2008-ci ildən İmişli şəhəri P.Həsənov küçəsi ev 126 saylı ünvanda yaşayırlar. Həmçinin həmin ünvanda mərhum Babaşov Vəli Qəhrəman oğluna 2010-cu ildə sel daşqınları və qrunt sularının qalxması nəticəsində mişar daşından iki otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa iddiaçı X2 rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsinə xx.xx.2005-ci il tarixli vəsiyyətnamə əsasında subyektiv hüquqlar əldə etmişdir. Belə ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində Babaşov Vəli Qəhrəman oğlunun İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarına və İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna əsasən mülkiyyət hüququ gözləntisi yaranmışdır. Daha sonra işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə sorğu verilmiş, həmin sorğuda həmin fərdi yaşayış evinin zədələnmiş əvvəlki fərdi yaşayış evinin parametrlərinə və otaqların sayına görə, yoxsa orda yaşayan ailə üzlərinin sayına görə inşa edilməsi, həmçinin həmin fərdi yaşayış evinin tikilməsi üçün müraciət edən şəxslərin siyahısı barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyətinin 11 mart 2025-ci il tarixli, 5- 53-2/2-256/2025 saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 126 ünvanında yerlənən 0.06 ha torpaq sahəsində Babaşov Vəli Qəhrəman oğluna 2010-cu ilin yaz aylarında İmişli rayonu ərazisində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması çərçivəsdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 2(iki) otaqlı fərdi yaşayış evi tikilib təhvil verilmişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 11 mart 2025-ci il tarixli, 3-18-2/2-2698/05 saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 126 üvanında yerləşən Babaşov Vəli Qəhrəman oğluna məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən vətəndaşa zədələnmiş evin parametrlərinə uyğun birtipli layihə əsasında yeni fərdi yaşayış evi tikilmişdir. Həmin məlumata əlavə edilmiş aktdan görünür ki, Evi tikilib təhvil verilən şəxslər siyahısında Babaşov Vəli Qəhrəman oğlunun adı qeyd edilmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi qəzalı vəziyyətə düşməmişdən əvvəl iki otaqlı ev olmuşdur. Babaşov Vəli Qəhrəman oğlunun müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş fərdi yaşayış evi də iki otaqdan ibarətdir. Bu da onu deməyə əsas verir ki, mübahisəli iki otaqlı fərdi yaşayış evinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən apelyatorun və ailəsinin yaşaması məqsədilə tikilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə görə də torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu isə o deməkdir ki, torpaq sahəsinə mülkiyyət hüququ olan iddiaçının orada olan evə də gözlənti hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73- cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 iyun 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, son zamanlar qanunverici tərəfindən istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük verilir. Yəni iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh isə apellyasiya şikayətinin əsaslandırmamış, şikayət formal mülahizələrə əsaslanmış, şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-429/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-429/2025
13.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver