Məhkəmə qərarları › İş №2(106)-432/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-432/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-432/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu verilmiş apellyasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi İddiaçı (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon Ağbulaq adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən ərizəçi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair rəsmi ərizəsini məhkəməyə təqdim edərək xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işləməyi ilə bağlı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul olunmuşdur. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1963-cü ildə Laçın rayon Leninkənd kəndində anadan olmuş,1986-ci il tarixdə nikaha daxil olmuş və xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Ağbulaq kəndi ərazisində yaradılmış “Ağbulaq” adına kolxozda fəhlə işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Ağbulaq obasında məskunlaşmış, xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi müddət əmək kitabçasına qeyd edilmiş, lakin Laçın rayon Ağbulaq kəndində fəaliyyət göstərmiş “Ağbulaq” adına kolxozda fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası və kolxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda işlədiyinə dair arxiv arayışı verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Hazırda pensiya yaşına çatmış, lakin ona əmək pensiyası təyin edilməmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon “Ağbulaq” adına kolxozda işlədiyi illərə dair məlumatın əmək kitabçasında olmaması ilə əlaqədar əmək stajının cəmi 20 il 07 ay təşkil etməsi səbəbindən ona yaşa görə əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Kolxozda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1986cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, 1978- 1980-ci illər ərzində Laçın rayon Ağbulaq kolzunda mexanizator köməkçisi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə kimi Laçın rayon “Ağbulaq” adına kolxozda traktorçu, xx.xx.1983-cü ilən xx.xx.1992-ci ilə kimi ekskvatorçu və traktorçu işləmişdir. Ərizəçi İddiaçı onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın rayon Ağbulaq adına kolxozda kolxozçu və sürücü işləmişdir. Ərizəçi İddiaçı onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi və xx.xx.1975-ci ildən xx.xx.1999-cu ilə kimi Laçın rayon “Ağbulaq” adına kolxozda kolxozçu işləmişdir. Ərizəçi İddiaçı onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləmişdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: C.İbrahimov), ərizənin təmin edilməsi, ərizəçi İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, “Ərizəçi Laçın rayonunun işğal olması və buna görə də sənədlərini ala bilməməsini qeyd etsə də, Laçın rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Belə ki, müvafiq qeydlərin olmaması ərizəçinin iradəsindən asılı olan səbəb idi. İddiaçı 1986-cı ilə aid qeydin hansı səbəbdən əmək kitabçasında olmamasını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022ci il tarixli qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Ərizəçi tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialın nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsi, Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı 30 mart 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə məlumat verilməsinə baxmayaraq, ərizəçi İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun apelyasiya şikayətinin dəlilləri həddində Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanunu; Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiaysı sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək, şikayətində Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apelyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apelyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 372-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin sübutları, işin (mübahisənin) faktiki halları halları arasındakı ziddiyyətləri düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin həqiqi hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Maraqlı şəxsin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Ərizəçi Laçın rayonunun işğal olunması və buna görə də, sənədlərinin ala bilməməsini qeyd etsə də, Laçın rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Belə ki, müvafiq eydlərin olmamması ərizəçinin iradəsindən asılı olan səbəb idi. İddiaçı 1986-cı ilə aid qeydin hansı səbəbdən əmək kitabçasında olmamasını əsaslandırmamışdır. birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Laçın Rayon İcra Hakimiyyəti başçısının Ağbulaq kənd üzrə icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 102 saylı arayışından və vəsiqələrin surətindən görünür ki, İddiaçı məcburi köçkündür və hal-hazırda Ağcabədi rayon Taxta körpü qəsəbəsi Ağbulaq obasında yaşayır. İş materiallarında olan X5, X6 və X2 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Ağbulaq kəndi üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, ərizəçi İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fasiləsiz olaraq işləmişdir. İş materiallarında olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyaiar üzrə X4 regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən xx.xx.1999-cü il tarixli ******* saylı əmək kitabçasının surətinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına asasən ərizəçinin sığorta stajı 20 il 7 ay təşkil edir ki, qanunla tələb olunan 25 ildən azdır. Eyni zamanda 01.01,2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5 il 10 ay sığorta stajına uyğun olaraq 4321.83 manat, xx.xx.2006-cı il tarixindən pensiya yaşı tamam olan xx.xx.2020-ci il tarixinədək 8137.30 manat olmaqla, ümumilikdə 12459.13 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirirlər ki, xx.xx.1999-cu il tarixində ərizəçinin adına tərtib olunmuş ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu ilədək Laçın rayon Ağbulaq kolxozunda əmək fəaliyyəti dövründə yalnız 1992-ci ilin may-iyun ayları üzrə əmək haqqı hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyi üçün ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirirlər ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən aktiv əmək müqaviləniz (işəgötürən Laçın Rayon Təhsil Şöbəsi) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən ərizəçiyə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu İddiaçı izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli etirazın məzmunundan görünür ki, icraatda olan 2(047)-622/2022 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi İddiaçı iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Bu məqama digər tərəfdən yanaşdıqda həmin dövrdə, eyni kolxozda işləmiş şahidlərin müvafiq sənədləri mövcuddursa, ərizəçi İddiaçı hər hansı sənədinin olmaması mümkünsüzdür. Qeyd edilənlərə əsasən ərizəçi İddiaçı 2(047)-622/2022 nömrəli iş üzrə ərizəsinin rədd edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2022-ci il tarixli 53/2-1 nömrəli məktubundan və Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 43 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Laçın rayon Ağbulaq kəndində daimi qeydiyyatda olan İddiaçı işləmiş olduğu Laçın rayon Ağbulaq adına kolxozun 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin kolxozun Laçın rayonun Ağbulaq kəndində olan idarə binasında qalmışdir. İş materiallarında olan Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 53 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Laçın rayon Ağbulaq kolxozunun arayış xarakterli arxiv sənədlərinə əsasən İddiaçı 1992-ci ilin may ayının əmək haqqı cədvəlinə əsasən 229 manat əmək haqqı, 53 manat isə 30 faiz yüksəkliyə görə əmək haqqına əlavə olunmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X5 xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi Laçın rayon Ağbulaq kolxozunda mexanizator köməkçisi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə kimi Laçın rayon “Ağbulaq” adına kolxozda traktorçu və xx.xx.1983-cü ildən xx.xx.1992ci ilə kimi isə həmin kolxozda ekskvatorçu və traktorçu işləmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X6 xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın rayon Ağbulaq adına kolxozuda kolxozçu və sürücü işləmişdir. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)- 501/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, şahid X2 xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi və xx.xx.1975-ci ildən xx.xx.1999-cu ilə kimi Laçın rayon “Ağbulaq” adına kolxozda kolxozçu işləmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi İddiaçı xx.xx.1963-cü ildə Laçın rayon Leninkənd kəndində anadan olmuş,1986-ci il tarixdə nikaha daxil olmuş və xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Ağbulaq kəndi ərazisində yaradılmış “Ağbulaq” adına kolxozda fəhlə işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Ağbulaq obasında məskunlaşmış, xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi müddət əmək kitabçasına qeyd edilmiş, lakin Laçın rayon Ağbulaq kəndində fəaliyyət göstərmiş “Ağbulaq” adına kolxozda fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası və kolxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1986cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda işlədiyi illərin iş stajı kimi müəyyən edilməsini xahiş edir və ərizənin əsası kimi onunla birlikdə işləyən şəxslərin olmasına istinad edir. Birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin edərkən məhz ərizəçi tərəfindən təqdim olunan şahid ifadələrinə əsalanmışdır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiaysı sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən ərizənin təmin edilməsinə əsas olan mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi X8 xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləməsi ilə bağlı sənədləri üzrlü səbəbdən təsdiq edə bilməmişdir. Aydın deyil ki, burada üzrlü səbəb kimi hansı hal nəzərdə tutulmuşdur. Ərizəçi iddia ərizəsində də qeyd edir ki, 1986-cı ildən Laçın rayonu “Ağbulaq” kolxozunda fəhlə kimi əmək əmək faəliyyətinə başlamış, lakin onun əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddətə olan əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapsa da, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr Laçın işğal olunduğuna görə Lçın rayonunun “Ağbulaq” kolxozunun əmr kitabları arxivə təhvil verilməmiş, həmçinin əvvəlki əmək kitabçası Laçın rayonunun “Ağbulaq” kəndində qalmışdır. Göründüyü kimi sığortaolunanların sosial sığorta stajı əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri bərpa etmək mümkün olmadıqda məhkəmə qaydasında müəyyən olunur. Ərizəçinin əmək kitabçası mövcuddur və onun əmək kitabçasında Laçın rayonu “Ağbulaq” kolxozunda (ərizəsinə əsasən) fəhlə kimi işə qəbulu xx.xx.1992-ci tarixə tarixə təsədüf edir. Fəhlə kimi xx.xx.1992-ci tarixdən işə qəbul olunmasının yazılması ona dəlalət edir ki, ərizəçi həmin müssisədə ilk dəfə işə başlamış və ona məhz həmin tarixdən əmək kitabçası açılmışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsində qeyd etdiyi Laçın rayonu işğal olunması əsası ilə işlədiyi illərin əmək kitabçasında olmaması və iş illərinin təsdiqi barədə “Ağbulaq” kolxozunun əmr kitablarının arxivə verilməməsi və kolxozun idarə binasında qalması dəlili ilə razılaşmışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, əgər ərizəçi həqiqətən ərizəsində qeyd etdiyi kimi 1986-cı ildən Laçın rayonu “Ağbulaq” kolxozunda işləmişdirsə, onda nə üçün ona məxsus əmək kitabçasında Laçın rayonu işğaldan əvvəlki illərin əmək kitabçasında qeydiyyatı aparılmamış, əksinə Laçın rayonu (Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdur) işğal olduqdan sonra yəni xx.xx.1992-ci il tarixdə əmək kitabçasında “Ağbulaq” kolxozunda fəhlə kimi işə qəbul olunması qeydi aparılmışdır. Bundan başqa ərizəçi ərizəçi X3 xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləməsini təsdiq edən şahidlərin həqiqətən həmin müəssədə işləmələri barədə əmək kitabçası olduğu halda ərizəçi İddiaçı həmin müəssisədə işlədiyi halda əmək kitabçasını ala bilməməsi, onunla birlikdə işləmələrini təsdiq edən şahidlər əmək kitabçasında işə qəbul və iş fəaliyyəti dövründə əmri imzalayan direktorunun adı və soyadı fərqli olmuşdur. Bu isə ona dəalət edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamiş və gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. O, ki, qaldı ərizəçinin həqiqətən iddia etdiyi illərdə Laçın rayonu “Ağbulaq” kolxozunda fəhlə işləməsinə baxmayaraq əmək kitabçası ala bilməməsinə kollgiya bu halı da inandırıcı hesab etmir. Məhkəmə kollegiyası yekun olaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin “Beləliklə ərizənin təmin olunmasını, yəni İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Ağbulaq” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilmədir” qənaətinə gəlməsi düzgün olmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin maddi və prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması barədə dəlili əsaslıdır. Hazırkı mülki iş üzrə prosessual hüquq normasının pozulması nəticəsində düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir ki, bu da gəlinən nəticənin apelyasiya qaydasında ləğvi üçün əsasdır. Odur ki, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)622/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon Ağbulaq adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar