Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-434/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X2, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin direktoru Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı “əmrin ləğv olunması, işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-328/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan 00*0554 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 0*.09.2006cı ildən Çünzəli kənd orta məktəbində ixtisas üzrə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş, *5.0*.20**-ci ildə iş yeri Göytəpə şəhəri tam orta məktəbinə dəyişdirilmiş, 25.04.20*7-ci il tarixdə Göytəpə şəhəri * saylı tam orta məktəbin direktoru səlahiyyətlərini icra etməyə başlamış və 27.**.2027-ci il tarixindən Göytəpə şəhəri * saylı tam orta məktəbin direktoru səlahiyyətlərinin icrası İddiaçı götürülmüşdür. 068486* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən *8.09.2022-ci ilədək ambulator müalicədə olmuşdur. Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinin 06.*0.202*-ci il tarixli *60 nömrəli əmrindən çıxarışdan görünür ki, məkəbin ali təhsilli ingilis dili müəllimi İddiaçı 06.*0.202*-ci ildən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, işəgötürən Cəlilabad Rayon Təhsil Şöbəsi ilə işçı İddiaçı arasında bağlanmış əmək müqaviləsinə *6.09.2022-ci il tarixdə Əmək məcəlləsinin 70-ci maddəsinin “ ç ” bəndi ilə xitam verilmişdir. *6.09.2022-ci il tarixli aktdan görünür ki, Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin sabiq direktor müavini İddiaçı işdən çıxarılması ilə bağlı əmrin surəti ona təqdim edilmiş, lakin onun tərəfindən qəbul edilməsindən imtina edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı *6.09.2022-ci il tarixdə Göytəpə şəhəri * saylı tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 444 manat müəyyən edilmişdir. Əlavə olunmuş V.Mürsəlov adına Göytəpə şəhəri * saylı tam orta məktəb ilk Həmkatlar Təşkilatının *3.09.2022-ci il tarixli *3 nömrəli protokolundan çıxarışdan görünür ki, iclasda məktəbin direktor müavini İddiaçı tutduğu vəzifədən azad edilməsi qərara alınmışdı. Cəlilabad rayon prokurorluğunun 28.0*.2023-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, Cəlilabad rayon Göytəpə şəhər sakini X* Göytəpə şəhəri * nömrəli tam orta məktəbdə texniki işçilərin işə gəlməməsi və məktəbin direktoru İddiaçı işlədiyi dövrdə fəaliyyətində bir sıra qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon rokurorluğuna daxil olmuş müraciəti üzrə araşdırma aparılmış və fakta görə Azərbaycan Respublikası CM-in *79.2.3 və 308.*-ci maddələri il cinayət işi başlanmışdır. *6.09.2022-ci il tarixdə işdən azad edilməsi ilə bağlı əmrin surəti həmin tarixdə ona təqdim edilməsinə baxmayaraq, İddiaçı tərəfindən əmrin surətinin qəbul edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğv olunması, işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin *6 sentyabr 2022-ci il tarixli əmrinin ləğv edilməsinə, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, 20**-ci ildən etibarən Cəlilabad rayonu Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbində ingilis dili müəllimi vəzifəsində işləmişdir. 06.*0.202*-ci il tarixdən isə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilmişdir. Məktəbin direktoru səlahiyyətlərini icra edən təhsil sektorunun metodisti Ərəstun Vəliyevin müqaviləsinə xitam verildiyi üçün 2022-ci ilin iyun ayınadək Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin direktor əvəzi işləmişdir. Hazırda həmin məktəbdə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsində işləyir. Məktəbin (direktor əvəzi X6) *6.09.2022-ci il tarixli əmrinə əsasən Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşlarının guya vətəndaş müraciəti adı altında yoxlamalarının nəticəsi olaraq qəbul edilmişdir. Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin (direktor əvəzi X3) barəsində verilmiş əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinə və X5 konvensiyalarına ziddir, əsassızdır və qanunsuzdur. Əmrin əsassızlığı və qanunsuzluğu onunla izah olunur ki, Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin barəsində (iddiaçının) vermiş olduğu *6 sentyabr 2022-ci il tarixli əmri verilərkən o (iddiaçı) əmək qabiliyyətini müvəqqəti itirmiş və ev şəraitində müalicə olunmuşdur. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabietinin *5 sentyabr *998-ci il tarixli *89 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada kliniki tibbi mərkəz tərəfindən verilmiş 068486* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi məktəbin rəhbərliyinə tərəfindən təqdim edilmiş, lakin qərəzli olaraq qəbul edilməmişdir və qəbul edilməməsi barədə ona rəsmi heç bir məlumat verilməmişdir. Həmçinin, *6 sentyabr 2022-ci il tarixli əmri ona (iddiaçıya) rəsmi qaydada təqdim edilməmişdir. Direktor əvəzi təyin edilməsinə baxmayaraq onunla (iddiaçı ilə) heç bir əmək müqaviləsi bağlanmamış, qüvvədə olan əmək müqavilələrində isə onun heç bir razılığı olmadan müxtəlif vaxtlarda dəyişikliklər edilmişdir. Əmək müqaviləsinin olmaması və əmək müqaviləsində dəyişikliklər edilməsi əmək mübahisəsi yaranan vaxtdan ona (iddiaçiya) məlum olmuşdur. Həmçinin, məktəbdə aparılan yoxlamalar bitdikdən sonra barəsində hər hansı intizam tənbehi veriləcəkdisə * ay müddətində verilməli olduğu halda bir neçə ay sonra verilmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtlərinin, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətlərinə girən tərəflərin iradəsi əsasında razılaşdırılmaqla müəyyən olunur. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayoun Göytəpə şəhəri V.Mürsəlov adına * nömrəli tam orta məktəbin *5 sentyabr 2022-ci il tarixli əmrinin ləğv edilməsinə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə* iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı Cəfərov X4 şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbində direktor müavini işlədiyi dövr ərzində yol verdiyi ciddi nöqsanlara, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə *6 sentyabr 2022-ci il tarixdən direktor müavini kimi əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçı Cəfərov X4 şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbində işlədiyi dövr ərzində yol verdiyi ciddi nöqsanlara, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə onun barəsində Cəlilabad rayon Prokurorluğunda ilkin araşdırma aparılır. *6 sentyabr 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, həmin gün *6 sentyabr 2022-ci il tarixdə əmrin surəti İddiaçı təqdim edilsə də o əmrin surətini almaqdan imtina etmişdir. Eyni zamanda elektron sistemdə direktor müavini kimi fəaliyyətinə xitam verilmişdir. İddiaçı funksional (direktor müavini) vəzifəsini icra etmədiyindən buna mütənasib olaraq əmək haqqını almaması bir daha göstərir ki, İddiaçı direktor müavini kimi fəaliyyətinə xitam verilməsini 2022-ci ilin sentyabr ayında bilmişdir. 3*.*0.2022-ci il tarixdə Lənkəran * saylı Mediasiya Təşkilatına müraciət etmiş, *5.**.2022-ci il tarixdə ilkin Mediasiya Sessiyasından müvafiq arayış almışdır. Lakin *2.*2.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Qalib Paşayev) 2(073)-328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqı və işə bərpa tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 7*-ci maddəsinin 2-ci bəndinə, Mülki Məcəlləsinin 372.2-ci, 375.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin *4.2, 77.*-ci, 2*7.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, *6.09.2022-ci il tarixdə işdən azad edilməsi ilə bağlı əmrin surəti həmin tarixdə ona təqdim edilməsinə baxmyaraq, İddiaçı tərəfindən əmrin surətinin qəbul edilməsindən imtina edilmişdir. Bundan başqa, məhkəmə iddiaçının Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin barəsində (iddiaçının) vermiş olduğu *6 sentyabr 2022-ci il tarixli əmri verilərkən əmək qabiliyyətini müvəqqəti itirməsi və ev şəraitində müalicə olunması ilə bağlı izahatına tənqidi yanaşır. Belə ki, iş materiallarına əlavə edilmiş Cəlilabad rayon Göytəpə şəhər * saylı tam orta məktəbi üzrə 0*-*4 sentyabr və *5-30 sentyabr ayı üçün əmək haqqı tabelindən görünür ki, İddiaçı həmin tarixlərdə işdə olmuş və ona əmək haqqı hesablanmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. O, qətnamə qəbul olunan zaman ümumiyyətlə qətnamədən məlumatı olmamış, qətnamədə məhkəmə iclasında elan olunmamış, elektron məhkəmə sistemində videoçəkiliş olmamış və məhkəmə araşdırması aparılmadan mənim iştirakım olmadan qətnamə qəbul edilmişdir. Qətnamədə qəbul olunan zaman onun barəsində hökm çıxmamış, hökm qanuni qüvvəyə minməmiş, sadəcə fakt üzrə cinayət işin başlanmışdır, belə olan halda məhkəmə həmin sübuta istinad edərək onun işdən çıxarılmasını qanuni hesab edə bilməzdi, onun əmək funksiyalarını pozulması barədə hər hansı sübut işdə mövcud deyildir, həmçinin, o, işdən azad olunarkən bülletendə olmuş,əmək qabiliyyətinin itirilməsi barədə sənədi direktora təqdim etmişdir, lakin qanunsuz olaraq işdən azad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, işdən azad edilməsinə dair cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Belə ki, iddiaçı əmr verilən zaman bülletendə olmuşdur. 2* sentyabr 2022-ci il tarixdə o, artıq işdən çıxarıldığını bilmişdir, lakin əmrin surətini isə 2* oktyabr 2022-ci il tarixdə almış, daha sonra mediasiyaya müraciət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçını qərəzli olaraq işdən çıxarmağa çalışmışlar. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbin direktoru Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edərək, izahatında bildirdi ki, əmrin iddiaçıya verilməsi barədə akt tərtib edilmişdir. Bundan başqa, işçinin işdən çıxarılma barədə əmri qanuni olmuşdur, yoxlama aparılmış və iddiaçının əmək funksiyalarının icrasında ciddi nöqsanlar aşkar edilmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 42.*-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. 296-cı maddəsinin *-ci bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*.-ci maddəsinə əsasən Hər bir tərəfa öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.*.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.*.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – *) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Bu baxımdan kollegiya hesab edir ki, ilk növbədə iddia müddəti ilə bağlı məsələ müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq apellyasiya şikayətinin digər dəlillərinə bu kontekstdə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. AR Əmək Məcəlləsi 296.2-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Apellyasiya baxışında İddiaçı izahatında bildirmişdir ki, işdən çıxarılması ona 2* sentyabr 2022-ci il tarixdə artıq məlum olmuşdur. İddiaçı apellyasiya şikayətində onu da qeyd etmişdir ki, məhkəmə işdən azad olunmazdan əvvəl *3.07.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmasını, xx.xx.2022-*8.09-.2022-ci il tarixlərdə əmək qabiliyəti olmadığı üçün ev şəraitində müalicə olunmağını və *6.09.2022-ci il tarixdə bülletendə olduğu halda işdən azad olunmasını, Əmək Məcəlləsinə əsasən işçi bülletendə olduğu halda işdən azad olunmasının mümkün olmamasını aydınlaşdırmamışdır. İş materiallarının 85-ci vərəqində olan cavabdeh tərəfindən verilmiş iddiaya ərizəsinə etirazın məzmunundan müəyyən edilir ki, İddiaçı 3*.*0.2022-ci il tarixdə Lənkəran * saylı Mediasiya Təşkilatına müraciət etmiş, *5.**.2022-ci il tarixdə ilkin Mediasiya sessiyasından müvafiq arayışı almışdır. Eyni zamanda prosessual müddəti pozmasına baxmayaraq müddətin bərpası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh etirazda AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə istinad etmişdir. Beləliklə, müəyyən edilir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh iddia tələbinə qarşı etirazında baxılan mübahisə üzrə mülki qanunvericiliklə iddia müddətinin * təqvim ayı olmasını göstərmiş, nəticə etibarı ilə iddianın digər əsaslarla yanaşı, həm də bu əsasa görə yekunda rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Nəzərə alınmalıdır ki, iddia müddətinin cavabdehin iddiadan müdafiə vasitəsi olmaqla iddiaçının tələbinin təmin olunmasının qarşısını alır, cavabdeh isə bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir. Yəni iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, həmin müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə-cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil. Qeyd olunanlar onu deməyə əsas verir ki, qanunverici məhkəmə tərəfindən iddia müddətinin tətbiqinin yalnız cavabdehin verdiyi ərizə əsasında mümkün olduğunu qeyd etməklə, cavabdehin bununla bağlı yazılı şəkildə ifadə edilmiş iradə ifadəsi olmadan iddia müddətini tətbiq etməklə iddiaçının tələblərini məhkəmə qaydasında müdafiə etmək imkanından məhrumunun edilməsinin qarşısını almağa xidmət edir. Başqa sözlə, burada əsas məsələ cavabdehin iddia müddətinin tətbiqinə dair iradəsinin yazılı şəkildə ifadə edilməsindən ibarətdir. Maddənin məzmunda bununla bağlı ərizə verilməsinin nəzərdə tutulması da, əslində iradə ifadəsinin yazılı olmasına işarədir. Əks yanaşma, yəni cavabdehin iddia müddətinin tətbiqi barədə ayrıca ərizə vermədiyi, lakin təqdim etdiyi digər prosessual sənədlərdə (etiraz, yazılı izahat, qarşılıqlı iddia ərizəsi, apellyasiya şikayəti və s.) bu barədə iradəsini ifadə etdiyi halda, hazırkı işdə olduğu kimi məhkəmələrin ayrıca ərizə verilməməsi əsası ilə, iddia müddətini nəzərə almamaları (yoxlamamaları) maddənin məzmununa olduqca hərfi yanaşma olmaqla, qanunvericinin məqsədinə və cavabdehin iddiadan müdafiə olunmaq hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olardı. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə *996-cı il 22 oktyabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, “.....iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 200*-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 20*3-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən (2*.09.2022-ci il tarixindən) etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, *6.*2.2022-ci il tarixdə müraciət edərək qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddiaçı tələbini əsaslandırdığı halllarda əmrin surətini sonradan əldə etməsi kimi faktlara əsaslansa da, məhkəmə qeyd olunanları əsaslı hesab etmir. Belə ki, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, iddiaçının hüququnun pozulmasını 2* sentyabr 2022-ci il tarixdə məlum olmuşdur . Qeyd olunan faktiki hallar, onu deməyə əsas verir ki, iddiaçı öz hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini həmin zaman bildiyinə görə o andan da iddia müddətinin axımı başlamışdır və * ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, *6.*2.2022-ci tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə haqlı olaraq iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.*-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. İddiaçı iddia müddətini ötürməmiş olmasını işdən çıxarılması barədə əmrdən xəbərdar olmaması və əmək kitabçasının ona vaxtında təqdim edilməməsi ilə əsaslandırsa da, kollegiya onun bu arqumentini əsaslı hesab etmir; Bu qənaətə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E. Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi qənaət çərçivəsində kollegiya, onun irəli sürdüyü digər dəlillərlə bağlı araşdırma aparmağı zəruri hesab etmir və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.*, *4.2, 88 və 2*7.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-328/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-328/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-434/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-434/2025
05.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver