Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-437/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, torpaq sahəsinə müdaxilənin cavabdehlərə qadağan edilməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1904/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinə müdaxilənin cavabdehlərə qadağan edilməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən 5 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin 3M-307 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçıya DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən A781953 seriya nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin qeyd edilən torpaq sahəsi faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunur və iddiaçı buna etiraz etdikdə, onu hədələyərək torpaq sahəsindən istifadə etməsinə maneələr törədirlər. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1904/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Nuriyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 05 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Ağcabədi rayonunun Şərəfxanlı bələdiyyəsinə məxsus, Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən xx.xx.2022-xx.xx.2042-ci il tarixədək İddiaçı icarəyə verilmiş 5,0 hektar torpaq sahəsinə Cavabdeh1 tərəfindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, torpaq sahəsinə müdaxilə edilməsinin Cavabdeh1 qadağan edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması, iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1904/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağcabədi RİHB-nin xx.xx.1999-cu il tarixli, 389 saylı sərəncamı ilə rayonun bələdiyyə mülkiyyəti üçün nəzərdə tutulmuş torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə 25 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Sonradan Ağcabədi RİHB-nin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamı ilə həmin torpaq sahəsinin 20 ha hissəsi təkrar onun istifadəsində saxlanılmışdır. Ağcabədi RİHB tərəfindən verilmiş hər iki sərəncam eyni torpaq sahəsinə aiddir. Bundan sonra, o, həmin torpaq sahəsini qanunvericiliyə uyğun istifadə edərək orada müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşdur. Həmin sərəncamlar verilənədək hazırkı torpaq sahəsindən mərhum atası X2 “Səttar” X7 yaradaraq istifadə etmişdir. Bu faktı X1 İstismarı İdarəsi tərəfindən 1998-ci ildə bağlanmış müqavilədən də görmək olar. 2014-cü ildə iddiaçı Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsi tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə Ağcabədi RİHB-yə qarşı (Cavabdeh1 və Hindarx bələdiyyəsi 3-cü şəxs qismində cəlb olunmaqla) “Ağcabədi RİHB-nin xx.xx.1999-cu il tarixli, 389 saylı; xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamlarının və xx.xx.2004-cü il tarixli aktın ləğv edilməsi barədə” iddia tələbi ilə müraciət olunmuşdur. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, məhkəmənin 16 may 2014-cü il tarixli, 2-1(86)-149/2014 saylı qərardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan iddiaçı və üçüncü şəxslər tərəfindən şikayət verilməmiş, sözügedən qərardad qanuni qüvvəsini almışdır. Lakin Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsi tərəfindən 3M-307 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsinin 5 hektarı İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2042ci il tarixədək icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışla rəsmiləşdirilmişdir. Ağcabədi RİHB-nin xx.xx.1999-cu il tarixli, 389 saylı; xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamları və xx.xx.2004-cü il tarixli aktı qüvvədə olmasına baxmayaraq, həmin sənədlər əsasında qanuni istifadəsində olan torpaq sahəsi Şərəfxanlı bələdiyyəsi tərəfindən icarəyə verilərkən cavabdehin həmin torpaq sahəsinin faktiki istifadəçisi olduğu nəzərə alınmalı və torpaq sahəsi ilk növbədə ona təklif olunmalı idi. Torpaq ayrılması ilə bağlı RİHB-nin sərəncamlarından və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2014cü il tarixli, 2-1(86)-149/2014 saylı qərardadından bələdiyyə orqanının məlumatı olduğu nəzərə alınsa, bələdiyyə mübahisəli torpaq sahəsini ilk növbədə Cavabdeh1 təklif etməli idi. Göründüyü kimi, torpaq sahəsi icarəyə verilərkən, həmin torpaq sahəsinin əvvəl Cavabdeh1 atasının, sonradan isə qanuni əsaslarla onun istifadə olması nəzərə alınmamışdır. Həmin torpaq sahəsi icarəyə verilərkən ərazi pambıq əkini altında olmuşdur. Odur ki, mövcud qanunvericiliyin tələbinə uyğun olaraq sözügedən torpaq sahəsi müsabiqə yolu ilə icarəyə verilərkən ilk növbədə Cavabdeh1 təklif olunmalı idi. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olması nəzərə alınmamış, uzun illərdir ki, aqrotexniki qulluq göstərdiyi, əkibbecərdiyi torpaq sahəsi qanunsuz yolla digər şəxslərin icarəsinə verilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəfə qanunsuz olaraq çıxarış verilmişdir. Belə ki, Ağcabədi RİHB-nin 45 nömrəli, 19 aprel 2004-cü il tarixli sərəncamı ilə Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 20 hektar torpaq sahəsi onun qanuni istifadəsindədir. Apellyasiya məhkəməsinin 01 mart 2023-cü il tarixli iclasında iştirak etmiş üçüncü şəxs Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin nümayəndəsi (sədri) X6 çıxış edərək bildirmişdir ki, mübahisəli 5,0 ha torpaq sahəsi Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2022-ci ildən xx.xx.2042-ci ilədək İddiaçı icarəsinə verilmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 tərəfindən həmin teleqrama hər hansı təsdiqedici sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və məzmunundan aydın olur ki, Cavabdeh1 qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmək istəmiş, lakin texniki səhvə yol verilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edilmiş, yəni cavabdehlərdən yalnız Cavabdeh1 aid hissədə iddia təmin olunmuş, Cavabdeh2 aid hissədə isə təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, yüklü edilən əmlakın reyestr nömrəsi **********14 olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olan Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən 5,0 ha ehtiyat fondu torpaq sahəsinin Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusunun 3M-307 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2022-ci ildən xx.xx.2042-ci ilədək İddiaçı icarəsinə verilməsi xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə A781953 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İşdəki Ağcabədi RİHB-nin xx.xx.1999-cu il tarixli, 389 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncamla rayonun Hindarx kənd sakini Cavabdeh1 13 oktyabr 1999cu il tarixli ərizəsinin nəzərə alınması, rayonun ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən 25 hektar torpaq sahəsinin Hindarx kənd sakini Cavabdeh1 istifadəsinə verilməsi qərara alınmışdır. İşdəki A.Süleymanov, Ş.Abbasov və Cavabdeh1 tərəfindən tərtib edilərək imzalanmış aktın surətindən görünür ki, rayonun Hindarx kənd sakini Cavabdeh1 Ağcabədi RİHB-yə ərizə ilə müraciət edərək onun əvvəllər istifadəsində olan 20 hektar torpaq sahəsinin ona verilməsini xahiş etmişdir. Həmin məqsədlə tələb olunan torpaq sahəsinə naturada baxış keçirilmiş, Hindarx kəndinin əvvəllərdən istifadəsində olmuş 20 hektar torpaq sahəsinin Cavabdeh1 verilməsini məqsədəmüvafiq hesab edilmişdir. İşdəki Ağcabədi RİHB-nin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının surətindən görünür ki, rayonun Hindarx kənd sakini Cavabdeh1 ərizəsi nəzərə alınaraq Hindarx kəndinin istifadəsində olmuş 20 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsi, komissiya tərəfindən təsdiq edilmiş aktın təsdiq edilməsi qərara alınmışdır. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıda qeyd olunanlar müəyyən edilmişdir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2) Ağcabədi RİHB-nin 45 nömrəli, 19 aprel 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmiş Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 20,0 ha torpaq sahəsinə dair yerquruluşu planı təqdim edilmədiyi üçün qeyd edilən 20 ha torpaq sahəsinin sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisəli ərazidə yerləşən Cavabdeh1 faktiki istifadəsində olan 44,33 ha torpaq sahəsinin hüdudları naturada ölçülmüşdür. 3) Qərardadın 2-ci sualında qeyd edilən səbəblərə görə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsi ilə Ağcabədi RİHB-nin 45 nömrəli, 19 aprel 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmiş Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 20,0 ha torpaq sahəsinin sənəd üzrə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. 4) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 29828 nömrəli qəbzin surətindən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 135 manat xidmət haqqı Cavabdeh1 tərəfindən ödənilmişdir. İşdəki 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7276 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2) Ağcabədi RİHB-nin 45 nömrəli, 19 aprel 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmiş Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 20,0 ha torpaq sahəsinə dair yerquruluşu planı təqdim edilmədiyi üçün qeyd edilən 20 ha torpaq sahəsinin sərhədlərini və döngə nöqtəsinin koordinatlarını müəyyən etmək, eyni zamanda mübahisəli ərazidə yerləşən Cavabdeh1 faktiki istifadəsində olan 44,33 ha torpaq sahəsinin hüdudları naturada mümkün olmamışdır. 3) Qərardadın 2-ci sualında qeyd edilən səbəblərə görə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsi ilə Ağcabədi RİHB-nin 45 nömrəli, 19 aprel 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmiş Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 20,0 ha torpaq sahəsinin sənəd üzrə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. 4) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayon Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, yüklü edilən əmlakın reyestr nömrəsi **********14 olan Çıxarışla Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olan Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən 5,0 ha ehtiyat fondu torpaq sahəsinin Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusunun 3M-307 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2022ci ildən xx.xx.2042-ci ilədək İddiaçı icarəsinə verilməsi xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə A781953 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İddiaçı həmin torpaq sahəsinin faktiki olaraq cavabdehlər tərəfindən istifadə edildiyini qeyd edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinə müdaxilənin cavabdehlərə qadağan edilməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1904/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 05 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Ağcabədi rayonunun Şərəfxanlı bələdiyyəsinə məxsus, Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən xx.xx.2022-xx.xx.2042-ci il tarixədək iddiaçıya icarəyə verilmiş 5,0 hektar torpaq sahəsinə Cavabdeh1 tərəfindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, torpaq sahəsinə müdaxilə edilməsinin Cavabdeh1 qadağan edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması, iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, mübahisəli torpaq sahəsinin Ağcabədi RİHB-nin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamı ilə onun istifadəsinə verildiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçının Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha mübahisəli torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – TM-in) 48.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. TM-in 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. TM-in 67.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. TM-in 67.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM-in) 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. MM-in 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən 5,0 ha mübahisəli torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və torpaq sahələri üzərində qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verildiyindən, iddiaçı üzərində icarə hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsini MM-in 157.2-ci və 158.2-ci maddələrinin tələblərinə uyğun olaraq özgəsinin qanunsuz sahibliyindən geri tələb etməyə haqlıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun qanunsuz şəkildə əldə edildiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının icarə hüququnu təsdiq edən sənədlərin və dövlət qeydiyyatının etibarlılığı Cavabdeh1 tərəfindən ayrıca qaydada mübahisələndirilməmişdir. Həmin sənədlərin qanuni yollarla əldə edilib-edilməməsinin müəyyən edilməsi isə hazırkı məhkəmə baxışının predmetinə aid deyil. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mübahisənin tam, hərtərəfli və obyektiv həll edilməsi məqsədilə iş üzrə xüsusi bilik tələb edən mübahisəli halların aydınlaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinin və 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7276 nömrəli ekspert rəyinin alınmasını təmin etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7276 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayon Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, Cavabdeh1 tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Ağcabədi rayon Şərəfxanlı bələdiyyəsinin mülkiyyətində olmaqla İddiaçı icarəsinə verilmiş Ağcabədi rayon Şərəfxanlı kəndində yerləşən 5,0 ha torpaq sahəsinin bütünlüklə istifadə olunmasına dair xx.xx.2023cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7276 nömrəli ekspert rəyləri ilə müəyyən edilmiş həmin halı işin hallarına uyğun sayır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 05 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Ağcabədi rayonunun Şərəfxanlı bələdiyyəsinə məxsus, Ağcabədi rayonunun Şərəfxanlı kəndində yerləşən xx.xx.2022-xx.xx.2042-ci il tarixədək iddiaçıya icarəyə verilmiş 5,0 hektar torpaq sahəsinə Cavabdeh1 tərəfindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, torpaq sahəsinə müdaxilə edilməsinin Cavabdeh1 qadağan edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. MPM-in 107-ci, 119.1-ci və 119.5-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədiyindən, mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 135 manat xidmət haqqı onun özünə aid edilməli, 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7276 nömrəli ekspert rəyinin verilməsi üçün 50 manat məbləğində ekspert xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1904/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7276 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspert xərci Cavabdeh1 tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh1 tərəfindən ödənilmiş 135 manat məbləğində xidmət haqqı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-437/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-437/2023
20.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver