Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-44/2024 17.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X23 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1375/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Lənkəran rayonunun Parakənd kəndində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 2010-cu il tarixində Lənkəran rayonunun Parakənd kəndində özü üçün 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin iddiaçıya məxsus olması barədə çıxarış da vardır. Həmin torpaq sahəsini aldıqdan sonra iddiaçı mütəmadi olaraq həmin kəndə gedib torpaq sahəsinə baxmışdır. Həmin torpaq sahəsi tikanlı məftillərlə çəpərə alınmışdır. Təxminən 5-6 ay iddiaçı səhhəti ilə bağlı torpaq sahəsinə gedib-gələ bilməmişdir. Bu yaxınlarda isə yenidən torpaq sahəsinə baxmağa getdikdə görmüşdür ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Cavabdeh onu özünə məxsus torpaq sahəsinin yaxınlığına belə buraxmır. Cavabdeh bildirir ki, bu torpaq sahəsi ona məxsusdur. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsini zəbtdən azad etməsi ilə bağlı müraciət etsə də, cavabdeh buna məhəl qoymamışdır. O, cavabdehin bu qanunsuz və özbaşınalıq hərəkətlərinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1375/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsindən Cavabdeh çıxarılması, iş üzrə ödənilmiş 10,40 manat dövlət rüsumunun və mütəxəssis rəyi üçün ödənilmiş 311 manat pulun İddiaçı özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1375/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Cavabdehə 1998-ci ildə Aqrar İslahat Komissiyası tərəfindən 16 nəfər ailə üzvü ilə birlikdə 2,96 hektar kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin vaxtdan da qeyd edilən torpaq sahəsini əkib becərir və təsərrüfatla məşğul olurlar. İddiaçının iddia qaldırdığı 0,06 ha torpaq sahəsi kənd təsərrüfatı tarla qoruyucu meşə zolağında olmaqla 2006-cı ildə Bakı şəhər sakini X9 qanunsuz olaraq verilmişdir. Həmin torpaq sahəsinin ərazisində kanal və meşə olmaqla yanaşı, Xanbulançay su dəryaçasının əkin sahələrinin suvarılması üçün yeraltı su xətti və eləcə də suötürücü kollektor var. Bundan başqa, həmin ərazidən beynəlxalq əhəmiyyətli rabitə xətti də keçir. Daha sonra, Məhəmməd Əliyev həmin torpaq sahəsində ev tikməyin mümkün olmadığını görüb həmin torpaq sahəsini iddiaçıya 2010-cu ildə satmış və o da həmin torpağa dair çıxarış almışdır. Həmin torpaq sahəsi ilə cavabdehin ailəsinə məxsus torpaq sahəsi ümumiyyətlə bitişik deyil. Həmin torpaqlar arasında digər vətəndaşların torpaq sahələrinə gedən təqribən 4-5 metr enində yol var. İş məhkəmənin icraatında olarkən 24 aprel 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və 16 may 2019-cu il tarixli, 10723 saylı rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, guya mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin bir hissəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşür və 0,06 ha torpaq sahəsinin 0,0126 ha hissəsindən cavabdeh istifadə edir. Hansı ki məhkəmənin ekspertiza təyin edilməsi barədə qərarı və ekspert rəyi cavabdehə təqdim edilməmiş və ünvanına göndərilməməklə həmin rəydən məlumatlı olmamışdır. Daha sonra məhkəmə tərəfindən yenidən 15 iyul 2021-ci ildə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/4255 nömrəli rəyi verilmişdir ki, artıq həmin rəydə göstərilmişdir ki, guya cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0,02 ha hissəsindən istifadə edir və həmin ölçüdə torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. Ekspert rəyləri şübhəli olmaqla, həqiqəti əks etdirmir və ziddiyyətlidir. Belə ki, onların torpaqları bir-birilə bitişik deyil, onları bir-birindən yol ayırır. Bu səbəbdən də cavabdeh müstəqil olaraq "xxxx" MMC-yə sorğu ilə müraciət etmiş və ekspertlərin verdiyi rəy ilə müəyyən edilmişdir ki, cavabdeh heç kimin, eləcə də, iddiaçının torpaq sahəsini zəbt etməmişdir və ümumiyyətlə onların torpaq sahələri bir-birindən aralıda yerləşir. Məhkəmə torpaq sahəsi ilə bağlı ekspertiza təyin etmiş və ekspert rəyi əsasında iddia tələbi üzrə işə baxaraq iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehin iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatətini məhkəmə təmin etməmiş, verilmiş ekspert rəyi ilə kifayətlənmişdir. Məhkəmə hazırkı işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmadan, yarımçıq ekspert rəylərinə əsasən qətnamə qəbul etmiş, cavabdeh tərəfindən təqdim edilmiş rəyə, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2009cu il tarixli, A 233930 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehə və ailə üzvlərinə ayrılmış 2,96 ha pay torpaq sahəsinə dair tərtib edilmiş JN-173 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahələrinin üst-üstə düşməməsi barədə həqiqəti özündə əks etdirən cavabına heç bir əhəmiyyət verməmiş və əsas sübutlardan biri olan sənədi ümumiyyətlə qəbul etməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Eyni zamanda, məhkəmə təqdim etdiyi sübutları özünün qətnaməsində qeyd etməmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında işə baxılmamışdır. Məhkəmə Mülki Məcəllənin 152.1-ci və 152.5-ci maddələrindən iddiaçının xeyrinə istifadə etməklə cavabdehin hüquqlarını pozmuşdur. Qətnamə işin halları tam araşdırılmadan, yarımçıq, yəni işin faktiki hallarını əhatə etməyən ekspert rəyinə əsaslanaraq, cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyini sübut növü kimi qəbul etmədən, iş üzrə həmin halların araşdırılmasından ötrü təkrar ekspertiza təyin etmədən hakimin mülahizəsi əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 iyul 2020-ci il tarixli, **********55 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2009-cu il tarixli, A233930 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehə və ailə üzvlərinə ayrılmış 2,96 ha pay torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-173 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahələrinin üst-üstə düşməməsi barədə həqiqəti özündə əks etdirən cavabına heç bir əhəmiyyət verməmiş və əsas sübutlardan biri olan həmin sənədi ümumiyyətlə qəbul etməmişdir. Apellyasiya məhkəməsinin 15 fevral 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı ekspert mübahisəli torpaq sahəsində heç bir ölçmə işləri aparmamış, özündən rəy vermiş, rəydə heç bir dəqiq məlumat göstərməmiş, torpaq sahəsini cavabdehin hansı istiqamətdə zəbt etdiyini qeyd etməmişdir. İddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsi arasında maşın yolu var. Cavabdeh bildirdi ki, iş üzrə 2 dəfə ekspertiza keçirilsə də, onların hər birində fərqli nəticə müəyyən edilmişdir. Bundan sonra o, müstəqil ekspert çağırıb vəziyyəti araşdırmış, zəbt olunma faktının olmadığını aşkar etmişdir. Apellyasiya məhkəməsinin 17 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun çıxış edərək bildirdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Onun iddiaçının torpaq sahəsindən istifadə etməməsi 30 aprel 2024-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, MA ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixində AA 006475 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdəki Torpağa mülkiyyət hüququna dair JN-173, Kod 80203016 nömrəli Dövlət aktının surətindən görünür ki, Lənkəran rayonunun Parakənd kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 2,96 hektar torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri X10, X1, X6, X11, X12, X16, X15, X5, X2, X3, X4, X8, X17, X13 və X14 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin M-065 nömrəli, 03 aprel 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin bir hissəsi İddiaçı mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Reyestr nömrəsi **********01, MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0126 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh istifadə etdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 0,0126 ha hissəsi ilə üst-üstə düşür. Aparılmış tədqiqatın dəyəri 81,60 manat təşkil edir. İşdəki məhkəmə tikinti-texniki ekspertizasının 16 may 2019-cu il tarixli, 10723 nömrəli rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin bir hissəsi İddiaçı mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Reyestr nömrəsi **********01, MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0126 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh istifadə etdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 0,0126 ha hissəsi ilə üst-üstə düşür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə baxış keçirilmişdir. Həmin torpaq sahəsinin faktiki olaraq tarlaqoruyucu meşə zolağında yerləşməsi və torpaq sahəsinin sərhədlərinin bütün tərəflərdən mərz nişanları ilə bərkidilməməsi (hasarlanmaması) müşahidə edilmişdir. İddiaçıya məxsus həmin torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçı məxsus həmin torpaq sahəsinin mövcud elektron kadastr məlumat bazasında da tarlaqoruyucu meşə zolağında yerləşməsi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə qərarı ilə 2004-cü il tarixində torpaqların alğı-satqısına dair akt əsasında satılmış və həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. Həmin torpaq sahəsi üzərində torpağı alan şəxsin mülkiyyət hüququ 2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və həmin şəxsin adına hüquqların dövlət qeydiyyatından çıxarış hazırlanmışdır. 2010-cu il tarixində isə sözügedən torpaq sahəsini hazırkı mülki işdə iddiaçı qismində olan İddiaçı notarial qaydada daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satın almışdır. 2010-cu ildə İddiaçı Hüquqların Dövlət qeydiyyatından **********01 reyestr nömrəli Çıxarışla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ölçmə işlərinin nəticəsinə uyğun olaraq kameral şəraitdə baza məlumatları və hüquqmüəyyənedici sənədlər əsasında aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Bununla əlaqədar ekspertiza zamanı Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sərbəst giriş-çıxışına və torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsinə səbəb kimi həmin torpaq sahəsinin tarlaqoruyucu meşə zolağı olması və zolaqda yerləşən ağac örtüyünü qorumaq məqsədilə etdiyini bildirmişdir. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü ilə xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İşdəki 14 iyun 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə 311 manat məbləğində xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İşdəki təkrar məhkəmə tikinti-texniki ekspertizasının 08 avqust 2022-ci il tarixli, 10/4255 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********01 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********01 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü ilə xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı yenidən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin və Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2213 nömrəli ekspert rəyinin alınması təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvləri X10, X1, X6, X11, X12, X16, X15, X5, X2, X3, X4, X8, X17, X13 və X14 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun üç hissədən ibarət öz əksini tapması və həmin torpaq sahəsinin mübahisəli ərazi çevrəsində 1,62 ha hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvləri X10, X1, X6, X11, X12, X16, X15, X5, X2, X3, X4, X8, X17, X13 və X14 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin mübahisəli ərazidəki 1,62 ha hissəsinin sənəd üzrə üst-üstə düşməməsi, bir-birindən aralıda yerləşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki vəziyyətdə istifadə edilməməsi müəyyən olunmuşdur. Lakin Cavabdeh bildirdiyinə görə, mübahisənin əsas predmeti sözügedən torpaq sahəsinin meşə zolağında yerləşməsi ilə bağlı olmasıdır və bu səbəbdən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə maneçilik törədir. Məlumat üçün bildirilir ki, mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı tarlaqoruyucu meşə zolağında yerləşməsi müəyyən olunmuşdur. İşdəki 05 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. İşdəki 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2213 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvləri X10, X1, X6, X11, X12, X16, X15, X5, X2, X3, X4, X8, X17, X13 və X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun üç hissədən ibarət öz əksini tapması və həmin torpaq sahəsinin mübahisəli ərazi çevrəsində 1,62 ha hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Sxem mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvləri X10, X1, X6, X11, X12, X16, X15, X5, X2, X3, X4, X8, X17, X13 və X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin mübahisəli ərazidəki 1,62 ha hissəsinin sənəd üzrə üstüstə düşməməsi, bir-birindən aralıda yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı tarlaqoruyucu meşə zolağında yerləşməsi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, iddiaçı cavabdehin qanunsuz olaraq zəbt etdiyi Lənkəran rayonunun Parakənd kəndində yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Parakənd ərazisində yerləşməklə mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı ilkin və təkrar məhkəmə ekspertizaları keçirilmişdir. Məhkəmə təkrar məhkəmə tikinti-texniki ekspertizasının 08 avqust 2022-ci il tarixli, 10/4255 nömrəli ekspert rəyinə uyğun olaraq iddia tələbini təmin etmiş, iddiaçının xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsindən cavabdehin çıxarılmasını qət etmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini heç kəsin torpaq sahəsini zəbt etməməsi, iddiaçı ilə torpaq sahəsinin birbirindən aralı yerləşməsi dəlilləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsində aparılan icraat zamanı əldə olunmuş mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məsələsinə münasibət bildirməyi zəruri sayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin M-065 nömrəli, 03 aprel 2019-cu il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəylərindən, eləcə də, 16 may 2019-cu il tarixli, 10723 nömrəli və 08 avqust 2022-ci il tarixli, 10/4255 nömrəli ekspert rəylərindən görünür ki, qeyd edilən rəylərin verilməsi üçün tədqiqatlar yalnız iddiaçıya aid olan hüquqmüəyyənedici sənəd əsasında aparılmış, həmin rəylərin verilməsi zamanı cavabdehin və ailə üzvlərinin mübahisəli ərazidə mülkiyyətlərində torpaq sahəsinin olması nəzərə alınmamış, cavabdehə və ailə üzvlərinə aid olan hüquqmüəyyənedici sənəd üzrə hər hansı tədqiqat aparılaraq, onlara məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilməmiş, hər iki torpaq sahəsinin qarşılıqlı vəziyyəti araşdırılmamışdır. Həmçinin, həmin rəylər arasında uyğunsuzluq da mövcuddur. Belə ki, 16 may 2019-cu il tarixli ekspert rəyində cavabdehin istifadə etdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 0,0126 ha hissəsi ilə üst-üstə düşdüyü qeyd edilsə də, 08 avqust 2022-ci il tarixli ekspert rəyində iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və cavabdehə aid hüquqmüəyyənedici sənəd üzrə də araşdırmanın aparılmasının təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, 05 mart 2024cü il tarixli mütəxəssis və 30 aprel 2024-cü il tarixli ekspert rəyinin alınması təmin edilmişdir. Sözügedən mütəxəssis və ekspert rəyinin verilməsi üçün aparılan araşdırma Torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsaslanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi və 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2213 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin mübahisəli ərazidəki 1,62 ha hissəsi sənəd üzrə üst-üstə düşmür və bir-birindən aralıda yerləşir. Bununla əlaqədar mütəxəssis rəyinə yerquruluşu planı da əlavə olunmuşdur. Həmçinin, qeyd edilən rəylərlə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunur. Məhkəmə kollegiyası 05 mart 2024-cü il tarixli mütəxəssis rəyini və 30 aprel 2024cü il tarixli ekspert rəyini vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, həmin rəylərdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsinə dair qeyd olunanları işin hallarına uyğun sayır. Bundan əlavə, iddiaçı da xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə müəyyən edilənlərlə də cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün də əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməməsi 05 mart 2024-cü il tarixli mütəxəssis rəyi və 30 aprel 2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapdığından, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə yeni qətnamə qəbul edildiyindən məhkəmə xərcləri də yenidən bölüşdürülməlidir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 311 manat məbləğində xidmət haqqı iddiaçının özünə aid edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı iddiaçıdan tutularaq cavabdehə ödənilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin M-065 nömrəli, 03 aprel 2019-cu il tarixli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatı dəyəri olan 81,60 manat məbləğində xidmət haqqı, iş üzrə ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların cəmi dəyəri olan 150 manat məbləğində ekspertiza xərci də iddiaçıdan tutulmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1375/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 311 manat məbləğində xidmət haqqı İddiaçı özünə aid edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin M-065 nömrəli, 03 aprel 2019-cu il tarixli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatı dəyəri olan 81,60 manat məbləğində xidmət haqqı İddiaçı tutularaq, "xxxx" ASC-nin Xətai filialı, Kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ**********0000001944, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, VÖEN: **********, AZ23AİİB******************** nömrəli hesaba köçürülsün. 16 may 2019-cu il tarixli, 10723 nömrəli; 08 avqust 2022-ci il tarixli, 10/4255 nömrəli və 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2213 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların cəmi dəyəri olan 150 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-44/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-44/2024
17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver