Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-443/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X* ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*nə və "X3" X6rşı, Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə “torpaq müsabiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraza axaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh*nə və "X3" X6rşı, Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə “torpaq müsabiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Əli oğlunun vəkili, eyni zamanda nümayəndəsi Vəkil işə Beyləqan Rayon Məhkəməsinin hakimi X4 və Beyləqan Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mülki iş üzrə İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsində Cavabdeh* mülkiyyətində olan 45 kv.metr torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə “X3” X** tərəfindən 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş, eyni zamanda ərizə əsasında Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə mübahisəli torpaq sahəsində tikinti aparılmasının qadağan edilməsi qismində müvəqqəti təminat tədbiri seçilmişdir. Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayev qərardadın icrası ilə bağlı 3* oktyabr 2023-cü il tarixdə mübahisəli ərazidə olmuş, akt tərtib edilməklə Cavabdeh3 həmin ərazidə tikinti işinin dayandırılması və davam etdirilməsinin qadağan edilməsi barədə məlumat vermiş, həmin aktı tərəflər imzalamışlar. Lakin həmin qərardadın tələbləri pozulmuş, tikinti Cavabdeh3 qohumları və dostları tərəfindən davam etdirilmişdir. Bu barədə dəfələrlə həmin qərardadı icra etmiş icra məmuruna və qərardadı qəbul etmiş hakim R.Nurullayevə məlumat versə də, həmin qərardadın pozulmasında günahkar olan şəxslər cəzalandırılmamışdır. Həmin hallarla bağlı icra məmuruna videogörüntü atsa da, o “bu işdə mən gücsüzəm, cavbdeh qazidir, ona görə mən heç nə edə bilmirəm” deyə cavab vermişdir. Bundan sonra dövlət adından çıxarılmış qərardadın icrasına nəzarət edən hakim R.Nurullayevə məlumat versə də, o da, heç bir hərəkət etməmişdir. Bununla belə həmin ərazidə heç bir tikintiyə icazə alınmadan tikinti işlərinin aparılması ilə bağlı bütün orqanlara, eyni zamanda həmin ərazidə tikinti aparılan zaman əraziyə gələrək orada tikinti aparan şəxslərə məhkəmənin qərarı ilə tikintinin dayanadırıldığını bidirən zaman söyülüb-təhqir edilməsi ilə bağlı aidiyyatı orqanlara etdiyi şikayətlə bağlı heç bir tədbir görülməmişdir. Hesab edir ki, bu işdə Beyləqan rayon hüquq mühafizə və İcra Hakimiyyəti orqanları maraqlıdır, Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayev isə dövləin adından çıxardığı və qüvvədə olan qərardadın tələblərinin pozulduğuna göz yumduğuna görə hesab edir ki, dolayısı ilə İcra Hakimiyyəi orqanları tərəfindən təsirə məruz qalmışdır. Eyni zamanda Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayev hazırlıq iclasında işin məhkəmə baxışı üçün tam hazır olamdığı halda, onu tələm–tələsik məhkəmə baxışına təyin etməsi də, bu işin tələsik yekunlaşdırılmasına yönəlmiş hərəkət kimi qəbul edilir. Belə ki, məhkəmə iclasında vəsatət verərək hərracın keçirilməsi ilə bağlı sənədlərin və hərrac protokolunun hərrac təşkilatından əldə edilməsi istənilsə də, həmin protokol və və sənədlər əldə edilmədən məhkəmə baxışı təyin edilmişdir. Bu halda mübahisənin Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayev tərəfindən obyektiv araşdırılmasına, ədalətli qərar qəbul edilməsinə inanmır, ona görədə Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayevə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *6.2.3-cü maddəsinə əsasən hakim şəxsən, bilavasitə, və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, o işin baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayevin işə obyektiv baxacağına şübhə ilə yanaşır. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Cavabdeh3 etirazın əsassız olduğunu bildirib, ona münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, 44 günlük vətən müharibəsi iştirakçısıdır, gözdən əlildir və işə başqa rayonda baxılarsa, gedib-gəlmək ona çətin olacaq. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmişlər, cavabdehlər Cavabdeh* və “X3" X** nümayənədləri vasitəsi ilə məhkəmədə təmsil olunmamışlar və məhkəmə kollegiyası onların iştirakı olmadan etiraza baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9.*-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: *9.*.*. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; *9.*.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; *9.*.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. *9.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: *9.2.*. O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; *9.2.2. O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; *9.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. *9.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Həmin Məcəllənin 2*.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 2*.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. Həmin Məcəllənin 2*.6-cı maddəsinə əsasən eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası etirazı iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən etirazında qeyd etdiyi dəlillərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, işdə Mülki Prosessual Məcəllənin *9-cu maddəsinin təsiri altına düşə biləcək hər hansı bir hal müəyyən edilmədiyindən, ehtimallara söykənən etiraz əsaslı hesab edilərək, təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9, 2*, 22 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : İddiaçı Əli oğlunun vəkili, eyni zamanda nümayəndəsi Vəkil Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilməsin. Mülki iş mahiyyəti üzrə baxılmasından ötrü Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-443/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-443/2024
14.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver