Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-447/2024 03.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh (həmçinin Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması” tələbi barədə ilkin iddiasına və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddia tələblərinə dair iş üzrə İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)- 1696/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoymaları və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilkin iddia üzrə mübahisə predmeti olan torpaq saəsinin dəyəri olaraq 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat, cəmi 12750 manat məbləğində pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvləri X7, X13, X11, X14, X12, X17, X15 və X8 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsini 13 il bundan əvvəl həmkəndlisi X9 10 il müddətinə müvəqqəti istifadəyə vermişdir. X16 vəfat etdikdən sonra torpaq sahəsini onun övladları Cavabdeh2 və Cavabdeh1 ondan icazə almadan zəbt edib istifadə edirlər. Onlardan torpaq sahəsindən çıxmağı tələb etsə də cavabdehlər onun torpaq sahəsini qaytarmır və onun torpaq sahəsini qanunsuz əkib becərirlər, götürdükləri faydadan isə ona pay vermirlər. Hazırda o, torpaq sahəsini özü əkib-becərib məlum problemlərimi həll etmək istəyir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə hazırda o, Dövlət reyestrındən Çıxarışa əsasən mülkiyyətimdə olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımı həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə İddiaçı və onun və ailə üzvləri X7, X13, X11, X14, X12, X17, X15 və X8 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən istifadə edilməsini ailə üzvləri İddiaçı həvalə etmişlər. Lakin maddi imkanları olmadığlndan və torpaq sahəsini əkib becərə bilmədiklərinə görə İddiaçı 13 il əvvəl həmin torpaq sahəsini 9750 manata onun mərhum atası Rafiq Qüdrətova satmışdır. Hüquqi təhsili olmadığından isə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamamışlar. Torpaq sahəsini aldığı gündən elə bilmişdir ki, torpaq sahəsi onundur. Artıq 13 ildir ki, həmin torpaq sahəsini o əkib becərir, torpaq sahəsində irriqasiya və meliorasiya işləri görmüş, su kanalı şəkmiş, sahənin şor kollektorunu, digər drenaj şəbəkələrini təmizlətdirmiş, torpaq sahəsinə peyin vermiş və.s. Bütün bunlar üçün, yəni torpaq sahəsində məhsuldarlığı artırmaq üçün 2020-ci ilədək torpaq sahəsinə 3000 manat xərc çəkmişdir. Əgər İddiaçı torpağı ondan geri istəyirsə torpaq sahəsinin dəyəri olaraq onun atasından aldığı 9750 manat pulu və çəkdiyi xərclərin əvəzi olaraq 3000 manatı ona ödəməlidir. Məhəhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verib ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşlıqlı iddia ərizəsinə uyğun izahat verib qarşlıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli rayon məhkəməsinin (hakim Qurban Hacıyev) 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,97 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması və torpaq sahəsinin öz mülkiyyətçilərinə qaytarılması, ilkin iddia tələbi üzrə ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıların özlərinə aid olunması qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər Əsədov İlham Qoşunəli oğlu(sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Allahyarov Zaur Mirzağa oğlu) 2(106)-520/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi-ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddianın rədd olunması hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-4281/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 2(102)-4281/2023 saylı qərarı (hakimlər X1 (məruzəçi), X20 və X2 ibarət tərkibdə) ilə kassasiya şikayəti təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 520/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İmişli Rayon Məhkəməsinin 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, ilkin iddianın təmin ediləcəyi halda qarşılıqlı iddianın da təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İlkin iddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında mübahisəli torpaq sahəsinin qarşılıqlı iddia üzrə iddiaçıların mərhum ataları, Rafiq Qüdrətova 2009-cu ildən icarəyə verildiyini, həmin şəxsin və onun övladlarının 13 ildən artıq həmin torpaq sahəsindən mübahisəsiz istifadə etdiklərini, qanuni əsaslarla torpaq sahəsinə sahiblik etdikləri etiraf etmişdir. Məhkəmə iş üzrə Mülki Məcəllənin 157.8-ci maddəsini tətbiq edərək, qarşılıqlı iddia üzrə iddiaçıları qanuni əsaslarla torpağa sahiblik edən şəxs kimi tanımaq əvəzinə, qətnamədə onları qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt etmiş şəxs kimi xarakterizə etmişdir. Məhkəmə onların mübahisəli torpaq sahəsi üzərində qanuni əsaslarla sahiblik hüququnun olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı araşdırmamışdır. Məhkəməyə İddiaçı 9750 manat pul verilməsini təsdiq edən qəbz şəklində əlyazmalar təqdim edilməsinə baxmayaraq, məhkəmə bu məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. Həmçinin həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərclərin əvəzi kimi 3000 manat pulun alınıb onlara verilməsi tələblərini irəli sürmüş iddianın bu xahişi üzrə də, hər hansı araşdırma aparmadan iddia tələbi təmin edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməməsini və İmişli Rayon Məhkəməsinin 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməməsini və İmişli Rayon Məhkəməsinin 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdilər. Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini İmişli Rayon Məhkəməsinin 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, ilkin iddianın təmin ediləcəyi halda qarşılıqlı iddianın da təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclası barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, 1-4-cü hissələr. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
222. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, ilk iddia tələbinin təsdiq edilməsi üçün kifayət qədər sübutların mövcudluğu, ilk iddia üzrə cavabdehlərin ilkin iddia tələbinə qarşı etirazlarının və qarşılıqlı iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədiklərini əsas götürərək ilkin iddia tələbi təmin etmiş, qarşılıqlı iddia tələbini isə təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi müvəqqəti istifadə üçün ilkin iddia üzrə İddiaçı tərəfindən cavabdehlərin mərhum ataları Rafiq Qüdrətova verilmiş, Rafiq Qüdrətovun vəfatından sonra isə həmin torpaq sahəsini övladları, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etmişlər. Mübahisə predmeti olan torpaq sahəsi ilkin iddia üzrə İddiaçı məxsusdur, cavabdehlər isə həmin torpaq sahəsi üzrəində hər hansı bir hüquqi statusa malik deyildir. Bundan əlavə cavabdehlər torpaq sahəsini aldıqlarını göstərsələr də, sözügedən torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlərin mərhum ataları arasında (məhkəmədə müəyyən edilməsi mümkün olmayan) şifahi razılaşmalar olmuşdur. İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər Əsədov İlham Qoşunəli oğlu(sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Allahyarov Zaur Mirzağa oğlu) 2(106)-520/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi-ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddianın rədd olunması hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-4281/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 2(102)-4281/2023 saylı qərarı (hakimlər X1 (məruzəçi), X20 və X2 ibarət tərkibdə) ilə kassasiya şikayəti təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 520/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən 1,97 hektar torpaq sahəsi iddiaçının və ailə üzvlərinin ümumi mülkiyyətindədir, İddiaçı hazırkı iddia tələbində həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpasını xahiş etmişdir. İddiaçının və ailə üzvlərinin torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdehlər tərəfindən mübahisələndirilməmiş, cavabdehlər qarşılıqlı iddia ərizəsində torpaq sahəsinin ataları Rafiq Qurbanovdan miras qalmasını, onlara məxsus olmasını, Rafiq Qurbanovla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı əqd olmasını deyil, mübahisə predmeti olan torpaq sahəsinə görə ödənilmiş 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərclərin əvəzi kimi 3000 manat pulun alınıb onlara verilməsi tələblərini irəli sürmüş, dolayısı ilə torpaq sahəsinin mülkiyyətçiyə qaytarılmasına etiraz etməmişlər. Mülki qanunvericiliyə görə şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından bəzi müqavilələrin yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməsi məcburidir. Qanunla müəyyən edilmiş həmin forma tələblərinə riayət olunmaması müqavilənin etibarsızlığı (əhəmiyyətsiz əqd) üçün əsasdır. Daşınmaz əmlakın alqı-satqısı barədə müqavilələr də bu qəbildən olan müqavilədir. Həmin müqavilənin etibarlı hala gətirilməsi üçün tərəflərin müqavilə şərtlərini təsdiq etmələri, tərəflərdən biri təsdiq etmədən vicdansızcasına yayındıqda və ya hüquqdan sui istifadə etdikdə isə bunun məhkəmə qaydasında təsbit olunması zəruridir. Yuxarıda göstərildiyi kimi hazırkı iş üzrə iddiaçı tərəf mülkiyyət hüququnun bərpası barədə iddia qaldırmış, cavabdeh tərəf mərhum ataları tərəfindən bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin etibarlı hala gətirilməsi üçün tələb irəli sürməmiş, əksinə torpaq sahəsinin satın alınmasına görə ödənilmiş vəsaiti və torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərcləri tələb etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı olması, iddiaçının mülkiyyət hüquququn müdafiəsinin mümkünsüzlüyü barədə qənaəti qanuni və əsaslı hesab edildə bilməz. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddiaya münasibətdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi qismən ləğv edilərək yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, həmin çıxarışa əsasən İddiaçı və onun və ailə üzvləri X7, X13, X11, X14, X12, X17, X15 və X8 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Kollegiya qeyd edir ki, iş üzrə həm İddiaçı tərəfindən iddia tələbi irəli sürülmüş, həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qarşılıqlı iddia tələbi irəli sürülmüşdür. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoymaları və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsində cavabdeh İddiaçı ilkin iddia üzrə mübahisə predmeti olan torpaq sahəsinin dəyəri olaraq 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat, cəmi 12750 manat məbləğində pulun alınıb onlara verilməsini xahiş etmişlər. Hazırki iş üzrə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, cavabdehlər isə apelyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Ona görə də kollegiya hesab edir ki, qətnamənin yalnız qarşılıqlı iddiaya dair hissəsinə apelyasiya şikayətinin dəlilləri həddində hüquqi qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Cavabdehlərin qarşılıqlı iddia tələbinin hüquqi əsasını alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin geri alınması təşkil edir. Cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə İddiaçı və onun və ailə üzvləri X7, X13, X11, X14, X12, X17, X15 və X8 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən istifadə edilməsini ailə üzvləri İddiaçı həvalə etmişlər. Lakin maddi imkanları olmadığından və torpaq sahəsini əkib becərə bilmədiklərinə görə İddiaçı 13 il əvvəl həmin torpaq sahəsini 9750 manata onun mərhum atası Rafiq Qüdrətova satmışdır. Hüquqi təhsili olmadığından isə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamamışlar. Torpaq sahəsini aldığı gündən elə bilmişdir ki, torpaq sahəsi onundur. Artıq 13 ildir ki, həmin torpaq sahəsini o əkib becərir, torpaq sahəsində irriqasiya və meliorasiya işləri görmüş, su kanalı çəkmiş, sahənin şor kollektorunu, digər drenaj şəbəkələrini təmizlətdirmiş, torpaq sahəsinə peyin vermiş və.s. Bütün bunlar üçün, yəni torpaq sahəsində məhsuldarlığı artırmaq üçün 2020-ci ilədək torpaq sahəsinə 3000 manat xərc çəkmişdir. Əgər İddiaçı torpağı ondan geri istəyirsə torpaq sahəsinin dəyəri olaraq onun atasından aldığı 9750 manat pulu və çəkdiyi xərclərin əvəzi olaraq 3000 manatı ona ödəməlidir. Kollegiya qeyd edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən mübahisəli torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsi, İddiaçı 2008-ci ildə torpaq sahəsini cavabdehlərin atası mərhum Rafiq Qüdrətova satması, əvəzində pul vəsaiti alması (bu barədə Rafiq Qüdrətov tərəfindən yazılmış yazılı qəbz mövcuddur) işin mübahisəsiz halıdır. Cavabdehlər isə qarşılıqlı iddia ərizəsində torpaq sahəsinin ataları Rafiq Qurbanovdan miras qalmasını, onlara məxsus olmasını, Rafiq Qurbanovla İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin etibarlı əqd olmasını deyil, mübahisə predmeti olan torpaq sahəsinə görə ödənilmiş 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərclərin əvəzi kimi 3000 manat pulun alınıb onlara verilməsi tələblərini irəli sürmüş, dolayısı ilə torpaq sahəsinin mülkiyyətçiyə qaytarılmasına etiraz etməmişlər. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlər tərəfindən alqı-satqı müqaviləsinin etibarsızlığı mübahisələndirilmədiyindən, habelə iddiaçı tərəfindən 2008-ci ildə torpaq sahəsini cavabdehlərin atası mərhum Rafiq Qüdrətova satılması təsdiq edildiyindən cavabdehlərin iddia tələbinə uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinə görə ödənilmiş 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərclərin əvəzi kimi 3000 manat pulun iddiaçıdan alınıb cavabdehlərə verilməsi ilə bağlı tələb araşdırılmalıdır. Həmçinin işin mübahisəsiz halı kimi müəyyən olunur ki, torpaqla bağlı sövdələşmə aparmış Rafiq Qüdrətovun vəfatından sonra onun əmlakının vərəsələri oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 idarəni faktiki qəbul edərək idarə edirlər. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Cavabdehlər alqı-satqı müqaviləsinə görə ödənilmiş 9750 manat pulu təsdiq edən sənəd kimi 1 ədəd qızılı- qəhvəyi rəngli 150 vərəqdən ibarət qeyd dəftəri təqdim etmişlər. İlk dəfə həmin dəftərin 149-cu vərəqindəki yazının və imzanın İddiaçı tərəfindən icra edilməsinin müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 4/711 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 1 ədəd qızılı- qəhvəyi rəngli 150 vərəqdən ibarət qeyd dəftərinin 149-cu vərəqində olan “X5 yolunu sağ sahilində olan ikinci qrup torpağı X10 3000 min üç min manata həmişəlik sattım və üç min manat almışam. İmza İddiaçı” yazıları və “İmza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Apelyasiya icraatı zamanı məhkəmə kollegiya mülki işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək, iş materiallarında olan 11x15 sm ölçülü, üz tərəfi qızılı-qəhvəyi, arxa tərəfi isə qəhvəyi olan 150 vərəqdən ibarət kitabçanın 22-ci vərəqinin üz tərəfindəki 03 ədəd həmin vərəqin arxa tərəfindəki 01 ədəd, kitabçanın 150-ci vərəqinin arxa tərəfindəki 01 ədəd qəbz tipli yazıların və həmin yazıların sonundakı imzaların İddiaçı tərəfindən icra edilib-edilmədiyinin, habelə kitabçanın 22-ci vərəqinin üz tərəfindəki 01-ci yazıda qeyd olunmuş 2000 rəqəminin, 02-ci yazıda qeyd olunan 2100 rəqəminin və həmin vərəqin arxa hissəsindəki 01-ci yazıda qeyd olunan 2000 rəqəminin üzərində hər hansı düzəliş edilib-edilməməsi, edilmişdirsə düzəliş edilənə qədər həmin rəqəmlərin hansı vəziyyətdə olması aydınlaşdırılmışdır. Belə ki, məhkəmə xətşünaslıq ekspertizasının 29 aprel 2024-cü il tarixli, 4/474-5/394 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1-ci sual üzrə: İş materiallarında olan 11x15 sm ölçülü, üz tərəfi qızılı-qəhvəyi, arxa tərəfi isə qəhvəyi olan 150 vərəqdən ibarət kitabçanın 22-ci vərəqinin üz tərəfindəki yazılar (3-cü sətirdə olan “2000” rəqəmindəki “2” rəqəmindən başqa, 8-ci sətirdə olan “2000” rəqəmindəki “000” rəqəmlərindən başqa) və 3 ədəd imza, 22-ci vərəqin arxa hissəsindəki razılar (2-ci sətirdə olan 2000” rəqəmindəki “000” rəqəmlərindən başqa) və 1 ədəd imza, 150-ci vərəqin arxa tərəfindəki yazılar və 1 ədəd imza İddiaçı tərəfindən icra olunmuşdur. 2-ci sual üzrə: İş materiallarında olan 11x15 sm ölçülü, üz tərəfi qızılı-qəhvəyi, arxa tərəfi isə qəhvəyi olan 150 vərəqdən ibarət kitabçanın kitabçanın 22-ci vərəqinin üz tərəfindəki 03-cü sətirdə olan “2000” rəqəmlərindəki “2” rəqəmi, 8-ci sətirdə olan “2000” rəqəmlərindəki “000” rəqəmləri, 22-ci vərəqinin arxa hissəsində 2-ci sətirdə olan “2000” rəqəmlərindəki “000” rəqəmləri tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (tədqiqat olunan rəqəmlərə əlavə cizgi atıldığından, düzəlişlərin və mexaniki üsullarla pozulmaların olması müəyyən olunduğundan rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını tapıb qiymətləndirmək mümkün deyildir) tədqiqat üçün yararsız olduğundan həmin rəqəmlərin İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Ekspert tədqiqatının dəyəri 126 manat təşkil edir. Kollegiya adı çəkilən ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək belə qənaətə gəlir ki, cavabdehlərin iddia etdiyi kimi İddiaçı tərəfindən 9750 manat deyil, ekspert tədqiqatının nəticəsinə uyğun olaraq 4560 manat pul vəsaiti verildiyi sübuta yetirildiyindən həmin məbləğ məhrum olanın tələbi ilə ilkin iddiaçıdan alınaraq qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qaytarılmalıdır. Belə ki, Azərbaycan respublikası mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi istər iddiaçı tərəfindən imzalanmış iş materiallarında olan 11x15 sm ölçülü, üz tərəfi qızılı-qəhvəyi, arxa tərəfi isə qəhvəyi olan 150 vərəqdən ibarət kitabçada olan yazılarla müəyyən olunur ki, iddiaçı alqı-satqının əvəzinə ödəməli olduğu 4560 (dörd min beş yüz altmış) manat məbləğində pulu ödəməməsi və nəticədə əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun iddiaçının cavabdehin hesabına pulu əldə etməsi və bunun nəticəsində də əsassız varlanmaqla cavabdehin əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq cavabdehə verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Kollegiya cavabdehlərin həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat tələb etmələri ilə bağlı qeyd edir ki, cavabdehlər bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı ilkin İddiaçı da etirafı müəyyən edilmir. Ona görə də kollegiya qarşılıqlı iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi qismən ləğv edilərək yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qarşılıqlı iddianın təmin olunan hissəsində iddianın qiyməti 4560 manat, yəni beş min manatdan az olduğundan həmin hissədə ilkin İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Lakin qarşılıqlı iddianın təmin olunmayan hissəsində iddianın qiyməti 8190 manat təşkil etdiyindən qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi qismən mübahisələndirilən (qarşılıqlı iddianın təmin edilməməsi hissəsində) hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiaları qismən təmin edilsin. İlkin İddiaçı 4560 (dörd min beş yüz altmış) manat pul alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin İddiaçı 126 manat məbləğində ekspertiza xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesab adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖENİ: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdehlər tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.