Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-450/2023 26.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tırlan oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçı Hüseynova Hicran Hüseynəli qızının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçı Hüseynova Hicran Hüseynəli qızının Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar X8, X13, X3 rayonu, Ərçivan kəndində yerləşən ümumi sahəsi 0,3696 ha olan torpaq sahəsini Hüseynova Hicran Hüseynəli qızına 4.000 manata satmışlar. 07 iyun 2021-ci il tarixli çıxarışa əsasən, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,3696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Hüseynova Hicran Hüseynəli qızının adına qeydə alınıb. 04 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydə alınıb. Astara Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarına əsasən A № 492280 saylı torpaq sahəsinin planı və ölçüsü ilə X11 Astara rayonu, Ərçivan kəndi ərazisində 349 kv.m torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən çəpərə alınaraq əkilib becərildiyini iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat; İddiaçı Hüseynova Hicran Hüseynəli qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı çıxarışla mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən azad edilməsi, qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat maddi ziyanın, 2000 (iki min) manat əldən çıxmış faydaya görə pul tələbinin və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseynova Hicran Hüseynəli qızının nümayəndəsi X14 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi hissəsində iddianı artırmışdır. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayonu, Ərçivan kəndində yaşayır. 17 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.3696 hektar torpaq sahəsi iddiaçı Hüseynova Hicran Hüseynəli qızının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən 07 iyun 2021-ci il tarixli, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsi ona verildikdən sonra o, mülkiyyətdə olan həmin sahəni çəpərə alaraq oradan istifadə etmək, müxtəlif tərəvəz bitkiləri əkib becərmək, sonrada satıb ailəsini dolandırmaq, həmçinin ordakı otu biçib öz mal-qarasına vermək istəmiş, lakin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, cavabdeh torpaq sahəsini zəbt etmiş, orada olan otu biçib özü satmaq istəmişdir. Belə olan halda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Torpaq sahəsindən istifadə edə bilmədiyi müddətdə iddiaçıya 3000 (üç min) manat məbləğində maddi ziyan və 2000 (iki min) manat məbləğində əldən çıxmış faydaya görə ziyan dəymişdir. Astara Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(018)-55/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia qismən təmin edilmiş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi 07 iyun 2021-ci il olan çıxarışla Hüseynova Hicran Hüseynəli qızının mülkiyyətinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi və Hüseynova Hicran Hüseynəli qızına verilməsi, həmin torpaq sahəsində inşa edilmiş çəpərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pulun Cavabdeh alınaraq Hüseynova Hicran Hüseynəli qızına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq Hüseynova Hicran Hüseynəli qızına ödənilməsi, iddianın qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat maddi ziyanın və 2000 (iki min) manat əldən çıxmış faydaya görə pul tələbinin və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası “X16”nin 07 yanvar 2022-ci il tarixli,456 nömrəli mütəxəssis rəyinə əsasən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ********** saylı, 07 iyun 2021-ci il tarixli çıxarışla Hüseynova Hicran Hüseynəli qızına Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0.3696 hektar torpaq sahəsi Cavabdeh tərəfindən tam həcmdə istifadə edilməsi müəyyən olunmuşdur. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 07 iyun 2021-ci il tarixli çıxarışla Hüseynova Hicran Hüseynəli qızına Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0.3696 hektar torpaq sahəsi ilə Astara Rayon Agrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarına əsasən A N9 492280 saylı Torpaq sahəsinin plan va ölçüsü ilə Cavabdeh Astara rayonu, Ərçivan kəndi ərazisində verilmiş 349 kv.m torpaq sahəsi üstüstə düşmür. Belə ki, mübahisələndirilən torpaq sahələri bir-birindən 2.9 kilometr aralı məsafədə yerləşir. Ona görə də, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən azad edilməli və həmin zəbt edilmiş torpaq sahəsində inşa edilmiş çəpər cavabdehin öz vəsaiti hesabına sökülməlidir. Lakin iddianın “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” hissəsi təmin edilməməlidir. Çünki iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən azad edildikdən sonra cavabdehin qanunsuz və özbaşınalıq hərəkətləri iddiaçıya qarşı davam edilməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, iddia bu hissədə təmin olunmamalıdıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 21, 386.1, 1096.2, Torpaq Məcəlləsinin 111-ci maddələri və mülki Prosessual məcəllənin 14.2, 77.1.80 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmədə torpaq sahəsini zəbt etmədiyini, istifadə etdiyi torpaq sahəsinin arvadı X5 mülkiyyətində olduğunu məlumat vermiş, məhkəmə həmin məlumatı yoxlamaqdan imtina etmişdir. Sözügedən torpaq sahəsi nikah dövründə əldə edildiyindən Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ondan istifadəsi qanunidir. Mübahisəli torpaq sahəsi Astara rayonunun Ərçivan qəsəbəsinin sakini X6 mülkiyyətində olmuş, torpaq sahəsini 2017-ci ildən sonuncu ilə aralarında bağlanmış və məhkəməyə təqdim etdiyi icarə müqaviləsinə əsasən 5 illik icarəyə götürmüşdür. İddiaçı torpaq sahəsini X7 alqı-satqı müqaviləsinə əsasən almışdır. Torpaq sahəsi icarə müqaviləsi əsasında istifadəsində olduğu müddətdə mülkiyyətçi X17 tərəfindən buna etiraz olmamışdır. Bu fakt təsdiq edir ki, o, iddiaçının mülkiyyətinə keçmiş torpaq sahəsindən istifadə etməmişdir. Çıxarışa əsasən 0,4995 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İddiaçının dediyinə görə əgər zəbt etdiyi torpaq sahəsi onun mülkiyyətindədirsə, X5 mülkiyyətində olan torpaq sahəsi harada yerləşir, koordinatlarının müəyyən olunması və bunlara görə ekspertiza keçirilməsi tələb olunur. Mütəxəssis rəyi ilə razı olmamış və mülki iş üzrə ekspertizanı AR Ədliyyə Nazirliyinin MEM tərəfindən keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə mütəxəssis rəyi sübutetmə vasitələri sırasına daxil deyil, yəni mötəbər hesab edilə bilməz. Mülki iş üzrə müəyyən edilməli olan hallar yalnız sübutetmə vasitələrindən əldə edilmiş məlumatlarla təsdiqlənməlidir. Həmin Məcəllənin 64.2-ci maddəsində mütəxəssisin səlahiyyətləri qeyd edilmişdir. Mütəxəssis məhkəməyə texniki kömək göstərən şəxsdir. Bunu MPM-nin 65-ci maddəsi də təsdiq edir. Mütəxəssis rəyi ekspert rəyini əvəz etmir. Qanun ekspertdən obyektiv rəy verməyi tələb edir. Mütəxəssisin üzərinə qanun belə bir tələb qoymamışdır. Obyektivliyi təmin etmək məqsədi ilə bilə-bilə yalan rəy verməyə görə ekspertin cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (AR MPM-nin 63.4-cü maddəsi). Ona görə də iş üzrə mütəxəssis rəyi mötəbər sübut hesab edilə bilməz. Qətnamə həmin rəyə əsaslandığından qanuni və əsaslı hesab edilə bilməz. Maddi hüquq normaları olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-146.2, 178.1, 152.1, 152.5, 140, 225.1, 238-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2, 77.1, 80, 81. 88, 102.3, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş, X5 adına olan çıxarışa görə torpaq sahəsinin sərhədləri müəyyən edilməlidir. Torpaq sahəsinin naturada koordinatları müəyyən edildikdən sonra tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi məlum olar. Məhkəmə iddianın əsassız olması ilə bağlı nəticəni mütəxəssis rəyi ilə əsaslandırsa da, həmin rəyə işin digər sübutları ilə yanaşı, yəni arvadı X5 adına olan torpaq sahəsinə dair çıxarışla qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Astara Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Hüseynova Hicran Hüseynəli qızının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək Astara Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X32 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsi və X15 məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə yuxarıda göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 6.1-6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda sadalananlara əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli rəylərinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə Hüseynova Hicran Hüseynəli qızının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsinin, Astara rayon AİK-nın xx.xx.2003-cü il tarixli 06 saylı qərarına əsasən 492280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə Cavabdeh Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 349 kv.m torpaq sahəsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********50 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X5 xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Hüseynova Hicran Hüseynəli qızının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 349 kv.m torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda qəsəbənin digər yerində yerləşməsi, X5 xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha torpaq sahəsinin mübahisəli ərazidə çevrəsində yerləşməsi müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə Hüseynova Hicran Hüseynəli qızının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsi ilə Astara rayon AİK-nın xx.xx.2003-cü il tarixli 06 saylı qərarına əsasən 492280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə Cavabdeh Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 349 kv.m torpaq sahəsi və 04 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********50 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X5 xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha torpaq sahəsinin sənədlərə əsasən üst-üstə düşməməsi müəyyən olunmuşdur. Araşdırma zamanı X1 0,4995 ha torpaq sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 alması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə Hüseynova Hicran Hüseynəli qızının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsi ilə Astara rayon AİK-nın xx.xx.2003-cü il tarixli 06 saylı qərarına əsasən 492852 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X9 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 899 kv.m torpaq sahəsinin, 493419 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X18 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 489 kv.m torpaq sahəsinin, 493418 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X18 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 3934 kv.m torpaq sahəsinin və 493417 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X18 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 4296 kv.m torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən; 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, tərəflərin qeyd olunan torpaq sahələrinə dair əvvəllər yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizələr icraata qəbul edilərək sözügedən torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar və “torpaq sahəsinin planı və ölçüsü” sənədləri torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən tərtib olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq tərtib edilmiş rəqəmsal kadastr xəritəsində məhkəmə predmeti olan torpaq sahəsi Cavabdeh (hüquq sahibi X5) faktiki istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ərazidə elektron uçot işləri aparılan zaman sözügedən torpaq sahəsi X5 faktiki istifadəsində olduğundan, torpaqların elektron kadastr uçotu informasiya sistemində də onun faktiki istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Eyni zamanda, iddiaçı Hüseynova Hicran Hüseynəli qızının faktiki istifadəsində olan 0, 3696 ha torpaq sahəsinin sözügedən mübahisəli ərazidən orta hesabla 200 metr qərb istiqamətində yerləşməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi və cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi cavabdehin rəsmi nikahda olduğu arvadı X5 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qanuni əsası yoxdur. İddiaçı Hüseynova Hicran Hüseynəli qızına “torpaq sahəsinin planı və ölçüsü” texniki sənədində torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən düzəliş edilməsi üçün ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməsi tövsiyyə olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi 07 iyun 2021-ci il olan çıxarışla Hüseynova Hicran Hüseynəli qızının mülkiyyətinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi və Hüseynova Hicran Hüseynəli qızına verilməsi, həmin torpaq sahəsində inşa edilmiş çəpərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi hissəsində və 300 (üç yüz) manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat Hüseynova Hicran Hüseynəli qızından tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(018)-55/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi 07 iyun 2021-ci il olan çıxarışla Hüseynova Hicran Hüseynəli qızının mülkiyyətinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi və Hüseynova Hicran Hüseynəli qızına verilməsi, həmin torpaq sahəsində inşa edilmiş çəpərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi və 300 (üç yüz) manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat Hüseynova Hicran Hüseynəli qızından tutularaq (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********000003944, SWİFT Bik CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-450/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-450/2023
26.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver