Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-451/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs X16 və onun vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən ona məxsus əşya və əmlakla birlikdə çıxarılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən ona məxsus əşya və əmlakla birlikdə çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, Salyan şəhəri, X29 küçəsi, 170 M3, mənzil 1 ünvanda yerləşən mənzildən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinə" əsasən, o, X9, ona məxsus, Salyan şəhəri, X29 prospekti, ev 30, mənzil 25, yeni qaydalarda: Salyan şəhəri, X29 küçəsi, 170 M3, mənzil 1 ünvanda yerləşən, ümumi sahəsi 52,1kv metr olan 2 otaqlı mənzili 28000 (iyirmi səkkiz min) manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ona verilmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən mənzil onun xüsusi mülkiyyətindədir. X16 ilə alqı-satqı prosesində o, bildirmiş ki, mənzili, xx.xx.2021-ci il tarixdə Cavabdeh alıb və alqı-satqı prosesində Cavabdeh müvəqqəti bu mənzildə qalmaq üçün ondan xahiş edib, istənilən vaxt Cavabdeh mənzildən çıxmağa hazırdır. Həmin vaxt Cavabdeh ilə telefonda əlaqə saxlayıb mənzili aldığını bildirmişdir və bu səbəbdən onun mənzildən çıxmasını xahiş etmişdir. Cavabdeh tələbinə etiraz etməmiş və yaxın günlərdə mənzili boşaldacağını demişdir. Lakin həmin vaxtdan keçən üç ay ərzində dəfələrlə mənzilə getsə də, mənzilin qapısının bağlı olduğunu görürmüş. Sonda məcbur qalıb, xx.xx.2023-cü il tarixdə yazılı şəkildə məktubla Cavabdeh müraciət edib, mənzili boşaltmasını xahiş etmişdir. Lakin məktubu xx.xx.2023-cü il tarixdə Salyan rayon PŞ-i tərəfindən ünvanına qaytarılmış və Cavabdeh guya həmin ünvanda yaşamadığı, çatdırılmamanın səbəbi olaraq Salyan rayon PŞ-i tərəfindən qeyd edilmişdir. Nəticədə o, qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir! Cavabdeh ona məxsus, Salyan şəhəri, X29 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzilindən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılması, ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, bu evin almasında çox peşmandır, evi alanda cavabdehin 2 aya evdən köçüb gedəcəyini demiş o da ona inandığı üçün mənzili almışdır. Ancaq sonradan aldadıldığını bilmişdir. X6 aldığını və sonuncunun evi Rəsmiyyədən aldığını, onun 1-2 aya çıxacağını bildirdiyini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Salyan şəhəri, X29 küçəsi 170 M3, 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Evini heç vaxt satmaq fikirində olmamışdır. X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 016175 nömrəli müqaviləyə əsasən o, 3 (üç) ay müddətinə 10% dərəcəsi ilə 26.000 (iyirmi altı min) manat pulu Əlqulu Hümbətovdan borc olaraq almışdır. Həmin pula təminat olaraq evi girov qoymuşdur. Sonradan borcunu ödəyə bilmədiyi üçün Əlqulu Hümbətov onu məhkəməyə verərək mənzildən çıxmasını tələb etmişdir. Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin etirazda göstərmişdir ki, həmin mahiyyəti üzrə eyni əsaslar və predmetlə əlaqədar "20" iyul 2022-ci il tarixli, 2(057)-1336/2022 saylı qanuni qüvvəsini almış Salyan Rayon Məhkəməsinin qətnaməsi mövcud olan halda, iddiaçı qanunsuz olaraq eyni predmet üzrə qanunsuz və əsassız məhkəməyə iddia ərizəsini təqdim etmişdir. Belə ki, iddiaçı cavabdehə iki dəfəyə müxtəlif məbləğlərdə kredit vermiş, həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi onun mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla qanunsuz olaraq onun evini almışdır. Lakin qanuni qüvvəsini almış qətnamə üzrə müəyyən olunmuşdur ki, o, heç də evi satmaq fikrində olmamışdır, kreditə pul götürdüyü üçün bunun müqabilində evi alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirmişdir. Göründüyü kimi, onun heç də evi satmaq fikri olmamış, aralarında bağlanmış əqd onların iradə ifadələrinə uyğun olmamışdır. Onlar arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını əsaslı və qanuni hesab etməlidir. Daha sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Salyan şəhəri, X.R.Ulutürk prospekti, ev 30, mənzil 25, yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv.m olan 2 otaqlı mənzilə dair İddiaçı ilə X15 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nin etibarsız hesab edilərək və İddiaçı adına Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154 və 155-ci maddələrinə əsasən, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və mülki iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz tərtib edərək xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında iştirak etməmişdir. Qarşılıqlı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında təqdim etmişdir. Bundan başqa qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli yazılsa da sənəd ərizəyə əlavə olunmamışdır. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmişdir. Qərardaddan şikayət verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (X27) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus, Salyan şəhəri, X29 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzildən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılması, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157 və 162-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi hazırda mübahisələndirilən ünvan 7 ünvanda yerləşən mənzil ilk öncə Cavabdeh məxsus olmuşdur. X2 Rəsmiyyə Aman qızını aldadaraq, evi girov qoymaq adı ilə mənzili öz adına keçirmişdir. Bundan sonra isə həmin mənzildən çıxarılma barədə iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə üzrə iddia tələbinin təmin edilməməsinə əsas kimi məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd etibarsızdır və bağlandığı andan etibarsız hesab olunur. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə iki dəfə müxtəlif məbləğlərdə kredit vermiş və həmin kreditin təminatı kimi mənim mülkiyyətimdə olan mənzil girov qoyulmuşdur. Lakin cavabdehin həmin mənzili satmaq niyyəti olmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış əqdin onların iradə ifadəsi olmamasına qənaətinə gəlmiş, buna görə də bağlanmış əqd etibarsız olduğundan iddia tələbi təmin edilməmişdir. Odur ki, hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında izahat verərək Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. O, kürəkəni həbsdə olduğundan 25000 (iyirmi beş min) manat pul lazım olduğunu, Əlqulu faizə pul verdiyindən kürəkəninin qardaşının ona evini girov qoyub Əlquludan faizə pul götürməyi məsləhət bilmişdir. Məqsədi evini satmaq yox, evi girov qoyub pul götürmək olmuşdur. Hətta Əlqulu demişdi ki, götürdüyün pula görə ayda ona 2500 (iki min beş yüz) manat verməlidir. O isə Əlquluya kürəkəni türmədən çıxdıqdan sonra verəcəyini demişdir. Pulu götürən zaman evin çıxarışını Əlquluya vermişdir. Sonradan Əlqulu evi öz adına keçirdiyini demişdir. Ondan evi nə üçün adına keçirdiyini soruşanda o, bildirdi ki, pulu ödəyəndən sonra evi onun adına keçirəcək. Necə ola bilər ki, 26000 (iyirmi altı min) manatı girovsuz verməyən adam sonradan girovsuz 37180 (otuz yeddi min yüz səksən) manat pul verir. Tarverdini əvvəl tanımamışdır. Tarverdi onun evinə gəlib baxmamışdır. Qeyd etdiklərinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahat verərək bildirmişdir ki, 26 avqust 2021-ci il tarixdə Rəsmiyə xanım evini ona satmışdır. Alqı-satqı 2 saylı Notariat ofisində edilmişdir. Sonra o həmin evi İddiaçı satmışdır. Evi satmamışdan əvvəl Tarverdi müəllimin oğlu ilə həmin evə gedib baxmış və o evlə bağlı Cavabdeh ilə aralarında məhkəmə mübahisəsi olmasına dair Tarıverdi müəllimin oğluna məlumat vermişdir. Lakin mübahisə ilə bağlı məhkəmə qətnaməsini Tarverdi müəllimin oğluna göstərməmişdir. Tarverdi müəllimin oğlu ona, alqı-satqı edəndən sonra onun özünün Rəsmiyyə xanımı evdən çıxaracağını bildirmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs X11 vəkili X17 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz etmiş, kollegiyadan ədalətli qətnamə qəbul etməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil məlumat verilməsinə baxmayaraq cavabdeh və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndə Vəkil ərizə ünvanlıyaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, kollegiya cavabdehin və onun nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X11 Cavabdeh qarşı ona məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən 30 nömrəli ev, 25 nömrəli mənzildən çıxarılmaqla sonuncuya məxsus əşyaların və ya əmlakların evdən çıxarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, ********** saylı qeydiyyat nömrəli, **********34-05101-093030 reyestr nömrəli çıxarışdan və Salyan şəhəri, X29 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X29 küçəsi, 170, M3, m1 ünvanında yerləşən mənzilin texniki pasportundan görünür ki, mənzil İddiaçı mülkiyyətindədir.. İş materiallarında olan Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixdə bağlanmış AN-İ №0950907 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, Cavabdeh Salyan şəhəri, X29 prospekti, bina 30, mənzil 25 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 26000 (iyirmi altı min) manat müqabilində alıcı X11 mülkiyyətinə vermişdir. İş materiallarında olan Salyan rayon 2 saylı notariat ofisində 22 dekabr 2022-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, X7 şəhəri, X29 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X29 küçəsi, 170, M3, mənzil 1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 28000 (iyirmi səkkiz min) manat müqabilində alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, iddiaçı, “Salyan şəhəri, X29 küçəsi 170.M3.M1 ünvanda yerləşən mənzil, xx.xx.2022-ci il tarixli, AN-H №1101290 saylı, alqı-satqı müqavilasinə əsasən iddiaçı tərəfindən satın alınmışdır. Bu barədə ona, ƏMDX-i DƏDK və R-i PHŞ tərəfindən, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X4 bildirdiyinə görə bu mənzildə cavabdehə aid əşya və əmlak vardır. Bir-neçə dəfə iddiaçı mənzilə gedib cavabdehlə şəxsən görüşmək istəsə də, cavabdeh mənzildə olmamışdır. Odur ki, qeyd olunanları nəzərə almaqla, iddiaçı bu müraciətini rəsmi qaydada aldıqdan sonra, 10 (on) gün müddət ərzində sözũ gedən mənzildə olan cavabdehə aid olan əşya və əmlakı çıxararaq, mənzili boşaltmağını məhkəməyə qədər pretenziya əsasında cavabdehdən xahiş etmişdir, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmiş, qeyd edilən mövzuda cavabdehə müraciət etmişdir”. İş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Salyan şəhəri, X29 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X29 küçəsi, 170, M3, m1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 26000 (iyirmi altı min) manata X5, bununla bağlı tərəflər arasında Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 22 dekabr 2022-ci il tarixdə X16 mülkiyyətində olan Salyan şəhəri, X29 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X29 küçəsi, 170, M3, mənzil 1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 28000 (iyirmi səkkiz min) manata İddiaçı mülkiyyətinə vermişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, mənzil satmadığını, aldığı borca təminat olaraq girov qismində alqı-satqı etdiyini, borcunu qaytardıqdan sonra ev ona geri qaytarılmalı olduğunu bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmamışdır. Mənzilə dair ilk alqı-satqı müqaviləsi 26 avqust 2021-ci il tarixdə Cavabdeh ilə X16 arasında, daha sonra isə X16 ilə İddiaçı arasında 22 dekabr 2022-ci il tarixdə bağlanmışdır. Hər iki alqı-satqı müqaviləsi mübahisələndirilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisənin predmeti olan mənzilin öncəki sahibi olan Cavabdeh Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixdə bağlanmış AN-İ №0950907 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən həmin mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə öhdəlik kimi götürmüşdür. Hal-hazırda da, cavabdeh başqa bir ünvanda qeydiyyatda olmağına baxmayaraq hələ də, mübahisə predmeti olan evdə faktiki olaraq yaşayır. Belə olduğu halda iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əmlak və əmlakın sahibi haqqında olan normaları əsasında yaranmış hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Eləcə də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Deməli, əmlakın tam hüquqlu mülkiyyətçisi olan iddiaçı mülkiyyətində olan mənzildən qanunsuz istifadə edən cavabdehin bu mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Buna baxmayaraq, iş üzrə cavabdeh mənzildən çıxmamaqla bağlı mövqeyini onunla əsaslandırır ki, mənzili satmamış, aldığı borca təminat olaraq mənzili girov qoymuşdur. Borcunu qaytardıqdan sonra mənzil ona geri qaytarılmalıdı. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh X13 məxsus “Lombard Respublika” adında Lombard evi var. Cavabdeh həmin Lombard evindən 3 ay müddətinə 26.000 manat pul götürmüşdür. Cavabdeh mülkiyyətində olan Salyan şəhəri, X29 prospekti, ev 30, 25 nömrəli mənzili 26 avqust 2021-ci il tarixdə X1. Həqiqətən də əvvəlki mülkiyyətçi ilə cavabdehin arasında alqı-satqı müqaviləsi ilə yanaşı borc müqaviləsi (kredit müqaviləsi) bağlanılmışdır. Lakin borc müqaviləsinin bağlanılması və ya borc müqaviləsi ilə bağlı mübahisənin olması hələ o demək deyil ki, mülkiyyətçi mülkiyyəti üzərində sərəncam verməsin. Nəzərə alınmalıdır ki, əvvəlki mülkiyyəçilər arasında bağlanılmış alqı-satqı, nə də kredit müqaviləsində bununla bağlı şərt nəzərə tutulmamışdır. Halbuki, bağlanmış müqavilələrdə bu şərti nəzərdə tuta bilərdilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “ünvan 7 ünvanda yerləşən mənzil ilk öncə Cavabdeh məxsus olmuşdur. X3 Rəsmiyyə Aman qızını aldadaraq, evi girov qoymaq adı ilə mənzili öz adına keçirmişdir. Bundan sonra isə həmin mənzildən çıxarılma barədə iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə üzrə iddia tələbinin təmin edilməməsinə əsas kimi məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd etibarsızdır və bağlandığı andan etibarsız hesab olunur”. Bununla bağlı kollegiya qeyd edir ki, əvvəla qeyd olunmalıdır ki, cavabdehin qənaətinə görə hesab edir ki, onun ilk iddiaçı ilə bağladığı əqd etibarsız hesab olunduğundan, ondan sonra yaranan əqd də, etibasız hesab olunur. Nəzərə almaq lazımdır ki, hazırkı iddiaçı əqdə əsaslanan tələb üzrə deyil əşya hüququndan irəli gələn tələblə çıxış edir və əqdə əsaslanan tələb ilə əşya hüququndan irəli gələn tələblər fərqli olmaqla, həmin tələblər üzrə gəlinən nəticə də, fərqlidir. Əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. ( Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadı) İş materiallarından görünür ki, X11 Cavabdeh qarşı evdən çıxarma tələbinə dair iddiası Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmiş və məhkəmə həmin qətnamə üzrə iddia tələbinin təmin edilməməsinə əsas kimi tərəflər arasında bağlanmış əqdin etibarsız olmasını və bağlandığı andan etibarsız hesab olunmasını qeyd etmişdir. Bundan sonra Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, ********** saylı qeydiyyat nömrəli, **********34-05101-093030 reyestr nömrəli çıxarış məhkəmə qaydasında ləğv edilməsi və qeydin əvvəlki vəziyyətinə qaytarılması məsələsi mübahisələndirilməmişdir. Belə olan halda kollegiya Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyisə əsasən belə nəticəyə gəlir ki, hər nəqədər ki, Cavabdeh tərəfindən reyestrdəki xx.xx.2023-cü il tarixdə verilmiş, ********** saylı qeydiyyat nömrəli, **********34-05101-093030 reyestr nömrəli çıxarışın ləğv edilməsi mübahisələndirilməmişdir, o zaman İddiaçı adına olan həmin qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu isə onu deməyə əsas verir ki, hazırki alqı-satqı müqaviləsi üzrə mülkiyyətçi, alıcı - ilkin mülkiyyətçidən mənzildən çıxmasını tələb etmək hüququ var. Çünki Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən çıxmamaqla mənzilin mülkiyyətçisinin mənzil üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehin başqa şəxslə başqa şərtlərlə bağladığı hər hansı bir müqavilə bağlaması mənzildən çıxmaması üçün hüquqi əsası ola bilməz. Belə olan halda mənzilin mülkiyyətçisi olan iddiaçı onun mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin “Cavabdeh İddiaçı məxsus, Salyan şəhəri, X29 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzildən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılsın” qənaətini əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu isə onu göstərir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)935/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-451/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-451/2024
24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver