Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-460/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Fərzi oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyatyanı torpağ sahəsində olan tikdikləri tikilinin sökülməsi və həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(048)- 372/2023 saylı qətnaməsindən (hakim A.Kiçibəyov) Cavabdeh2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Fərzi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsində tikdikləri tikilinin sökülməsi, cavabdehlər tərəfindən həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması və ödədiyi 10 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(048)-372/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Fərzi oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən tikilinin (toyuq hininin) 3.5 kv.m hissəsi sökülərək həmin torpaq sahəsi mülkiyyətçisi olan İddiaçı Fərzi oğlunun mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 10 (on) manat dövlət rüsumu, X5 ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərci və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 311 (üç yüz on bir) manat cəmi ümumilikdə 571 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Fərzi oğluna ödənilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edilib, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı Fərzi oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Buna görə də məhkəmə kollegiyası sıradan çıxmış iddiaçının hüquqi varisi olaraq övladı (oğlu) - X4 (fin:15VJR44) işə cəlb etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (qardaşı) Nümayəndə bildirmişdir ki, keçirilmiş ekspertizanın rəyi ilə razı deyildir. Çünki o özü də mühəndisdir və verilmiş ekspert rəyi yeni elektron baza məlumatları əsasında verilməmişdir. Hesab etmişdir ki, TEKUİS və ya Azcard məlumatları əsasında yeni ekspert rəyi alınmalıdır. Ekspertiza xərcini ödəməyi öz öhdələrinə götürürlər. İşə apellyasiya qaydasında baxılarkən, sıradan çıxmış iddiaçının hüquqi varisi, oğlu - X6 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, Lerik rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(048)-372/2023 saylı qətnaməsindən irəli gələn iddiadan imtina edir, iddidadan imtina etməyinin hüquqi nəticələri ona aydındır. İddiaçı kimi cavabdehlər əmisi Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir tələbi yoxdur. Mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi, həmçinin sıradan çıxmış iddiaçının hüquqi varisi X6 məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi varisinin iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli, 2(048)- 372/2023 saylı qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının hüquqi varisi X3 iddiadan imtinası qəbul edilsin və Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli, 2(048)- 372/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Fərzi oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyatyanı torpağ sahəsində olan tikdikləri tikilinin sökülməsi və həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Sıradan çıxmış iddiaçının hüquqi varisi X2 iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-460/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-460/2025
21.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver