Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-462/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Ərizəçi əmək fəaliyyəti ilə məşğul olma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(036)-3626/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi əmək fəaliyyəti ilə məşğul olma faktının müəyyən edilməsi barədə ərizə verərək 2000-2007-ci illərdə İmişli şəhəri, N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində rus dili müəllimi işləməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(036)-3626/2022 saylı qərardadı ilə, ərizənin qəbul edilməsindən imtina edilməsi və ərizəçiyə həmin tələblə AR TN Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməli olduğu izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(036)-3626/2022 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarını riayət etməsini yoxlayır. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadınnan müəyyən edilir ki, Ərizəçi 2000-2003-cü illərdə İmişli şəhəri, N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə müəllim vəzifəsində işləmiş və aylar üzrə əmək haqqı almışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hal-hazırkı mülki iş üzrə ərizəçinin İmişli şəhəri, N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə müəllim vəzifəsində işləməsi faktı AR TN Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 309 saylı arayışla təsdiq olunduğundan həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilə bilməz. Odur ki, İmişli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(036)-3626/2022 saylı qərardadı ilə ərizənin geri qaytarılmasını prosessual qanunvericiliyə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 153.2-ci maddəsinə əsasən Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə 153.3-ci maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi ərizəçinin ərizəsində tələb etdiyi faktın müəyyən olunması ona müvafiq olaraq AR TN Mil-Muğan Regional Təhsil İdarəsinə tərəfindən verilmiş arayışda artıq təsdiq olunmuşdur. Halbuki hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Ərizəçinin ərizəsinə əlavə etdiyi faktın təsdiqi barədə arayışdan görünür ki, Ərizəçi 2000-2003-cü illərdə İmişli şəhəri, N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə müəllim vəzifəsində işləmiş və aylar üzrə əmək haqqı almışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Ərizəçi 2003-2007-ci illər üzrə qeyd olunan müəssisədə işləməsi faktının müəyyən edilməsi barədə AR TN Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməli, müraciətinə baxılmasından imtina olunduğu halda həmin orqanın üzərinə öhdəlik qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(036)-3626/2022 saylı qərardadı maddi və prosessual hüquq normalarına riayət olunmaqla çıxarılmışdır və əsaslıdır. Ərizəçi şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1, 153.3, 308, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin olunmasın. İmişli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(036)-3626/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-462/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-462/2023
23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver