Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-471/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X16 (sədrlik edən, məruzəçi), X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 Adgözəl oğlunun (əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1) iştirakı ilə, İddiaçı1 Adgözəl oğlunun, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin qaytarılması və iddiaçıların mülkiyyətinə verilməsi tələbinə dair mülki işi üzrə Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və Məlikov X14 rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə 11 may 1998-ci il tarixli JN- 213 KOD 80709018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0,96 ha torpaq sahəsinin İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qaytarılması və həmim torpağın onların adına sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Neftçala rayonu Xolqarabucaq kəndində qeydiyyatda olmaqla orada yaşayırlar. Onun və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən ümumilikdə 2,85 ha torpaq sahəsi verilmişdir. Onların hər birinə 0,96 torpaq sahəsi verilməli olduğu halda onlara 0,71 ha torpaq sahəsi düşmüşdür. Onlarla qonşu olan torpaq sahəsində isə hər bir ailə üzvünə 0,96 ha torpaq sahəsi düşmüşdür. Onlara məxsus dövlət aktına əsasən qonşu torpaq sahələri ilə müqayisədə hər bir nəfərə 0,25 ha torpaq sahəsi az verilmişdir. Onlara düşən torpaq payı qonşu ərazidə yerləşən torpaq sahəsində səhv olaraq Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. Sonradan Əşrəf onlara bildirmişdir ki, həmin torpaq sahəsi onlara məxsusdur. Səhv olaraq gəlini X2 verilmişdir. Cavabdeh2 adına Xolqaraqaşlı kəndində pay torpaq sahəsi var və təkrar olaraq ona Xolqarabucaq kəndindən də pay torpağ sahəsi verilmişdir. JN-213 kod 80709018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Neftçala rayon Aqrar İslahat Komissiyası tərəfindən Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0,96 ha torpaq sahəsinin onların mülkiyyətinə qaytarılmasını və həmim torpağın onların adına sənədləşdirilmsini xahiş edir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli,18 nömrəli qərarı ilə 11 may 1998-ci il tarixli JN-213 KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0,96 ha torpaq sahəsi İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qaytarılması, həmim torpaq sahəsi onların adına sənədləşdirilməsi, Cavabdeh1, X10, X19 və Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızının adlarına verilmiş Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xlqarabucaq kəndində yerləşən 3.85 hektar torpaq sahəsi üçün verilmiş 11 may 1998-cı il tarixli JN-213 KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” X15 (Əsgərova) Nəhayət Mətləb qızının adı çıxarılması, həmin qətnamənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı ərazi idarəsi tərəfindən yuxarıda göstərilən sənədlərdə dəyişikliyin aparılması üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmişdir. Həmin qərardaddan maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayəti aidiyyatı üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(053)-5872022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(053)-587/2022 saylı qərardadı qüvvədə saxlanılmış, hazırki qərardadın surəti mülki işlə birlikdə 7 gün müddətində şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 334/2023 saylı qərardadı ilə maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-587/2022 saylı, 10 noyabr 2022-ci il tarixli və 15 dekabr 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsi ilə Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli,18 nömrəli qərarı ilə 11 may 1998-ci il tarixli JN-213 KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş 0,96 ha torpaq sahəsinin İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə qaytarılması, həmim torpaq sahəsinin İddiaçı1 və onun ailə üzvlərinin adına sənədləşdirilməsi, Cavabdeh1, X10, X19 və Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızının adlarına verilmiş Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xlqarabucaq kəndində yerləşən 3.85 hektar torpaq sahəsi üçün verilmiş 11 may 1998-cı il tarixli JN-213 KOD 80709018 saylı “Torpağa mülkiyyət hüququna dair” X15 (Əsgərova) Nəhayət Mətləb qızının adı çıxarılması, həmin qətnamənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı ərazi idarəsi tərəfindən yuxarıda göstərilən sənədlərdə dəyişikliyin aparılması üçün əsas olması qət edilmişdir. Bildirmişdir ki, ölkədə keçirilən Aqrar İslahat uzun müddətdir ki, həyata keçirilmiş və yekunlaşmışdır. Qətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş Aktından Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızının adının çıxarılması, həmin hissədə torpaq sahəsinin iddiaçıların adına sənədləşdirilməsi qət edilmiş və qətnamənin qeyd edilən dəyişikliyin qeydə alınması üçün əsas olması qeyd edilmişdir. Lakin Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş pay torpaq sahəsi İslahaat nəticəsində verildiyindən onun reyestrdə qeydə alınması mümükün deyildir. Hesab etmişdir ki, tərəflər bunu öz aralarında alqı-satqı ilə, bu mümükün olmadıqda isə İnzibati məhkəmə icraatı qaydasında həll edə bilərlər. Buna görə də qeyd etmişdir ki, hazırkı iddiaya ümumi məhkəmələrdə baxılması yol verilməzdir. Hazırkı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Adgözəl oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərdi ki, Aqrar İslahat Komissiyası tərəfindən ona və ailəsinə qonşularına münasibətdə daha az torpaq sahəsi verilmişdir. Belə ki, qonşularının hər birinə 0.96 ha verildiyi halda onun ailəsinin hər birinə 0.71 ha torpaq sahəsi verilmişdir. Bildirmişdir ki, cavabdeh Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızı digər cavabdeh Əşrəfin gəlinidir. Əşrəf də təsdiq edir ki, Nəhayətə verilən pay torpağı səhvən onun adına yazılmışdır. Əslində Nəhayətə düşən pay torpağı onun ailəsinə verilməli imiş. Əvvəlcə İnzibati məhkəməyə müraciət etsələr də sonradan ərizələrini geri götürmüş və ümumi məhkəməyə müraciət etmişlər. Məhkəmədə Cavabdeh1 Nəhayətin payının onun ailəsinə verilməsinə razı olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-250 KOD 80709018 saylı Dövlət Aktının surətindən görünür ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 2.85 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmiş və həmin sənəd onlara məxsusdur. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-213 KOD 80709018 saylı Dövlət Aktının surətindən görünür ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 3.85 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Cavabdeh1, X10, X19 və Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızına verilmiş və həmin sənəd onlara məxsusdur. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-247 KOD 80710018 saylı Dövlət Aktının surətindən görünür ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 14 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 9.91 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X11, X4, X5, X6, X8 və X7 verilmiş və həmin sənəd onlara məxsusdur. İşdə olan Neftçala rayonu Xolqaraqaşlı kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 44 saylı arayışın surətindən görünür ki, Əkbərova (Əsgərova) Nəhayət Mətləb qızının adına pay torpaq sahəsi vardır. İşdə olan Neftçala rayonu Xolqarabucaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 46 nömrəli arayışın surətindən görünür ki, Neftçala rayonu Xol Qarabucaq kəndində qeydiyyatda olan və yaşayan İddiaçı1 Adigözəl oğluna məxsus Neftçala rayon Agrar İslahat Komissiyası tərəfindən verilən Torpağa Mülkiyyət Hüququna dair JN-250 nömrəli Dövlət Aktına əsasən özü və ailə üzvləri ilə birlikdə 4 nəfərə ümumilikdə 2.85 ha torpaq sahəsi verilmişdir. Hər bir nəfərə 0.96 ha torpaq sahəsi verilməli olduğu halda 0.71 ha torpaq sahəsi düşmüşdür. İddiaçı1 ilə qonşu torpaq sahəsində isə hər bir ailə üzvünə 0.96 ha torpaq sahəsi düşmüşdür. İddiaçı1 məxsus Dövlət aktına əsasən qonşu torpaq sahələri ilə müqayisədə hər bir nəfərə 0.25 ha az torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, İddiaçı1 Adgözəl oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Apelyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(053)587/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 Adgözəl oğlunun, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin qaytarılması və iddiaçıların adına sənədləşdirilməsi tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-471/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-471/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver