Məhkəmə qərarları › İş №2(106)-473/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-473/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-473/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adının çıxarılması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-923/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci tarixli 18 saylı qərarına əsən 28 aprel 2004-cü il tarixdə ona və adları aktda ailə üzvləri kimi səhv olaraq qeyd olunmuş şəxslərə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsi Ərizəçi, Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs8, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5ğa qızı, Maraqlı şəxs6, Maraqlı şəxs7 mülkiyyətinə verilmişdir. Həmin vaxt Maraqlı şəxs8 başqa səhv olaraq Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 onun ailə üzvü kimi toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun ifadə verərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Maraqlı şəxs2 Xanhüseyn qızı izahatında göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Onun ərinin adı və soyadı da Ərizəçi olduğundan səhv olaraq özünün və ailə üzvlərinin adları Ərizəçi adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə qeyd dilmişdir. Onların öz adlarına pay torpaqları vardır. Xahiş edir ki, bu yanlışlıq düzəldilsin və Ərizəçi adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adı çıxarılsın. Maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı ərazi idarəsinə, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı ərazi idarəsinin nümayəndəsi və Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda işə digər maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-923/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Əli Tağıyev) ilə, ərizənin təmin edilməsi, Ərizəçi, Maraqlı şəxs8, Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adlarına verilmiş Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsi üçün verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adları çıxarılması, Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsi üçün verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi və Maraqlı şəxs8 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçi ərizəsinin mahiyyətindən müəyyən edilir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci tarixli 18 saylı qərarına əsən 28 aprel 2004-cü il tarixdə ona və adları aktda ailə üzvləri kimi səhv olaraq qeyd olunmuş şəxslərə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsi Ərizəçi, Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs8, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5ğa qızı, Maraqlı şəxs6, Maraqlı şəxs7 mülkiyyətinə verilmişdir. Həmin vaxt Maraqlı şəxs8 başqa səhv olaraq Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 onun ailə üzvü kimi toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, ərizəçilərin xahişi Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci tarixli 18 saylı qərarına əsən 28 aprel 2004-cü il tarixdə ona və adları aktda ailə üzvləri kimi səhv olaraq qeyd olunmuş şəxslərin adları qeyd olunduğundan bu qeyd pozulmalı və onların adları torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən çıxarılmalıdır. Bu halı məhkəmə baxışı iclasında Maraqlı şəxs2 Xanhüseyn qızı da izahatı ilə də təsdiq etmişdir. Belə ki, o, izahatında göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Onun ərinin adı və soyadı da Ərizəçi olduğundan səhv olaraq özünün və ailə üzvlərinin adları Ərizəçi adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə qeyd edilmişdir. Onların öz adlarına pay torpaqları vardır. Xahiş edir ki, bu yanlışlıq düzəldilsin və Ərizəçi adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adları çıxarılmalıdır. Göründüyü kimi ərizəçilər Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci tarixli 18 saylı qərarına əsən 28 aprel 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeydiyyatın aparılmasının qanuniliyini mübahisələndirərək həmin qeydin düzəldilməsini arzulayır və dövlət orqanının nümayəndələri tərəfindən qeydiyyat aparılarkən qanunvericiliyin tələblərinin pozulmasını qeyd etmişdir. Bu isə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi ilə əlaqədar inzibati orqan tərəfindən edilmiş hərəkətin (hərəkətsizliyin) qanuniliyinin mübahisələndirilməsini ehtiva edir. Lakin birinci instansiya məhkəməsi ərizəçinin ərizəsinin təmin olunması qənaətinə gəlməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ərizəçilər ərizəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini iddia etsə də, ərizənin mahiyyəti Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsində onların ailə üzvü olmayan şəxslərin adlarının inzibati orqan tərəfindən qanunsuz qeyd aparılmasının aradan qaldırımasından ibarət olmuşdur. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılmasının realizəsi zamanı ərizəçiyə tələbi üzrə görülməli olan hərəkətlər və onların nəticələri ilə bağlı hüquqlarının real izahını etməyərək, nəticədə iddia tələbinin perspektivlərini göstərməyərək, onların əsassız məhkəmə çəkişməsinə cəlb edilməsindən çəkindirilməsi üçün prosessual hərəkətlər etməmiş, bununla da gəlinən nəticənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qanunsuz olaraq Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adının qeydiyyatının düzgün aparılmaması və həmin qeydin pozulması ilə əlaqədar yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqan qismində ƏMDK yanında DƏDRX-i çıxış edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatıqaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizəçinin tələbi inzibati orqan (Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) tərəfindən şəhadətnamənin verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilərək, şəhadətnamədə adları səhvən qeyd olunmuş şəxslərin adının qeydiyyatının pozulmasından ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ərizəçinin tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-923/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekbar 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adının çıxarılması tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar