Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-477/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın qəbulu tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar İddiaçı1 və X2 tərəfindən qəbul edilməsi faktı tanınmış, Lənkəran şəhəri, X9 küçəsi 26 saylı evə dair X3 ½ hissədə və X1 ½ hissədə pay hüququ müəyyən olunmuşdur Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş xx.xx.2019-cu il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Cavabdeh münasibətdə buraxılmamış hesab edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 xx.xx.2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-797/2023 saylı qərardadı ləğv edilmiş və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməklə, apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın qəbulu tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından iş üzrə İddiaçı2 tərəfindən də şikayət verildiyi bəlli olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2013-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 05 fevral 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. İddiaçı2 şikayətində bildirmişdir ki, Cavabdeh əvvəllər miras əmlkadan imtina etmişdir. Belə ki, o, notarial qaydada təsdiq edilmiş ərizəsində miras əmlakı qəbul etmədiyini və gələcəkdə bununla bağlı hər hansı bir tələbinin olmayacağını bildirmişdir. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, iddia ərizəsində Cavabdeh ünvanı kimi “ünvan 1 Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/2019 saylı qətnaməsində mübahisəli miras mülkün ünvanı kimi “Lənkəran şəhəri, X9 küçəsi ev 26” göstərilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü Cavabdeh hazırda ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh məhkəmə qətnaməsinin ona verilməsi barədə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və həmin ərizədə ünvanını “Lənkəran rayonu, Qumbaşı kəndi” kimi qeyd etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 18 iyun 2019-cu il tarixli, 2(049)- 1648/2019 saylı qətnamə Cavabdeh onun ərizəsində qeyd etdiyi ünvan üzrə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ünvanlanan məhkəmə bildirişlərində onun ünvanı “ünvan 6in Cavabdeh çatdırılması (poçt rabitəsi operatoru və s. vasitəsilə) barədə iş materiallarına sübut əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş SS591887414AZ nömrəli poçt xəbərnaməsi (səhifə №131) əsasında Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsinin xx.xx.2019-cu il tarixdə Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 208 ünvanında iş üzrə Cavabdeh çatdırılması müəyyən edilmir. Müəyyən edilir ki, Cavabdeh qətnamənin surətini almaq üçün xx.xx.2023-cü il tarixdə müraciət etmiş, məhkəmə tərəfindən ona qətnamənin surətinin göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Beləliklə, təqdim edilmiş sənədlərlə qətnamənin Cavabdeh rəsmi qaydada verildiyi tarix kimi “07 fevral 2023-cü il” müəyyən edilir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə daxil olmuşdur. Cavabdeh tərəfindən müddətin ötürülməsi müəyyən edilmir, ona görə məhkəmə düzgün olaraq, müddəti ötürülməmiş hesab etmişdir. Beləliklə, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 357-358, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı2 şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-1648/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-477/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-477/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver