Məhkəmə qərarları › İş №2(106)-488/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-488/2024

28.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-488/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlundan və X2 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Qanuni nümayəndə, Cavabdeh1 İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Salyan X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli e- 2(057)-1925/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli e-2(057)-1925/2023 saylı qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) iddianın təmin edilməsi, Cavabdeh1 Salyan X7 İdarəsinin 03 iyul 2023-cü il tarixli 14-2-2-9/31k-154/2023 saylı əmrinin ləğv edilməsi və İddiaçı telefonçu vəzifəsinə bərpa edilməsi, Cavabdeh1 Salyan X7 İdarəsi tərəfindən hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə dövlət rüsumu qismində 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 Salyan X7 İdarəsindən dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 İB-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdeh1 Salyan X7 İdarəsinin VÖEN-i yoxdur. Hüquqi şəxs olmasa da, ona iş üzrə bütün hüquqlar verilmiş, əmək haqqının ödənilməsi isə Cavabdeh1 İB-yə aiddir. Cavabdeh1 İB-nin hüquqi ünvanı isə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşir. İddiaçı nümayəndəsi vəkil Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının işə götürülməsi ilə bağlı əmri Cavabdeh1 Salyan X7 İdarəsi vermişdir. O hissədə cavabdeh şəxs Cavabdeh1 İB-nin Salyan X7 İdarəsidir. Həmin İdarənin işçini işə götürmə səlahiyyəti vardır. Bütün bunlara görə hazırkı iddia tələbi ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli e-2(057)-1925/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Salyan X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını hərtərəfli və tam tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək, qanunvericilik normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən qanunverciliyin tələblərini pozmuş və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işi icraata götürmüşdür. Bu baxımdan, kollegiya qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh1 ilə yanaşı Cavabdeh1 Salyan X7 İdarəsi göstərilmişdir ki, həmin İdarənin MPM-in 49 və 50-ci maddələrinin imperativ göstərişləri baxımından cavabdeh qismində çıxış edə bilməsi mümkünlüyü də araşdırılmalıdır. Belə ki, MPM-in 50.1, 50.3 və 50.5-ci maddələrinin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə, yəni mülki-prosessual hüquq qabiliyyətinə malikdir. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti olaraq mülki-prosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Beləcə, işdə iştirak etmə halı mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə hüquqi şəxslərə münasibətdə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı - maddi hüququn subyekti olduğu andan yaranır. Xüsusilə diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Adıçəkilən qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, mülki işin ərazi aidiyyəti üzrə Cavabdeh1 Salyan X7 İdarəsinin Cavabdeh1 tabeliyində fəaliyyət göstərən idarə olmaqla hüquqi şəxs hesab olmadığı üçün hazırkı mülki iş üzrə tələbə cavab verən şəxs olaraq cavabdeh qismində cəlb edilə bilməz Buna görə də, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023cü il tarixli e-2(057)-1925/2023 saylı qətnaməsi ləğv edilməli, hazırkı - İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Salyan X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş Cavabdeh1 olduğu ünvana görə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli və işə həmin məhkəmədə baxılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh edilənlərə əsasən və MPM-in 35, 36, 40, 45-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli e-2(057)-1925/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Salyan X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar