Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-495/2023 24.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh İskəndər qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehin torpaq sahəsindən çııxarılması, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan 3,22 hektar, İddiaçı2 mülkiyyətində olan 0,93 ha torpaq sahəsi, İddiaçı3 mülkiyyətində olan 2,85 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınmaqla onun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və cavabdehdən ümumilikdə onlara vurduğu maddi ziyana görə 3586, 75 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan 3,22 hektar, İddiaçı2 mülkiyyətində olan 0,93 ha torpaq sahəsi, İddiaçı3 mülkiyyətində olan 2,85 ha torpaq sahəsinin Cavabdeh İskəndər qızının qanunsuz sahibliyindən geri alınmaqla onun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması, Cavabdeh İskəndər qızından vurduğu ziyana görə 776,25 (yeddi yüz yetmiş altı manat iyirmi beş qəpik) manat pulun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 varisi X2 verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İskəndər qızı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “Kürdəmir rayonunun Qaraqocalı kənd ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan 3,22 hektar, İddiaçı2 mülkiyyətində olan 0,93 ha torpaq sahəsi, İddiaçı3 mülkiyyətində olan 2,85 ha torpaq sahəsi, Cavabdeh İskəndər qızının qanunsuz sahibliyindən geri alınmaqla, o həmin torpaq sahəsindən məcburi qaydada çıxarılsın və Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılsın” hissəsində ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etsə də, şikayətinin konkret əsaslarını, işin materiallarına istinad etməklə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməmişdir. Müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu düzgün yoxlamamış, apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İskəndər qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Kürdəmir Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İskəndər qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-495/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-495/2023
24.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver