Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-495/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş xərclərin alınması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri Cəmşid ünvan 1 ünvanında yerləşən) 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi və 2 otaqlı əlavə tikili olan fərdi yaşayış evinin, İddiaçı ilə X4nun birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşası və təmiri üçün sərf edilmiş vəsait müəyyənləşdirilərək paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X20 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. X4 xx.xx.2021-ci ildə astma xəstəliyindən vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşı Elsevər Səmədovla qaynatası İnqilab Səmədova məxsus Şirvan şəhəri Xəqani küçəsi 54/1 evdə bir müddət yaşadıqdan sonra qaynatası 6 aydan sonra özünə məxsus bağ-bostan olan torpaq sahəsində, Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri,C.Naxçıvanski küçəsi,ev 193) də ev tikmək qərarı verirlər. Həmin evin tikilməsində həm qaynatası tərəfindən, həm də iddiaçı tərəfindən vəsait qoyulur və fərdi yaşayış evi tikilir. İddiaçı özü də həmin vaxt məktəbdə işləmiş, aldığı maaşla yavaş-yavaş evi tikməyə başlamışlar. Qaynatası da evin tez tikilməsi üçün pensiya kartını onlara vermişdir. Sonradan iddiaçının mərhum əri ilə valideynləri arasında mübahisə yarandığından qaynatası pensiya kartını onlardan almışdır. Fərdi yaşayış evindən başqa həmin torpaqda uzunluğu 13 m, eni 4 metr, hündürlüyü 3 metr, hamam və sanitar su qovşağı olan 2 otaqlı digər fərdi yaşayış evi də iddiaçı ilə mərhum Elsevər Səmədovla birgə nikah dövründə tikilmişdir. Sözügedən əlavə evin tək üstü vurulmamış vəziyyətdə qalır. Sözügedən ünvanda torpaq sahəsinin boş olmasını və orada iddiaçı və onun mərhum ərinin sonradan orda ev tikməsini qonşular və həmin tikililərin tikilməsində iştirak etmiş fəhlə və ustalar da şahidi olmuşlar. Şirvan şəhəri 265D ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi, hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatını ********** qeydiyyat tarixi xx.xx.2021-ci il, daşınmaz əmlakın reyestr **********21-11301 olan çıxarış mərhum X11 qeydiyyatdan keçmiş, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə sözügedən bağ evi X23 tərəf Cavabdeh hədiyyə edilmişdir. Hal-hazırda bağ evinin mülkiyyətçisi Cavabdehdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadası Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 2012-ci il tarixində tərtib edilmiş texniki pasportuna əsasən bağ evinin 2012-ci ildə tikilməsi deyilir. Maraqlıdır ki, bağ evinin tikintisində iştirak etmiş ustalar X16,X24 ,X25, X26 və bağ evinin qonşuluğunda yaşayan qonşu X27, X12 və X3 mübahisəli bağ evinin və həmin həyətdə tikililərin əlavə fərdi yaşayış evinin məhz 2018-2020-ci illər ərzində tikildiyinin olduqları halda 13 saylı Şirvan Ərazi İdarəsi yaşayış evinin 2012-ci ildə tikilməsi göstərməsi sual doğurur. Lakin göstərilən fərdi yaşayış evinin iddiaçı ilə cavabdehin X4nun birgə nikah dövründə əldə edilmiş hesabına tikildiyindən və təmir olunduğundan çəkilən xərclər tərəflər arasında bərabər surətdə bölünməlidir. Belə ki, mübahisəli ev cavabdehin babası X23 tərəfindən cavabdehə Cavabdeh bağışlaya iddiaçının fərdi yaşayış evlərinin yəni 1 mərtəbəli, ümumi sahəsi 102,9 kv.m fərdi yaşayış evinin və həmçinin 2 otaqlı fərdi yaşayış evinin tikintisinə təmirinə çəkilmiş xərclərdə iddiaçının da payının olduğunu görməməzlik gəlməsi ümumiyyətlə başa düşülən deyil. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, mübahisəli ev tikildiyi və təmir edildiyi vaxt dövlət reyesterində qeydiyyatdan keçməmişdir, qeydiyyatdan yalnız X4 vəfat etdikdən 3 ay sonra, yəni xx.xx.2021-ci ildə reyest qeydiyyatdan X11 adına keçmişdir. İddiaçının əri X20 vəfat etdiyindən iddiaçı mübahisəli evin tikintisi və təmiri üçün çəkilən xərclərdə onun da vəsait xərcləməsinə baxmayaraq cavabdeh onu heç bir kompensasiya və vəsait vermədən məhkəmənin qətnaməsi ilə evdən çıxarmışdır. Buna görə də iddiaçı Cavabdeh hal-hazırda onun mülkiyyətində olan mübahisəli evin tikilməsində və təmirində xərclənən vəsaitin yarısını tələb etmək hüququna malikdir. Cavabdeh Şirvan şəhər Məhkəməsində 2022-ci ildə “İddiaçı və digərlərinin fərdi yaşayış evindən çıxarılması, cehiz əmlakın çıxarılması və iddiaçının fərdi yaşayış evinə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(032)-1375/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Hal-hazırda evin tikintisi və təmiri üçün çəkilən xərclərin mütəxəssis tərəfindən qiymətləndirilməsinə cavabdeh və onun ailəsi tərəfindən maneə yaradıldığına görə mümkün olmamışdır. Buna görə də birgə nikah dövründə əldə edilmiş vəsait hesabına fərdi yaşayış evinin tikintisi və təmiri üçün çəkilən xərclərin məhkəmə tərəfindən ekspertiza təyin olunaraq qiymətləndirilməsi) və müəyyən olunması daha məqsədəuyğundur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri Cəmşid ünvan 1 ünvanında yerləşən) 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi və 2 otaqlı əlavə tikili olan fərdi yaşayış evinin inşası və təmiri üçün sərf olunmuş 15000 (on beş min) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Elsevərlə nikaha daxil oduqdan sonra bir müddət qaynatasıgilin yanında yaşamışlar.Qaynatası onlara özünə məxsus torpaq sahəsində ev tikib yaşamalarını bildirmiş və öz pensiya kartını da onlara vermişdir, lakin sonradan mübahisə yarandığından pensiya kartını onlardan almışdır. Həmin vaxt özü məktəbdə işləmiş, aldığı maaşla evi tikməyə başlamışlar. Birgə nikah dövründə evin tikintisinə cavabdehin babası tərəfindən xərclər ayrılsa da, təxminən 15000 manatdan artıq tək onun özünün xərci çıxmışdır. Həmin dövrdə rəhmətə gedən yoldaşı evin tikintisinə görə müxtəlif şəxslərdən borca pul götürmüş və həmin şəxslərin bəzilərinə onun tərəfindən zamin durmuşdur. Bununla yanaşı o bir neçə dəfə bankdan pul götürərək həmin evin tikintisinə xərcləmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, onların tələbi birgə nikah dövründə çəkilən xərcin tələb olunmasıdır. Qeyd olunan ev birgə nikah dövründə iddiaçının əziyyəti ilə tikilmişdir. Lakin iddiaçıya çəkilən xərclə bağlı heç bir pay verilməmişdir. Cavabdeh tərəf bildirmişdir ki, ev 2012-ci ildə tikilmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, nümayəndəsi nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu bildirmişdir ki, atası-1977-ci il təvəllüdlü X39 oglu xx.xx.2021-ci il tarixdə astma xəstəliyindən vəfat etmişdir. Mərhum atasının 1ci nigahı xx.xx.2000-ci il tarixdə onun anası X28 ilə olmuşdur. Həmin nigahdan hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu dünyaya gəlmişdir. Həmin nigah Şirvan şəhər Məhkəməsində xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş və nigahın pozulması Şirvan şəhər qeydiyyat şöbəsində nigahın pozulması haqqında akt qeydində xx.xx.2018-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. Mərhum atası iş üzrə İddiaçı ilə 2-ci nigaha 2018-ci il tarixdə daxil olmuşdur. Həmin nigahdan atasının övladı olmamışdır. Hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu ona bildirmişdir ki, onun ata babası X43 oglu uzun illər neft sənayesi sahəsində mühəndis vəzifəsində işləyərək aldıgı məvaciblər, pul mükafatları, əmisi şəhid X50 ogluna verilən 11.000 min manat pul, pensiyaya gec çıxdıgı üçün məhkəmə qərarı ilə aldıgı 15.000 min manat kompensasiya və eləcə də, həyat yoldaşı və özünün aldıqları və yıgdıqları pensiya hesabına Şirvan şəhəri, Energetik küçəsi, ev 265 D (Yeni Qaydalarla: Şirvan şəhəri, Cəmşid ünvan 3 ünvanda (bağ evləri massivi) 06 sot torpaq sahəsində 2012-ci ildə tikilən 01 mərtəbəli, ümumi sahəsi 102.9 kv.m olan fərdi yaşayış evini inşa etmişdir və həmin evi xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın bagışlama müqaviləsi ilə ona hədiyyə etmişdir və o, həmin evi öz adına bagışlama müqaviləsi əsasında dövlət qeydiyyatına aldıraraq, həmin evə texniki pasport və çıxarış almışdır. Fərdi yaşayış evi və torpaq sahəsində tikilən əlavə tikililər inşa edilən tarixdə İddiaçı onun mərhum atası ilə nigahda olmamış yalnız, 2018-ci il tarixdə atası ilə nigaha daxil olub həmin mübahisə predmeti olan fərdi yaşayış evinə köçüb hazır evdə yaşamışlar. Evdə hər hansı bir təmir işləri aparmamışlar və buna onların maddi imkanları da olmamışdır. Maddi cəhətdən çətinlik çəkdikləri üçün babası İnqilab Səmədovun pensiya kartı da bir müddət dolanışıq üçün onlarda olmuş, İddiaçı onun baba və nənəsinə qulluq etmədiyi üçün babası məcbur qalıb pensiya kartını bloklamışdır ki, ondan istifadə edə bilməsinlər. Mərhum atası Elsevər Səmədov neft sahəsində işləsə də, pis vərdişləri səbəbindən aylıq maaşı borclara və digər pis vərdişlərə xərclənmiş, həmin dövrdə iddiaçı məktəbdə işləsə də, 200 manatdan azacıq artıq maaş almış və aldıgı maaş öz tələbatına xərclənmişdir. Babasının kartının onlarda olması və mərhum atasının pis vərdişlərinə görə, onun aldıgı maaşın həmin xərclərə sərf olunması barədə iddiaçı cavabdeh olduğu icraatında olmuş “evdən çıxarılma” tələbi üzrə mülki işdə etiraf etmişdir. Sadəcə babasından qalan 2 evin ona bagışlanması ilə iddiaçı bir gəlin kimi razı olmamış, gəlin kimi ona da evdən haqq düşdüyünü iddia etmiş, evdən məhkəmə qərarı ilə zorla çıxmış, çıxarkən evə müəyyən ziyan da vurması halı olsa da, ev təhvil alınarkən buna əlavə səs-küy, narahatlıq olamasın deyə fikir verilməmişdir. Bütün bunlara görə iddiaçı nahaqdan o evə xərc çəkməsi ilə ondan və nənəsindən nəsə qoparmaq arzusundadır və buna görə əsassız iddialar qaldırır. Əgər o evdə haqqı var idisə, vaxtında iddiaya cavab verməli olan şəxslərə qarşı iddia qaldırardı. Mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının qayınatası X17 tam mülkiyyət hüququ ilə çıxarış əsasında məxsus olmuş və həmin çıxarış hüquqi qüvvədədir. X23 həmin çıxarış əsasında fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında qanuni şəkildə nəvəsi iş üzrə Cavabdeh ogluna bagışlamışdır və bagışlama müqaviləsi hüquqi qüvvədədir. Bağışlama müqaviləsinin ləgv edilməsi yaxud, etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur və iddiaçının bu tələb üzrə subyektiv hüququ yoxdur. İddiaçının qayınatası X43 oglu 2023-cü il tarixdə vəfat etmişdir. Özgə mülkiyyətində olan torpaq sahəsində mülkiyyətçinin icazəsi və razılıgı olmadan hər hansı bir tikinti və ya təmir işlərinin aparılması mülki qanunvericiliyə görə yolverilməzdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh oglu iddiaya cavab verməli şəxs deyildir. Bu tələb iddiaçının ərinin saglıgında qaldırılmalı idi, ya evin mülkiyyətçisi olmuş X43 oglunun sağlığında qaldırılmalı idi hansı ki, iddiaçının buna fürsəti olmuşdur. Mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılma barədə iddia qaldırılan vaxt cavabdeh olmuş İddiaçı qarşılıqlı iddia vermək hüququ var idi və həmçinin, evin mülkiyyətçisi olmuş X17 qarşı onun sağlığında ayrıca onun evinə çəkilmiş xərc tələbi ilə müraciət etmək imkanı var idi ki, iddiaçı bu hüquqlarından istifadə etməmişdir. a) Birinci instansiya məhkəməsində icraat; Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli (hakim Aydan Məmmədli) qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 15000 (on beş min) manat pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi-vəkili Vəkil1 Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, İddiaçı nümayəndəsivəkili Vəkil1 elektron qaydada ərizə ünvanlıyaraq iddiaçı ilə hələlik müqavilə bağlamadığını bildirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya icraatın tezliyini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş arayışın surətindən görünür ki, X31 İdarəsi bağçılıq-bostançılıq Birliyinin üzvüdür. Əli-Bayramlı şəhər XDS-İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli 3 nömrəli protokolu ilə ƏliX51 üçün ayrılmış torpaq sahəsində 5 nömrəli yer cəmi 6 sot X17 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş ünvan 5 bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 06 fevral 1979-cu il tarixli 03 saylı qərarı ilə sahəsi 600 kv.m olan təyinatı bağçılıq və bostançılıq üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 751 nömrə ilə uçota alınıb. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 bağ evi tam xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 X8 nikahı Şirvan şəhər Qeydiyyat Şöbəsində 24 avqust 2018-ci ildə 312 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2023-cü il tarixdə beyin ödemi səbəbindən Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 22 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsininin surətindən görünür ki, X5 şəhəri Energetik küçəsi 265 D saylı ünvanda yerləşən ümumi sahəsi 102.9 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini nəvəsi olan Cavabdeh bağışlamışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X21 onun əvəzinə həddiyəni hədiyyə verəndən qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş ünvan 5 bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, ünvan 5 bağ evinin hüquq subyekti Cavabdehdur. Yaşayış evlərinin texniki göstəricilərinə əsasən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 3 , ümumi sahəsi 102.9 m2 , yaşayış sahəsi 39.5 m2 , köməkçi sahəsi 63.4 m2 , tikintialtı sahə 120.6 m2 , həcmi 542.7 m2 olan yaşayış evi 2012-ci ildə tikilmişdir. Texniki pasport xx.xx.2022-ci ildə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş ünvan 5 bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, ünvan 5 bağ evinin hüquq subyekti Cavabdehdur. Texniki pasport xx.xx.2022-ci ildə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 bağ evi tam xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1375/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər İddiaçı, X6, X2, X9 və uşağı X13 Şirvan şəhəri, Energetik küçəsi, 265 D saylı (yeni qaydalarla Şirvan şəhəri, Cəmşid ünvan 1) evdən çıxarılması, cavabdeh İddiaçı məxsus əşyaların həmin evdən çıxarılması, iddiaçı Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli ,2(106)-372/2023 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1375/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli MŞS/MT-023-02346 nömrəli Sabirabad 1 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, bu arayış Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X22 tərəfindən İddiaçı “Mediasiya Haqqında” Qanunun 29.3-cü maddəsinə uyğun olaraq verilmişdir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 141CLM********** saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak krediti məqsədi ilə 36 ay müddətinə, illik 25.84 % olmaqla, 1100 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4076657A141 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak krediti məqsədi ilə 35 ay müddətinə, illik 24.71 % olmaqla, 2200 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4299608A299 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana istehlak krediti məqsədi ilə 35 ay müddətinə, illik 27 % olmaqla, 4120 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı Şirvan şəhəri Energetik küçəsi ev 265 D (yeni qaydalarla Şirvan şəhəri Cəmşid ünvan 1 ünvanında yerləşən) 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,9 kv.m olan bağ evi və 2 otaqlı əlavə tikili olan fərdi yaşayış evinin inşası və təmiri üçün sərf olunmuş 15000 (on beş min) manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsini tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələrinə istinad edir. İş materiallarından müəyyən edilir ki, X1 Afaq İsmayıl qızı ilə 24 avqust 2018-ci ildə nikaha daxil olmuşdur. Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 06 fevral 1979-cu il tarixli 03 saylı qərarı ilə sahəsi 600 kv.m olan təyinatı bağçılıq və bostançılıq olan torpaq sahəsi X14 verilmiş, ünvan 5 bağ evi tam xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, X20 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 102.9 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini nəvəsi olan Cavabdeh bağışlamışdır. X20 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(032)- 1375/2022 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X6, X2, X9 və uşağı X13 Şirvan şəhəri, Energetik küçəsi, 265 D saylı (yeni qaydalarla Şirvan şəhəri, Cəmşid ünvan 1) evdən çıxarılması, cavabdeh İddiaçı məxsus əşyaların həmin evdən çıxarılması, iddiaçı Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İddiaçı iddia tələbində qeyd edir ki, Elsevərlə nikaha daxil oduqdan sonra bir müddət qaynatasının yanında yaşamışlar. Qaynatası onlara özünə məxsus torpaq sahəsində ev tikib yaşamalarını bildirmiş və öz pensiya kartını da onlara vermişdir, lakin sonradan mübahisə yarandığından pensiya kartını onlardan almışdır. Həmin vaxt özü məktəbdə işləmiş, aldığı maaşla evi tikməyə başlamışlar. Birgə nikah dövründə evin tikintisinə cavabdehin babası tərəfindən xərclər ayrılsa da, təxminən 15000 manatdan artıq tək onun özünün xərci çıxmışdır. Həmin dövrdə rəhmətə gedən yoldaşı evin tikintisinə görə müxtəlif şəxslərdən borca pul götürmüş və həmin şəxslərin bəzilərinə onun tərəfindən zamin durmuşdur. Bununla yanaşı o bir neçə dəfə bankdan pul götürərək həmin evin tikintisinə xərcləmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Kollegiya iddiaçının bu dəlili ilə əlaqadar qeyd edir ki, iddiaçı ünvan 5 bağ evinin evin tikintisinə və təmirinə onun tərəfindən vəsait xərclədiyini, bununla bağlı kreditlər götürməsini, bağ evinin evin tikintisinə və təmirinə onun tərəfindən çəkilən 15000 manat pulun cavabdehdən tutulmasını iddia etsə də, iş materiallarında olan texniki pasporta əsasən mübahisəli evin 2012-ci ildə tikiliməsini , iddiaçının cavabdehin atası X15 ilə 2018-ci ildə nikaha daxil olmaqla həmin evə gəlin köçməsini nəzərə alaraq iddiaçı tərəfindən mübahisəli evin inşası və təmiri üçün vəsait sərf edilməklə, dəyərinin artırılması işin materialları ilə müəyyən olunmamış və iddiaçı tərəfindən buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının mübahisəli mənzilə hələ cavabdehin mülkiyyətinə keçməsindən xeyli əvvəl mərhum ərinin və özünün birgə nikahları müddətində mərhumun atası X11 mülkiyyətində olduğu müddətdə çəkilmiş xərcin birgə nikah müddətində çəkməsəri əsası ilə iddia irəli sürməsi, hazırki mülkiyyətçi Cavabdeh münasibətdə haqlı sayıla bilməz. Bu hətta sübut olunduğu halda belə iddia olunan xərc hazırki cavabdehin mülkiyyətinə keçməmişdən öncə çəkilmiş xərclərə aid olduğundan hazırki cavabdehə qarşı yönələ bilməz. Belə ki, iddiaçı cavabdehdən hələ onun mülkiyyətində olmadığı müddətdə yəni, bağışlayan babası X11 mülkiyyət üzərində hüquq sahibi olduğu dövrdə çəkdiyi xərcin ona qaytarılmasını tələb edir. Bu isə MM-nin 157.6-cı maddəsi ilə uzlaşmır. Həmin maddənin dispozitiv şərtində, istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilməsi kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O, da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1134/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-495/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-495/2025
11.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver