Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-497/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Şirvan şəhər 1 saylı Notarait Ofisinə qarşı miras əmlakın 1/4 hissəsinə vərəsəlik və mülkiyyət hüququnun tanınması, çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(032)1015/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Şirvan şəhər 1 saylı Notarait Ofisinə qarşı miras əmlakın 1/4 hissəsinə vərəsəlik və mülkiyyət hüququnun tanınması, çıxarışın verilməsi tələbinə dair iddiası Şirvan Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(032)- 1015/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Şirvan şəhər Vidadi küçəsi döngə 4, 15 saylı evin 1/4 hissəsinə vərəsəlik hüququnun tanınması, Şirvan şəhəri, Vidadi küçəsi döngə 4, 15 saylı evin 1/4 hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinin Şirvan şəhər 1 saylı Notarait Ofisinə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. 29 dekabr 2022-ci il tarixdə Cavabdeh poçta təqdim etməklə qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(032)-1015/2021 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun şəkildə tərtib olunmaması əsası ilə geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət verərək ləğv olunması, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilmişdir. Bildirmişdir ki, şikayəti Şirvan Şəhgər Məhkəməsinə ünvanlayan zaman məhkəmədə elekrton məhkəmə sistemi tətbiq olunmamış, hazırda da tətbiq olunmur. Bu səbəbdən də məhkəmə qərardadında qeyd edilən forma və məzmuna uyğunsuzluq məsələsi öz aktuallığını itirmişdir. Şirvan Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən olunur ki, məhkəmə apellyasiya şikayətini Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun şəkildə tərtib olunmaması əsası ilə geri qaytarmışdır. Apellyasiya şikayətinin Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun şəkildə tərtib olunmaması ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 2021-ci il tarixli 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə Qanun 2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada (Məcəlləyə əlavə forma 2) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsini apellyasiya şikayətinin qaytarılması əsaslarından biri kimi müəyyən etmişdir. Kollegiya verilmiş apellyasiya şikayətini tədqiq edərək şikayətin Məcəllə ilə müəyyən olunan forma məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, şikayət Məcəllə ilə müəyyən olunan formada tərtib olunmaması ilə yanaşı, məzmun etibarı ilə də, Məcəllənin tələblərinə uyğun deyildir. Çünki şikayət verən tərəf birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmamasının əsaslarını, maddi və prosessual hüquq normalarının pozulmasının, düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu şikayətində əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(032)1015/2023 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-497/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-497/2023
28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver