Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-499/2024 11.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və X7 qarşı Cavabdeh1 ailə üzvləri və əşyaları ilə birgə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin boşaldılması, onun həmin mənzilə köçürülməsi və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İsmanilovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 azyaşlı övladı ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi xüsusi mülkiyyətindədir. Digər ½ hissə isə digər vərəsə tərəfindən qəbul edilmədiyi üçün açıq saxlanılmışdır. Cavabdeh ailə üzvü deyil və heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh qeyri-qanuni olaraq onun mülkiyyətində olan mənzilə daxil olaraq mənzildən istifadə etməyə imkan vermir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində işin hallarına dair müəyyən qədər məlumatlar verib, sübutlar təqdim etsə də, digər cavabdeh X8 cavabdeh kimi qeyd etməmişdir. Cavabdeh X12 qanun üzrə vərəsəlik yolu ilə mülkiyyətinə keçmiş ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsini uzun müddətdir ki, zəbt etmiş onun razılığı olmadan və iradənin əksinə, əsassız və qanunsuz olaraq istifadə edib ona sahiblik edir, onu mənzilə buraxmır, ona etdiyi şifahi və yazılı etiraz və şikayətlərinə rəğmən, bununla onun mülkiyyətində olan əmlakına dair istifadə və sahiblik hüquqlarını kobud şəkildə pozmuş, Cavabdeh1 ilə cinayət əlaqəsinə girib əmlakını sonuncuya qanunsuz olaraq satmış, nəticədə həmin şəxslər ona xeyli miqdarda maddi zərər vurmuşlar, vurmaqda da davam edirlər. Cavabdeh1 hansı əsasla mənzilində yaşadığını soruşarkən, ona “həmin mənzilə görə cavabdeh X7 pul verib alaraq ora köçdüyünü” bildirmişdir. Lakin o, həmin mənzilin hələ öz aralarında bölünməmiş halda, hansı yolla satıldığını bilmir. Ona görə də bu barədə Şirvan ŞPŞ-nə əvvəllər və bir müddət bundan əvvəl şikayət ərizəsi ilə müraciət etmişdir. Əvvəlki ərizəsinə cavab verilsə də, sonrakı ərizəsi üzrə hazırda araşdırma aparılır. Odur ki, iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus ½ hissəsindən Cavabdeh1, cavabdeh X5 və digər kənar şəxslərin əşyaları ilə birlikdə çıxarılması, iddiaçıya qarşı yönəlmiş bütün maneələrin aradan qaldırılması, iddiaçının mənzilin özünə məxsus ½ hissəsinə köçürülməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiaçı İsmanilovna xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində hər iki cavabdehin onun mülkiyyətində olan hissədən çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 ona aid olan hissədən, o biri Cavabdeh1 ümumiyyətlə həmin mənzildən ailə üzvləri ilə, kənar bütün şəxslərlə və əşyaları ilə birlikdə çıxarılması, eyni zamanda cavabdeh X12 ilə onun həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi məhkəmə yolu ilə müəyyən edilməli, yəni hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Odur ki, cavabdeh X5 ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus ½ hissəsindən, bütün kənar şəxslərin, o cümlədən digər Cavabdeh1 ümumiyyətlə həmin mənzildən ailə üzvləri ilə və əşyaları ilə birlikdə çıxarılması, iddiaçının hüquqlarına yaranmış bütün maneələrin aradan qaldırılması, iddiaçının mənzilə köçürülməsi, eyni zamanda cavabdeh X12 ilə iddiaçının həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmanilovna məhkəmə sonuncu məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdeh X9 ailə üzvləri ilə kənar şəxslər kimi ümumiyyətlə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, iddiaçının hüquqlarına yaranmış bütün maneələrin aradan qaldırılması və iddiaçının mənzilə köçürülməsi, eyni zamanda cavabdeh X12 ilə iddiaçının həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X12 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil onun mərhum anası X6 tərəfindən İddiaçı İsmayıl qızma və X10 qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi” tələbinə dair Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)-1353/2020 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş və mərhumə nənəsi X11 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 sayl evin 34 nömrəli mənzilin miras əmlak qismində qəbul edilməsi faktı tanınması və həmin mənzilə mərhumə anası X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Lakin mərhumə anası X6 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatışmamazlıq” xəsətliyindən vəfat etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)-1353/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, iddiaçı qismində mərhumə anası X2 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilə irsi tarnsmissiya qismində vərəsəlik hüququnun tanınmıqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi barədə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsinə əsasən iddi ərizəsi təmin edilmiş və onun tərəfindən mərhumə anasından miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İsmayıl qızı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(106)- 413/2022 saylı qətnaməsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci İl tarixli, 2(032)- 1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı İsmayıl qızı Kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-3613/2022 saylı qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 413/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hər bir tərəf öz payına əsasən vərəsəlik, haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında ½ pay üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. Lakin iddiaçının iddia tələbində cavabdehin mübahisə predmeti olan mənzildən qanunsuz istifadə etməklə üzərində sərancam verməsi kimi qeyd etməklə qanunsuz hərəkətlər etməyini bildirməklə ən əsası mənzilə buraxmadığını və cavabdeh X16 ilə cinayət əlaqəsinə girərək əmlakı qanunsuz olaraq satması kimi formal xarakterli sözlərə üstünlük vermiş, lakin hansı mötəbər sübut növü olaraq dəlill belə məhkəməyə təqdim edə bilməmişdir. Əvvəla mübahisə predmeti olan mənzil miras əmlak olaraq hər iki tərəfin arasında ½ hissəyə paylar müəyyən edilməklə üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. O isə payına olan hissədən istifadə etməklə üzərində hər hansı bir , iddiaçının deməsinə görə satmaq kimi sərancam vermək hüququ deyil, mülkiyyəti olduğundan üzərində sahiblik hüququ olaraq istifadə edərək həmin pay hissəsində müvəqqəti sərancam vermək hüququndan istifadə edə bilər. Belə ki, mübahisə predmeti olan mənzil əvvəla miras əmlak olaraq ½ pay üzrə iddiaçı ilə onun arasında paylar müəyyən edilmişdir. Belə olan halda mübahisə predmeti olan əmlak üzərində necə sərancam vermək olar, yəni satmaq olar. Bu qeyri-mümkündür. Ona görə iddiaçının iddia tələbləri yalnız formal xarakterli sözlər üzərində qurulmaqla yalan və böhtandır. Bu səbəbdən də iddiaçının iddia tələbinin əsassız olmasının sübutu olaraq miras qalmış əmlak olan Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 saylı mənzildə onun tərəfindən yerləşdirilən müvəqqəti yaşamaq üçün ailəvi dost olduğu X13 qarşı “mənzildən çıxarılması” tələbi ilə məhkəmədə iddia qaldırması, o, iddiaçı qismində mübahisə predmeti olan mənzildə müəyyən edilmiş payından istifadə edilməsi üçün üzərində sərancam vermək hüququnun cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün bərpa edilməsinə dair Azərbaycan Respublikası MPM-nin 55.1 və 55.2-ci maddəsinin tələblərinə onu iddiaçı qismində cavabdehə qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” iddia tələbi irəli sürmək məcburiyyətində qoydu. Bu səbəbdən də o, İddiaçı İsmayıl qızına qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalı. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən miras əmlakda payların naturada ayrılmasının mümkün olub-olmadığının müəyyən edilməsi üçün məhkəmə tikinti-teniki ekspertizası təyin etmişdir. İddiaçının iddia tələbi yalnız yalan və böhtan xarakterlidir. Belə ki, o, əgər mənzili qanunsuz satmışdırsa, necə olur ki, həmin mənzilin üzərində payların naturada ayrılması tələbi ilə məhkəməyə müraciət edir. Və fərz edək ki, mənzil naturada bölünməsi halı ekspert rəyinə əsasən baş verdi, belə olan halda mənzil 1/2 pay üzrə naturada bölünməklə hər bir tərəf öz payı üzərində sərancam verə bilər. Belə olan halda mənzili necə sata bilər və yaxud da əgər iddiaçının deməsinə görə satmışdırsa, hansı şəxs mənzilin 1/2 hissəsini almağa çalışar. Bütün bunlar absurdur və iddiaçının yalan və s. böhtan üzərində qurduğu iddia tələbidir ki, məhkəmə də fikir ayrılığı yarada bilsin. İddiaçı tərəfindən Şirvan şəhər prokurorluğa şikayət ərizəsi ilə müraciət edilmiş və araşdırılması üçün mənzilə yerində baxış aparılmış və iddiaçının qeyd etdiyi hallar öz təsdiqin tapmamışdır. Mənzil üzərində miras əmlak olaraq üzərində payını qanunvericiliyə əsasəm məhkəmə aktları əsasında əldə etmişdir. İddiaçı isə qanunsuz yolla mənzili 3 şaxta vərəsəlik yolu ilə əldə etdiyini iddia edir. Belə çıxır ki, iddiaçının deməsinə görə bütün məhkəmə aktları qanunsuz verilmişdir. Halbuki, bütün məhkəmə aktlarında əməlləri deyil, onun qanunsuz olaraq qardaşı Aydın İsmayılovu cəlb etməklə onun payın əldə etməklə paya üstünlük əldə etməyə çalışmış, lakin məhkəmə tərəfindən araşdırılma əsasında hüquqi qiymət verilərək, iddiaçı həmin əməllərini reallaşdıra bilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi, Cavabdeh2 ilə tanışlıq münasibətində olmasını, qonaqpərvərlikdən irəli gələrək onu evinə buraxmış, hazırda oğlu, əri ilə birlikdə həmin evdə yaşayır, bütün əşyaları oradadır. Bildiyinə görə Ellada xanımın da həmin evə hüququ çatır. Hazırda yaşamağa başqa evi yoxdur. Həmin mənzildə Ellada ilə şifahi razılıq əsasında yaşayır, onunla nə alqı-satqı, nə də ki, kirayə müqaviləsi bağlamamışdır. İddianın rədd edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclaslarında cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Səidə Məmmədova), iddianın qismən təmin edilməsi, Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, İddiaçı Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzilə köçürülməsi, Cavabdeh1 dövlət rüsumu kimi 50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 152, 157, 213, 215-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X12 apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Mənzilin ½ hissəsi tərəflər arasında pay üzrə müəyyən edilsə də, lakin naturada bölgüsü olmamış və payların sərhədləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarı gələcəkdə necə icra ediləcəkdir və iddiaçı mənzilin hansı otağına köçürülməklə istifadə hüququ müəyyən ediləcəkdir. Müəyyən olunmamış hissəyə iddiaçının köçürülməsi halı necə baş verə bilər, belə olan halda birinci instansiya məhkəməsi iddiaçını mənzilə köçürməklə, mən cavabdeh Ellada ibrahimovanın da mülkiyyət hüquqlarını pozmuş olur. Və sözü gedən mənzilin hansı hissəsindən ididaçı və hansı hissəsindən mən cavabdeh yaşamaqla istifadə etməyimizi birinci instansiya məhkəməsi necə müəyyənləşdirdi, bu halı müəyyən etmədən iddiaçını mənzilin naturada bölünməyən hissəyə köçürülməsini necə təmin etməklə hüquqi baxımından müəyyənləşdirdi. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X1 Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddiaçının iddia ərizəsinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır.. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İsmanilovna apelyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdirlər. Cavabdehlər üzrlü səbəblərin nədən ibarət olmasını bildirməmiş və bu barədə hər hansı sübut təqdim etməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh X5 apelyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində yoxlanılmasını məqsədə müvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzil ½ hissə üzrə İddiaçı adına xx.xx.2023-cü ildə qeydiyyata alınmış, lakin ½ hissə isə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzil ½ hissə üzrə İddiaçı adına xx.xx.2023-cü ildə, ½ hissə üzrə Cavabdeh2 adına xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-7/1/2-481/2023 nömrəli məktubunda göstərilmişdir ki, X3 şəhər, N.Nərimanov küçəsi ev 9, mənzil 34 ünvanında qeydiyyatdadır. Nümayəndəlik tərəfindən əldə olunan məlumata əsasən X16 öz ailəsi ilə birlikdə qeyd olunan ünvanda kirayə yaşayır. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı İsmayılovnanın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 19.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1101/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı İsmayıl qızına qarşı miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması tələbi barədə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Hazırki işdə iddiaçının iddia tələbi 3 istiqamətdən ibarətdir. 1-ci və 2-ci iddia tələbləri üzrə, yəni Cavabdeh2 ona məxsus ½ hissəsindən çıxarılması hissəsinə və Cavabdeh2 ilə iddiaçının sözügedən mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair hissədə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş, cavabdeh tərəfindən də həmin hissədə qətnamə mübahisələndirilməmişdir. Cavabdeh2 tərəfindən qətnamənin iddianın təmin olunan hissəsi, yəni Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması tələbi mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnaməyə həmin hissədə hüquqi qiymət verilməlidir. İddiaçı İsmanilovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 azyaşlı övladı ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi xüsusi mülkiyyətindədir. Digər ½ hissə isə digər vərəsə tərəfindən qəbul edilmədiyi üçün açıq saxlanılmışdır. Cavabdeh ailə üzvü deyil və heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh qeyri-qanuni olaraq onun mülkiyyətində olan mənzilə daxil olaraq mənzildən istifadə etməyə imkan vermir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbi əsaslı olsa da, iddiaçı tərəfindən Cavabdeh1 ailə üzvlərinin konkret olaraq kimlərdən ibarət olması göstərilmədiyindən, habelə iddiaçının mənzilinə köçürülməsi, bir mülkiyyətçi kimi ona aid hüquqlarına yaranmış maneələrin aradan qaldırılmasına münasibətdə isə- tələb sırf məhkəmə qərarının icrası ilə əlaqədar olduğundan, Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalı, digər məsələlər icra mərhələsində həll olunmalıdır. Cavabdeh tərəfindən iddianın təmin olunan hissəsi mübahisələndirilmiş və cavabdeh apelyasiya şikayətinin dəlillərində, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzilin naturada bölgü aparılmadığından evin hansı ½ hissəsinin ona, hansı ½ hissəsinin isə iddiaçıya aid olduğu bilinmədiyindən, iddiaçının həmin evə köçürülməklə onun mülkiyyət hüququnun pozulduğunu və buna görə də qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflər arasında olan mübahisənin mahiyyətindən görünür ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh2 bərabər hissələrlə paylı mülkiyyətindədir. Cavabdeh2 mənzilə tanışı olan digər Cavabdeh1 yaşamaq üçün vermiş, lakin paylı mülkiyyətçi olan iddiaçının razılığını almamış, hazırda iddiaçı adı çəkilən şəxsin orada yaşamasını öz mülkiyyətinə qəsd hesab edir, mülkiyyətinə köçürülməsini istəyir və mülkiyyətindən tam hüquqla istifadə etməsi üçün onun ailə üzvləri əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. Hesab edir ki, Cavabdeh2 ondan xəbərsiz mənzili Cavabdeh1 satmış, məhz bu səbəbdən Mehtiyeva evdən çıxmaq istəmir. Cavabdeh2 hesab edir ki, öz tanışı Cavabdeh1 həmin mənzilə köçürməkdə haqlıdır, bu mənzil onun da mülkiyyətindədir. Cavabdehlər Mehtiyevanın mübahisəli mənzildə heç bir hüquqi əsas, yəni nə alqı-satqı, nə kirayə müqaviləsi olmadan sadəcə şifahi razılıq əsasında yaşamasını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzilin ½ hissə İddiaçı, digər ½ hissə isə Cavabdeh2 adına qeydiyyata alınmaq onların paylı mülkiyyətindədir. Qanunvericiliyin qeyd edilən normaları baxımından hər iki mülkiyyətçidə paylı mülkiyyətin tərəfləri kimi öz mülkiyyətlərinə aid olan hissədə öz əmlaklarına sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Lakin Cavabdeh2 paylı mülkiyyətin digər mülkiyyətçisi İddiaçı razılığı olmadan üçüncü şəxsə, yəni Cavabdeh1 ailə üzvü olmadığı halda həmin mənzildən istifadə hüququ vermişdir ki, bu hal da mülkiyyətçi İddiaçı mülkiyyət hüququnun pozulması kimi qəbul edilməlidir. Belə ki, həmin vəziyyətdə İddiaçı ona mülkiyyət hüququ üzrə məxsus olan mənzildən özünə aid hissədən sərbəst surətdə istifadə edə bilməyərək, həmin mənzildən istifadə hüququnu həyata keçirə bilmir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının həmin hissədə tələbi əsaslı olmaqla cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Çünki cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, hazırkı vəziyyətdə yenidən paylı mülkiyyətçi olan iddiaçının mənzildən sərbəst surətdə istifadə hüqunun pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddianın qismən təmin edilməsi, Cavabdeh1 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, İddiaçı Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 nömrəli mənzilə köçürülməsi, Cavabdeh1 dövlət rüsumu kimi 50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-791/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-499/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-499/2024
11.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver