Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-5/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmsnov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin, eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 264 kv metr hissəsindən çıxarılması, həmin torpaq sahəsindən Cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa edilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi tələbinə Beyləqan rayon məhkməsində baxılmalı olmadığından xitam verilmişdir. Cavabdeh tərəfindən Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)- 93/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi, həmin torpaq sahəsinin hasara alınması və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa olunması, eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsi Beyləqan Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 saylı qərarı ilə Cavabdeh satılmışdır. Həmçinin cavabdeh mübahisəli torpaq sahəsindən hasar çəkdirmişdir. Mübahisəli torpaq sahəsinin əsassız olaraq Cavabdeh satılması ilə bağlı Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 nömrəli qərarının ləğv edilməsi tələbinə dair Şirvan İnzibati -İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati- İqtisad Məhkəməsinin 2-1(86)-299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı ilə iddiası təmin edilərək Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05/01 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən Apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-1 (106)-02/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1 (086)- 299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Dəfələrlə Cavabdeh torpaq sahəsində çıxmasını tələb etsə də, sonuncu öz hərəkətlərini davam etdirmşdir. Ona görə də, Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi, həmin torpaq sahəsinin hasara alınması və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, Jdanov (indiki Beyləqan) Şəhər Sovetinin 06 mart 1972-ci il tarixli 5 nörəli qərarı ilə onun evinin qarşısında olan 0,06 ha ha həyatyam torpaq sahəsi onun istifadəsinə verilmişdir. Onun yaşayış evinin tikildiyi torpaq sahəsi mərhum ataları Abdullayev Nuruş Əsəd oğluna Jdanov İcraiyyə Komitəsinin 30 aprel 1970-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışa əsasən verilmiş 0,06 hektar həyatyanı torpaq sahəsində yerləşən yaşayış evinin İddiaçı yaşadığı yaşayış evinin qarşısında deyil, mərum atasına məxsus olan, onlar arasında qarşılılı razılığa əsasən bölünmüş yaşayış evinin yan tərəfində yerləşir. İddiaçı hazırda yaşadığı ev mərhum atasına rəsmi verilmiş 0.06 ha həyatyanı torpaq sahəsində yerləşir. 2000-ci ilin əvvəllərinədək mərhum atası Abdullayev Nuruş Əsəd oğluna məxsus olan həyatyanı torpaq sahəsində yerləşən yaşayış evinin bir tərəfində o öz ailə üzvləri ilə, evin digər tərəfində isə qardaşı İddiaçı öz ailə üzvləri ilə yaşayır. Mərhum atası Abdullayev Nuruş Əsəd oğluna Jdanov İcraiyyə Komitəsinin 30 aprel 1970-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışa əsasən 0,06 hektar həyatyanı torpaq sahəsi verilsə də, torpaq sahəsi ümumilikdə 25 sota yaxındır. Qardaşı Baloğlanla aralarında yaşadıqları evin onlar tərəfə aid olan torpaq sahəsinin onların, Baloğlanın yaşadığı evin ona aid olan hissəsinin torpaq sahəsinin məxsus olması barədə razılaşma olmuşdur. Razılaşmadan sonra yaşadıqları evin onlara aid olan hisəsini ümumi evə maneəçiliyi olmadığı üçün söküb 2004-cü ildə orada özlərinə yeni yaşayış evi tikdirmişdir. Nəticədə onların yaşayış evi 11 sot torpaq sahəsinin içərisində, qardaşı İddiaçı oğunun yaşadığı ev isə 13 sot torpaq sahəsinin içərisində yerləşir. Onun yaşayış evi tikdirdiyi torpaq sahəsi rəsmi olaraq Beyləqan şəhər bələdiyyəsinin balansında olduğu üçün həmin torpaq sahəsini bələdiyyədən alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsi onun adına Dövlət Torpaq Kadastrı kitabında A N 481179-si olan 1060 nömrə ilə uçota alınmışdır. Sonradn ona məlum olmuşdur ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli çıxarışına əsasən qardaşı İddiaçı onun və ailə üzvlərinin yaşadığı yaşayış evinin yerləşdiyi torpaq sahəsini alqı-satqı yolu ilə almış və yaşayış evinin qarşısındakı torpaq sahəsinə öz adına Torpaq sahəsinin Planı və ölçüsünə dair kadastr planını əldə etmişdir. Onların yaşayış evləri 2004-cü ildən etibarən hasarla ayrılmışdır. Hasarın cavabdeh- İddiaçı yaşadığı evə aid olan hissəsində də 15 sot torpaq sahəsi vardır. Evin aralarında bölünməsindən sonra İddiaçı yaşadığı ata evində heç bir təmir işlərini görməmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı yalnız istifadədə olan torpaq sahələrinin sənədləşdirilməsi üçün olan bir qərardır. Bu qərarla heç kəsə torpaq sahəsi verilməmişdir. İddiaçı də bundan sui-istifadə edərək öz adına A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair kadastr planını əldə etmişdir. Halbuki həmin torpaq sahəsi Beyləqan şəhər bələdiyyəsinin balnsında olan torpaq sahəsidir. Ona görə də, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtı Beyləqan Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarını əsas götürmüşdür. Halbuki Beyləqan Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı qanuni mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçündür. İddiaçı mülkiyyətində heç bir vaxt həyətyanı torpaq sahəsi olmamışdır. Məhz bunun nəticəsidir ki, İddiaçı Beyləqan Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarının qəbul edildiyi vaxta kimi həyətyanı torpaq sahəinə görə torpaq vergisi ödəməmişdir. Bundan başqa İddiaçı işə əlavə olunması üçün təqdim etdiyi jdanov indiki (Beyləqan) şəhər sovetinin 06 mart 1972-ci il tarxili 5 nömərli qərarı ilə onun evinin qarşısında olan 0.06 ha həyətyanı torpaq sahəsinə gəldikdə isə onun evinin olması barədə rəsmi olaraq heç bir sənədi yoxdur. Buda o demədkdir ki, onun evi yoxdur. Onun evi yoxdursa onun torpaq sahəsinin olmasından da söhbət gedə bilməz. Məhz bunun nəticəsidir ki, iş materiallarına əlavə olunmuş 10 iyun 2020-ci il tarixli 10/1053 saylı ekspert rəyindən də məlum olur ki, Jdanov indiki (Beyləqan) Şəhər sovetinin xx.xx.1972-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülki işin içərsində yerqurluşu cizgisinin olmaması səbəbindən ərazini müəyyən etmək mümkün olmamışdır. Onuda qeyd etmək istəyirəm ki, iddiaçının və onun ailə üzvlərinin yaşadığı ev mənim atamıza məxsus olan yaşayış evidir. Aramıza olan razılığa görə atama məxsus olan yaşayış evini iki yerə bölərək ayırmışıq. Cavabdeh Özünə aid olan hissədə ev tikmişdir. Cavabdeh qeyd etmişdir ki, dəfələrlə keçirilmiş ekspert rəylərindən də məlumdur ki, naturada həyətlərin üst-üstə düşməsi faktı mövcud deyildir. Hər iki torpaq mülkiyyətçisinin həyətləri arasında yaşayış evlərinə qədər mişar daşından hörülmüş hasar, sonra isə həyətlərin sərhədləri məftil tordan ibarət olmaqla su arxına qədər uzanır.Həmin ekspert rəyindən də məlum olur ki, cavabdeh İddiaçı ata yurdu olan həyətyamı torpaq sahəsi 2 hissəyə ayrıldıqdan sonra Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli sərəncamı sasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması üçün ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında vəsatət qaldırılmış və bununda əsasında cavabdeh -İddiaçı AN-295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dar sənədi verilmiş və Dövlət Torpaq kadastr kitabında xx.xx.2010-cu il tarixli 1598 nömrəli uçota alınmışdır. Bundanda belə nəticəyə gəlinir ki, İddiaçı AN295980 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin verilməsi zamanı cizgisi məlum olmayan torpaq sahəsinin necə müəyyən olunaraq ona sənədin verilməsiməsələsi aydınlaşdırılmamışdır. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Dövlət Arxivinin 27 mart 2013-cü il tarixli, 193 saylı arxiv arayışından görünür ki, Jdanov şəhər Sovetinin 06 mart 1972-ci il tarixli 5 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Mil Dostluq sovxozunda yaşayan İddiaçı evinin qarşısında olan 0,06 ha həyətyanı torpaq sahəsi ona verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1(86)- 299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh torpaq sahəsinin verilməsi ilə bağlı Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 nömrəli qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2-1 (106)-02/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarından görünür ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1 (086)-299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə İddiaçı 599,49 kv.metr həyətyanı torpaq sahəsi verimişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Dövlət Arxivinin 21 may 2013-cü il tarixli, 328 saylı arxiv arayışından görünür ki, Jdanov şəhər Sovetinin 30 aprel 1970-ci il tarixli 8 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Cavabdeh 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Beyləqan Bələdiyyəsinin 31 mart 2014-cü il tarixliiclas protokolunun 03 nömrəli qərarından çıxarışdan görünür ki, Beyləqan rayon bələdiyyəsinin alqı-satqı predmeti olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh satılmışdır . İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli 10\1053 saylı ekspert rəyinə əsasən A295980 saylı torpaq sahəsinin planı ölçüsünə dair sənəd ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh Nruş oğlu tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68m məsafəsi isə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşir. Qeyd olunan 264kvm ərazinin şərq və cənub hissəində mişar daşından inşa edilmiş hasar mövcud deyildir. İddiaçı 1960-cı ildə iddia etdiyi dəmir darvazadan həyətyanı torpaq sahəsinə daxil olmaq üçün istifadə olunmur çünki dəmir darvaza cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh tərəfindən giriş qapısı Kimi istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin giriş çıxış yolu naturada mövcuddur ki, həmin giriş çıxış yolu İddiaçı və ailəsi tərəfindən istifadə olunur. Ancaq qeyd olunan giriş çıxış yolunda əsaslı olaraq darvaza inşa edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin tərəflərin izahatları və ekspert rəyi ilə müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 264 kv metr hissəsindən çıxarılması, həmin torpaq sahəsindən Cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa edilməsi qət edərkən onun məhz hansı hissədə (ölçüdə) torpaq sahəsinə müdaxiləsini dəqiqləşdirməmiş və bu məqsədlə xüsusi bilik tələb edən həmin məsələ üzrə müvafiq ekspertiza təyin etməmişdir. Belə ki, hazırkı icraat çərçivəsində aparılmış ekspertiza nəticəsində A295980 saylı torpaq sahəsinin planı ölçüsünə dair sənəd ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh Nruş oğlu tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68m məsafəsi isə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşdiyi, qeyd olunan 264kvm ərazinin şərq və cənub hissəində mişar daşından inşa edilmiş hasar mövcud olmadığı, İddiaçı 1960-cı ildə iddia etdiyi dəmir darvazadan həyətyanı torpaq sahəsinə daxil olmaq üçün istifadə olunmur çünki dəmir darvaza cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh tərəfindən giriş qapısı kimi istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin giriş çıxış yolu naturada mövcuddur ki, həmin giriş çıxış yolu İddiaçı və ailəsi tərəfindən istifadə olunur. Ancaq qeyd olunan giriş çıxış yolunda əsaslı olaraq darvaza inşa edilməməsi qeyd edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi dəyişdirilməli, A295980 saylı torpaq sahəsinin planı ölçüsünə dair sənəd ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh Nruş oğlu tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68m məsafədə tikilmiş hasar Cavabdeh tərəfindən sökülməlidir. Belə ki, MM-in 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Habelə, qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin dəqiq yerləşmə yerinin, yəni onların mülkiyyətlərində olan, lakin hazırda faktiki olaraq onlarda olmayan digər hissə torpaq sahəsinin kimin faktiki istifadəsində müəyyən edilməsi üçün onların qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq qaydada aidiyyəti məhkəməyə müraciət etmələri zəruridir. Çünki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya eyni zamanda, nəzərə çatdırır ki, apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin həm cavabdehin, həm də ailə üzvlərinin, yəni apellyasiya şikayətini imzalayan şəxslərin istifadəsində olması göstərilmişdir. Ancaq nəzərə alınmalıdır ki, MPM-in 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdeh Mürsəlov Feyzulla Atakişi oğlundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh Nruş oğlu tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68m məsafəsi Cavabdeh tərəfindən sökülsün. Aparılmış ekspertiza təqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-5/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-5/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver