Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-5/2025 17.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və X6 qarşı zəbt edilən torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə işə 17 noyabr 2025-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və X6 qarşı «zəbt edilən torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz olaraq onlara məxsus 0.38 ha zəbt olunmuş pay torpaq sahəsinin boşaldılması, torpaq üzərində tel hasarın və yaradılan digər maneələrin cavabdehlərin hesabına sökülməsi və maddi (əldən çıxmış gəlir) ziyana görə hər il üçün 1000 (bir min) manat, illər üzrə cəmi 19.000.00 (on doqquz min) manat, mənəvi ziyana görə 30.000 (otuz min) manat və ödənilən 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 49.030,00 (qırz doqquz min otuz) manat tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızı tərəfindən qanunsuz olaraq onların 0.38 ha zəbt olunmuş pay torpaq sahəsinin boşaldılması, torpaq üzərində tel hasarın və yaradılan digər maneələrin cavabdehlərin hesabına sökülməsi və maddi (əldən çıxmış gəlir) ziyana görə hər il üçün 1000 (min) manat, illər üzrə cəmi 20.000,00 (igirmi min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat və ödənilən 30 (otuz) manat dovlət rusumu, ümumilikdə 70.030,00 (yetmiş min otuz manat) manat tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2000-ci il tarixli 011 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə Mahmudavar kəndi ərazisində 0,98 ha kənd təsərrüfatlı pay torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən JN-301 seriyalı 80515018 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona və ailə üzvlərinə verilmişdir. 22 iyun 2018-ci il tarixində qeyd edilən şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışı (Seriya RX № 1322066) və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin ərazidə yerləşən çıxarışlarla onlara məxsus olan pay torpaq sahəsində ümumilikdə 0.50 ha torpaq sahəsi çatışmamışdır. Hətta ümumi istifadədə olan gediş-gəliş yolu onların pay torpaq sahəsi kimi hesablansa da, yenə də vergisini ödədiklərindən torpaqlarda ümumilikdə kəsr olmuşdur. Onlara məxsus olan pay torpaq sahəsinin bir hissəsi, yəni 0.38 ha hissəsi qeyri-qanuni yollarla cavabdehlər Cavabdeh1 və X7 tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsindən hazırda da həmin şəxslər istifadə etməkdədirlər. Cavabdehlər Cavabdeh1 və Mərziyyə Kərimova zəbt etdiyi torpaqdan əlavə olaraq onların istifadələrində olan qalan pay torpaq sahələrindən zəbt etdiyi həmin torpaq sahəsinə gediş-gəliş yolu tələb edirlər və bununla əlaqədar müvafiq dövlət orqanlarına və aidiyyəti instansiyalara müraciət etmişdirlər. Müraciət əsasında Azərbaycan Respublikası ƏMDK yanında TDİT üzrə DA-nin mütəxəssisi tərəfindən əraziyə baxış keçirilmiş və onların iştirakılarıyla müəyyən edilmişdir ki, həqiqətən cavabdehlər Cavabdeh1 və Mərziyyə Kərimovanın istifadə etdiyi pay torpaq sahəsinin ərazisi onlara (iddiaçılara) məxsusdur və onların pay torpaq sahələri ilə paralel (onlarla yanaşı olan ərazidə) öz qanuni yerinə keçməsi Cavabdeh1 tövsiyyə edilmişdir. Buna baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan ərazinin boşaldılması yerinə həmin ərazini tel hörgü ilə hasara almışlar. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 AR ƏMDK yanında DƏDRX Hüquqların X11 daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışına (Seriya RX № 1322066) əsasən xx.xx.2018-ci il tarixində AR DƏDRX 8-saylı Cəlilabad Ərazi İdarəsinə №********** saylı elektron ərizə ilə müraciət etmişlər ki, onlara məxsus olan pay torpaqların koordinatlara uyğun ölçüb istifadələrinə verilməsinə və bununla bağlı dövlət rüsumu və xidmət haqqı (89 (səksən doqquz) manat) dövlət büdcəsinə ödənilmişdir. 12 noyabr 2018-ci il tarixində onların müraciətləri (ərizələri) əsasında onlara məxsus Çıxarışın (Seriya RX № 1322066) koordinatları elektron bazasından çıxarılmış və praktiki olaraq ərazidə peyk vasitəsilə ((area 9799.7383; perimeter 480.7725) (1. at paint X=301382.0741, Y=4307753.7551, Z=0.0000; 2. at paint X=301434.9692, Y=4307751.0736, Z=0.0000; 3. at paint X=301395.8505, Y=4307567.7705, Z=0.0000; 4.at paint X=301342.9659, Y=4307570.4546, Z=0.0000) dəqiq nöqtələri onlara göstərilmişdir. Bir daha bəlli olmuşdur ki, həqiqətən cavabdehlər Cavabdeh1 və Mərziyyə Kərimova onlara məxsus olan pay torpaq sahəsini zəbt etmişdirlər, faktiki olaraq ondan istifadə edirlər və gəlir əldə edirlər. Cavabdehlər Cavabdeh1 və Mərziyyə Kərimovanın qeyri-qanuni hərəkətləri nəticəsində müxtəlif orqan və təşkilatların işçiləri müxtəlif zamanlarda iddiaçıların evinə (ünvanına) gələrək onları polis bölməsinə və digər dövlət orqanlarına dəvət ediblər. 71 yaşlı 2-ci qrup əlil İddiaçı1 və xəstə həyat yoldaşı İddiaçı2 narahat ediblər və bu hərəkətlər onların ailələrinin cəmiyyətdəki nüfuzuna zərər vurmağa və aşağı salmağa cəhd etmişlər və bu cür hərəkətləri davam etdirirməkdədirlər. Cavabdehlər Cavabdeh1 və Mərziyyə Kərimovanın qeyri qanuni hərəkətləri nəticəsində həyat yoldaşı İddiaçı2 əsəb xəstəsi olmuşdur, İddiaçı2 səhhəti ilə bağlı dəfələrlə Masallı rayon təcili tibbi yardım briqadasına müraciət olunmuş, kənd tibb məntəqəsinin həkimi Mətləb Cabbarov tərəfindən dəfələrlə tibbi yardım göstərilsə də bir nəticəsi olmamışdır. Ağır vəziyyətdə 29 dekabr 2018-cu il tarixində Bakı şəhərində özəl klinikalarda Baku Medikal, TURAN, 5 №-li kardiologiya şöbəsində müalicə almışdır. Cavabdehlər Cavabdeh1 və Mərziyyə Kərimova onlara məxsus olan torpaqdan qeyri-qanuni yollarla 2000-ci ildən istifadə edirlər və həmin ərazidən gələn gəlirlə özlərinin və ailələrinin maddi durumunu yaxşılaşdırmışlar. Həmin ərazidən təyinatı üzrə istifadə edə bilmədikləri üçün onlara və ailərinə maddi və mənəvi ziyan dəymişdir. Beləliklə, hüquqları qanunla iddiaçılara məxsus olan pay torpaq sahəsinin vergisi ödənilsə də, həmin ərazidən təyinatı üzrə istifadə edə bilməmişdirlər. Özlərinə məxsus olan pay torpaq sahəsindən uzun müddət istifadə edə bilmədikləri üçün bu zamanlar ərzində onlara maddi və mənəvi ziyanlar dəymişdir. Müvafiq orqan və təşkilatlara şantaj və yalan tipli müraciətlərə görə iddiaçıları el-oba arasında qara yaxmağa və nüfuzlarına zərbə vurmağa cəhd etdiklərinə görə bu fakt cavabdehlərin məruz qalınan maddi və mənəvi zərərin tələb edilməsi üçün hüquqi əsas təşkil edir. Ona görə də, cavabdehlər Cavabdeh1 və X7 hərəkətləri nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. 2000-ci ildən vergisini dövlət büdcəsinə ödədikləri öz qanuni pay torpaqlarından istifadəsindən yararlana bilmədikləri üçün nəticədə iddiaçılar və onların ailə üzüvləri külli miqdarda gəlirlərdən məhrum olmuşdurlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə iclasında iştirak etməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsini illər öncə cavabdehlərə müvəqqəti istifadə üçün verilmişlər. Lakin sonradan cavabdehlər torpaq sahəsini onlara geri qaytamaqdan imtina etmişlər. Cavadehlər tərəfindən həmin torpaq sahəsi 20 ildən artıq müddətdir zəbt edilərək tel hasara alınmışdır. Hazırda da cavabdehlər həmin torpaq sahəsindən qanunsuz istifadə etməkdədirlər. Odur ki, həmin torpaq sahəsi cavabdehlərin zəbtindən azad olunmalı, ona və ailə üzvlərinə vurulmuş maddi, eləcə də mənəvi ziyanın əvəzi ödənilməlidir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi onlara məxsusdur. Odur ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Cavabdeh X7 məhkəmə iclasında iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılara Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair verilmiş çıxarış saxtadır. Belə ki, bir müddət əvvəl hazırkı mülki iş üzrə cavabdehlər Şirvan İnzibati Məhkəməsinə iddia ilə müraciət etmiş və iddia tələbləri təmin olunaraq onlara çıxarışın verilməsi vəzifəsi inzibati orqanın üzərinə qoyulmuşdur. Hazırda həmin işlə bağlı iddiaçı tərəf Apelyasiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli torpaq sahsi iddiaçılara məxsus deyildir və onların torpağa dair mülkiyyət sənədləri saxtadır. Odur ki, iddia təmin olunmamalıdır. Məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş Masallı rayon Mahmudavar Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnaməsi ilə (X18) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X3 RX seriyalı, ******* nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə kənar ölçülərinin eni 17.2 metr və 18.4 metr, uzunu 160.15 metr olan 0.29 hektaradək hissəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeyd edilən hissəsində cavabdehlər tərəfindən çəkilmiş çəpərin (tel hasar) cavabdehlərin vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manatın X1 xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh1 və X7 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehlərin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər Cavabdeh1 və X7 məhkəməyə ərizə ünvanlayaraq işin baxılmasının təxirə salınmasını xahiş etmiş lakin, səbəbləri barədə ərizələrinə hər hansı sübut əlavə etməmişlər, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu isə məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam və hərtərəfli qiymətləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,98 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2, İddiaçı1, X8, X4, X9, İddiaçı3 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci ildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli C-049 saylı mütəxəssis rəyindən görünür ki, Masallı rayonu, Mahmudavar kənd ərazisində RX seriya ******* saylı **********72 reyestr nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın “torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən iddiaçılara və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti ilə Masallı rayonu, Mahmudavar kəndi “Mahmudavar” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi elektron baza materialının yerəuyğun yerləşmə və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun olduğu müəyyən edildi. Bu tərtib edilmiş planda və Masallı rayonu, Mahmudavar kəndi “Mahmudavar” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu, Mahmudavar kəndi ərazisində RX seriyalı ******* saylı **********72 reyestr nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın “torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən iddiaçılara və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə 0.29 hektaradək hissəsi cavabdehlərin istifadəsindədir. Mülki iş üzrə mübahisə predmeti kimi Masallı rayonu, Mahmudavar kəndi ərazisində RX seriyalı ******* saylı **********72 reyestr nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın “torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən iddiaçılara və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə kənar ölçüləri eni 17.2 m və 18.4 m, uzunu 160.15 m olan 0.29 hektaradək hissəsi cavabdehlərin faktiki istifadəsindəki çəpərlənmiş ərazinin cənub istiqamətində hüdudları daxilində yerləşir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 10/701 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu, Mahmudavar kəndi ərazisində RX seriyalı ******* saylı **********72 reyestr nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın “torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən iddiaçılara və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə 0.29 hektaradək hissəsi cavabdehlərin istifadəsindədir. Mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu, Mahmudavar kəndi ərazisində RX seriyalı ******* saylı **********72 reyestr nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın “torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən iddiaçılara və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə kənar ölçüləri eni 17.2 m və 18.4 m, uzunu 160.15 m olan 0.29 hektaradək hissəsi cavabdehlərin faktiki istifadəsindəki çəpərlənmiş ərazinin cənub istiqamətində hüdudları daxilində yerləşir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradırlar. Bu səbəbdən də iddiaçılar torpağın zəbtdən azad olunaraq özgəsinin qanunsuz sahibliyindən geri tələbini və maneələrin aradan qaldırılmasını tələb edir. Tələbinin hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Konstitusiyasının; 13, 29-cu maddələri, Mülki Məcəllənin 157.2 və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edir. İddiaçıların iddia tələbindən görünür ki, mübahisəli torpaq sahəsini illər öncə cavabdehlərə müvəqqəti istifadə üçün verilmişlər. Lakin sonradan cavabdehlər torpaq sahəsini onlara geri qaytamaqdan imtina etmişlər. Cavadehlər tərəfindən həmin torpaq sahəsi 20 ildən artıq müddətdir zəbt edilərək tel hasara alınmışdır. Hazırda da cavabdehlər həmin torpaq sahəsindən qanunsuz istifadə etməkdədirlər. Cavabdehlərin iddiaya etirazından müəyyən edilir ki, iddiaçılara Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair verilmiş çıxarış saxtadır. Belə ki, bir müddət əvvəl hazırkı mülki iş üzrə cavabdehlər Şirvan İnzibati Məhkəməsinə iddia ilə müraciət etmiş və iddia tələbləri təmin olunaraq onlara çıxarışın verilməsi vəzifəsi inzibati orqanın üzərinə qoyulmuşdur. Hazırda həmin işlə bağlı iddiaçı tərəf Apelyasiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli torpaq sahsi iddiaçılara məxsus deyildir və onların torpağa dair mülkiyyət sənədləri saxtadır. Odur ki, iddia təmin olunmamalıdır. İddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə onların torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilib edilməməsinin, cavabdehlərin qanunsuz istifadəsində olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 10/701 saylı xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılara və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə 0.29 hektaradək hissəsi hazırda cavabdehlərin istifadəsindədir, həmçinin həmin istifadədə olan hissə cavabdehlər tərəfindən çəpərlənmişdir. Kollegiya qeyd edir ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırki işdə cavabdehlər Cavabdeh1 və X7 apellyasiya icraatı zamanı ərizə verərək, Şirvan İnzibati Məhkəməsinə Seriya RX №1322066 saylı, xx.xx.2018-ci il tarixli çıxarışa dair koordinat göstəricilərinin Cavabdeh1 və X3 adına olan torpağa mülkiyyət hüququna dair JN- 0301 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0.32ha pay torpaq sahəsinin üzərindən ləğv edilməsinə dair iddia ərizəsi ilə müraciət etdiklərindən mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-97/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında İddiaçı2, İddiaçı1, X8, X4, X9, İddiaçı3 və X10 adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən, **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinın koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında Cavabdeh1 və X3 adına tərtib olunmuş, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış, JN- 0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha torpaq sahəsinin koordinat göstəriciləri hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qeyd etmişdir ki, Həm mütəxəssis və ekspert rəylərindən, həm də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 44/2-4872/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş “mübahisəli torpaq sahəsinin yerquruluşu planı”ndan görünür ki, məhz İddiaçı2, İddiaçı1, X8, X4, X9, İddiaçı3 və X10 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin 0,23 ha hissəsi üzrə koordinat göstəriciləri Cavabdeh1 və X3 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-97/2024 saylı, 04 mart 2024-cü il tarixli qərarının icrası təmin edilmişdir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Göründüyü kimi iddiaçıların mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin 0,23 ha hissəsi üzrə koordinat göstəriciləri Cavabdeh1 və X3 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Hal-hazırda da Şirvan İnzibati Məhkəməsinin qərarı icra edildiyindən və 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha torpaq sahəsinin koordinat göstəriciləri hissəsində ləğv edildiyindən cavabdehlərin zəbt etdiyi torpaq sahəsi birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilən kimi, yəni 0.29 ha deyil 0.06 hektardır (mübahisəli 0.23ha artıq cavabdehlərin mülkiyyətindədir). Beləliklə kollegiya yekun olaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)- 12/2021 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və X7 RX seriyalı, ******* nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0.06 hektaradək hissəsindən çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnaməsi dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər Cavabdeh1 və X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və X3 RX seriyalı, ******* nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə görə kənar ölçülərinin eni 17.2 metr və 18.4 metr, uzunu 160.15 metr olan 0.29 hektaradək hissəsindən çıxarılması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və X7 RX seriyalı, ******* nömrəli Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar və ailə üzvlərinə mülkiyyətə verilmiş 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0.06 hektaradək hissəsindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-5/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-5/2025
17.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver