Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-50/2024 21.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X5 ibarət tərkibdə, katib X13, iddiaçılar İddiaçı4, İddiaçı12, İddiaçı14, X2, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı6, İddiaçı9, İddiaçı8 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və başqalarının cavabdehlər Cavabdeh6 və başqalarına qarşı, qanunsuz zəbt olunan örüş torpaq sahələrindən çıxarılma və örüş sahələrinin Azadkənd kəndinin sakinlərinin qanuni istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı15, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı16, X3 və İddiaçı12 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X7, Cavabdeh11 Damət oğluna, Cavabdeh12, Cavabdeh13 X8, Cavabdeh14, Cavabdeh5 Qulamhüseyn qızına, Cavabdeh15, Cavabdeh3, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X4, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 və Cavabdeh4 qarşı cavabdehlərin qanunsuz zəbt etdikləri, Azadkənd Bələdiyyəsinin sakinlərinin mal-qarası üçün ayrılmış örüş torpaq sahələrindən çıxarılması və həmin örüş sahələrinin Azadkənd kəndinin sakinlərinin qanuni istifadəsinə qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan ərazi Saatlı rayonu, Azadkənd kənd bələdiyyəsinin ərazisində olmaqla örüş təyinatlıdır. Torpaq sahəsi örüş təyinatlı olmasına baxmayaraq cavabdehlər tərəfindən zəbt edilərək əkin məqsədilə istifadə olunur. Dəfələrlə həmin torpaq sahələrinin cavabdehlərin qanunsuz istifadəsindən azad edilib kənd sakinlərinin istifadələrinə qaytarılmasını tələb etsələr də cavabdehlər torpaq sahəsini boşaltmamışlar. Saatlı rayonu Azadkənd bələdiyyəsi həmin torpaq sahələrinin təyinatına uyğun istifadə edilməsində maraqlı deyil. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar mal-qara saxlamaq üçün örüş sahəsindən məhrum olmuşlar. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsində Saatlı rayonu, Azadkənd kənd bələdiyyəsinin sədri X10 izahatında göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi örüş təyinatlı deyil, Saatlı rayonu, Azadkənd kənd bələdiyyəsinin mülkiyyətinə verilmiş az yararlı torpaq sahəsidir. Respublikada aparılmış iqtisadi siyasətə uyğun olaraq həmin torpaq sahələrində pambıq əkilmiş və yüksək məhsuldarlıq əldə edilmişdir. Həmin torpaq sahəsindən əvvəllər 108 ailə istifadə etmiş və torpağın sahəsi təxminən 181,52 hektardır. Həmin torpaq sahəsi ilə bağlı kənd sakinləri arasında mübahisə yarandığı üçün tərəfindən verilmiş göstərişə əsasən qeyd olunan torpaq sahəsinin istifadəsi dayandırılmış və hazırda torpaq sahəsi istifadəsiz qalmışdır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qıtnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X3 və İddiaçı12 birgə apellyasiya şikayəti vermişlər. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov, T.Heydərov və T.Kərimov) apellyasiya şikayət iəmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə iddiaçıların kassasiya şikayəti əsasında kassasiaya qaydasında baxılmış, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev, E.Vəliyeva və İddiaçı1) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instanisya məhkəməsinə qaytarılmışdır. Apellyasiyaşikayətinindəlilləri İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində iddiaçılar göstərmişlər ki, iddia edilən torpaq sahəsi örüş torpaqlarıdır və həmin ərazi bələdiyyə ilə qanunsuz sövdələşmə ilə zəbt edilib. Şikayətə görə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3 və 4-cü bəndləri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.2-ci maddəsi, Mülki Məcəllənin 158.4-cü maddəsi pozulmuşdur. Belə ki, iddia edilən sahənin örüş təyinatlı torpaq sahəsinin olması və həmin torpaq sahəsinin 181,52 ha hissəsinin zəbt edilməsi işdə olan sənədlərlə sübut olunur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında Saatlı rayon Azadkənd Bələdiyyəsi üçüncü şəxs qismində tanınmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, müvəqqəti təminat tədbiri barədə qərar çıxarılsa da qərar icra olunmamışdır. Torpaq sahəsi yenə də şumlanıb. Payız əkini üçün hazırlanıb. Qərarın icrasına bələdiyyə sədri tərəfindən maneəçilik törədilir. Bələdiyyə sədri barəsində cinayət işi açılmalıdır. Apellyasiya baxışında iştirak edən iddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddianın təmin olunmasını xahiş etmişlər. İş üzrə cavabdehlər və 3-cü şəxs Saatlı rayon Azadkənd Bələdiyyəsinin sədri apellyasiya baxışı iclasında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Kollegiya iddiaçı tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilir: Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 02 fevral 2000-ci il tarixli protokolla “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq torpaq islahatı zamanı Saatlı rayonunun Azadkənd bələdiyyəsinə digər torpaqlarla yanaşı, hüquqi və fiziki şəxslərin istifadəsində olan 1180 ha torpaqdan 545 ha örüş təyinatlı torpaq təhvil verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında X1 təşkili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı1 ünvanlanmış 19 may 2021-ci il tarixli, **********55 saylı məktubdan görünür ki, araşdırma zamanı Saatlı rayonu, Azadkənd bələdiyyəsinin mülkiyyətinə aid 181,52 hektar örüş sahəsində 108 nəfər kənd sakini tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan əkin işlərinin aparılması faktı müəyyən edilmişdir. Müəyyən edilir ki, iddiaçılar Azadkənd sakinlərinin mal-qarası üçün ayrılmış örüş torpaq sahələrinin ayrı-ayrı sakinlər tərəfindən özbaşına zəbt edilməsi, onların çıxarılması və həmin örüş sahələrinin Azadkənd kəndinin sakinlərinin qanuni istifadəsinə qaytarılması ilə bağlı müxtəli təşkilatlara müraciət etmişlər. Hazırki tələbində iddiaçılar ümumi istifadədə olan örüş torpaq sahələrindən cavabdehlərin çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 16-cı maddəsinə əsasən:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır.
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən:
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçıların tələbi bələdiyyə mülkiyyətində olan və örüş sahəsi olduğu üçün əhalinin ümumi istifadəsində olmalı olduğu iddia olunan torpaq sahəsinin cavabdehlər tərəfindən özbaşına zəbt edilməsi ilə bağlıdır. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini iddianın sübut olunmaması ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçılar bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmasını, orada əkin işlərinin aparılmasını və nəticə olaraq onların həmin torpaqdan təyinatı (mal-qaranın otlanması) üzrə istifadə etmək imkanından məhrum olmalarını göstərmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddənin tələbinə görə, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri müddətsiz olaraq ümumi istifadəyə verilir. Kollegiya hesab edir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin örüş təyinatlı olduğunu və bu səbəbdən torpağın istifadələrinə verilməli olduğunu iddia etdikləri halda, həmin torpağın özbaşına zəbtdən azad edilməsini tələb etməyə subyektiv hüquqa malikdirlər. Cavabdehlərin iddia edilən sahəni qanunsuz zəbt etdikləri təqdim edilən dəlillərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında Dövlət Agentliyinin 19 may 2021ci il tarixli məktubunda göstərilmişdir ki, Azadkənd bələdiyyəsinin mülkiyyətinə aid 181,52 hektar örüş sahəsində 108 nəfər kənd sakini tərəfindən hüquq müəyyənedici sənədlər olmadan əkin işlərinin aparılması faktı müəyyən edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində üçüncü şəxs Saatlı rayonu Azadkənd Bələdiyyəsinin nümayəndəsi mübahisə predmeti olan torpaq sahəsinin örüş təyinatlı deyil, az yararlı torpaq sahəsi olmaqla cavabdehlərin istifadəsində olmadığını göstərmişdir. İddia edilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/9764 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçıların mübahisələndirdikləri ərazinin koordinatları müəyyən edilmiş və mütəxəsssis rəyinə əlavə edilmiş sxemdə göstərimişdir. Elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahələri Azadkənd bələdiyyəsinin hüdudları daxilində bələdyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Sözügedən torpaq sahələrinin cəmi sahəsi 207.2 ha torpaqlar kənd sakinkəri tərəfindən istifsdə olunur. Kollegiya ekspert rəyini sübut mənbəyi kimi qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azadkənd bələdiyyəsinin hüdudları daxilində bələdyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Həmin sahə özbaşına olaraq bəzi kənd sakinləri tərəfindən özbaşına zəbt edilmişdir və orada əkin işləri görülür. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçıların tələbi əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməli olduğu halda əsassız olaraq iddianı rədd etmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, Kollegiyanın qənaətinə görə qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Beləlikə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11, Cavabdeh11 Damət oğlu, Cavabdeh12, Cavabdeh13, X12, Cavabdeh14, Cavabdeh5 Qulamhüseyn qızı, Cavabdeh15, Cavabdeh3, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X9, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 və Cavabdeh4 Saatlı rayon Azadkənd ərazisində zəbt etdikləri örüş torpaq sahəsindən çıxarılmalı və həmin sahə Azadkən sakinlərinin ümumi istifadəsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(055)-1221/2021 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X11, Cavabdeh11 Damət oğlu, Cavabdeh12, Cavabdeh13, X12, Cavabdeh14, Cavabdeh5 Qulamhüseyn qızı, Cavabdeh15, Cavabdeh3, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X9, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 və Cavabdeh4 Saatlı rayon Azadkənd ərazisində zəbt etdikləri örüş torpaq sahəsindən çıxarılsınlar və həmin sahə Azadkən sakinlərinin ümumi istifadəsinə verilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.