Məhkəmə qərarları › İş №2(106)-500/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-500/2025

10.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-500/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8rşı “işdən kənarlaşdırma və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş pulun alınıb verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işdən kənarlaşdırma, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2n nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2 X13 və “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8rşı “işdən kənarlaşdırma və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş pulun alınıb verilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1785/2024 saylı qətnaməsindən cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X8rşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Azərbaycan Respublikası Ağcəbədi rayonunun Avşar kəndində anadan olmuş, Yeni Azərbaycan Partiyasının üzvüdür.05 fevral 1992-ci il tarixdə Bakı şəhərindəki X6 X1 şöbəsinə daxil olmuş, 05 fevral 1993-cü il tarixdə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İmtahan Komissiyasının qərarı ilə 08 fevral 1993-cü il tarixdən ona tibb bacısı ixtisası verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2006-cı il tarixli 34 saylı əmri ilə Avşar kənd həkim məntəqəsinə tibb bacısı təyin edilmişdir. İşlədiyi müddətdə fəal, nümunəvi, bacarıqlı tibb bacısı kimi həm işlədiyi kollektivin, eləcə də camaatın dərin rəğbətini qazanmışdır. İstər pandemiya, istərsə də ikinci Qarabağ Vətən müharibəsi dövründə əhaliyə yüksək səviyyədə tibbi yardım göstərmiş, hətta pandemiya dövründəki xidmətlərinə və fəaliyyətinə görə əlavə əmək haqqı da almışdır. Lakin bütün bunlara baxmayaraq, Ağcabədi Rayon Mərkəzi X4 Şəxsin direktoru Təranə xanım Məmmədova heç bir qanuni, zəruri, əsaslı səbəb olmadan qüvvədə olan mövcud qanunları kobud şəkildə pozaraq xx.xx.2023-cü il tarixli, K-2566 saylı əmrlə onu vəzifəsindən kənarlaşdırmışdır. Hansı ki, onun əmrdə istinad etdiyi maddələr onu vəzifədən kənarlaşdırmağa əsas ola bilməz. Çünki birincisi, bu maddələr tibb kursunu bitirdiyinə görə ona aid deyil. Həmin maddələr yalnız və yalnız praktik tibb və əczaçılıq işində fəaliyyət göstərən şəxslərə aiddir. Praktik tibb işçisi anlayışı tibb işçisi anlayışından kəskin surətdə fərqlənən məfhumdur. Praktik sözü öz işini təcrübi cəhətdən yaxşı bilən, ixtisası üzrə böyük təcrübəsi olan şəxs başa düşülür. Bu baxımdan praktik tibb işçisi dedikdə həkimlər və orta ixtisaslı tibb işçisi nəzərdə tutulur. Nədənsə bu cavabdehin nəzərindən qaçmış, bu səbəbdən də qanun pozuntusuna yol verilmişdir. İkincisi, əmrdə ciddi qanun pozuntusuna yol verilməsi bir də onunla sübut olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 saylı Ağcabədi Rayon Mərkəzi X4 Şəxsin rəhbərinə ünvanlandığı məktubda qeyd olunur ki, tibb kursunu bitirənlərin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Göründüyü kimi cavabdeh Nazirliyin bu tələb və göstərişinə, eləcə də digər qanunlara əməl etməyərək onu əsassız və qanunsuz olaraq yuxarıda sözügedən əmrlə xx.xx.2023-cü il tarixdən 6 (altı) ay müddətinə iş yerini saxlamaqla işdən kənarlaşdırmışdır. Bir daha təkrarən qeyd edir ki, bu tələb və göstərişlər ali və orta ixtisaslı tibb işçiləri üçündür. Tibb kursunu qurtaranlara aid deyildir. Üçüncüsü, cavabdeh daha bir səbəbə əsaslanaraq, yəni onu TƏBİB-in xx.xx.2023cü il tarixli, PHŞ-6/2-6380/2023 saylı məktubuna əsaslanaraq işdən kənarlaşdırmışdır. Bu məktubda onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Hər bir dövlət müəssisələrində işləyən şəxslərin sertifikasiyadan keçməsi qanunla müəyyənləşdirilib. Məhz elə buna görə də sertifikasiyadan keçmək üçün müəssisə rəhbərinin göndərişi mütləqdir. Göndəriş olmadan heç bir şəxsin sertifikasiyadan keçməsinə qanun yol vermir. Belə olan halda sertifikasiyadan keçməməyi onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Bu da cavabdehin bir daha mənə verdiyi əmrinin qanunsuz olduğunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Ali qanunun qeyd olunan norması insan və vətəndaşların hüquq və azadlıqlarını, xüsusən qanuni mənafeylərinin qanun çərçivəsində sosial ədalətin bərpasına, iş qabiliyyətinin səmərəli realizasiyasına yönəlmiş hüquqi bir fəaliyyət istiqamətini əks elətdirir. Hüquqi dövlətin əsas əlamətlərindən biri vətəndaş cəmiyyətinin bərqərar olmasına xüsusi rol oynayan insan resuslarından əmək qabiliyyətinin istər təhsil, səhiyyə, istərsə də iqtisadi sahələri köklü inkişafa səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62, 76, 79, 84-cü maddələrində işçinin işdən kənar edilməsinin əsasları ayrı-ayrılıqda göstərilmiş və cavabdehin onu işdən kənarlaşdırılması həmin maddələrdə öz əksini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün mediasiya xidməti üçün pul da ödəmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə, əsasən, işsiz qalan ayların pulları ödənilməlidir. Ona görə də Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1- 23/3-1-645/2024 nömrəli əmr ləğv edilməli, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqı və mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsində icraat Ağcabədi Rayon Məhkəməsinin Məhkəməsinin (hakim E.Quliyev) xx.xx.2024-cü il tarixli, 2(017)-1785/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, K- 2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrlərinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 Avşar kənd həkim məntəqəsinin tibbi bacısı vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və həmçinin Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 mediasiya xərcinə görə ödənilmiş 50 manat pulun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhəri, X5 X1 şöbəsinə daxil olmuş, həmin kursu xx.xx.1993-cü il tarixdə tibb bacısı ixtisası üzrə təhsil proqramının tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona xx.xx.1993-cü il tarixdən tibb bacısı ixtisası verilmişdir. İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2006-cı il tarixli 34 saylı əmri ilə Avşar kənd xəstəxanasına (həkim məntəqəsinə) tibb bacısı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. ş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Avşar kənd həkim məntəqəsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, K-2566 saylı əmrdə də İddiaçı işdən kənarlaşdırılmasının əsası kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunması göstərilmişdir. Halbuki işəgötürənin İddiaçı işdən kənarlaşdırılması barədə əmrdə istinad etdiyi hal qanundan irəli gələn hal deyildir və işə götürən öz mülahizəsi əsasında işçinin sertifikasiyadan keçməyən işçi olması ilə onu qanunsuz olaraq işdən kənarlaşdırmış və nəticədə işçinin maddi və mənəvi olaraq məhrumiyyətlərə məruz qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərar işəgötürənin deyil bu barədə qərar qəbul etmək səlahiyyətinə malik olan orqanın qərarı əsasında müəyyən edilməli, daha sonra işəgötürən həmin qərara istinad etməklə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməlidir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən orqan Səhiyyə Nazirliyi olduğundan işəgötürən ilk əvvəl bu haqda Səhiyyə Nazirliyinə müraciət etməli, Səhiyyə Nazirliyinin işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərarı olduğu halda işəgötürən həmin qərara istinad etməli idi. Lakin iş materiallarından da görünür ki, Səhiyyə Nazirliyinin İddiaçı barəsində belə bir qərarı olmamış, yalnız onun sertifikasiyadan keçməsinin qeyri-mümkün olması qeyri-tibb vəzifəsində işləyə bilməsi göstərilmişdir. Göründüyü kimi işəgötürənin xx.xx.2024-cü il tarixli 18-1-23/3-1- 645/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri də qanunsuz olmuş, işəgötürən işçi ilə əmək müqaviləsini xitam verərkən qanunvericiliyin imperativ şərtlərini gözləməmiş, Səhiyyə Nazirliyinin bu barədə qərarını almadan əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə nəticəyə gəlmişdir ki, işəgötürən Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara əməl etmədiyinə və işdən kənarlaşdırmanın zəruriliyini əsaslandırmadığına görə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrləri ləğv edilməli və İddiaçı işdən kənarlaşdırıldığı tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 Avşar kənd həkim məntəqəsinin tibbi bacısı vəzifəsinə bərpa olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 mediasiya xərcinə görə ödənilmiş 50 manat pulun əvəzi alınaraq İddiaçı ödənilməlidir . Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Əmək 62-ci, 67-1-ci maddəsi, 300-cü maddəsinin 1-ci hissəsi, 296.2-ci maddələri, Mülki Məcəllənin 377.1-ci maddəsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndi, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 9.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə sertifikasiyadan keçməyən işçini işə bərpa etməklə Qanunun tələbini pozur və sertifikasiyasız işçinin praktik tibb xidmətində çalışmasını təmin edir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi haqqında ərizəsini nəzərə almayaraq, iddia müddətinin ötürülməsini görməməzlikdən gəlmişdir. Qanunda Sertifikasiyadan keçməyən tibb işçisinin müəssisədə çalışmasına görə vəzifəli şəxsə və hüquqi şəxsə inzibati məsuliyyət müəyyən edilmişdir. Lakin Məhkəmə bunu nəzərə almayaraq çıxardığı qətnamə ilə Xəstəxana və rəhbərliyini inzibati xəta törətməsinə məcbur edir. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 05 dekabr 2024-cü il tarixində keçirilən iclasda üzrlü səbəbdən nümayəndənin iştirak edə bilməyəcəyi və iclasın başqa vaxta təxirə salınması haqqında məhkəməyə teleqram ünvanlasa da, məhkəmə bunu nəzərə almamış, yekun qərarı qəbul etmək üçün tələsmişdir. Ona görə də Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1785/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi tamamilə rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, həm cavabdeh həm cavabdehin nümayəndəsi qeyritibb işçisi ilə digər peşə sahələrini qarışdırmış, düzgün dərk etmədiklərinə görə yanlış nəticə çıxararaq kobud səhvə yol vermişdirlər. Qanunvericiliyə görə orta tibb işçisinin işlədiyi müəssisədən 6 ay müddətinə işdən kənarlaşdırıb sertifkasiyadan keçməsi tələb olunmur. Məhz elə buna görə də cvabdeh möcud qanunlarıkobud surətdə pozaraq xx.xx.2023-cü il tarixli, K-2565 saylı əmrlə iddiaçını işdən kənarlaşdırıb 6 ay müddətinə sertifkasiyadan keçməyə cəlb etməsi qeyri-qanunidir. Cavabdehin iddia müddətinin ötürülməsini qeyd etmişdir. Lakin sözügedən qətnamədə məhkəmə müddətin ötürülməsinin səbəblərini çox aydın, qabarıq şəkildə, konkret, dəqiq faktlar götərməklə heç bir maddi hüquq normasını pozmamışdır. Cavabdeh tərəf 05 dekabr 2024-cü il tarixində keçirilən iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və məhkəmə iclasının başqa vaxta təxirə salınması haqqında teleqram ünvanladığını qeyd etsə də, bu fakt tamamilə yanlışdır. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1785/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti rədd edilməli, Ağcabədi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2n nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, tibb işçilərinin 5 ildən bir sertifikasiyadan keçmələri barədə qanunvericiliyin tələbi var. Digər işçilərlə birlikdə iddiaçının adının olduğu müvafiq siyahı Səhiyyə Nazirliyinə göndərilmişdir. Qeyd edir ki, sertifikasiya Səhiyyə Nazirliyi tərəfindən keçirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı və digər şəxslərin sənədləri qaydasında deyil və bu səbəbdən, onlar sertifikasiyaya buraxılmamışdırlar. Ağcabədi Rayon Mərkəzi Xəstəxanası”nın “iddiaçının iş yerinin 6 ay müddətində saxlanılmaqla işdən kənarlaşdırılması” barədə müvafiq əmr qəbul etmişdir. Hazırda isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuzdur. Eyni zamanda, iddia müddəti ötürülmüşdür. Tərəfə bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş, o isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Bildirir ki, apellyasiya şikayəti əsassızdır. 18 ildir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir və işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Kollektiv arasında nüfuza malikdir və 44 günlük Vətən müharibəsində, habelə pandemiya zamanı xidmət göstərmişdir. Hazırkı əsasla işdən kənarlaşdırılmağı düzgün deyil. Sertifikasiyadan keçməməyi onun işə buraxılmamağı üçün əsas ola bilməz. Belə ki, bu hal ona aid deyildir. Sertifikasiyadan keçməmə halı ilə işdən azad olunma ona yox, praktiki tibb işçilərinə, həkimlərə, orta ixtisas tibb işçilərinə şamil olunur. Qeyd edir ki, bu halı müəyyən etdikdən sonra sertifikasiyaya girmək üçün ona sənəd verilməsini xəstəxanadan xahiş etmiş, lakin onlar isə ona heç bir sənəd verməmişdir. Müddəti ötürməklə bağlı qeyd edir ki, bu proseslər xeyli müddət çəkdiyi üçün məhkəməyə gec müraciət etmişdir. Belə ki, Ədliyyə Nazirliyinə də hazırkı məsələ ilə bağlı müraciətləri olmuşdur, lakin ona xəstəxananın təqdimatı əsasında sertifikasiyadan keçə biləcəyini bildirmişlər. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Digər cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqə-dalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə görə (İşçinin işdən kənar edilməsi)

1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə görə (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası):

1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

“Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarı;

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-dci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı;

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur;

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1785/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(017)-1785/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(017)-1785/2024 saylı qətnaməsi cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə sertifikasiyadan keçməyən işçini işə bərpa etməklə Qanunun tələbini pozur və sertifikasiyasız işçinin praktik tibb xidmətində çalışmasını təmin edir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi haqqında ərizəsini nəzərə almayaraq, iddia müddətinin ötürülməsini görməməzlikdən gəlmişdir. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 05 dekabr 2024-cü il tarixində keçirilən iclasda üzrlü səbəbdən nümayəndənin iştirak edə bilməyəcəyi və iclasın başqa vaxta təxirə salınması haqqında məhkəməyə teleqram ünvanlasa da, məhkəmə bunu nəzərə almamış, yekun qərarı qəbul etmək üçün tələsmişdir. Ona görə də Ağcabədi Rayon Məhkəməsinin2(017)-1785/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmr ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmri ilə iddiaçıişdən azad edilmişdir. Birinci instansiya Məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmış, məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiya Məhkəməsi iddiaçının xx.xx.2023-cü il tarixli, K-2566 saylı vəzifədən kənarlaşdırma haqqında əmrin ləğv edilməsi ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmişdir: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023- cü il tarixli, K-2566 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Əsas kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1- ci maddəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2- 5196/2023 nömrəli, TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubları göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə görə (İşçinin işdən kənar edilməsi) 1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. 3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. 4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. 5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə görə (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası): 1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. 3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. 4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. 5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. İşəgötürən, hazırkı iş üzrə cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmri işçinin, yəni İddiaçı vəzifədən kənarlaşdırılması ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilən maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Göründüyü kimi, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır. Məhkəmə onu da nəzərdən qaçırmır ki, maddənin məzmununda işçinin işdən kənarlaşdırılması üçün konkret olaraq 4 hal müəyyən edilmişdir. Hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, K-2566 saylı əmrdə də İddiaçı işdən kənarlaşdırılmasının əsası kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunması göstərilmişdir. Halbuki işəgötürənin İddiaçı işdən kənarlaşdırılması barədə əmrdə istinad etdiyi hal qanundan irəli gələn hal deyildir və işə götürən öz mülahizəsi əsasında işçinin sertifikasiyadan keçməyən işçi olması ilə onu qanunsuz olaraq işdən kənarlaşdırmış və nəticədə işçinin maddi və mənəvi olaraq məhrumiyyətlərə məruz qoymuşdur. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinə əsaslanmaqla vurğulayır ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır. (Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmişdir: Məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024- cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Avşar kənd həkim məntəqəsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur. Adı çəkilən maddədən görünür ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi işəgötürən işçini sertifikasiyadan keçməyən işçi olması əsası ilə ilk əvvəl xx.xx.2023-cü il tarixdə 6 ay müddətinə vəzifədən kənarlaşdırmış, daha sonra 10 iyun 2024-cü il tarixdə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçini tutduğu vəzifədən azad etmiş və bu barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini göstərmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsindən də görünür ki, bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2- 5196/2023 nömrəli və xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış orta tibb işçisi vəzifəsində işləyən 46 nəfər şəxs barəsində məktuba baxılmış və qeyd olunmuşdur ki, məktubda adları qeyd olunan 32 nəfər şəxsin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Məktubda adları qeyd olunan 32 nəfər şəxs qeyri-tibb vəzifəsində işləyə bilərlər. Həmçinin TƏBİB-ə ünvanlanmış müraciət aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlərin görülməsi tibb müəssisəsi rəhbərinin səlahiyyətindədir. Məhkəmə qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərar işəgötürənin deyil bu barədə qərar qəbul etmək səlahiyyətinə malik olan orqanın qərarı əsasında müəyyən edilməli, daha sonra işəgötürən həmin qərara istinad etməklə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməlidir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən orqan Səhiyyə Nazirliyi olduğundan işəgötürən ilk əvvəl bu haqda Səhiyyə Nazirliyinə müraciət etməli, Səhiyyə Nazirliyinin işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərarı olduğu halda işəgötürən həmin qərara istinad etməli idi. Lakin iş materiallarından da görünür ki, Səhiyyə Nazirliyinin İddiaçı barəsində belə bir qərarı olmamış, yalnız onun sertifikasiyadan keçməsinin qeyri-mümkün olması qeyri-tibb vəzifəsində işləyə bilməsi göstərilmişdir. Göründüyü kimi işəgötürənin xx.xx.2024-cü il tarixli 18-1-23/3-1- 645/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri də qanunsuz olmuş, işəgötürən işçi ilə əmək müqaviləsini xitam verərkən qanunvericiliyin imperativ şərtlərini gözləməmiş, Səhiyyə Nazirliyinin bu barədə qərarını almadan əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh2 X13 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin ləğv edilməsi barədə tələbləri əsaslı olduğundan həmin tələblərdən irəli gələn işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbləri də əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsassız olması barədə apellyasiya şikayətinin dəlilini zəiflədən hallardan biri də iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilməsidir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Məhkəmə tərkibinin qənaətinə görə hazırkı iş üzrə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddiaçının iddia qaldırmaq üçün sübyektiv hüququnun mövcud olduğunu etiraf edir, iddia tələbinin əsaslı olduğunu qəbul edir, ancaq iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərkibi cavabdehin iddia müddətinin keçməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cavabdeh iddia müddətinin keçməsi barədə dəlilini belə əsaslandırmışdır ki, iddiaçı barəsində verilmiş əmr xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş və bu barədə İddiaçı poçt vasitəsilə ünvanına bildiriş göndərilərək məlumat verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu tarixə qədər tibb xidmətindən kənarlaşdırılması, üstəlik əmək haqqı almaması barədə iddiaçının məlumatsız olması isə heç də ağlabatan deyildir. İddiaçı mediasiyaya qədər və mediasiya bitdikdən sonra hər iki dövrdə iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə vəzifədən kənarlaşdırıldıqdan sonra sertifikasiyadan keçmək üçün müraciət etmiş, sonradan ona məlum olmuşdur ki, ümumiyyətlə o sertifikasiyadan keçə bilməz. Bundan sonra iddiaçı dərhal iddia qaldıraraq ilk əvvəl xx.xx.2023-cü il tarixli əmri mübahisələndirmiş, daha sonra işdən azad olunduğunu və əmək müqaviləsinə xitam verildiyini öyrəndikdən sonra iddianın həcminin artırılması barədə ərizə verərək, xx.xx.2024-cü il tarixli əmri də mübahisələndirmişdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Cavabdeh tərəf isə Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl etməsi, əmrin surətinin, iddiaçının əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsinə və hansı tarixdə verilməsinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Göründüyü kimi iddiaçı hüququnun pozulduğunu bildiyi andan məhkəməyə 1 ay ərzində müraciət etmiş və hər iki əmri də qanunla müəyyən edilən müddətdə mübahisələndirmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 05 dekabr 2024-cü il tarixində keçirilən iclasda üzrlü səbəbdən nümayəndənin iştirak edə bilməyəcəyi və iclasın başqa vaxta təxirə salınması haqqında məhkəməyə teleqram ünvanlasa da, məhkəmə bunu nəzərə almamış, yekun qərarı qəbul etmək üçün tələsmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili əsassızdır. İş materiallarında “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə hər hansı bir teleqram ünvanlanmamışdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(017)- 1785/2024 saylı qətnaməsi cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qət etdi:

Cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(017)-1785/2024 saylı qətnaməsi cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar