Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-505/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-10/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək X2 ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun Masallı rayonun 1-ci Yeddioymaq kəndindəki, 0.09 ha həyətyanı və 0.77 ha pay torpağından, şəxsi yaşayış evində və xx.xx.2017-ci ildə alqı-satqı B/0155 saylı müqavilə əsasında alınmış Abşeron rayon, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı 8 №-li mənzildən 1-ci növbəli vərəsələr olan nəvələri X4 və X5 adlı uşaqlara qanun üzrə payların müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X3 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış Masallı rayonu Yeddioymaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN285B saylı Şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan 0,09 ha həyətyanı torpağın və üzərində olan evin 2/5-i və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı Çıxarışla ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5dən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Masallı Rayon Məhkəməsinin 2(050)-10/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi (Hakim: Zeynal Zeynalov) ilə, ilk və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş materialları 31 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)505/2025 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 fevral 2025-ci il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)505/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 17 mart 2025-ci il tarixə təyin edilmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı tərəfindən imzalanmış apelyasiya şikayətində, apelyasiya şikayəti verən şəxs qismində X4 və X6 göstərilmişdir. İş materiallarından görünür ki, X4 03 may 2014-cü il təvəllüdlü, X6 isə 26 yanvar 2016-cı il təvəllüdlüdür. Göründüyü kimi apelyasiya şikayəti verən şəxs qismində göstərilən Vüsalə Əliyeva və Çinay Əliyeva 14 yaşından aşağı olmaqla yetkinlik yaşına çatmayanlardır. MPM-in 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Qeyd edilən qanunvericilik normalarından və işin faktiki hallarından görünür ki, yetkinlik yaşına çatmayan Vüsalə Əliyeva və Çinay Əliyeva apelyasiya şikayəti verən şəxs qismində göstərilmiş, onları təmsil edən anaları İddiaçı isə apelyasiya şikayətini imzalamışdır. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsində şikayət verən şəxs dedikdə, hüquqları və qanunla qorunan mənafeləri məhkəmə qətnaməsi ilə pozulan və həmin qətnamədən şikayət vermək hüququ olan şəxs başa düşülür. Şikayət vermək hüququ isə, prosessual fəaliyyət qabiliyyətini də əhatə etdiyindən, şəxsin (şəxslərin) şikayət vermək üçün nümayəndə ilə təmsil edilmək imkanı, və ya nümayəndəsinin məhz onun adından hərəkət etmək imkanı nəzərdə tutulmuşdur. İddiaçı yetkinlik yaşına çatmayanlar Vüsalə Əliyeva və Çinay Əliyevanın qanuni nümayəndəsi olduğundan və uşaqların 14 yaşı tamam olmadığından apelyasiya şikayəti vermək hüququ da məhz İddiaçı adından həyata keçirilməli idi. Çünki MPM-in 49.4-cü maddəsinə nəzər yetirdikdə görünür ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri tərəfindən həyata keçirilməsi deyil, qorunması göstərilmişdir. Həmin maddənin konteksində qorumaq, həyata keçirməyə münasibətdə hərfi mənada daha geniş anlayışdır. Belə ki, hüquq, azadlıq və qanunla qorunan mənafelərin qorunması pozuntuya məruz qalan şəxsin iradəsindən kənar həyata keçirilir. Təsadüfi deyil ki, qanunverici on dörd yaşınadək yetkinlik yaşına çatmayanların əqli, iradəvi inkişafının həmin yaşda hansı mərhələdə olmasını nəzərə alaraq qeyd edilən normada məhz həmin şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunması imkanını nəzərdə tutmuşdur. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti tərtib edilərkən prosessual pozuntuya yol verilmiş, apelyasiya şikayəti verən şəxs qismində prosessual fəaliyyət qabiliyyəti olmayan şəxslər göstərilmişdir. Halbuki apelyasiya şikayəti verən şəxs qismində İddiaçı adı qeyd edilməli və apelyasiya şikayəti onun tərəfindən imzalanmalı idi. Bundan başqa apelyasiya şikayətinin xahiş etdim hissəsində “Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (050)-10/2024 saylı qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş edirəm” göstərilmişdir. İş materiallarından görünür ki, iş üzrə həm ilkin iddia həm də qarşılıqlı iddia tələbləri mövcud olmuş və Masallı Rayon Məhkəməsinin 2(050)-10/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə, ilk və qarşılıqlı iddialar qismən təmin edilmişdir. İlkin İddiaçı apelyasiya şikayətinin xahiş etdim hissəsində ilkin və ya qarşılıqlı iddiaya münasibət bildirməmiş, ümumi əsasla iddianın təmin edilməsini xahiş etmişdir. Halbuki apellyasiya şikayətinin dəlilləri konkret olmalı, qətnamənin hansı hissədə mübahisələndirilməsi və mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticənin düzgün olmadığının əsasları dəqiq ifadə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə, daxil olan apellyasiya şikayətinin surəti qarşı tərəfə göndərilir ki, qarşı tərəfin həmin şikayətin dəlillərinə öz münasibətini bildirə bilsin və özünün məhkəmədə müdafiə hüququnu təmin edə bilsin. Lakin tərtib olunan apellyasiya şikayəti üzrə dəlillər əsaslandırılmamış, maddi və prosessual hüquq normaları yuxarıda qeyd edildiyi kimi düzgün göstərilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)505/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)505/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-10/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 357-362-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-505/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-505/2025
17.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver