Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-506/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Cavabdeh qızının iştirakı ilə, İddiaçı qızının Cavabdeh qızına qarşı ümumi əmlakdan payın müəyyən olunması, payların naturada ayrılması və sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)- 1857/2022 saylı qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov) İddiaçı qızının iddiası təmin edilmiş, Hüseynov Səfər Allahverdi oğlunun, Hüseynova Xanım Musa qızının, Hüseynova Raisə Səfər qızının, Hüseynov Müslüm Səfər oğlunun və Cavabdeh qızının adlarına Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2.18 hektar pay torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-140 saylı kod 60813028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən Hüseynova Raisə Səfər qızı qeydinin Əliyeva (Hüseynova) Rəisə Səfər qızına və JN 013A saylı 60813028 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən Hüseynova Raifə Səfər qızı qeydinin İddiaçı qızına məxsus olması faktının müəyyən edilməsi, Torpağa mülkiyyət hüququna dair JN 140 saylı 60813028 kod nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 2,18 ha pay torpaq sahəsindən mərhum Hüseynov Cəfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı Cəfər qızı, Hüseynov Müslüm Cəfər oğlu və Cavabdeh qızının hər birinin payına düşən 0,436 ha torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən mərhum Hüseynov Səfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı qızı, Hüseynov Müslüm Cəfər oğlu və Cavabdeh qızının hər birinin payına düşən 0,032 ha həyətyanı torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməsi qət edilmişdir. Cavabdeh qızı tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinin JN-013A saylı, 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qızının payına düşən 0.032 ha həyətyanı torpaq sahəsinin həyətyanı sahədə tikilmiş hər hansı tikilinin (xeyir-şər evi, tövlə) bir hissəsinən naturada bölünərək (ayrılaraq) təhvil verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən 2.18 ha torpaq sahəsi 5 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən onun paylı mülkiyyətinə verilmişdir. Buna dair adlarına Torpağa mülkiyyət hüququna dair JN 140 saylı 60813028 kod nömrəli Dövlət aktı verilmişdir. Onlar bir ailənin üzvləri olmuşlar. Onların payları müəyyən olunsa da, naturada ayrılmamışdır. Cavabdeh qızı ilə aralarında mübahisə olduğuna görə torpağı bir yerdə əkib-becərə bilmirlər. Cavabdeh qızı onun qardaşından boşandıqdan sonra əlaqələri kəsilmişdir. O, həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin Cavabdeh qızı ilə əlaqələri olmadığına görə həmin torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmamışdır. Paylarına düşən torpaq sahəsi Dövlət aktında göstərilən ardıcıllığa uyğun bir tərəfdən bölünərək onlara verilməlidir. Eyni zamanda, verilmiş Dövlət aktında onun adı Rəisə olmasına baxmayaraq, səhvən Raisə kimi və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən 0.16 ha torpaq sahəsinin verilməsinə dair JN 013A saylı 60813028 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı Rəisə əvəzinə səhvən Raifə kimi yazılaraq yanlışlığa yol verilmişdir. Bu da onlara verilmiş torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Ona görə də, məhkəmədən iddia ərizəsinin təmin edilməkə, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-140 saylı, 60813028 kod nömrəli Dövlət Aktında qeyd edilmiş 2.18 ha torpaq sahəsinin naturada bölünərək payların müəyyən edilməsi və hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-140 saylı 60813028 kod nömrəli Dövlət Aktının və JN 013A saylı 60813028 kod nömrəli şəhadətnamənin ona, yəni İddiaçı qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1990-cı il tarixdə Hüseynov Müslüm Səfər oğlu ilə rəsmi nikaha girməklə ailə qurmuş və 21 il ailəli olduqdan sonra ayrılmışlar. Onlar ailə qurduqdan bir müddət sonra - 2001-ci il tarixdə həyətdə yerləşən köhnə evi söküb, yerində 200 kv metrdən çox olan yeni ev - 90 kv metr olan yeyir-şər evi və sahəsi 45 kv metr olan mal tövləsi tikdirmişlər. Bundan başqa, xarici markalı avtomobillər və Bakı şəhərində yerləşən mənzil də almışlar. Buna baxmayaraq, 2011-ci ildə Hüseynov Müslüm Səfər oğlundan boşananda ondan hər hansı daşınar-daşınmaz əmlak tələb etməmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsi ilə kənd təsərrüfatı məqsədi ilə ailəyə verilmiş 2.18 hektar torpaq sahəsi beş nəfər arasında ədalətli bölünsə də, həyətyanı sahədən ona yalnız torpaq sahəsi ayrılması ona münasibətdə ədalətsiz olmuşdur. Torpağın mülkiyyətə verilməsinin JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən mərhum Hüseynov Səfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı qızı, Hüseynov Müslüm Səfər oğlu və Cavabdeh qızının hər birinin payna düşən 0,032 ha həyətyanı torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək onlara təhvil verilməsi hissədə qətnamə qismən ləğv edilməlidir. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsi ilə ailəyə verilmiş 2.18 hektar torpaq sahəsi beş nəfər arasında ədalətli bölünsə də, həyətyanı sahədən ona yalnız torpaq sahəsi ayrılması ona münasibətdə ədalətsiz qərardır. Həyətyanı sahədə yerləşən 200 kv metr olan, mal tövləsini onlar birgə nikah dövründə tikdirmişlər. Lakin məhkəmə sübutlara düzgün qiymət verməyərək, ona həyətyanı sahədən yalnız 0,0032 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı tələbində ümumi əmlakdan payın müəyyən olunması və payların naturada ayrılması tələbini qoysa da, Ağcabədi Rayon Məhkəməsi işə birtərəfli qaydada iddiaçının mənafeyinə uyğun olaraq yanaşmış, ona yalnız torpaq sahəsi ayırmış, lakin daşınmaz əmlakdan payını ayırmamışdır. Cavabdeh qızı hesab etmişdir ki, həyətyanı sahədən ona torpaq payı hər hansı tikilinin bir hissəsindən ayrılmalıdır. Cavabdeh qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinin JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qızının payına düşən 0.032 ha həyətyanı torpaq sahəsinin həyətyanı sahədə tikilmiş hər hansı tikilinin (xeyir-şər evi, tövlə) bir hissəsindən naturada bölünərək (ayrılaraq) təhvil verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsi qismən – mübahisələndirilən hissədə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İş materiallarında olan JN-140 saylı 60813028 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, Hüseynov Səfər Allahverdi oğluna, Hüseynova Xanım Mussa qızına, Hüseynova Raisə Cəfər qızına, Hüseynov Müslüm Cəfər oğluna və Cavabdeh qızına Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,18 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-013A saylı 60813028 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Hüseynov Səfər Allahverdi oğluna, Hüseynova Xanım Musa qızına, Hüseynova Raifə Səfər qızına, Hüseynov Müslüm Səfər oğluna və Cavabdeh qızına Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,16 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə diqqətə çatdırılmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iş üzrə iddia tələbindən və çıxarılmış qətnamədən aşkar olur ki, İddiaçı qızı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-140 saylı 60813028 kod nömrəli Dövlət Aktında qeyd edilmiş 2.18 ha torpaq sahəsinin naturada bölünərək payların müəyyən edilməsi və hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-140 saylı 60813028 kod nömrəli Dövlət Aktının və JN 013A saylı 60813028 kod nömrəli şəhadətnamənin ona, yəni İddiaçı qızına məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq Torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən mərhum Hüseynov Səfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı qızı, Hüseynov Müslüm Cəfər oğlu və Cavabdeh qızının hər birinin payına düşən 0,032 ha həyətyanı torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməsini qət etmişdir. Cavabdeh qızı isə apellyasiya şikayətində qətnaməni məhz həmin hissədə mübahisələndirmişdir. Bu səbəbdən də, cavabdehin verdiyi apellyasiya şikayəti həmin hissədə qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən mərhum Hüseynov Səfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı qızı, Hüseynov Müslüm Cəfər oğlu və Cavabdeh qızının hər birinin payına düşən 0,032 ha həyətyanı torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməsinin qət edilməsinə dair hissədə gəldiyi qənaət prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində əldə edilmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə ki, MPM-in 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsi qismən, yəni mübahisələndirilən - Torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən mərhum Hüseynov Səfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı qızı, Hüseynov Müslüm Cəfər oğlu və Cavabdeh qızının hər birinin payına düşən 0,032 ha həyətyanı torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməsi hissədə ləğv edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(017)-1857/2022 saylı qətnaməsi qismən – Torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 60813028 kod nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsindən mərhum Hüseynov Səfər Allahverdi oğlu, Hüseynova Xanım Musa qızı, İddiaçı qızı, Hüseynov Müslüm Cəfər oğlu və Cavabdeh qızının hər birinin payına düşən 0,032 ha həyətyanı torpaq sahəsinin (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) onlara təhvil verilməsi hissədə ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-506/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-506/2023
04.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver