Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-515/2024 04.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-53/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 04 mart 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişlər. İmişli Rayon Məhkəməsinin 2(036)-53/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi (Hakim: Ülvi Qənbərov) ilə, iddia tələbi təmin edilməyərək, iddiaçılardan müştərək qaydada ekspertiza xərci olan 50 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir. Mülki iş materialları 02 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)515/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 09 fevral 2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)515/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 04 mart 2024-cü il tarixə təyin edilmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, apellyasiya şikayəti iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş, apelyasiya şikayətinin giriş hissəsində hər iki iddiaçının adı göstərilmişdir. Lakin apellyasiya şikayəti İddiaçı1 tərəfindən imzalansa da, iddiaçıların təqdim etdiyi etibarnəməyə nəzər yetirdikdə müəyyən edilir ki, həmin etibarnamədə iş üzrə İddiaçı2 tərəfindən İddiaçı1 onun adından apellyasiya şikayəti vermək və ya apellyasiya şikayətini imza etmək hüququnu təsdiq edəcək məlumat yoxdur. Yəni MPM-inin 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlər Ağayaev Ruslan tərəfində İddiaçı1 verilməmişdir. Halbiki MPM-inin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi fiziki şəxsin yaxın qohumu onun nümayəndəsi qismində etibarnamə verilmək yolu ilə məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. (MPM maddə 68.3,73.1). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti İddiaçı2 tərəfindən imzalanmadığından və İddiaçı1 həmin apellyasiya şikayətini İddiaçı2 adından imzalaması üçün hər hansı səlahiyyəti olmadığından verilmiş apellyasiya şikayəti prosessual məcəllənin tələblərinə uyğun verilməməsi əsası ilə geri qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)515/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-53/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-515/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-515/2024
04.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver