Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-517/2023 16.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə açıq məhkəmə iclasında, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarma və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Rahman oğlu, X2, Cavabdeh3 Rahman oğlu və onların qanuni nümayəndəsi (vəkili) X8 tərəfindən verilmiş birgə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi, İŞİN HALLARİ: İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıların mülkiyyətində olan JN 1005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmaları, həmin torpaq sahəsi üzərində hüquqlarının elektron bazasında qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən göstəriləcək xidmətə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (eyni zamanda, İddiaçı1 vərəsəsi) İddiaçı2 nümayəndəsi Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Torpağın Mülkiyyətə verilməsinə dair JN 1005F (kod ********) Şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə Biləsuvar rayonu Xırmandalı kənd sakinləri İddiaçı2, İddiaçı1, X3 və X4 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı2 qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zeynalov X5 Mülkiyyətə verilməsinə dair JN 1005F (kod ********) Şəhadətnaməyə əsasən Biləsuvar rayon Aqrar İslahat komissiyasının 06 iyun 2000-ci il tarixli 06 saylı qərarı ilə Biləsuvar rayonu Xırmandalı kənd sakinləri İddiaçı2, İddiaçı1, X3 və X4 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılsınlar və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı2 qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlər qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 96 (doxsan altı) manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 Rahman oğlu, X2, Cavabdeh3 Rahman oğlu və onların qanuni nümayəndəsi (vəkili) X8 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, işdə 2 müxtəlif apellyasiya şikayəti mövcuddur. Həmin apellyasiya şikayətlərindən biri xx.xx.2023-cü il tarixində, digəri isə xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Birinci apellyasiya şikayəti Cavabdeh1 tərəfindən, ikinci apellyasiya şikayəti isə cavabdehlər Cavabdeh2, Cavabdeh3, həmçinin təkrar olaraq Cavabdeh1 tərəfindən birgə qaydada verilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edərək məktubla Apellyasiya Məhkəməsinə göndərsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3, həmçinin təkrar olaraq Cavabdeh1 tərəfindən verilmiş birgə apellyasiya şikayətinin mümkünlüyünü yoxlamadan və hər hansı münasibət bildirmədən apellyasiya şikayətlərini Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-ci maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2023cü il tarixli, 2(106)-517/2023 saylı mümkünlük barədə qərardadı ləğv edilməli, cavabdehlər Cavabdeh2 Rahman oğlu, X2, Cavabdeh3 Rahman oğlu və onların qanuni nümayəndəsi (vəkili) X8 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-362-ci, 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 361, 364 və 366.3-cü, 384.0.6 və 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(106)-517/2023 saylı mülki işin icraata qəbul haqda qərardadı ləğv edilsin. İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarma və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Rahman oğlu, X2, Cavabdeh3 Rahman oğlu və onların qanuni nümayəndəsi (vəkili) X8 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-362-ci, 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.